Gürcüstanın sözü azərbaycan dilində

Gürcüstanın

Yazılış

  • Gürcüstanın • 99.9662%
  • gürcüstanın • 0.0271%
  • GÜRCÜSTANIN • 0.0068%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gürcüstanın bayrağı
Gürcüstanın bayrağı (ხუთჯვრიანი დროშა) — Gürcüstanın dövlət simvollarından biri. Hal-hazırkı beş qırmızı xaçlı bayraq, orta əsrlərdə mövcud olmuş Gürcü krallığının bayrağı olub və 14 yanvar 2004-cü ildə Gürcüstanın bayrağı kimi təsdiq olunub. Bundan əvvəl 1990 - 2004-cü illərdə istifadə olunan bayraq, 1918 - 1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının bayrağı olub.
Gürcüstanın baş naziri
Gürcüstan Baş nazirlərinin siyahısı — 26 may 1918-ci ildən sonra ölkədə respublika quruluşu təyin edilmişdi, bu vaxtdan başlayaraq Gürcüstan Respublikasının Baş nazirləri bu siyahıda göstərilib. Bu siyahıda Gürcüstanda 1918-ci ildən 2015-ci ilədək Baş nazir və ya analoji vəzifəni tutan şəxslər təqdim olunub. Gürcüstanın ilk Baş naziri Noy Ramişvili idi, indiki isə Georgi Kvirikaşvilidi. Baş nazir vəzifəsi Gürcüstan Demokratik Respublikasının 1918-ci ildə müstəqillik elan etdikdən dərhal sonra yaradılıb. Gürcüstan Demokratik Respublikasının mövcud olduğu dövrdə vəzifə hökumət sədri (gürc. მთავრობის თავმჯდომარე) adlanırdı. Sovet qoşunlarının Gürcüstan ərazisinə soxulduqdan sonra Baş nazir postu ləğv olundu, lakin onun əvəzinə Xalq Komissarları Sovetinin sədri (gürc. სახალხო კომისართა საბჭოს თავმჯდომარე), daha sonra isə Nazirlər Şurasının sədri (gürc. მინისტრთა კაბინეტის თავმჯდომარე) vəzifələri yaradılmışdı. Müasir anlayışda Baş nazir postu 1991-ci ilin avqustunda bərpa edildi, lakin 1995-ci ilin dekabrında ləğv olundu.
Gürcüstanın dövlət quruluşu
Gürcüstanın dövlət quruluşu — 1995-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sistemi. == Dövlət quruluşu == Gürcüstan dualist idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü iki dəfə — (1918) 26 may və (1991) 9 aprel tarixlərində qeyd edilir. Ölkə Konstitusiyası 24 avqust 1995-ci ildə qəbul olunmuşdur(15 oktyabr 2010-cu ildə yenidən baxılmışdır). == İnzibati ərazi bölgüsü == 55 bələdiyyədən ibarət 10 diyara (Tbilisi-paytaxt şəhəri, Quriya, İmeretiya, Kaxetiya, KvemoKartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Kvemo Svaneti, Sameqrelo-Zemo-Svaneti, Samse-Cavaxeti, Şida-Kartli) və 2 muxtar respublikaya bölünür (Gürcüstanın tərkibinə 1921-ci ildən Acarıstan Muxtar Respublikası, 1922-ci ildən Cənubi Osetiya Muxtar Vilayəti (1990-cı ildə mərkəzi hakimiyyət tərəfindən ləğv edilmişdir) və 1931-ci ildən Abxaziya Muxtar Respublikası daxildir). == Dövlət başçısı == Ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilən Prezidentdir. Gürcüstanın mövcud Konstitusiyasına görə, bir namizəd iki müddətdən əlavə ölkə Prezidenti vəzifəsinə seçilə bilməz. Dövlətin başçısı, silahlı qüvvələrin ali baş komandanı, xarici əlaqələr üzrə Gürcüstanın ən yüksək təmsilçisi sayılan Gürcüstan Respublikasının Prezidenti, ölkənin daxili və xarici siyasətini istiqamətləndirir, xalqın milli birlik və bütövlüyünü, habelə dövlət qurumlarının və digər orqanların fəaliyyətini təmin edir, formal olaraq Baş naziri təyin edir. 2010-cu ildə Konstitusiyaya edilmiş dəyişikliklər nəticəsində dövlət başçısının səlahiyyətləri nəzərəçarpacaq dərəcədə məhdudlaşdırılmışdır. == Qanunverici hakimiyyət == 150 üzvdən ibarət bir palatalı Parlamentə deputatlar ümumi seçkilər yolu ilə 4 il müddətinə seçilirlər.
