gün-gündüz sözü azərbaycan dilində

gün-gündüz

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • gün-gündüz • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gündüz
Gündüz — ad. Gündüz Abdullayev Gündüz Abdullayev (kapitan) Gündüz Abdullayev (şəhid) Gündüz Əliyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Gündüz Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. Gündüz Abbasov — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Gündüz Səmədov — Gündüz Cəlilov — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Aka Gündüz
Aka Gündüz (əsl adı Hüseyn Avni, yaxud Enis Avni; 1885, Saloniki, Osmanlı imperiyası – 7 noyabr 1958, Ankara) — Türkiyə yazıçısı. Aka Gündüz 1886-cı ildə hərbçi ailəsində anadan olmuşdur. 1908-ci il "Gənc türklər" inqilabının iştirakçısıdır. == Yaradıcılığı == "Dikmen ulduzu" (1928), "Naməlum əsgər" (1930) romanlarının müəllifidir. "Bu torpağın qızları" (1927), "Üç qızın hekayəsi" (1933), "Yaylaq qızı" (1940), " Bir qızın nağılı" (1954) və sair əsərləri qadınların, xüsusilə gənc qızların həyatına həsr edilmişdir. Bəzi romanları əsasında ("Bir sürücünün gizli dəftəri" (1928), "İki süngü arasında" (1929) film çəkilmişdir. Aka Gündüzün yaradıcılığı türk ədəbi dilinin demokratikləşdirilməsində mühüm rol oynamışdır. Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur (1931-1943). == Mənbə == Azərbaycan Milli Ensiklopediyası, I cild. Bakı, 2009, səh.
Gündüz (Meşkinşəhr)
Gündüz (fars. گندوز‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 116 nəfər yaşayır (25 ailə).
Gündüz Abbasov
Gündüz Şəmsəddin oğlu Abbasov (20 noyabr 1930, Bakı – 21 avqust 1995, Bakı) — Azərbaycan kino aktyoru, yazıçı, tərcüməçi və rəssam. Romantik obrazların ifaçısı kimi tanınmışdır. == Həyatı == Gündüz Abbasov 1930-cu ildə Bakının Dağlı məhəlləsində, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun ailəsində dünyaya gəlmişdir. Şəmsəddin Abbasovun həyat yoldaşı Mələk xanım dahi azərbaycanlı dramaturq Cəfər Cabbarlının qardaşı qızı idi. Uşaqlıqdan sənətə həvəs göstərən Gündüz 1952-ci ildə Bakı Rəssamlıq məktəbini, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsini bitirmişdi. Ədəbiyyat sahəsinə böyük marağı olan Gündüz Abbasovun 1950–1960-cı illərdə "Papasının qızı", "Canlı körpü" və "Qanadlar" adlı üç kitabı çap olunmuşdu. Az müddət olsa da, Azərbaycan radiosunun gənclər şöbəsinin müdiri, sonra "Uşaqgəncnəşr" və "Azərnəşr" nəşriyyatlarının redaktoru, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri kimi vəzifələrdə çalışmışdır. Gündüz Abbasovu kinoda "Onun böyük ürəyi" və "Bir qalanın sirri" filmlərində ifa etdiyi rollar məşhurlaşdırır. Bundan sonra ard-arda bir neçə filmdə çəkilən aktyor çəkildiyi filmlərdə müxtəlif planlı yaddaqalan xarakterik rollarda çəkilir. Aktyor ciddi rollarla yanaşı "Mozalan" kinojurnalının bir çox süjetlərində də iştirak etmişdi.
Gündüz Abbaszadə
Gündüz Balaş oğlu Abbaszadə (22 avqust 1980, Kirovabad) — Azərbaycanın idman jurnalisti, şərhçi. "Neftçi" PFK və "Qarabağ" FK-nın mətbuat xidmətinin keçmiş rəhbəri. Azərbaycanda UEFA Çempionlar liqasının ilk şərhçilərindəndir. == Həyatı == Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində "İdman" qəzeti, AzTV, ANS TV və CBC Sport-də fəaliyyət göstərib. Bundan başqa 2011–2015-ci illərdə Neftçi PFK-nın mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir.
