Gülbala sözü azərbaycan dilində

Gülbala

Yazılış

  • Gülbala • 99.6904%
  • gülbala • 0.3096%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gülbala Salamov
Gülbala Salamov Ağaməmməd oğlu (d.1928- ci il Bakının Saray qəsəbəsi. ö.1985-ci il) kənd təssrüfatı üzrə fəlsəfə doktoru. == Həyatı == G.A.Salamov Bakının Saray qəsəbəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-coğrafiya fakültəsini coğrafiyaçı ixtisası üzrə bitirmişdir. Həmin il AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Meşə torpaqları laboratoriyasına işə qəbul edilmişdir. == Elmi fəaliyyəti == 1957-ci ildə həmin institutun aspiranturasını bitirmişdir. 1964-cü ildə "Böyük Qafqazın qara torpaqları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ildən AMEA Coğrafiya institutuna işə keçirilmiş və baş elmi işçi vəzifəsində işləmiş, sonra isə "Meşə torpaqlarının genezisi və xəritələşdirilməsi" laboratoriyasına rəhbərlik etmişdir. O, Azərbaycanın bir sıra regionlarında meşə torpaqlarının yayılması, onların genetik-təsərrüfat xüsusiyyətləri, torpaqlardan səmərəli istifadənin yolları və başqa məsələlərə aid elmi tədqiqat işləri aparmış, irimiqyaslı torpaq xəritələri tərtib etmişdir. G.Salamovun 2 monoqrafiyası "Böyük Qafqazın alçaq və dağətəyi zonalarının qara torpaqları" (1971), "Böyük Qafqazın cənub yamacının meşə torpaqları" (1978) və 80-dən çox məqaləsi nəşr olunmuşdur.
Gülbala Əliyev
Gülbala Ağabala oğlu Əliyev (5 dekabr 1879, Bilgəh, Bakı qəzası – 27 mart 1971, Bakı) — SSRİ-nin fəxri neftçisi, SSRİ neftçıxarma sənayesinin veteranı, Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR neft ustası (1940). == Həyatı == Gülbala Əliyev 5 dekabr 1879-cu ildə Bakı şəhərinin, Bilgəh qəsəbəsində anadan olmuşdur. Bikəxanım Əliyeva ile ailə həyatı qurmuş ve 8 övladı olmuşdur G.Əliyev əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamışdır. O, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçılarından biri olmuşdur. Neft mədənlərində usta və mühəndis işləmişdir. Azərbaycanda neft sənayesinin təşəkkülündə, onun texniki cəhətdən yenidən qurulmasında, mütəxəssislər hazırlanmasında G.Əliyevin böyük xidmətləri vardır. O, SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. == Mükafatları == İki dəfə Lenin ordeni, Qırmızı Əmək bayrağı ordeni və digər medallarla təltif olunmuş, 1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. == Xatirəsi == Bakıda büstü qoyulmuş, adına küçə verilmişdir. Haqqında "Bizim Gülbala" filmi çəkilmişdir.
Bizim Gülbala (film, 1961)
Bizim Gülbala qısametrajlı sənədli filmi rejissor İsmayıl Xəlilov tərəfindən 1961-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. == Məzmun == Film məşhur fəhlə-neftçi, Azərbaycan neftçilərinin ağsaqqalı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycanın neft ustası Gülbala Əliyevə həsr olunmuşdur. O əmək fəaliyyətinə 1898-ci ildə Bibiheybət neft mədənlərində başlamış, Bibiheybət buxtasının qurudulmasının fəal iştirakçısı olmuş, neft mədənlərində fəhlə, usta, mühəndis işləmişdir. Neft sahəsində mütəxəssislərin hazırlanmasında Gülbala Əliyevin böyük xidmətləri vardır. Kinooçerkdə neft ustasının həyat və əmək fəaliyyətinin ayrı-ayrı anları canlandırılmışdır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fəhlə Gülbala Əliyev (film, 1971)

gülbala sözünün leksik mənası və izahı

Oxşar sözlər

#gülbala nədir? #gülbala sözünün mənası #gülbala nə deməkdir? #gülbala sözünün izahı #gülbala sözünün yazılışı #gülbala necə yazılır? #gülbala sözünün düzgün yazılışı #gülbala leksik mənası #gülbala sözünün sinonimi #gülbala sözünün yaxın mənalı sözlər #gülbala sözünün əks mənası #gülbala sözünün etimologiyası #gülbala sözünün orfoqrafiyası #gülbala rusca #gülbala inglisça #gülbala fransızca #gülbala sözünün istifadəsi #sözlük