"Qodonu gözləyərkən"
Qodonu gözləyərkən (ingiliscə: Waiting for Godot) — irland dramaturq Semyuel Bekketin pyesi. İkipərdəli tragikomediyadır. Əsər fransızca yazılmış, daha sonra Bekketin özü tərəfindən ingilis dilinə tərcümə olunmuşdur.
== Məzmun ==
=== Birinci pərdə ===
Hadisələr tək ağacın olduğu bir yolda cərəyan edir. Estraqon (Qoqo) ayaqqabısını çıxarmağa çalışarkən Vladimir (Didi) səhnəyə daxil olur. Uzun cəhdlərdən sonra o, nəhayət ki, ayaqqabısını çıxarmağa müvəqqət olur. Bəlkə nəsə taparlar deyə düşünərək Estraqon ayaqqabısının, Vladimir də şlyapasının içinə baxır. Vaxt keçsin deyə Vladimir İsa Məsihin yanında çarmıxa çəkilmiş iki oğru haqda danışır. Estraqon da Müqəddəs Torpaqları təsvir edir. Estraqon çıxıb getmək istəyərkən Vladimir onu getməyə qoymur, çünki onlar Qodonun gəlməsini gözləyirlər.