Günter sözü azərbaycan dilində

Günter

Yazılış

  • Günter • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günter Ayx
Günter Ayx (alm. Günter Eich‎; 1 fevral 1907[…] – 20 dekabr 1972[…], Zalsburq) — Almaniya yazıçısı, şairi, nasiri. "47-ci qrup"un üzvü. == Həyatı == Günter Ayx 1 fevral 1907-ci ildə Almaniyada anadan olmuşdur. O, 1927-ci ildə ədəbi fəaliyyətinə başlamışdır. Bu zaman Ayxın bir neçə şeiri "Son sözlər antologiyası"nda dərc olunmuşdur. Onun 1927-ci ildən İkinci Dünya müharibəsinin sonuna qədər olan dövrü Ayxın axtarışları və formalaşması dövrü kimi xarakterizə edilir. O, müharibədən sonra məşhurlaşmışdır. Ayx bu zaman bədii məharətdə özünü təsdiq etmiş, öz üslubunu tapmışdı. Onun lirikası humanist xarakter daşıyır, şair isə modernist poeziya texnikasına müraciət edir.
Günter Blobel
Günter Blobel — almankökənli amerikan biokimyaçısı, 1999-cu ildə zülallarının hüceyrə daxilində yerləşməsi və daşınması üçün iç siqnallar göndərdiyini sübut etməsinə görə Nobel mükafatına layiq görülüb. == Həyatı == 1967 — Onkologiya üzrə doktor (PhD) dərəcəsi, Dr. Van R. Potter birgə 1967–69 — Rokfeller Universitetində postdoktor işi, Dr.
Günter Litfin
Günter Litfin (19 yanvar 1937, Berlin – 24 avqust 1961, Berlin Şpandau kruiz kanalı[d]) — alman dərzi idi və o, Berlin divarından qaçmağa çalışarkən ölən ikinci şəxs idi. Litfin Şərqi Almaniya sərhəd qoşunları tərəfindən atəş açılaraq öldürlən ilk şəxs həmçinin ilk kişi idi. == Həyatı == Günter Litfin 1937-ci il 19 yanvar tarixində Üçüncü Reyxin paytaxtı Berlin şəhərində doğulmuş və əkiz qardaşı olan Alois İkinci dünya müharibəsi dövründə həkim tərəfindən öldürülmüşdür. Litfin Şərqi Almaniyada şərqi Berlinin Vaysenze adlı qəsəbəsində yaşayırdı və atası Albert kimi Xristian Demokrat İttifaqı (Almaniya) partiyasının qeyri-qanuni şöbəsinin üzvü idi. Peşəsi dərzi olan Litfin Qərbi Almaniyada Berlin zooparkı yaxınlığında sərhəd-keçid məntəqəsiylə müntəzəm gedib gəlirdi. 1961-ci il avqustun 13-də şərqi və qərbi Berlin sərhədi Şərqi Almaniya tərəfindən anidən qapadıldı. Sərhədin qapadılmasından qısa müddət əvvəl Litfin avqustun 12-də Qərbi Almaniyada iş yerinin yaxınlığında Şarlottenburq adlı yerdə bir mənzil tapdı. Öncəki gün isə o, qardaşı Yürgen ilə birgə onun yeni mənzilində mebelləri yerləşdirmək üçün oraya getmişdilər. Litfinin məqsədi növbəti gün səhər Şərqi Almaniyadan qaçmaq idi. Belə ki, artıq yollar qapadılmış və Berlinin ilk tikanlı məftilli hasarları quraşdırılmışdı.
Günter Qrass
Günter Qrass (alm. Günter Wilhelm Grass‎; 16 oktyabr 1927[…], Qdansk – 13 aprel 2015[…], Lübek, Almaniya Federativ Respublikası) — alman yazıçı, heykəltaraş, rəssam, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999). == Həyatı == Günter Qrass İkinci Dünya müharibəsinə qədər Almaniya ərazisi olan Dantsiqdə (hazırda Polşanın Qdansk şəhəri) qarışıq ailədə doğulmuşdu. Atası protestant-alman, anası isə katolik polyak idi. Kiçik yaşlarından katolik ənənələri ruhunda tərbiyə edilmişdi. Gələcək yazıçının yeniyetməlik və ilk gənclik illəri alman tarixinin çətin, mürəkkəb dövrünə düşmüşdü. Təhsil həyatına Dantsiq gimnaziyasında başlayan Günter də əksər həmyaşıdları kimi faşist gənclər təşkilatının — Hitleryugendin üzvü olmuşdu. Evlərindəki "boğucu katolik ab-havasından qurtarmaq üçün" 15 yaşında sualtı qayıqda xidmətə düzəlməyə çalışmışdı. Lakin əvəzində onu əmək batalyonuna yazmışdılar. 17 yaşında isə orduya çağrılmışdı.
Günter xəstəliyi
Günter xəstəliyi — eritropoetik porfiriya. Xəstəlik 1991-ci ildə bu xəstəliyi araşdrmış alman həkimi Qans Günterin şərəfinə adlandırılmışdır. Cox nadir hallarda rast gəlinir: 1000000 yeni doğulmuşlardan yalnız birində rast gəlinə bilər. == Simptomları == Xroniki fotohəssaslıq, dərinin zədələnməsi, qırmızı qan hüceyrələrinin dağılması. Gün işığı dərilərini zədələdiyindən xəstələr gün işığından qorunurlar, həmçinin onlarda kəskin diffuz hiperterioz, yara izləri və eritrodontiya müşahidə olunur(dişlərin qırmızı rəngə boyanması). Çox vaxt xəstəlik erkən yaşlarda bəzən isə daha gec (3–4) yaşlarında müşahidə olunur. Eritrositlərin normal klonlaşması ilə bərabər, xəstələrdə patoloji klonlaşmada gedir ki, bu da hüceyrələrdə ferment defekti ilə əlaqali olduğu üçün uroprofinin səviyyəsini artırır. İltihabi proseslər və xoralar qığırdaqları, qulaqları, göz qapaqlarını sıradan çıxardaraq onların deformasiyasına gətirir. Getdikcə insan canlı mumiyaya dönür. Xəstələr bacardıqları qədər günəş şüalarından qorunmalıdırlar.
Günter fon Klüge
Hans Günter Adolf Ferdinandfon Klüge (alm. Hans Günther Adolf Ferdinand von Kluge‎; 30 oktyabr 1882[…], Poznan, Prussiya – 17 avqust 1944 və ya 19 avqust 1944, Dombasl-an-Arqonn[d]) — alman hərb xadimi, general-feldmarşal (1940).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 3.50 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 9.77
2006 •••••••••••• 5.86
2007 •••••••••••• 5.71
2008 ••• 1.46
2009 ••••••••• 4.00
2010 •••••••• 3.54
2011 ••••••••••••••••••• 9.09
2012 •••••••••••• 5.51
2013 ••• 1.46
2014 ••••• 2.06
2015 ••• 1.36
2016 ••• 1.21
2017 •• 0.98
2018 ••••••• 3.30
2019 •• 0.97
2020 0.13

Oxşar sözlər

#günter nədir? #günter sözünün mənası #günter nə deməkdir? #günter sözünün izahı #günter sözünün yazılışı #günter necə yazılır? #günter sözünün düzgün yazılışı #günter leksik mənası #günter sözünün sinonimi #günter sözünün yaxın mənalı sözlər #günter sözünün əks mənası #günter sözünün etimologiyası #günter sözünün orfoqrafiyası #günter rusca #günter inglisça #günter fransızca #günter sözünün istifadəsi #sözlük