Gürcüstanın inzibati bölgüsü
Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur. Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), Acarıstan və Abxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur. Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür.
Gürcüstanın milli parkları
Gürcüstanın Laqodexi Qoruğunun yaradıldığı 1912-ci ildən bəri qorunan ərazilərin uzun tarixi var. Hazırda qorunan ərazilər ölkə ərazisinin 7% -ni (384 684 ha) təşkil edir və qorunan ərazilərin təxminən 75% -i meşələrlə əhatə olunur. Gürcüstanın qorunan ərazilərinə aşağıdakılar daxildir: 13 Sərt təbiət qoruqları 11 Milli Parklar 19 İdarə olunan təbiət qoruqları 14 Təbiət abidələri 2 qorunan landşaftlar Mühafizə olunan ərazilərin idarə edilməsi və əlaqələndirilməsi Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinin İctimai Qanunlu Mühafizə Olunan Sahələr Agentliyi tərəfindən həyata keçirilir.
Gürcüstanın qızıl dövrü
Gürcüstanın qızıl dövrü (gürc. საქართველოს ოქროს ხანა) — Gürcüstan Krallığının orta əsrlərdə öz sərhədlərini maksimum genişləndirdiyi, 11–13-cü əsrləri əhatə edən tarixi period. Bu dövr hərbi genişlənmə ilə yanaşı, orta əsrlər Gürcüstan memarlığının, rəssamlıq və poeziyasının çiçəklənməsi, dini incəsənətin inkişafı, dünyəvi ədəbiyyatın ilk iri həcmli əsərlərinin yazılmasına təsadüf edir. İki əsrdən çox davam edən qızıl dövr monqollar kimi köçərilərin davamlı istilaları və eyniadlı köçəri qruplar tərəfindən qara ölümün yayılması səbəbindən tədricən sona çatdı. Gürcüstan ənənəvi müttəfiqi olan Şərqi Roma İmperiyasının sonun gətirən Konstantinopolun süqutundan sonra Gürcüstan daha da zəiflədi. Bu proseslərin nəticəsi olaraq, 15-ci əsrdə Gürcüstan xristian Avropadan ayrılmış, düşmən olaraq gördüyü Türk-İran qonşuları ilə əhatə olunan təcrid olunmuş bir anklava çevrildi. == Qızıl dövrün mənşəyi == === IV David === Qızıl dövr Böyük Türk İşğalları dövründə 16 yaşında taxt-tacı qəbul edən, II Georgi və Kraliça Helenanın oğlu IV Davidin ("Qurucu David" və ya "Böyük David" də deyilir) hakimiyyətiylə başladı. Məhkəmə naziri Georgi Çqondidinin himayəsi altında böyüyən IV David zamanla feodalların özbaşınalığını basdırdı və xarici təhdidlərlə effektiv mübarizə aparmaq üçün əlindəki hakimiyyəti mərkəzləşdirdi. 1121-ci ildə Didqori döyüşü zamanı daha böyük türk ordularını qətiyyətlə məğlub etdi və bir neçə gündür gürcü süvarilərinin arxasınca qaçan Səlcuqlu türklərini Gürcüstandan qova bildi. Tiflisin müdafiəsini təmin edən və yeni bir dirçəliş dövrünü başladan IV Davidin ordusu tərəfindən çox sayda qənimət və əsir ələ keçirildi.
Gürcüstanın xarici siyasəti
Müstəqillik qazandıqdan sonra Gürcüstanın xarici siyasəti NATO və Aİ-yə üzv olmağa yönəlib. Gürcüstan həm də Ermənistanla Rusiya arasında, Azərbaycanla Avropa arasında tranzit ölkə rolunu oynayır. 2013-cü ildən etibarən Türkiyə və Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşlarıdır. Rusiya ilə münasibətlər 2008-ci ildə kəsilmiş və gərgin olaraq qalmaqdadır. == Ümumi xüsusiyyətlər == Gürcüstanın xarici siyasətinin əhəmiyyəti əsasən tranzit ölkə kimi onun əlverişli mövqeyi ilə bağlıdır. Azərbaycan karbohidrogenlərinin Türkiyəyə və AB-nə tranziti məhz Gürcüstandan keçir. Azərbaycanla münaqişə səbəbinə görə Ermənistan da Rusiya və Avropa ilə xarici ticarətini Gürcüstan üzərindən aparmaq məcburiyyətindədir. Nəhayət, AB-dən Çinə tranzit malları Rusiyadan yan keçməklə Gürcüstandan keçir. Gürcüstanın xarici siyasətinə Moskvanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıması problemi ilə əlaqəli Rusiya ilə gərgin münasibətləri güclü təsir göstərir. Bu səbəbdən Gürcüstan sərhədlərin qorunmasının lehinə olan Ukrayna ilə yanaşı, Azərbaycanla da isti münasibətlər saxlayır.
