Güləbətin sözü azərbaycan dilində

Güləbətin

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Güləbətin • 71.0526%
  • güləbətin • 28.0702%
  • GÜLƏBƏTİN • 0.8772%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Güləbətin
Güləbətin sözünün mənaları: Güləbətin (bitki) — bitki cinsi; Güləbətin (tikmə) — tikmə növü.
Bənövşəyi güləbətin
Bənövşəyi güləbətin (lat. Pulsatilla violacea) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-20 sm hündürlükdədir, yarpaqlarla birlikdə yumşaq tüklüdür. Kök üzərində olan yarpaqlar çiçəklərlə birlikdə əmələ gəlir, uzunsov, ikiqat lələkvari yarılmış xətvari, qısa, itiləşmiş hissələrə ayrılmışdır. Çiçəklər bənövşəyi, bəzən də ağımtıl rənglidir. Çiçəkyanlığının yarpaqları ellipsivari və ya tərsyumurtavari, uzunsov, 3 sm-ə qədər uzunluqdadır. Meyvələrin saplağı tükcüklü, 2-3 sm uzunluqdadır.
Güləbətin (bitki)
Güləbətin (lat. Pulsatilla) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Gülçülükdə güləbətinin 3 növü xüsusilə geniş yayılmışdır: Alp güləbətininin (P. alpina) yarpaqları sallaq və qönçəli, gülləri ağ olub, hündürlüyü 25 sm, diametri 7 sm-ə qədərdir. Yaz güləbətini (Yuxuotu) (P. vernalis) — hündürlüyü 15 sm, yarpaqları sallaq və bənövşəyi, bəzən ağ gülləri olan bitkidir. Adi güləbətin (P. vulgaris) hündürlüyü 20 sm, bənövşəyi, yasəmən rəngli ya da çəhrayı güllü bitkidir. Güləbətinlər kalsiumla zəngin torpaqlarda yaxşı inkişaf edir. Güləbətin toxumla çoxaldılır, ilk cücərtiləri payızda əmələ gəlir. Çiçəkləmə yarpaqdan əvvəl müşahidə edilir. Qiymətli dərman bitkisidir.
Güləbətin (tikmə)
Güləbətin (tikmə) (türk. Altınişi, Telkırma, Bartın işi, türkm. akqayma, sarıqayma ) - qızılı və ya gümüşü saplardan, habelə onlara bənzədilən materiallardan qatışığı olan saplardan istifadə edilməklə icra edilən tikmə növüdür. == Tarixçə == Ən qədim tikmə növlərindən biridir. Uzmanların fikrincə, Orta Asiyada əmələ gəlib. Azərbaycanda isə daha çox Təbriz, Bakı, Şamaxı, Naxçıvan və s. şəhərlərində inkişaf etdirilmişdir. Ən qiymətli Şamaxı sənətkarlarının güləbətin tikmələri idi . Xurşudbanu Natəvanın ecazkarlığı ilə gözoxşayan tikmələri o vaxtlar Rusiyada təşkil olunmuş müxtəlif miqyaslı sərgilərdə uğurla nümayiş etdirilib. 1882-ci ildə keçirilən Ümumrusiya sərgisinin Qafqaz şöbəsində göstərilən sənət nümunələri arasında şairənin incə zövqlə hazırladığı tikmə də olub.
Adi güləbətin
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Alban güləbətini
Alban güləbətini (lat. Pulsatilla albana) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi sadədir, 5-15 sm hündürlükdədir. Meyvəvermə zamanı 26 sm-ə qədər uzanır. Kökətrafı yarpaqları əsasən çiçəklərlə eyni vaxtda əmələ gəlir, uzunsov, 2 dəfə lələkvari bölünmüş, neştərşəkilli və ya xətvari, tamkənarlı və ya dişcikli hissəlidir. Çiçəkləri sallanan, sarı, zəngvaridir. Çiçək yatağının yarpaqları 18–25 mm uzunluğunda, uzunsov, ellipsivari, əyilmiş ucludur. Meyvələri tükcüklü, qılçıqlıdır, 2-2,5 sm uzunluqdadır.
Haller güləbətini
Haller güləbətini (lat. Pulsatilla halleri) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.
Yuxu güləbətini
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Çin güləbətini
Çin güləbətini (lat. Pulsatilla chinensis) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2007 ••••••••••• 0.21
2009 ••••••••• 0.16
2010 ••••• 0.09
2011 ••••• 0.09
2012 ••••••••• 0.17
2014 ••••••••• 0.17
2015 ••••••••• 0.17
2017 ••••••••• 0.16
2018 •••••••••••••••• 0.30
2019 •••••••• 0.14

