günlər sözü azərbaycan dilində

günlər

Yazılış

  • günlər • 99.1254%
  • Günlər • 0.8459%
  • GÜNLƏR • 0.0287%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günlər
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Ötən günlər
"Ötən günlər" (tal. Dəvardə rüjon) — talış şairi Zülfüqar Əhmədzadənin 1932-ci ildə nəşr olunmuş poeması . Şairin yaradıcılıq məharətinin kulminasiya nöqtəsi sayıla bilər . Poema, talış ədəbiyyatının bir çoxu kimi, 1930-cu illərin sonundakı repressiyalardan sonra talışlara o qədər də məlum deyildi və 1990-cı illərdən yenidən yayılmağa, populyarlaşmağa başladı. Nəşrin nüsxələrinə yalnız kitabxanalarda rast gəlinirdi. Əhəd Muxtar şeiri talış dilindən Azərbaycan dilinə tərcümə etmişdir . Müəllif bu əsərində talış xalqının Oktyabr inqilabına qədər, xüsusən də Talış xanlarının hakimiyyəti dövründəki faciəli taleyindən və həyatından bəhs edir. Poema Muğandan Mazandaran meşələrinə, Xəzər dənizinin cənub-qərb sahillərinə və Talış dağlarına qədər olan keçmiş ictimai-siyasi vəziyyəti təsvir edir. Dağətəyi əhalisinin inqilabdan əvvəlki həyat tərzini təsvir edir. Zülfüqar Əhmədzadə şeir yaradaraq həmin faciələrin canlı şahidi olan valideynlərinin sözlərindən bəzi hadisələri təsvir etmişdir .
İslamda xüsusi günlər
İslam dinində Ramazan bayramı və Qurban Bayramı olmaq üzrə iki böyük bayram vardır. Bayramlar mədəniyyət və məzhəblərin fərqliliyinə görə müxtəlif şəkillərdə qeyd edilir. İslami bayramlar ay təqviminə görə tənzimlənir. İslami təqvimdə 12 ay və 354–355 gün vardır. Sünni və şiə ay təqvimləri hər dəfə üst-üstə düşmür. Bəzən həm şiələrin həm də sünnilərin qeyd etdiyi bir bayram fərqli günlərə təsadüf edə bilər. İslami bayramlar ay təqviminə görə təşkil edildiyindən 1-2 günlük fərqliliklər ola bilər. Müsəlmanlar tərəfindən müqəddəs sayılan gecələrdir. Bu gecələrə "qəndil gecələri" də deyilir. Qəndil gecələrini peyğəmbər keçirtməyib.
Ad günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Həmçinin bir çox dinlər öz qurucularının və ya din xadimlərinin doğumunu xüsusi bayramlarla qeyd edirlər (məsələn, Milad, Mövlud, Buddanın Ad günü, Krişna Canmaştəmi və Qurpurb). Ad günü tortu hazırlamaq və üzərinə şam qoyub arzu edib üfürmək adəti əslində Qədim Yunanıstana gedib çıxır. O dövrdə üzərində şam olan yuvarlaq tortların parlaq ayı simvolizə etdiyinə dair ümumi bir inanc var idi. Belə inanılırdı ki, bir arzu etmək və tortun üzərindəki şamları üfürmək duaları tüstü vasitəsilə tanrılara çatdıracaq. Bir çox Latın Amerikası ölkələrində, xüsusən də Meksikada ad günü şənliklərində Pinyata (piñata) ənənəsi keçirilir. Bu pinyatalar adətən bəzəkli heyvan şəklində olur və karton və yaxud papyer-maşedən hazırlanır, içərisi isə konfet və şirniyyatlarla doldurulur. Pinyatalar əvvəlcə asılır və iştirakçılar, əsasən də uşaqlar onu növbə ilə, açılana qədər gözləri bağlı halda çubuqla vururlar.
Albaniya dövlət bayramları və xüsusi günləri
Albaniya dövlət bayramları və xüsusi günləri- Albaniyada qanunla tənzimlənən günlər.
