Fəxralı sözü azərbaycan dilində

Fəxralı

Yazılış

  • Fəxralı • 97.5000%
  • fəxralı • 2.5000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fəxralı
Fəxralı (və ya Faxralı) — Azərbaycan Respublikasının Goranboy rayonunun Fəxralı kənd inzibati ərazi dairəsində kənd. Gəncə-Qazax düzənliyindədir. Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşir. == Tarixi == Fəxralı kəndi qədim kənddir. Tarixi tam dəqiqləşdirilməyib. Uzaq keçmişdən üzü bəri Fəxralılar Azərbaycan ərazində və onun sərhədlərindən kənarda müxtəlif coğrafi məkanlarda yaşamış, ən sərt məqamlarda belə öz mədəniyyətlərinin inkişaf etdirilməsini unutmamış, gələcək nəsillər üçün zəngin ənənə, qiymətli irs və çoxlu yadigarlar yaratmışlar. Onların qədim izlərinə və zəngin yardıcılıq nümunələrinə Azərbaycanın hər guşəsində və həmçinin Azərbaycanın hüdudlarından kənarda rast gəlmək mümkündür. Tarixi qaynaq və mənbələrdə Fəxralıların adı ilə bağlı toponimlər, hidronimlər, sənətkarlıq nümunələri "Faxralı", "Fəxralı", "Fəxrəli", "Fahralı", "Fəhralı", "Fəhrəli", "Fərəhli", "Fərəxli", "Fəraqlı", "Faxlaro" və. s. kimi adlandırılır.
Fəxralı (dəqiqləşdirmə)
Faxralı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Bolnisi bələdiyyəsində kənd. Fəxralı — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Fahralı — Türkiyə Respublikasının Yozqat vilayətinin Çayıralan mahalında kənd.
Fəxralı bələdiyyəsi
Goranboy bələdiyyələri — Goranboy rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Fəxralı xalçaları
Fəxralı xalçaları – Gəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır. Xalçalar adını Gəncə şəhərindən 25 km şimal-şərqdə yerləşən Fəxralı kəndinin adından almışdır. Bəzi xalçaçılar bu xalçanı "Gəncə-fəxri" də adlandırırlar. Fəxralı xalçaları Gəncə xalçalarının yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir. == Tarixi == Fəxralı xalçaları öz adını Gəncə şəhərindən 25 km şimal-şərqdə, indki Goranboy rayonunun ərazisində yerləşən Fəxralı kəndinin adından almışdır. Bu kənddə hazırlanan xalçalar qədim dövrlərdən Gəncə zonasının ən yaxşı xalçaları kimi məşhurdur. Qocaman xalçaçılar indiyə qədər bu xalçanı "Gəncə-fəxri" adlandırırlar. Fəxralı xalçaları müəyyən zaman ərzində Fəxralı kəndində toxunduqdan sonra ətraf kəndlərdə də toxunulmağa başladı. Əsasən Qaracəmirli kəndində, həmçinin, Şadılı, Bağçakürd, Çaylı, Borsunlu, Qaradağlı, Pənahlılar və digər kəndlərdə də istehsal olunurdu. Daha da təkmilləşən Fəxralı xalçalarının getdikcə məşhurluğu artır və eyni zamanda bu xalça toxunulan xalçaçılıq məntəqələrinin sayı da artırdı.

fəxralı sözünün leksik mənası və izahı

Oxşar sözlər

#fəxralı nədir? #fəxralı sözünün mənası #fəxralı nə deməkdir? #fəxralı sözünün izahı #fəxralı sözünün yazılışı #fəxralı necə yazılır? #fəxralı sözünün düzgün yazılışı #fəxralı leksik mənası #fəxralı sözünün sinonimi #fəxralı sözünün yaxın mənalı sözlər #fəxralı sözünün əks mənası #fəxralı sözünün etimologiyası #fəxralı sözünün orfoqrafiyası #fəxralı rusca #fəxralı inglisça #fəxralı fransızca #fəxralı sözünün istifadəsi #sözlük