* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Dağın beli; aşırım. Dəlilər ancaq Çənlibelin gədiyində onun tozunu gördülər. “Koroğlu”. [Toğrul:] Savalan dağlarının gədiklərində Ərtoğrul basılmış, bizimkilər çəkilirlər. C.Cabbarlı. Dəvə boynu kimi əyri dağ gədiklərini Murad dəfələrlə Əzizə tərifləmişdir. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / gədik2 Dağın beli, aşırım, dağ keçidi. (“Koroğlu” dastanının lüğəti) Koroğluyam, gədikləri busaram, Qancırğadan qanlı başlar asaram, Bolu bəy, sənə bir qılınc basaram, Bağırsağın cəmdəyinə dolansın. (“Koroğlu ilə Bolu bəy”) * Daşlı dərənin girəcəyi dar bir gədik idi. (“Qulun qaçmağı”) * Bir gün tacir Ərzurumdan gəlib Ərzincana gedirdi. Ərzincan yolunda keçilməz bir gədik var idi. Koroğlu gəlib gədiyin ağzını kəsib pusquda dayandı. Tacir qabaqda, karvan ilə nökərlər isə arxada gəlib gədiyə çatdılar. (Paris nüsxəsi, 7-ci məclis)
Azərbaycan dastanlarının leksikası / gədik3 Dağın beli, aşırım. Ərzurumun gədiyinə varanda, Onda gördüm burum-burum qar gəlir. Lələ dedi: gəl bu yoldan qayıdaq, Dedim: dönmək namusuma ar gəlir. (“Əsli və Kərəm”) * Dəvələr yüklənib, yükü bardandı, Gədiklər bağlanıb, tamam qardandı. (“İrvahım”) * Şahzadə Bəhrəm Behbud çobandan ayrıldı, üç qardaş pəhləvan ilə atını sürdü, gədikdən aşdı. (“Şahzadə Bəhrəm”)
Azərbaycan dastanlarının leksikası / gədik4 1) dağ silsiləsinin yalında tektonik, yaxud erozion-denudasion mənşəli alçaq və ya çökək yer. Daha dərin gədik dağ silsiləsində yol aşırımı kimi istifadə edilir. 2) antiklinal qırışığın tağ hissəsi (ingilis və alman dillərində). седловина saddle
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / gədik1 Getmək feili zəminində yaranıb. Dağın bir tərəfindən digər tərəfinə keçmək üçün olan gediş (keçid) yerinə deyilir. Gədik öz formasına görə bir qədər çökək olur (yəhərə bənzəyir). Ona görə də buna ruslar “седловина” deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gədik1 сущ. 1. перевал (наиболее удобное, доступное для перехода место в горном хребте или массиве) 2. вершина, хребет горы
Azərbaycanca-rusca lüğət / gədik(Ordubad) aşırım, dağ keçidi. – Biz bu gün dağın gədiyinnən aşırdıx
Azərbaycan dilinin dialektoloji lüğəti.