Fatimiyə günləri
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Fransada Azərbaycan Günləri (1985)
Fransada Azərbaycan günləri (film, 1985)
Günlərin bir günü... (film, 1976)
== Məzmun == Kinoalmanax Hər iki novellanı ümumi bir fikir birləşdirir: insan öz vəzifəsinə, əqidə və məsləkinə sadiq qalmalı, bu və ya digər dərəcədə öz şəxsi səadətindən, vəzifəsindən və yaxşı güzəranından əl çəkib qəlbinin hökmü ilə hərəkət etməli, başqalarına lazım olan işlər görməlidir. Müəlliflər bu film vasitəsilə bugünkü gənclər, onların qarşısında duran problemlər haqqında söz açmışlar. Süita "Süita"da insanın öz əqidəsinə sadiq qalmasının vacibliyindən bəhs edilir. Novellanın qəhrəmanı (Vladimir Vorobyov) çimərlikdə xilasedici işləyir. Dənizdə baş verən hadisələr onu əyləndirmir və düşündürmür. Bizenin musiqisi altında o öz Karmeni, özünün qəhrəmanlığı və güclü məhəbbəti haqqında xəyallara dalır. Günlərin bir günü "Günlərin bir günü"ndə isə rahatlığından, vəzifəsindən əl çəkib qəlbinin hökmü ilə hərəkət etməyi bacaran insandan bəhs edilir. Bir dəfə səhər erkən perspektivli elmi əməkdaş (Semyon Farada) öz eyvanındann uçan kosmik gəmi görür. Bir qədər həyəcanla o, bu barədə qaynanasına (Leyla Bədirbəyli), qonşularına, tanışlarına, idarə rəhbərinə və nəhayət, psixiatra danışır... == Film haqqında == Kinoalmanax Kinoalmanax 2 novelladan ibarətdir: "Süita" və "Günlərin bir günü" Süita Film rejissor Rüstəm İbrahimbəyovun rejissor kimi kinoda ilk işidir.
Günlərin bir günü... (film, 1981)
Günlərin bir günündə... (film, 1975)
== Məzmun == Film belə başlayır: Göydən bir ulduz düşdü. Acgöz sərçə qapdı onu. Özü parlaq olsun deyə... Lakin sərçə onu itirir. Sonra ulduzu balıq, qurbağa, ayı tapır, amma o heç kəsdə qalmır. Onlar hamısı parlaq ulduz olmaq istəyir. Lakin onlar ulduza sahib ola bilmirlər. İşıqsaçan ulduz heyvanların əlindən qurtulub hamıya işıq saçmaq üçün yenidən səmaya qalxır... Ulduz göylərə uçdu. Hamıya-hamıya şölə saçsın deyə...
Həftənin günləri
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
Maykl Ceksonun son günləri
Maykl Ceksonun son günləri (ing. The Last Days of Michael Jackson) — 24 may 2018-ci ildə ABC telekanalında yayımlanmış iki saatlıq sənədli film. Xüsusi televiziya buraxılışında Maykl Ceksonun uşaqlığından həyata keçirilməmiş "This Is It" adlı sonuncu konsert turuna kimi olan bütün hadisələrdən, sənətkarın yaradıcılığı və irsindən bəhs edilir. Filmdə sənətkarın əvvəl heç yerdə yayımlanmamış Barbara Uolters və Dayan Soyerlə olan müsahibələrindən, həmçinin yaxınları və dostları ilə olan söhbət yazışmalarından da istifadə edilmişdir. Film 5.56 milyon nəfər tərəfindən canlı izlənilmiş və əsasən mənfi qarşılanmışdır. Maykl Ceksonun varisləri yayım gününün elan edilməsindən bir gün əvvəl onu tənqid edərək, filmin Maykkl Ceksonun varisləri tərəfindən sifariş və ya sponsorluq edilmədiyini, varislərdən heç bir razılığın alınmadığını və ehtimal ki, onların intellektual hüquqlarının pozulduğunu bildirmişlər. == Rollarda == Maykl Cekson (arxiv kadrları) Karen Faye (arxiv kadrları) Dayan Soyer (arxiv kadrları) Barbara Uolters (arxiv kadrları) Frenk Kaskio (arxiv kadrları) Kris Konnelli Co Cekson (arxiv kadrları) Marqo Cefferson Stiv Knopper Kim Mazell Navi Kenni Orteqa (arxiv kadrları) Rendi Fillips Rayan Smit J. Rendi Taraborrelli Tomi R. Tomi Ture Mayk Uolters == Çıxarılması == Maykl Ceksonun son günləri filminin ilk treyleri 18 may 2018-ci ildə çıxarılmışdır. Film, ABŞ televiziya şəbəkəsi ABC tərəfindən 24 may 2018-ci ildə efirə verilmişdir. == Qəbulu == === İzləyicilər === Premyera efiri zamanı film, 5.56 milyon nəfər tərəfindən izlənmişdir. === Reaksiyalar === Sənədli film, yer verilmiş çoxsaylı qeyri dəqiqliklərə, papparazilər, tabloid müxbirləri və Popun kralı ilə heç vaxt görüşməmiş insanların fikirlərinə istinad edildiyinə görə həm fanatlar, həm də tənqidçilərin mənfi rəylərini almışdır.
