Türkmənlərin Gürcüstana hücumları
Türkmənlərin Gürcüstana hücumları - XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı Türkmən dövlətinin əsasını qoymuşdular. Türk və Dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdi.
Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi. Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412-1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu.