göydələn sözü azərbaycan dilində

göydələn

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • göydələn • 88.2129%
  • Göydələn • 11.7871%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Göydələn
Göydələn ― yüksək tikili. Göydələnlər üçün minimum hündürlük 305 metr (1000 fut) hesab olunur. Göydələn sözünün İngilis dilindəki qarşılığı olan "skyscraper" sözü (göy qazan), XIX əsrin axırlarında Nyu-Yorkdakı xalqın böyük tikililərdən kütləvi şəkildə qorxması nəticəsində yaranmışdır. ABŞ-də göydələnlərin ən aşağı hündürlüyü ənənəvi olaraq 153 metr (500 fut) hesab olunur. Polad, dəmir-beton, su nasosları və liftlər göydələnlər üçün ən vacib inkişaflara səbəb olmuşdur. Göydələnlərin ağırlığı daşıyan sistemləri digər tikililərdən əsaslı dərəcədə çox fərqlənir. 4 mərtəbəyə qədər olan konstruksiyalar yalnız divarlarla dəstəklənə bilərlər, lakin göydələnlər polad karlaslar tərəfindən dəstəklənməsi lazım olan böyük tikililərdir. Divarlar bu polad karkaslardan pərdə kimi asılırlar — hətta memarlıqda bu polad karkaslar tərəfindən dəstəklənən şüşə ilə örtülmüş hündür tikililərə "pərdə divarları" deyilir. Küləklər üçün xüsusi şərtlər nəzərə alınır. == Adlandırma == İngilis ilə fransız dillərindəki adları "göy qazan" deməkdir və bu iki dildən digər dillərə kütləvi miqyasda hərfi tərcümə ilə keçmişdir.
İmperiya (göydələn)
İmperiya (ing. Empire business high-rise, ранее известен как Imperia Tower) — biznes kompleksi, 60 mərtəbəli tikili, Rusiyanın Moskva Beynəlxalq Biznes Mərkəzində yerləşən göydələn. == Xüsusiyyətləri == Kompleksin ümumi sahəsi 203,191 m²-dir, bunlardan 121 497 m² ofis otaqları, 45.377 m² isə mənzillərdən ibarətdir. Kompleks Sərgi metro stansiyasına və Beynəlxalq metro stansiyasına yaxın məsafədə yerləşir. Tikili 23 noyabr ayının 2011-ci ilində istismara verildi. Bina 239 metr hündürlüyündə və 60 mərtəbədən ibarətdir. İkinci mərhələnin inşasına 2013-cü ildə başlamışdır.
İstanbul yaqutu (göydələn)
Istanbul Sapphire — İstanbulda yerləşən göydələn. 261 metr hündürlüyü (antenlərlə) ilə Avropada (Rusiya istisna) "Şard London Briç" binasından sonra ən yüksək 2-ci binadır. İstanbulun Kağızxana bölgəsində yerləşir. == Yerləşməsi == İstanbulun Çeliktəpə səmtindəki Böyükdərə küçəsində yerləşən @Istanbul Sapphire@ binası Türkiyədə inşa edimiş ən böyük binadır. 261 metr hündürlükdəki göydələni İstanbulun bir çox yerindən görmək olar. Göydələn ÖSYM (Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzi) binasının yanında yerləşir. == Xüsusiyyətləri == 165.169 m2 sahəyə sahib bina yer altındakı 10 mərtəbə də daxil olmaqla 66 mərtəbədən ibarətdir. Bina 30 metr uzunluğunda antenlərə da malikdir. Binadan alış-veriş mərkəzi və yaşayış binası kimi istifadə olunur. Avtodayanacaq göydələnin ilk 6 mərtəbəsində yerləşir.
Evləri göydələn yar (film, 2010)
Evləri göydələn yar — 2010-cu ildə istehsal olunmuş Azərbaycan tammetrajlı bədii televiziya filmi. == Məzmun == == Film haqqında == Bu film tamaşaçılar arasında böyük rəğbətlə qarşılanan "Evləri köndələn yar" televiziya tamaşasındakı hadisələrin 28 ildən sonrakı davamını göstərir. Telman Adıgözəlovun son işidir.
Göydələndə nahar
Göydələndə nahar ("eninə qoyulmuş tir üzərində nahar edən Nyu-York fəhlələri") — ABŞ-nin Nyu-York şəhərində, Manhettendə Rokfeller mərkəzi 30-da yerləşən RCA Buildingin tikintisi zamanı çəkilmiş məşhur ağ-qara foto. == Qısa xülasə == Foto Nyu-york şəhəri küçələri üzərində 256 metr (840 fut) hündürlükdə tirin üstündə ayaqlarını salladaraq oturub nahar yeməyi edən on bir adamı təsvir edir. Foto 1932-ci il sentyabrın 20-i RCA Buildingin 69-cu mərtəbəsində tikintinin son aylarında çəkilmişdir. Arxivçilərin sözlərinə görə, foto əslində hazırlıqlı idi. Baxmayaraq ki, foto real polad işçilərinin şəklidir onlar inanırlar ki, an Rockefeller Center tərəfindən yeni gövdələni irəli çəkmək üçün təşkil olunmuşdur. Foto Oktyabrın 2-də Nyu-york Herald Tribunenın bazar günü foto əlavəsində yayımlanmışdı. == Müəllif == Əvvəllər müəllifliyi "naməlum" fotoqrafa aid edilən fotonun 2003-cü ildən təxminən 10 il ərzində müəllifliyi Carlz Ebbet Klayda və yanlış olaraq Levis Hine aid edilirdi) Corbis korporasiyası hal-hazırda fotonun müəllifinə naməlum fotoqraf statusu verib, lakin bir çox mənbələr fotonun müəllifinin Ebbet olması fikrində qalırlar.
