gülləbaranı sözü azərbaycan dilində

gülləbaranı

Yazılış

  • gülləbaranı • 88.2353%
  • Gülləbaranı • 11.7647%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Yerusəlim gülləbaranı (2021)
Yerusəlim gülləbaranı — 21 noyabr 2021-ci ildə Yerusəlimdə baş verən gülləbaran. Şərqi Yerusəlimdən olan 42 yaşlı fələstinli Fadi Əbu Şıxaydəm 2019-cu ildə Cənubi Afrikadan köçən 26 yaşlı israillini qətlə yetirmişdir. O, daha dörd nəfəri (bir ravvin də daxil olmaqla) yaralamış, sonradan polis tərəfindən öldürülmüşdür. Zərərçəkənlər dua etmək üçün hərəkət edərkən hücumu törədən şəxs gülləbarana başlamışdır. İsrail rəsmiləri Əbu Şıxaydəmin tur bələdçisinə dəfələrlə atəş açdığını və daha sonra Eyn-Keremdəki Hadassa Tibb Mərkəzində öldüyünü bildirmişdir. Silahlı şəxs bir ravvini və yeşiva tələbəsini yaralmışdır. Polislər dərhal atəş açan şəxsə atəş açaraq cavab verdilər. Polislərdən ikisi yüngül xəsarətlər almışdır. Silahlı şəxs Fadi Əbu Şəxaydəm Yerusəlimin Şuafət məhəlləsində olan Rəşidiyyə orta məktəbində müəllim idi. O, Həmas üzvü kimi tanınırdı və bu ərazidə İsrail turizminə qarşı aksiyalard iştirak etməklə yanaşı, müntəzəm olaraq Məbəd dağında moizələr söyləyirdi.
2016 Orlando gecə klubu gülləbaranı
Orlando gecə klubu gülləbaranı (ing. Orlando nightclub shooting, həmçinin Orlando gecə klubu qırğını (ing. Orlando nightclub massacre)) - ABŞ-nin Florida ştatındakı Orlando şəhərində "Pulse" gey gecə klubunda 12 iyun 2016-cı il radələrində səhərə yaxın baş vermiş gülləbaran hadisəsidir. Hadisə nəticəsində qatil də daxil olmaqla 51 nəfər ölmüş, 53 nəfərdən çox insan isə yaralanmışdır. Hadisə müasir ABŞ tarixində ən böyük gülləbaran, ABŞ tarixində LGBT fərdlərinə qarşı ən böyük cinayət, və 2001-ci ildə baş vermiş 11 sentyabr terror aktlarından sonra ABŞ-də ən çox insanın öldürüldüyü terror hadisəsidir. Hadisə rəsmən daxili terrorizm aktı və qatilin İraq Şam İslam Dövləti ilə əlaqəsi olmasını qeyd etdiyinə görə İslam terrorizmi kimi qiymətləndirilmişdir. == Hücum == Hadisə 12 iyun 2016-cı ildə ABŞ-nin Florida ştatındakı Orlando şəhərində “Pulse” adlı gey gecə klubunda baş vermişdir. Hücum baş verdiyi vaxt klubda hər həftə şənbə günü təşkil olunan yığıncaq təşkil olunmuşdu ki, bu yığıncağa da daha çox Latın Amerikan mənşəli müştərilər gəlirdilər. Təxminən 2:00 am radələrində klubda 320 nəfər olduğu vaxt Mətin atəş açmağa başlamışdı. O, AR-15-tipli tüfəng və tapança ilə silahlanmışdı.
Las-Veqas Strip gülləbaranı (2017)
Las-Veqas Strip gülləbaranı , Paradays, Nevadadakı Las-Veqas Stripdə təşkil olunan dördüncü "Route 91 Harvest" Kantri musiqi festivalında baş vermiş silahlı hücum. Müğənni Ceyson Oldinin bitməkdə olan performansı sırasında Mandalay Bay hotelinin 32-ci mərtəbəsindəki bir nişançı, Las-Veqas bulvarında toplaşan musiqi festivalı iştirakçılarına atəş açıb. Hadisəni törədən şəxsin Meskit, Nevadada yaşayan 64 yaşındakı Stiven Kreyq Peddok olduğu aydın olub və qatil, hadisə yerində intihar etmiş şəkildə tapılıb. Ən azı 60 nəfərin ölümü və 527 nəfərin yaralanması ilə ABŞ tarixinin ən ölümcül hücumu oldu.

Oxşar sözlər

#gülləbaranı nədir? #gülləbaranı sözünün mənası #gülləbaranı nə deməkdir? #gülləbaranı sözünün izahı #gülləbaranı sözünün yazılışı #gülləbaranı necə yazılır? #gülləbaranı sözünün düzgün yazılışı #gülləbaranı leksik mənası #gülləbaranı sözünün sinonimi #gülləbaranı sözünün yaxın mənalı sözlər #gülləbaranı sözünün əks mənası #gülləbaranı sözünün etimologiyası #gülləbaranı sözünün orfoqrafiyası #gülləbaranı rusca #gülləbaranı inglisça #gülləbaranı fransızca #gülləbaranı sözünün istifadəsi #sözlük