Gürcüstanın xarici ticarəti
Gürcüstanın xarici ticarəti mənfi ticarət balansı ilə xarakterizə olunur, idxal ixracdan bir neçə dəfə çoxdur. == Tarixi == SSRİ dağılmadan əvvəl Gürcüstanın xarici ticarət dövriyyəsi istehsal olunan iqtisadi məhsulu üstələyirdi.Gürcüstan ixracatının böyük hissəsini ərzaq və kənd təsərrüfatı məhsulları, idxalın böyük hissəsini enerji mənbələri və istehlak malları təşkil edirdi. 1998-ci il Rusiya iqtisadi böhranından sonra Gürcüstanın Rusiyaya ixracı əhəmiyyətli dərəcədə azaldı ki, bu da Gürcüstan iqtisadiyyatının artım tempinin ildə bir neçə faizə enməsinə səbəb oldu. === 2008-ci il === 2008-ci ilin əsas ixrac məhsulları: ferro ərintilər — 17.9% qara metal qırıntıları - 8.6% mis filizi və konsentratları - 7,9% avtomobillər (yenidən ixrac) — 7.6% gübrələr - 7,1% kobud qızıl - 6,7% sement - 5,4% spirt - 3,9% şərab - 2,5% 2008-ci ildə əsas alıcılar: Türkiyə (17.6%), Azərbaycan (13.7%), Ukrayna (9%), Kanada (8.8%), Ermənistan (8.2%), Bolqarıstan (7.2%), ABŞ (6.8%). 2008-ci ildə əsas təchizatçılar: Türkiyə (14,9%), Ukrayna (10,4%), Azərbaycan (9,6%), Almaniya (7,9%), Rusiya (6,8%), ABŞ (5,7%), Çin (4,7%), BƏƏ (4,4%). === Metallurgiya məhsulları === Madneuli yatağından polimetal filizləri çıxaran və qızıl-mis konsentratı istehsal edən Madneuli mədən və emalı zavodunun məhsulları Gürcüstan ixracatının əhəmiyyətli hissəsini təşkil edir. 2008-ci ildə Gürcüstan 100,1 milyon dollara, 2009-cu ildə 116,2 milyard dollara kobud qızıl ixrac etdi. 2008-ci ildə Gürcüstan 128,5 milyon dollara, 2009-cu ildə 63,6 milyon dollara qara metal qırıntıları ixrac etdi. 2008-ci ildə Gürcüstan 118,3 milyon dollara, 2009-cu ildə 61,9 milyon dollara mis filizi və konsentratları ixrac etdi. === Ferro ərintilər === Ferro ərintiləri Gürcüstan ixracatının əsas əmtəəsidir, hazırda onların ixracdakı payı təxminən 17%-dir.
Gürcüstanın ərazi iddiaları
Gürcüstanın ərazi iddiaları — 1918-ci il mayın 26-da elan olunmuş Gürcüstan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinə qarşı irəli sürdüyü ərazi iddiaları. == Haqqında == Gürcüstan müstəqil respublika elan edildikdən sonra, yeni yaranmış dövlətin ərazisi və sərhədlərinin müəyyənləşdirilməsinə başlandı. Gürcüstan hökuməti vaxtilə çar Rusiyasının xüsusi məqsədlə Tiflis quberniyasının tərkibinə daxil etdiyi tarixi Azərbaycan torpaqlarına iddialarla çıxış etdi. Bu məqsədlə həm müvafiq xəritələr tərtib olunur, həm də əməli addımlar atılmasına cəhd edilirdi. Gürcüstan Sığnaq qəzasının cənub-şərq hissəsinə, Tiflis qəzasının Qarayazı düzünə, Borçalı qəzasının orta (türk) hissəsinə, həmçinin Zaqatala dairəsinə ərazi iddiaları qaldırırdı. Statistik məlumatlara görə, Gürcüstanın iddia irəli sürdüyü ərazilərin bütün əhalisinin (147362 nəfər) 135898 nəfərini (92,3%) türk-müsəlmanlar, 6526 nəfərini isə (4,4%) gürcülər təşkil edirdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti mürəkkəb tarixi şəraitdə özünün tarixi-coğrafi torpaqlarında suveren hüquqlarını bərpa etmək üçün fəal siyasət yeritdi. Zaqatala dairəsi əhalisinin arzusu nəzərə alınaraq, orada Cümhuriyyət idarəçiliyi yaradıldı. Digər torpaqlar uğrunda da diplomatik fəaliyyət davam etdirildi. == Mənbə == Щепотьев А., Доклад о спорных кавказских территориях, на которые имеют права самоопределившиеся азербайджанские тюрки, Известия АН Азерб.