Gündüz Abdullayev
Gündüz Alp
Gündüz Alp və ya Gündüzalp — Osmanlı Bəyliyinin qurucusu olan Osman Qazinin atası Ərtoğrul Qazinin soyundan olub, müxtəlif mənbələrə görə Ərtoğrul Qazinin atası və ya oğludur. Ənvərinin "Düstürnaməyi-Ənvəri" adlı əsəri və Qaramanlı Mehmet Paşaya görə Ərtoğrul Qazinin atası. Həsən bin Məhmud əl-Bəyatinin "Cam-ı Cəm-Ayin" adlı əsəri, Aşıqpaşazadənin "Aşıqpaşazadə Tarixi" adlı əsəri və Nəşrinin "Kitabı-Cihannümə" adlı əsərinə görə isə Ərtoğrul Qazinin oğlu və Osman Qazinin qardaşıdır.
Gündüz Ağayev
Gündüz Malik oğlu Ağayev (20 iyul 1981, Puşkin rayonu) — Azərbaycan rəssamı və karikaturaçısı. == Həyatı == 1981-ci il iyulun 20-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. İlk sərgisini 2004-cü ildə keçirib. Sayca ikinci sərgisi Bakı Muzey Mərkəzində baş tutub. Gündüz Ağayevin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Rusiya (2008), Türkiyə (2011), Fransa səfirliyinin təşkilatçılığı ilə 2012-ci ildə "Dostluq" və 2013-cü ildə Türkmənistanda beynəlxalq sərgilərdə sənətsevərlərə təqdim olunub. Rəssam kimi "Sənət Demokratiya Naminə" layihəsində də yer alıb. Azərbaycanda insan hüquqları problemlərinə və qeyri-demokratik şəraitə etiraz üslubu olaraq karikatura janrına keçib, bunun nəticəsində çoxsaylı təzyiqlərə məruz qalıb. 2014-cü ildən Azərbaycandan kənarda, Fransada yaşayır. "Azadlıq Radiosu", "Meydan TV" və "AzLogos" kimi platformalar ilə əməkdaşlıq edir.
Gündüz Cəlilov
Gündüz Ramazan oğlu Cəlilov (30 mart 1954, Zəhmət, Zəngibasar rayonu) — Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycan Demokratik İstiqlal Partiyası Ali Məclisinin sədri. == Həyatı == Gündüz Cəlilov 30 mart 1954-cü ildə Ermənistan Sovet Sosialist Respublikasının Zəngibasar rayonunun Zəhmət kəndində anadan olmuşdur. 1970-ci ildə orta məktəbi bitirmiş, 1975-ci ildə isə Azərbaycan Neft və Kimya İnstitutundan məzun olmuşdur. İxtisasca energetik-mühəndisdir. İnstitutu bitirdikdən sonra "Azərenerjisalma" müəssisəsində mühəndis kimi çalışmağa başlamışdır. == Siyasi fəaliyyəti == Gündüz Cəlilov sovet dövründə Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1983-cü ildən Azərbaycan Kommunist Partiyasının Xətai Rayon Komitəsində təlimatçı, 1985-ci ildən Neft-Mədən Maşınqayırma Zavodu Partiya Komitəsinin katibi olaraq çalışmışdır. 1988–1990-cı illərdə Xətai Rayon Xalq Deputatları Sovetinin deputatı olmuşdur. Gündüz Cəlilov 1990-cı ilin yanvarından 1992-ci ilin iyulunadək "Vətəndaş" Birliyinin sədri olmuşdur. Gündüz Cəlilov 9 avqust 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 706 nömrəli fərmanı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Gündüz Məmmədov
Gündüz Aydın oğlu Məmmədov (26 oktyabr 1974-cü ildə, Azərbaycan SSR-in Gəncə şəhərində anadan olub) — Ukrayna hüquqşünası, hüquq elmləri namizədi, dosent, Ukraynanın əməkdar hüquqşünası. 18 oktyabr 2019-cu ildən 27 iyul 2021-ci il tarixədək Ukrayna Baş prokurorunun müavini vəzifəsində çalışmışdır. == Təhsili == 1996 — “hüquqşünaslıq” ixtisası üzrə Meçnikov adına Odessa milli universitetini bitirib. 2013 — Odessa iqtisad universiteti bitirib. == Karyera == Öz əmək fəaliyyətinə 1996-cı ildə Ukrayna prokurorluğunda başlayıb. O, prokuror köməkçisi, Odessanın Primorski rayonunun prokurorluğunda təcrübə keçib, sonra rayon prokurorunun birinci müavini olub. 2012-2013 - Kiyev vilayətinin prokurorluğunda çalışıb. 2013-cü ildə Ukrayna Prokurorluğunun Milli Akademiyasının Elmi-Tədqiqat İnstitutunda cinayətkarlıqla mübarizə problemləri üzrə Tədqiqatlar Şöbəsinin baş elmi işçisi olub. 2013-cü ilin dekabrından 2014-cü ilin iyulunadək - Dnepr Ekologiya prokurorluğunun İstintaq şöbəsinin rəisi. 2014-cü ilin iyulundan - Odessa prokuroru.
Gündüz Nəsibov
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Gündüz Səmədov
Gündüz İsmayılov
Gündüz Arif oğlu İsmayılov – Azərbaycanı təmsil edən pauerliftinqçi. == Karyerası == Gündüz İsmayılov 1996-cı ildə Atlanta Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 170 кiloqramlıq nəticə göstərdi və X Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu. Daha sonra Gündüz İsmayılov 2000-ci il Sidney Paralimpiadasında mübarizə apardı. Ümumi nəticədə 240 кiloqramlıq nəticə göstərən Gündüz İsayılov və Sidney Paralimpiadasının qızıl medalına sahib oldu. Amma Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) Anti-Dopinq Komissiyası Gündüz İsmayılovdan dopinq üçün götürülən qan analizi nümunəsində qadağan olunan nandrolone preparatı olduğu məlum oldu və onun nəticələri ləğv olundu. Gündüz İsmayılov həm də 2004-cü ildə baş tutacaq Paralimpiya Oyunlarında mübarizə aparmaqdan da məhrum edildi. Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycanın Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə Gündüz Arif oğlu İsmayılov Azərbaycan Prezidentinin fəxri diplom ilə təltif edildi.
Gündüz Əliyev
Gündüz Əlizadə
Gündüz Əlizadə (11 fevral 1955, Əhmədli – 9 dekabr 2017, Almaniya Federativ Respublikası) — azərbaycanlı karikatura və qrafika ustası. == Həyatı == Gündüz Əlizadə 1955-ci ildə Bakı şəhərinin Əhmədli qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1962- ci ildə Əhmədlidə 64 nömrəli məktəbdə 1-ci sinfə getmişdir. Uşaqlıqdan şəkil çəkməyə olan böyük həvəsi onu Yuri Qaqarin adina pionerlər sarayının rəsm dərnəyinə gətirmiş, Mərhum Məsuma Ağayevanın rəhbərlik elədiyi dərnəkdə rəsm dərsi almağa baslamışdır. 1970-ci ildə 8-ci sinfi bitirmiş Əzim Əzimzadə adına Rəssamlıq Akademiyasının bedii tərtibat fakültəsinə daxil olmuş, 1974-də təhsilini uğurla basa vurmuşdur. Leninqradda Ali təhsil almaq ücün bron almış, lakin bəzi səbəblər üzündən Peterburqda təhsil almaq bas tutmamışdır. Gündüz Əlizadə 1974-cü ildə Volqaqrada hərbi xidmətə cağrilmış, orada da rəssam kimi fəaliyyətini davam etdirmişdir. 1976-cı ildə hərbi xidmətini tamamlamış Əlizadə 1977-ci ildə Mirzağa Əliyev adına incəsənət institutuna daxil olmuşdur. 1982-ci ildə ali təhsilini bitirmiş, Bakı reklam idarəsinə təyinat almışdır. === Ailəsi === Beş qardaş bir bacı olan Gündüz Əlizadə ailənin ilk övladı idi.
Osman Gündüz
Gündüz Osman Mehdi oğlu və ya Osman Qunduzov (1961, Balakən) — Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı (1992-1993), "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti. Osman Gündüz 1961-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1983-cü ildə riyaziyyatçı ixtisası üzrə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. Ölkədə informasiya texnologiyaları sahəsində ilk qeyri-hökumət təşkilatının təsisçisi kimi uzun müddətdir informasiya texnologiyaları sahəsində, ölkənin milli İnternet infrastruktru haqqında araşdırmalarla məşğuldur. Osman Gündüz Azərbaycan İnternetinin inkişafı, tənzimlənməsi və özünütənzimləməsi ilə bağlı müxtəlif beynəlxalq tədbirlərin iştirakçısıdır. Ölkədə milli multimedia məhsulu olan "Azərbaycan panoramı" informasiya sisteminin (1997–1998), təhsildə İKT-nin tətbiqinə əsaslanan "AzTest" interaktiv tədris vəsaitinin, "AzLaws" — Azərbaycan Respublikasının qanunvericilik bazası" İnformasiya sisteminin (1999), "AzTarix"-_6 multimedia dərs vəsaitinin (2004), AzNGO İnformasiya sisteminin (2005) və digər elektron məhsulların müəllifi və hazırlanması ilə bağlı layihələrin rəhbəri olub. 2005-ci ildə parlament seçkilərində deputatlığa namizəd olub. "İnternet. Azərbaycan İnternet Resursları" (2005–2006), "Kompüter. İnformasiya texnologiyalarının əsasları" (2006), "Mobil telefonun özəllikləri.
Tufan Gündüz
Tufan Gündüz (d. 11 may 1964, Kayseri, Türkiyə) — tarixçi, Hacettepe Universitetinin professoru. Tufan Gündüz 11 may 1964-ci ildə Kayserinin Tomarza şəhərində dünyaya gəlmişdir. O, ali təhsilini Qazi Universitetində almış, 1987-ci ildə universitetin tarix müəllimliyi fakültəsini bitirmişdir. Tufan Gündüz, 1996-ci ildə "Bozulus Türkmənləri 1540-1640" adlı doktorluq dissertasiyasını tamamlayaq müdafiə etmişdir. 2006-ci ildə dosent, 2011-ci ildə professor adı alan Tufan Gündüz, hal-hazırda Qazi Universitetində Tarix ixtisası üzrə müəllim kimi fəaliyyət göstərməkdir. Tufan Gündüzün türkmənlər haqqında bir çox akademik araştırmalar aparmışdır. Bunda başqa professorun Osmanlı və Səfəvilər dövlətləri haqqında bir neçə məqaləsi çap edilmişdir .
Şəhla Gündüz
Şəhla Gündüz qızı Abbasova-Mövsumova (12 noyabr 1957-ci il) Bakı şəhəri ,şair-publisist. "Mikayıl Müşviq" və "Xan qızı Natavan" mükafatları laureatı. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdcüsü, müəllim. 1957-ci il 12 noyabr tarixində Bakı şəhərində yazıçı-jurnalist, ictimai xadim,Azərbaycan nasiri, dramaturq Şəmsəddin Abbasov -un ilk nəvəsi olaraq dünyaya gəlmişdir. Atası yazıçı-jurnalist, rəssam və məşhur kino aktyoru Gündüz Abbasov , anası Respublikanın Əməkdar Artisti Ofeliya Məmmədzadə -dir. 1973-cü ildə Bakı şəhəri 190 №li tam orta məktəbi, 1978-ci ildə isə o zamankı Azərbaycan Dövlət Universitetinin "Filologiya" fakultəsini əla qiymətlərlə bitirmişdir. Ailəlidir, 2 oğlu, 5 nəvəsi var. Uzun illər müəllim işləmiş Şəhla Gündüz, eyni zamanda, yaradıcılıqla da məşğul olmuş, neçə-neçə şeiri, məqaləsi,hekayəsi müxtəlif qəzet və jurnallarda dərc edilmiş, ekran və efirdən səslənmiş, sözlərinə mahnılar bəstələnmişdir. Şəxsi layihəsi əsasında yaratdığı özünün də mətnmüəllifi, aparıcısı və rejissoru olduğu "VƏTƏN DƏRSİ" adlı, tarixi-bədii-musiqili tədbirlər artıq iyirmi ildir ki, Azərbaycan məktəbliləri,müəllimləri və ziyalıları tərəfindən böyük maraq və alqışla qarşılanır. "QANAD" və "PÖHRƏ" məktəbli teatrları isə Şəhla Gündüzün fəaliyyətində xüsusi yer tutur.
Gündüz işığı
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Gündüz Kərimov
Gündüz Hacı oğlu Kərimov (1977, Qazax) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 1-ci dərəcə dövlət müşaviri, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvü. == Həyatı == Gündüz Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. Evlidir, iki övladı var. === Təhsili və karyerası === 1994-cü ildə Göygöl şəhər 1 nömrəli orta məktəbini bitirib. 1994-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinə daxil olub və 1998-ci ildə bakalavr təhsil pilləsini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. 1998-ci ildə MDB dövlətləri arasında Sankt-Peterburq şəhərində keçirilmiş "Beynəlxalq humanitar hüquq" üzrə müsabiqədə 2-ci yer qazanıb. 2002-ci ildə Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun aspirantı olub. 2008-ci ildə "Beynəlxalq xüsusi hüquqda sənaye mülkiyyəti obyektlərinin hüquqi mühafizəsi" mövzusunda hüquq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.
Gündüz bəy
Gündüz bəy (d. 1245? – ö. 1299 İnəgöl) oğuzların Bozox qolunun Qayı tayfasından olan Ərtoğrul Qazi ilə Həlimə Xatunun böyük oğludur. O, Osmanlı İmperatorluğunun qurucusu olan Osman Qazinin böyük qardaşıdır. Əskişəhərdə sancaqbəyi olmuşdur. O, həm də Osmanlı İmperiyasının ilk subaşısıdır. Aydoğdu və Aktemur adlı iki övladı olmuşdur. Gündüz bəy 1299-cu ildə baş vermiş olan İnəgölün tutulması zamanı vəfat etmişdir. == Populyar mədəniyyətdə yeri == 1988-ci ildə TRT 1-də yayımlanmış olan Türk serialı "Osmancıq"da Eşref Kolçak tərəfindən canlandırılmış, 2014-2019-cu illər arasında yenə də TRT 1-də yayımlanmış olan, Diriliş Ərtoğrul serialında isə uşaqlıq dövrünü Yaman Tümen, gənclik dövrünü isə Arif Diren canlandırmışdır.
Gündüz Əbdülov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, polkovnik. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.
Gündüz Əbilov
Gündüz Əliş oğlu Əbdülov (1976, Şuşa, DQMV) — Azərbaycan Milli Müdafiə Universitetinin rektoru, polkovnik. == Həyatı == Gündüz Əbdülov 1976-cı ildə Şuşa şəhərində anadan olub. O, 2000-ci ildə Türkiyə Milli Müdafiə Universitetində "sistem mühəndisliyi" ixtisası üzrə bakalavr, 2007-ci ildə yuxarı təhsil pilləsi üzrə ABŞ Quru Qoşunları Baş Komanda və Qərargah Akademiyasında operativ və strateji səviyyədə idarəetmə təhsili alıb, 2016-cı ildə Azərbaycan Milli Müdafiə Üniveristetinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Fəaliyyəti == === Hərbi xidməti === 2000-ci ildən etibarən Azərbaycan Ordusunda leytenant hərbi rütbəsində hərbi xidmətə başlamış, döyüş bölgəsində yerləşən hərbi hissələrdə və Müdafiə Nazirliyinin Mərkəzi Aparatında müxtəlif komanda-qərargah vəzifələrində polkovnik hərbi rütbəsinədək yüksəlmiş və 2019-cu ilin sonunda öz arzusu ilə ordu sıralarından ehtiyata buraxılmışdır. Xidmət müddəti ərzində NATO-nun Beynəlxalq Hərbi Qərargahında qərargah zabiti, daha sonra isə NATO-nun Brüsseldəki Qərargah Mənzilində Hərbi Komitə yanında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndəsi — Azərbaycan Respublikasının NATO-dakı Missiyasının hərbi məsələlər üzrə müşavirinin müavini vəzifələrində hərbi diplomat missiyasını yerinə yetirmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq İdarəsində şöbə rəisi və idarə rəisinin müavini vəzifələrində xidmət etdiyi dövr ərzində xüsusi ilə Avro-Atlantik məkanda yerləşən xarici dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində NATO-nun Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı və ABŞ-ın Beynəlxalq Hərbi Təhsil və Treninq Proqramı da daxil olmaqla bir sıra hərbi təhsil və təlim proqramlarının Azərbaycan Ordusunda tətbiqinə rəhbərlik etmişdir. Azərbaycan Ordusunun NATO və BMT ilə əməkdaşlığı çərçivəsində missiyaya açılan kontingentinin fəaliyyətinin təşkilinə, habelə Beynəlxalq Qızıl Xaç Komitəsi və Müdafiə Nazirliyi arasındakı ikitərəfli planın icrasına rəhbərlik etmişdir. === Səhiyyə sektoru === 2020-ci ildə TƏBİB-in Aparat rəhbəri vəzifəsində təyin olunub. Bu vəzifədə çalışdığı müddət ərzində TƏBİB-in nəzdində yaradılmış COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Koordinasiya Qrupunun fəaliyyətinə və Vətən Müharibəsi dövründə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə TƏBİB tərəfindən həyata keçirilən tibbi xidmətin və təxliyyənin təşkilinə rəhbərlik etmişdir.

gün-gündüz sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#gün-gündüz nədir? #gün-gündüz sözünün mənası #gün-gündüz nə deməkdir? #gün-gündüz sözünün izahı #gün-gündüz sözünün yazılışı #gün-gündüz necə yazılır? #gün-gündüz sözünün düzgün yazılışı #gün-gündüz leksik mənası #gün-gündüz sözünün sinonimi #gün-gündüz sözünün yaxın mənalı sözlər #gün-gündüz sözünün əks mənası #gün-gündüz sözünün etimologiyası #gün-gündüz sözünün orfoqrafiyası #gün-gündüz rusca #gün-gündüz inglisça #gün-gündüz fransızca #gün-gündüz sözünün istifadəsi #sözlük