güləşi sözü azərbaycan dilində

güləşi

Yazılış

  • güləşi • 98.1451%
  • Güləşi • 1.8549%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amerikan güləşi
Peşəkar güləş (ingiliscə professional wrestling) toxumları Avropada atılmış, sonra isə ABŞ-yə qədər gedib çıxmış ən çox Amerikan güləşi və ya Pankreas güləş kimi tanınan idman növü. Günümüzün ən çox tanınan peşəkar güləş federasiyası WWE yəni; World Wrestling Entertainmentdir. Peşəkar güləş, digər güləş növlərinin əksinə bir "əyləncə idmanı"dır yəni, şoudur. Edilən matçların, yaşanan hadisələrin, danışmaların hamısı, çox ağıllıca hazırlanmış bir ssenarinin məhsuludur və nəticələri güləşçilər, ssenari qrupu və bəzi vəzifəlilər xaricində kimsə bilməz. İdmançılar ümumiyyətlə çox çalışqan şəxsiyyətlərdir və həftənin böyük bir hissəsinini ring içində tətbiqləri lazım olan hərəkətləri, ssenariləri çalışmaq üçün keçirərlər.WWE-in xaricində ən tanınmış güləş federasiyaları; Total Nonstop Action, Ring of Honor kimi ABŞ əsaslı güləş quruluşlarıdır. Hər idmançının bir gimmicki yəni; xarakteri vardır. Buna ən yaxşı nümunə, əfsanə ad Undertakerdir. Undertaker, ring içində Dead Man(Ölü adam) xarakterinə malikdir amma əslində o da hər kəs kimi normal bir insandır. Mikrofon performansı, karizma və ring içi qabiliyyəti, bu idman da müvəffəqiyyət üçün lazımlı olan ən əhəmiyyətli meyarlardır.
Luçu güləşi
Luçu güləşi — Mazandaranın yerli idmanlarındandır. == Tarixçə == Luçu güləşi Mazandaranın ənənəvi və pələvanlıq idmanıdır.Hər il 19 iyulda bir mərasimdə ki ölülər bayramına məşhurdur,Mazandaranlılar qəbristanlıqlarda şənlik edərlər və yerli qidaların və şirnilərin pişirib və yeyərlər.Bu mərasimdə luçu güləşidə keçirilər.Luçu, Mazandaran dilində taxta kenarı deməkdir.Bu söz İspan dilində ki Luça və Luça libre sözlərinə ki mübarizə və sərbəst güləş anlamındadırlar, oxşarlığı var.
Qol güləşi
Armrestinq və ya qol güləşi Bir neçə əsr bundan əvvəl əsasən dənizçilər arasında, pablarda yaranan qol güləşdirməsi və ya armrestli bir idman növü kimi 100 ilə yaxındır ki tanınır. Məşhur Amerika yazıçısı Ernest Heminquey özünün “Qoca və dəniz” əsərində armrestlinq haqqında söhbət açmışdır. İlk dünya çempionatı isə yalnız 1962-ci ildə keçirilmişdir. Amerikada ona oxşar idman növləri – hendrestlinq və ristrestlinq də mövcuddur. == Qaydalar == Hələ indiyədək armrestlinq yarışları müxtəlif qaydalarla keçirilir. Bu növün banisi Bill Soberanus ayaqüstü yarışmağın tərəfdarı olsa da, oturan yerdə, sol və ya sağ əllərlə mübarizə etməyin tərəfdarları da tapılır. Azərbaycanda bu yarışlar ancaq ayaqüsü keçirilir. İdmançılar bir-birinin biləyindən yapışır, hakimin hərəkətindən sonra rəqibin əlini stola endirməyə çalışırlar. Əgər idmançılardan hansısa əlini qaçırırsa, onda hakim onların hər ikisinin biləyini qayışla bağlayır.
Çimərlik güləşi
Çimərlik güləşi ― Rəsmi olaraq 2005-ci ildən yarışları keçirilən güləş növü. == Tarixi == İlk dəfə 2004-cü ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) dövründə çimərlik güləşi güləş növü kimi qeydiyyata alınıb. Çimərlik güləşi həm kişilər həm də qadınların iştirak edə bildiyi idman növüdür. İdmançılar diametri 7 metr olan daxili qumla doldurulmuş çevrədə yarışırlar. Bu güləş növündə iştirak edən idmançılar yarışda güləş geyimi yox çimərlik geyimi geyinirlər. Bundan başqa onlar spandeks və ya idman şortlarından da istifadə edə bilərlər. 2015-ci ildə Beynəlxalq Birləşmiş Güləş Növləri Federasiyası (FİLA) beynəlxalq qaydalarda düzəlişlər etdi. Yeni qaydalara əsasən güləşçilər rəqibi yerə yıxaraq, dairədən kənara çıxararaq, və ya kürəyi üstə yıxaraq xallar əldə edə bilərlər. İllik Dünya Çimərlik Güləş Çempionatlarına əlavə olaraq, çimərlik güləşi Gənclərin Olimpiya Oyunları, Asiya Oyunları, Aralıq Dənizi Oyunları və 2019 Dünya Çimərlik Oyunlarında yer almışdır. Çimərlik güləşi üzrə Dünya Çempionatı seriyalar halında ilk dəfə 2019-cu ildən etibarən keçirilməyə başlamışdır.