Gürcüstanın Simon Canaşia Muzeyi
Simon Canaşia Gürcüstan Muzeyi (gürc. სიმონ ჯანაშიას სახელობის საქართველოს მუზეუმი) əvvəllər Gürcüstanın Dövlət Tarixi Muzeyi kimi tanınan, ölkənin əsas arxeoloji tapıntılarını nümayiş etdirən Gürcüstanın paytaxtı Tiflisdəki əsas tarix muzeylərindən biridir. Muzey Rusiya İmperiya Coğrafiya Cəmiyyətinin Qafqaz Bölməsinin Muzeyindən yaranaraq, 10 may 1852-ci ildə qurulmuş və 1865-ci ildə Alman tədqiqatçısı Qustav Raddenin təşəbbüsü ilə Qafqaz Muzeyinə çevrilmişdir. Gürcüstan Rusiyadan müstəqillik qazandıqdan sonra (1918), muzeyin adı 1919-cu ildə Gürcüstan Muzeyi olaraq dəyişdirildi. Noe Kipiani muzeyin ilk direktoru idi. Kolleksiyanın böyük bir hissəsi 1921-ci ildə Bolşeviklərin ölkəni ələ keçirilməsindən sonra Gürcüstan hökuməti tərəfindən Avropaya təxliyə edildi və 1945-ci ildə gürcü mühacir alimi Ekvtime Takaishvilinin səyləri ilə Sovet Gürcüstanına qaytarıldı. 1947-ci ildə muzeyə mərhum gürcü tarixçisi Simon Canaşianın adı verildi. 1990-cı illərin əvvəllərində Gürcüstanda postsovet qarışıqlıqları dövründə muzey xeyli zərər gördü. Əvvəlcə 1991-1992-ci illərdə baş verən hərbi çevriliş zamanı döyüşlərdə ziyan gördü və sonra kolleksiyasının bir hissəsi atəşlə məhv edildi. 2004-cü ildə Canaşiya Muzeyi Gürcüstan Milli Muzeyinin birgə idarəetmə sistemi altında digər aparıcı gürcü muzeyləri ilə birləşdirildi.
Gürcüstanın adları dəyişdirilmiş şəhərləri
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin tam siyahısı:
Gürcüstanın işğal edilmiş əraziləri
Gürcüstanın işğal edilmiş əraziləri (gürc. საქართველოს ოკუპირებული ტერიტორიები) 2008-ci il rus-gürcü müharibəsi zamanı Rusiya tərəfindən ələ keçirilən torpaqlardır. Torpaqların tərkibinə statusu beynəlxalq mübahisə olaraq qalan Abxaziya və Cənubi Osetiya daxildir. Müharibədən sonra işğal olunan ərazilərdə Rusiya hərbi qüvvələri yaradılır. Rusiya Avropa Birliyi Monitorinq Missiyasının həmin ərazilərə daxil olmasını izin vermir.