Meri-eks göydələni
Gherkin — Londonun memarlıq rəmzinə çevrilən və britaniyalıların "Gherkin" adlandırdıqları 40 mərtəbəli "St.Mary Axe" binası. 2014-cü ilin yay aylarında satışa çıxarılan bu binanı braziliyalı investor Joseph Safra Londonun mərkəzində yerləşən Gherkin binası üçün 726 milyon funt sterlinq (1.1 milyard dollar) təklif edib. == Tarixi == Göydələn 2001-2004-cü illərdə məşhur britaniyalı arxitektor Norman Fosterin layihəsilə tikilib.Tikintisi 400 milyon dollara başa gələn və 180 metr hündürlüyündə olan bina elə layihələşdirilib ki, bu tipli digər binalarla müqayisədə 2 dəfə az elektrik enerjisi sərf edir.Bu səbəbdən "Gherkin" binasını çoxları "ekoloji göydələn" adı ilə də çağırırlar. Gherkin həm də turşuya qoyulmaq üçün yararlı olan kiçik xiyar növlərinin adıdır."Gherkin" Londonun əsas rəmzlərindən birinə çevrilərək müasir memarlıq sənətininin ən məşhur nümunələrindən sayılır."Evans Randall" şirkətilə şərikli əsasda binanın sahibi olan Almaniyanın "IVG Immobilien" şirkəti 2013-cü ildə müflis oluğunu elan etmişdi.Hesablamalara görə, Londonun müasir mənzərəsini yaradan 10 ən məşhur binasının ümumi dəyəri 11 milyard dollar təşkil edir.
İstanbuldakı göydələnlərin siyahısı
=== İstanbulda tikintisi tamamlanmış göydələnlər ===
Qinzburq göydələni
Qinzburq göydələni (ukr. Хмарочос Гінзбурга) və ya Qinzburq evi (ukr. Дім Гі́нзбурга) – Kiyevdə yerləşmiş 12 mərtəbəli, 67,5 metr hündürlüyündə göydələn. "Ukraynanın ilk göydələni" kimi tanınan bu bina 1912-ci ildə tamamlanmış və 1941-ci ildə dağıdılmışdır. == Tarixi == Göydələn 1910–1912-ci illərdə tikilmişdir. Tikili gəlir evi kimi istifadə olunurdu. Göydələndə 94 mənzil yerləşirdi və onların ən böyüyü 11 otaqlı idi. Ümumilikdə isə binada 500-ə yaxın otaq var idi.Qinzburq göydələninin birinci mərtəbələrində ticarət mərkəzi yerləşirdi. Binada Kiyevin panoramasına tamaşa etməyə imkan verən bir qüllə var idi. 1913-cü ilin payızında rəssam Oleksandr Muraşko göydələnin 12-ci mərtəbəsində eyni vaxtda 100-ə yaxın insanın təhsil aldığı "Oleksandr Muraşkonun sənət studiyası"nı açmışdır.
Stalin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. == İdeyanın əsası == 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.
Stalinin göydələnləri
Stalin göydələnləri (rus. Сталинские высотки) — 1947–1957-ci illər arası Moskvada tikilmiş yeddi (plana görə səkkiz) çoxmərtəbəli bina. Bir çox xarici kitablarda bu binalar "yeddi bacı" adlanır. Binalar məhbusların və mülki inşaatçıların qüvvələri vasitəsiylə tikilib. == İdeyanın əsası == 1922-ci ildə Sovetlərin Birinci Ümumittifaq Qurultayında Moskvada Sovetlər Sarayının(ru) tikilməsi ideyası yarandı və bu ideya ömrünün sonuna qədər Stalini rahat buraxmadı. 1931-ci ildə Sovetlər Sarayının layihəsi üçün Ümumittifaq müsabiqəsi təşkil edildi, burada məşhur memarlar iştirak etdilər. 160 layihə təqdim olundu, lakin bütün tələblərə cavab verən layihə yox idi. Buna görə də layihələrin işlənməsi 1932–1933-cü illərə qədər davam etdi. Və sonda Boris Mixayloviçin(ru) layihəsi əsas götürüldü. Binannın hündürlüyü 420 metr və 100 mərtəbədən ibarət olması nəzərdə tutulurdu.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.95 dəfə / 1 mln.
2004 •• 0.34
2005 •••• 0.67
2006 ••• 0.45
2007 ••••••••• 1.48
2008 •• 0.24
2009 ••••••• 1.12
2010 •• 0.27
2011 •••• 0.60
2012 ••••••••••••••• 2.58
2013 •••••••••••••••••••• 3.65
2014 ••••••••• 1.54
2015 •••• 0.68
2016 •• 0.35
2017 ••• 0.49
2018 •• 0.30
2019 •• 0.28
2020 0.13

göydələn sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. небоскрёб (очень высокое многоэтажное здание) II прил. высотный. Göydələn binalar высотные здания

    Azərbaycanca-rusca lüğət / göydələn

"göydələn" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#göydələn nədir? #göydələn sözünün mənası #göydələn nə deməkdir? #göydələn sözünün izahı #göydələn sözünün yazılışı #göydələn necə yazılır? #göydələn sözünün düzgün yazılışı #göydələn leksik mənası #göydələn sözünün sinonimi #göydələn sözünün yaxın mənalı sözlər #göydələn sözünün əks mənası #göydələn sözünün etimologiyası #göydələn sözünün orfoqrafiyası #göydələn rusca #göydələn inglisça #göydələn fransızca #göydələn sözünün istifadəsi #sözlük