güləbətin sözünün leksik mənası və izahı

  • 1 1. is. Qızıl və ya gümüş tellərindən, habelə onlara bənzədilən materiallardan qatışığı olan sap. [Otaqda] arasıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi. H.Sarabski. 2. sif. Həmin sapla işlənmiş, üzərinə bəzək vurulmuş. Güləbətin daraqqabı. Güləbətin araqçın. – Güləbətin köynək, abı nimtənə; Yaxasında qızıl düymə gərəkdir. M.P.Vaqif. 3. sif. məc. Sarı, sarı-qızılı. Güləbətin saç.

    Azərbaycan dilinin izahlı lüğəti / güləbətin

güləbətin sözünün etimologiyası

  • 1 Alınma sözdür, “qızıl və gümüş qarışığı olan sap” deməkdir. Belə sap­dan toxunmuş parça da güləbətin adlanır. Adam adı kimi də işlənir. Əsl mənası “üzə­rində zərdən gülləri olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / güləbətin

güləbətin sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 GÜLƏBƏTİN I is. bot. Çöl bitkisi. Bu yerlərin istiliyinə baxma, güləbətin az bitir buralarda. GÜLƏBƏTİN II is. Tikmənin bir növü. Ağızları yaşmaqlı; Güləbətin başmaqlı (M.Rahim).

    Azərbaycan dilinin omonimlər lüğəti / güləbətin

güləbətin sözünün rus dilinə tərcüməsi

  • 1 канитель (тонкая витая золотая или серебряная проволока)

    Azərbaycanca-rusca lüğət / güləbətin
  • 2 1 I сущ. 1. канитель (очень тонкая) металлическая – обычно золотая или серебряная нить, употребляемая для вышивания) 2. золото (позолоченные шёлковые нити, употребляемые для вышивания) II прил. 1. канительный (вышитый канителью) 2. золотой: 1) вытканный, шитый золотом 2) блестяще-жёлтый. Güləbətin saçlar золотые волосы 2 сущ. бот. прострел (лекарственное растение сем. лютиковых); сон-трава

    Azərbaycanca-rusca lüğət / güləbətin

güləbətin sözünün inglis dilinə tərcüməsi

güləbətin sözünün fransız dilinə tərcüməsi

güləbətin sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. сущ. гилебатун (къизил ва я гимишдин зар галай гъал); 2. прил. гилебатундин гъаларикай нехишар янвай (мес. перем); 3. прил. пер. хъипи, хъипи-къизилдин ранг алай (мес. чӀарар).

    Azərbaycanca-ləzgicə lüğəti / güləbətin

güləbətin sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Bax: gülabətin. (“Koroğlu” dastanının lüğəti)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan qadın adlarının izahlı lüğəti.

qızıl və gümüş tellərdən və ya rəngli saplardan vurulan bəzəkli tikmə növü; incə, gözəl.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"güləbətin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güləbətin nədir? #güləbətin sözünün mənası #güləbətin nə deməkdir? #güləbətin sözünün izahı #güləbətin sözünün yazılışı #güləbətin necə yazılır? #güləbətin sözünün düzgün yazılışı #güləbətin leksik mənası #güləbətin sözünün sinonimi #güləbətin sözünün yaxın mənalı sözlər #güləbətin sözünün əks mənası #güləbətin sözünün etimologiyası #güləbətin sözünün orfoqrafiyası #güləbətin rusca #güləbətin inglisça #güləbətin fransızca #güləbətin sözünün istifadəsi #sözlük