Gürcüstanın qorunan ərazilərinin siyahısı
Cənubi Qafqaz millətllərindən olan Gürcüstan, ətraf mühit, mədəni və ya buna bənzər dəyərlərinə görə qorunan bir neçə qorunan əraziyə sahibdir. Bunlardan ən qədimi - indi Laqodexi qoruğu kimi ərazilər tanınır - Gürcüstanın Rusiya imperiyasının tərkibində olduğu 1912-ci ilə təsadüf edir. Gürcüstanın qorunan ərazilərinin ümumi sahəsi 511,123 hektardır, bu ölkə ərazisinin təqribən 8.33% -ni təşkil edir. Mühafizə olunan ərazilərin ümumi sayı - 90. Gürcüstanda 14 sərt təbiət qoruğu, 11 milli park, 18 idarə olunan təbiət qoruğu, 40 təbii abidə və 2 qorunan landşaft var. Sərt təbiət qoruqları 140,672 ha, milli parklar isə 276,724 ha ərazini əhatə edir. 2014-cü ildə ziyarətçilərin ümumi sayı 279.000 nəfəri keçdi.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (keçmiş Dövlət Təhlükəsizliyi Nazirliyi) — Gürcüstanın kəşfiyyat xidmətidir, milli təhlükəsizliyin təmin edilməsi, əks-kəşfiyyat, korrupsiya və antiterror fəaliyyəti ilə məşğul olur. Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) parlament və hökumət nəzarət edir. Dövlət Təhlükəsizliyi Xidmətinin əsas funksiyaları öz səlahiyyətləri daxilində cinayətlərin müəyyən edilməsi, qarşısının alınması və istintaqı, habelə gözlənilən təhlükələrin, risklərin və çağırışların təhlili, konstitusiya quruluşunun, suverenliyinin, ərazi bütövlüyünün, elmi, iqtisadi və Gürcüstanın hərbi potensialını xarici dövlətlərin və ayrı-ayrı şəxslərin kəşfiyyat xidmətlərinin qanunsuz əməllərindən. Kəşfiyyat xidmətinin funksiyalarına ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi və terrorizmlə mübarizə daxildir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri hökumətin təklifi ilə parlament tərəfindən altı il müddətinə iki müddətdən çox olmayan seçilir. 2019-cu il oktyabrın 17-dən Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvilidir. == Hekayə == Gürcüstanın MQB-si SSRİ DTK-nın struktur bölməsi olan GSSR DTK-nın varisidir. Gürcüstan Respublikası Prezidenti Zviad Qamsaxurdiyanın 16 noyabr 1991-ci il tarixli Fərmanı və Gürcüstan Respublikası Ali Sovetinin 25 noyabr 1991-ci il tarixli qərarı ilə Gürcüstan SSR DTK-sı Dövlət Milli Təhlükəsizlik Departamentinə (SDNS) çevrildi.); 29 noyabr 1991-ci ildən — Dövlət Təhlükəsizlik Nazirliyi (DTX)[4]. 1992-ci il mayın 2-də Qamsaxurdiyanın devrilməsindən sonra hakimiyyətə gələn Gürcüstan Dövlət Şurası MQB-ni ləğv edərək İnformasiya və Kəşfiyyat Xidmətini (İİR) yaratdı. 1993-cü il oktyabrın 12-də Abxaziya müharibəsində məğlubiyyətdən sonra Gürcüstanın rəhbəri Eduard Şevardnadze SIR-i ləğv edərək MQB-ni yenidən yaratdı.
Gürcüstanın adları dəyişdirilmiş kəndlərinin siyahısı
== Bolnisi bələdiyyəsi ==
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin siyahısı
Gürcüstanın adları dəyişdirilmiş şəhərlərinin tam siyahısı:
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu
Gürcüstanın işğal olunmuş ərazilər haqqında qanunu» (gürc. საქართველოს კანონი ოკუპირებული ტერიტორიების შესახებ) — Gürcüstanın Abxaziya, Cənubi Osetiya ərazilərində Abxaziya Muxtar Respublikası və Tsxinvali bölgəsi, habelə bitişik bölgələr olaraq görünən xüsusi bir hüquq rejimi quran qanunvericilik aktı. == Qanunun qəbul tarixi == SSRİ-nin dağılmasından və Gürcüstan SSR-nin müasir Gürcüstana çevrilməsindən sonra bir sıra silahlı qarşıdurmalar nəticəsində (Cənubi Osetiya müharibəsi (1991-1992), Abxaziya müharibəsi (1992-1993)) iki tanınmamış Tiflis hökumətinin nəzarətində olmayan dövlətlər quruldu — əraziləri müvafiq olaraq keçmiş Abxaz Muxtar Sovet Sosialist Respublikası və Cənubi Osetiya Muxtar Dairəsi olan Abxaziya və Cənubi Osetiya. Gürcüstan 1992-ci ildə dünyanın əksər ölkələrindən beynəlxalq hüquqi tanınma aldı, Abxaziya və Cənubi Osetiya uzun müddət tanınmadı. 2008-ci ildə Gürcüstanla Cənubi Osetiya arasında silahlı qarşıdurmadan sonra (Abxaziya və Rusiya da Cənubi Osetiyanın tərəfində idi) Rusiya və bir sıra digər ölkələr Abxaziya və Cənubi Osetiyanı suveren müstəqil dövlətlər kimi tanıdılar. Gürcüstan baxımından, hökuməti tərəfindən nəzarət edilməyən ərazilər Rusiya tərəfindən işğal edilir. 23 oktyabr 2008-ci ildə Gürcüstan Parlamenti 3-cü oxunuşda "İşğal olunmuş ərazilər haqqında" qanunu qəbul etdi. 31 oktyabr 2008-ci ildə qanun Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən imzalanmışdır. 2009-cu ilin avqustunda Gürcüstanda siyasi sığınacaq istəyən şəxslər üçün Abxaziya və Cənubi Osetiya üzərindən tranzit daşımalarına icazə vermək üçün qanuna dəyişiklik ediləcəyi elan edildi. 2013-cü ilin fevral ayında Gürcüstan hökuməti bu qanunu yumşaltmaq üçün parlamentə dəyişikliklər etdi.
