* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov. □ Gülləbaran etmək (eləmək) – 1) şiddətli atəşə tutmaq. Düşmənin mühüm bir dəstəsi həmin evi gülləbaran edirdi. H.Nəzərli; 2) bax güllələmək. 2. Kütləvi qırğın. Lena gülləbaranı. – Bunun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / gülləbaran1 Farscadır, “güllə yağışı” (baran “yağış”dır) deməkdir, baridən feili “yağmaq” mənasını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gülləbaran1 сущ. гуьллебаран (1. гзаф инсанри санал тфенгар ягъун; // gülləbaran etmək (eləmək) гуьллебаран авун а) ара датӀана гуьлле гун; б) кил. güllələmək; 2. къиргъин, къирмишун (гзаф инсанар санал).
Azərbaycanca-ləzgicə lüğəti / gülləbaran