Milli müstəqillik günlərinin siyahısı
Müstəqillik günü — hər hansı millətin müstəqillik əldə etməsinin, xüsusilə də başqa bir dövlətin tərkibindən çıxmasının, nadir hallarda isə hərbi təcavüzün bitməsinin və ya dövlətçiliyin ildönümünün qeyd edildiyi tarix. Sinqapurda isə digərlərindən fərqli olaraq Malayziyanın tərkibindən çıxarılması qeyd edilir. Əksər dövlətlərdə müstəqillik günü milli bayram kimi qeyd edilir.
Polşada Azərbaycan günləri (film, 1970)
Qafqaz günləri (roman)
"Qafqaz günləri" (fr. Jours caucasiens) — Azərbaycan əsilli Fransa yazıçısı Baninin 1945-ci ildə Parisdə nəşr olunmuş romanı. Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamankı adət-ənənələr, həyat tərzi, mədəniyyət haqqında ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Əsərin məzmunu Baninin şəxsi bioqrafiyası üzərində qurulmuşdur. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval — ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların "milyonçuluğunun" çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.
Qız - bizim günlərdə (film, 2016)
"Qız — bizim günlərimizdə" filmi — Əzhar Əlinin 2016-cı ildə çəkdiyi Pakistan televiziya filmi. Uşaqları üçün fərqli hədəfləri olan üç ana... Onlardan biri oğullarından birini evləndirmək istəyir, biri onsuz da, evləndirib, üçüncüsü isə ögey anadır və ögey oğlu ilə ögeylik üzündən mübahisələri var. Üçüncü ana olan İrəc Fahada aşiq olur. Fahadın anası oğlunu yanından ayırmaq istəmir. Ona yaxşı gəlin axtarmaq istəyir. Nişan və toy hazırlığı zamanı çoxlu fikir ayrılığı baş verir. Ailənin təzyiqlərinə görə Fahadla İrəc yollarını ayırırlar.
Qız - bizim günlərimizdə (film, 2016)
"Qız — bizim günlərimizdə" filmi — Əzhar Əlinin 2016-cı ildə çəkdiyi Pakistan televiziya filmi. Uşaqları üçün fərqli hədəfləri olan üç ana... Onlardan biri oğullarından birini evləndirmək istəyir, biri onsuz da, evləndirib, üçüncüsü isə ögey anadır və ögey oğlu ilə ögeylik üzündən mübahisələri var. Üçüncü ana olan İrəc Fahada aşiq olur. Fahadın anası oğlunu yanından ayırmaq istəmir. Ona yaxşı gəlin axtarmaq istəyir. Nişan və toy hazırlığı zamanı çoxlu fikir ayrılığı baş verir. Ailənin təzyiqlərinə görə Fahadla İrəc yollarını ayırırlar.
Yay günləri (film, 1977)
Yay günləri — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Mənzərə filmi Azərbaycanın əsrarəngiz təbiətini tamaşaçıların gözləri qarşısında canlandırır.
Yazın ilk günləri (rəsm əsəri)
Yazın ilk günləri (1929) — Sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri, ispan rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Bu əsər Dalinin erkən sürrealist fəaliyyətinin ən məşhur nümunələrindən biridir. Görüntü təsvir olunan mühit geniş və büsbütün olaraq boz bir müstəvidir. Bu, rəssam tərəfindən sağ tərəfdə qalxıq bir şəkildə, sol tərəfdə isə sağla müqayisədə daha aşağı endirilmiş bir biçimdə təsvir edilmişdir. Əsərin mərkəzində isə müxtəlif qəribə və rəngli sürrealist görüntülər cəmlənmişdir. Dali uzaqda iki kiçik, kölgəli fiqur – balaca oğlan və onun əlindən tutmuş bir adam təsvir etmişdir. Sol tərəfdə isə stulda oturaraq arxasını bötüvlükdə mənzərəzəyə çevirmiş fiquru görmək mümkündür. Bu əsər Dali tərəfindən həyatının yüksək dərəcədə stresli və psixoloji cəhətdən ağır olduğu dövründə yaradılmışdır. Bu zamanlar onun atası oğlunun peşə seçiminə və qeyri-adi davranışlarına görə çox məyus idi. Bu əsərdə də gördüyümüz balaca oğlan və onun yanındakı kişi fiqurlarına Dalinin sonrakı əsərlərində yenidən rast gəlmək mümkündür.