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası
Gürcüstanın kişilərdən ibarət milli basketbol komandası — Gürcüstanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Baş məşqçisi İlias Zourosdur. == Tarixi == Gürcüstan Basketbol Federasiyası 4 iyun 1991-ci ildə təsis edilmiş və 1992-ci ildən FIBA-nın üzvü olsa da, milli komanda ilk rəsmi oyununu 1995-ci ildə Polşaya qarşı keçirmişdir. Komnanda tarixinin ən böyük uğurunu ilk dəfə 2011-ci ildə final mərhələsinə vəsiqə qazandığı EuroBasket turnirində əldə etmişdir. Həmin il Litvada təşkil olunmuş final mərhələsində Gürcüstan millisi 11-ci yeri tutmuşdur.
Gürcüstanın poçt markaları və poçt tarixi
Poçt markaları və Gürcüstan poçtunun tarixi— Bu poçt markalarına və Gürcüstan poçtunun tarixinə bir baxışdır. Gürcüstan Avrasiyanın Qafqaz bölgəsində yerləşir. Şərqi Avropa ilə Qərbi Asiyanın qovşağında yerləşir, qərbdə Qara dənizlə, şimalda Rusiya ilə, cənubda Türkiyə və Ermənistanla, şərqdə isə Azərbaycanla həmsərhəddir. Gürcüstan 69.700 km² ərazini əhatə edir və 4.385 milyon əhalisi var. XIX əsrin əvvəllərində Gürcüstan Rusiya İmperiyasına birləşdirildi. 1917-ci il Rus İnqilabından sonra qısa bir müstəqillik dövründən sonra, 1921-ci ildə Bolşevik orduları tərəfindən işğal edilmiş və 1922-ci ildə Sovet İttifaqına daxil edilmişdir. 1991-ci ildə Gürcüstanın müstəqilliyi bərpa edildi. == İlk markalar == Gürcüstan Demokratik Respublikası olaraq Gürcüstanın ilk markaları 26 may 1919-cu ildə buraxıldı. Növbəti seriya 1921-ci ildə çıxdı. == Gürcüstan Sovet Sosialist Respublikası == 1922-ci ilin yanvar və fevral aylarında Gürcüstanın Sovet Respublikasına üzvlüyünə dair beş markalı seriya buraxıldı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 103.20 dəfə / 1 mln.
2002 ••••••••••• 130.19
2003 •••••••••••••••• 194.48
2004 •••••••••••••••••••• 254.01
2005 •••••••••• 119.44
2006 •••••••••••• 145.73
2007 ••••••••••••• 159.84
2008 ••••••••••• 132.53
2009 •••••••••• 116.31
2010 ••••••••• 113.19
2011 ••••••••• 107.67
2012 •••••••• 96.12
2013 ••••••••••• 135.95
2014 ••••••• 79.63
2015 ••••••• 78.25
2016 ••••• 61.09
2017 •••••• 73.16
2018 ••••• 57.83
2019 •••• 46.73
2020 •••••• 69.49

"gürcüstanın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gürcüstanın nədir? #gürcüstanın sözünün mənası #gürcüstanın nə deməkdir? #gürcüstanın sözünün izahı #gürcüstanın sözünün yazılışı #gürcüstanın necə yazılır? #gürcüstanın sözünün düzgün yazılışı #gürcüstanın leksik mənası #gürcüstanın sözünün sinonimi #gürcüstanın sözünün yaxın mənalı sözlər #gürcüstanın sözünün əks mənası #gürcüstanın sözünün etimologiyası #gürcüstanın sözünün orfoqrafiyası #gürcüstanın rusca #gürcüstanın inglisça #gürcüstanın fransızca #gürcüstanın sözünün istifadəsi #sözlük