* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap // həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. (“Koroğlu” dastanının lüğəti) Dastanda saç, tel sözlərinin epiteti kimi işlənir. Sarı, sarı-qızılı rəng mənası da vardır. Tutini bənd eylər şirin dilləri, Şümşad barmaqları, nazik əlləri, Gülabətin saçı, qara telləri, Töküləndə dal gərdanə yaraşır. (“Koroğlunun Ərzurum səfəri”) * Firəng şüşəsindən ağdı qolları, Göyün ulduzuna bənzər xalları, Saf gülabətintək siyah telləri, Yayılanda dal gərdana yaraşır. (“Koroğlunun Ərzurum səfəri”) (“Dəli-Həsənbala”)
Azərbaycan dastanlarının leksikası / gülabətin