Pompeyin son günləri
Pompeyin son günləri (ing. The Last Days of Pompeii) — Eduard Bulver-Littonun tarixi romanı. 1833-1834-cü ilin qışında Neapolda yazılmış və arxeoloq ser Vilyam Gellə həsr edilmişdir. Roman 1834-cü ildə Londonda nəşr olunmuş və dərhal böyük populyarlıq qazanmış, dəfələrlə təkrar nəşr olunmuş və dərhal bir neçə dilə tərcümə edilmişdir. Əsərin ideyasını Bulver-Litton Milanda sərgidə olarkən gördüyü Karl Bryullovun rəsm əsərindən götürmüşdür. Hadisələr eramızın 79-cu ilində Pompeydə baş verir. Roman bir çox ölkələri və xalqları fəth etmiş Roma İmperiyasının həyatının geniş panoramasını təqdim edir. Baş qəhrəman Qlavk yunandır, Romaya tabe olan yüksək sivilizasiyanın nümayəndəsidir; onun əsas rəqibi daha qədim mədəniyyətin daşıyıcısı olan misirli keşiş Arbakdır. O, qədim gizli bilikləri öyrənməyə başlayır. Yeni yaranmış yeni dinin nümayəndəsi olan xristian Olinf qarşı çıxır.
Zəfər Günləri
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
X adamlar: Gələcəyin keçmiş günləri
İks-adamlar: Gələcəyin keçmiş günləri (ing. X-Men: Days of Future Past) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı komandasından bəhs edən və 2014-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastika və döyüş filmi. Film "İks-adamlar" seriyasının 7-cidi, rejissoru isə Brayan Singerdi. Filmin çəkilişləri 2013-cü ilin aprelində, Kanadanın Kvebek əyalətinin Monreal şəhərində başlanılıb. "İks-adamlar: Gələcəyin keçmiş günləri" filminin premyerası 2014-cü ilin 10 mayda Amerikanın Nyu-York şəhərində baş tutub. 23 mayda 2014-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
Yay günlərinin xəzan yarpaqları
Filmdəki hadisələr ucqar dağ kəndində baş verir. Kinolent əbədi bir mövzuya-atalar və oğullar probleminə toxunmuşdur. Burada yaşlılar tərəfindən diktə şəraitində yeniyetmələrin şüurunun formalaşmasından və yetkinləşməsindən danışılır. Əhvalat ucqar dağ kəndi Daşdatükdə baş verir. İstedadlı və prinsipial pedaqoq Şəmsi (Səyavuş Aslan) kənd məktəbinə direktor təyin olunur. O, şagirdlərdə dərsə məsuliyyət hissini artırmaq üçün dərs ilinin sonunda “direktor yoxlaması” keçirməyi qərara alır. Bu yoxlamadan keçə bilməyən şagirdlərin sinifdə qalacağı bildirilir. Direktorun qərarı valideynlərdə, təhlil idarəsinin rəhbərliyində etiraz doğurur. Müəllimlərdən biri Kazım (Şahmar Qəribli) direktordan yuxarılara donos yazır. Şagirdlər onu ciddiyə almır.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Vaqif Poeziya Günləri
Vaqif Poeziya Günləri– Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında təşkil olunan tədbir. Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilib. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilib. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Beqnold Sammerin günləri
Beqnold Sammerin günləri (ing. Days of the Bagnold Summer) — 2019-cu ildə ekranlara çıxan Böyük Britaniya komediya-dram filmi. == Süjet == Daniel yay tətili üçün atasının yaşadığı Floridaya getmək istəyirdi ki, birdən planlar pozulur. O, indi bütün yayı anası ilə keçirməli olacaq.

"günlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#günlər nədir? #günlər sözünün mənası #günlər nə deməkdir? #günlər sözünün izahı #günlər sözünün yazılışı #günlər necə yazılır? #günlər sözünün düzgün yazılışı #günlər leksik mənası #günlər sözünün sinonimi #günlər sözünün yaxın mənalı sözlər #günlər sözünün əks mənası #günlər sözünün etimologiyası #günlər sözünün orfoqrafiyası #günlər rusca #günlər inglisça #günlər fransızca #günlər sözünün istifadəsi #sözlük