Azərbaycan milli güləşi
Azərbaycan milli güləşi — Azərbaycanın milli idman növü. Bakı və onun ətraf ərazilərində — Maştağa, Nardaran, Buzovna, Zabrat kimi qəsəbələrdə, həm də Azərbaycanın bir çox rayon və şəhərlərində Gəncə, Şəki, Qazax, Salyan, Tovuz, Zaqatala və s. məşhurdur.Azərbaycan milli güləşi zamanı rəhləvanların görüşdükləri meydan isə zorxana adlanır. == Tarixi == Azərbaycan xalqının bədən tərbiyəsinin ən mühüm vasitələrindən biri qədim zamanlardan xalq güləşi olub. Xalq güləşi üzrə həmişə yerli yarışlar keçirilib. Rəsmi olaraq isə Azərbaycanda 1937-ci ildən həm rayon, şəhər, həm də respublika birinciliyi uğrunda yarışlar keçirilir.Güləşin tarixinin yenidən yaradılması və güləş qaydalarının sistemləşdirilməsi istiqamətində çoxlu işlər gənc azərbaycanlı alim, Azərbaycan Bədən Tərbiyəsi İnstitutunun dosenti E.Rəhimov tərəfindən aparılmışdır.Pəhləvanların görüşü, tarixi salnamələrin yazdığı kimi, çox vaxt bütün orduların döyüşünün taleyini həll edirdi. Təbiətcə güclü olan, nəhəng taxta gürzlərlə, hətta diri dəvə ilə məşq edən, bir əli ilə daş plitələri qaldıran, bir neçə güclü kişi ilə döyüşə girən Muştağı kəndindən olan Altı Aylaq haqqında xalq əfsanəsi var. Bakıda Qız Qalasının yanında zorxana xüsusi otaqda mendereslər (qoçular) tələbələrlə dərs keçir, pəhləvanlarla döyüşürdülər.. Azərbaycan Tarixi Muzeyində zorxana alətləri sərgilənir. Bu əşyalar ağır idi (zorxana milləri, gürzlər, qalxanlar, yekbargirlər, gildaşlar) və məşq üçün istifadə olunurdu.
Kırkpınar yağlı güləşi
Kırkpınar yağlı güləşi — Türkiyənin tarixi güləş növü
Yunan-Roma güləşi
Yunan-Roma güləşi — güləşin dünyada geniş yayılmış bir növüdür. Müxtəlif ölkələrdə, ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Klassik güləşməni götürək. Onu qabaqlar Yunan-Roma güləşi adlandırırlar. Bu güləş indi də qədim yunanların və romalıların güləşini xatırladır. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb, bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. “Təmiz qələbə” mümkün olmayanda xal hesabı ilə qalib gəlmək olar.
Azərbaycan Qol Güləşi Federasiyası
Azərbaycan Qol Güləşi Federasiyası — == Haqqında == Azərbaycan Qol Güləşi Federasiyası 2009-cu ildən təsis olunub. Hal-hazırda Azərbaycan Qol Güləşi Federasiyası Dünya və Avropa Armrestlinq Federasiyalarının tam hüquqlu üzvüdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 23.77 dəfə / 1 mln.
2002 ••••• 10.28
2003 ••••••• 15.75
2004 ••••• 11.12
2005 •••••••••••• 25.64
2006 ••••••••••• 23.20
2007 ••••••••••••••• 32.56
2008 ••••••••••••• 28.26
2009 •••••••••••••• 29.60
2010 •••••••••••••••••••• 45.11
2011 ••••••••••••• 27.62
2012 ••••••••••••• 27.10
2013 ••••••••• 19.40
2014 •••••••••• 21.62
2015 •••••••••••••••• 35.72
2016 ••••••••••••• 28.11
2017 ••••••• 15.12
2018 •••• 7.79
2019 ••••• 9.60
2020 ••• 4.64

"güləşi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#güləşi nədir? #güləşi sözünün mənası #güləşi nə deməkdir? #güləşi sözünün izahı #güləşi sözünün yazılışı #güləşi necə yazılır? #güləşi sözünün düzgün yazılışı #güləşi leksik mənası #güləşi sözünün sinonimi #güləşi sözünün yaxın mənalı sözlər #güləşi sözünün əks mənası #güləşi sözünün etimologiyası #güləşi sözünün orfoqrafiyası #güləşi rusca #güləşi inglisça #güləşi fransızca #güləşi sözünün istifadəsi #sözlük