Qinzburq göydələni
Qinzburq göydələni (ukr. Хмарочос Гінзбурга) və ya Qinzburq evi (ukr. Дім Гі́нзбурга) – Kiyevdə yerləşmiş 12 mərtəbəli, 67,5 metr hündürlüyündə göydələn. "Ukraynanın ilk göydələni" kimi tanınan bu bina 1912-ci ildə tamamlanmış və 1941-ci ildə dağıdılmışdır.
Göydələn 1910–1912-ci illərdə tikilmişdir. Tikili gəlir evi kimi istifadə olunurdu. Göydələndə 94 mənzil yerləşirdi və onların ən böyüyü 11 otaqlı idi. Ümumilikdə isə binada 500-ə yaxın otaq var idi.
Qinzburq göydələninin birinci mərtəbələrində ticarət mərkəzi yerləşirdi. Binada Kiyevin panoramasına tamaşa etməyə imkan verən bir qüllə var idi.