gəncləri sözü azərbaycan dilində

gəncləri

Yazılış

  • gəncləri • 86.7234%
  • Gəncləri • 13.2373%
  • GƏNCLƏRİ • 0.0393%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan gəncləri
Azərbaycan gəncləri — Azərbaycan SSR-də qəzet. Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin orqanı. Həftədə üç dəfə nəşr olunmuşdur. == Tarixi == İlk nömrəsi 27 oktyabr 1919-cu ildə "Gənc işçi" adı ilə Bakıda Azərbaycan dilində çıxmışdır. Bakı şəhəri və onun rayonlarının Beynəlmiləlçi Fəhlə Gənclər İttifaqı Mərkəzi Komitəsi nəşr etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin təqibi nəticəsində 1919-cu ilin axırlarında nəşri dayandırılmışdır. 1923-cü ilin fevralında "Gənc işçi" adı ilə yenidən çıxmışdır. İkinci Dünya müharibəsi illərində nəşri müvəqqəti dayandırılmış, 1945-ci ilin iyulun "Azərbaycan gəncləri" adı ilə yenidə nəşrə başlamışdır. Qəzet gənclərin partiyaya, kommunizm işinə sədaqət, sovet vətənpərvərliyi, beynəlmiləlçilik ruhunda tərbiyə edilməsinə böyük rol oynamışdır. 1976-cı ildə birdəfəlik tirajı 430 min nüsxə idi.
Ağstafa Gəncləri PFK
Ağstafa Gəncləri PFK- və ya rəsmi adı ilə Ağstafa Gəncləri Peşəkar Futbol KLubu. Ağstafa şəhərini təmsil edən futbol klubudur. Klub 2007-ci ildə yaranıb, 2008-2010-cu illərdə Həvəskarlar Liqasında çıxış etdikdən sonra, maliyyə problemləri səbəbiylə Həvəskarlar Liqasındakı çıxışını dayandıraraq, uşaq futbolunda mübarizəyə başlayıb. == Tarixi == Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 2005-2015-ci illərdə futbolun inkişafına dair sərəncam imzalaması ilə başladı hər şey.Həmin bu sərəncamdan sonra, klub yaradıldı. Çox keçmədən klubun nəznində qadın komandası da yaranmağa başladı. İlk dəfə 6 nəfərdən ibarət heyət, zaman keçdikdən sonra 40-dən də çox futbolçunu özündə cəmləşdirdi. 2008-2010-cu illərdə Həvəskarlar Liqasında çıxış etdi klub. Daha sonra maliyyə problemləri səbəbi ilə uşaq futboluna üstünlük verdi. 2020-ci ildə isə yenidən gündəmə gəldi. Bir çox iş adamının kluba maliyyə dəstəyi verəcəyi ümidi ilə U19 liqasında çıxış etrməyi planladı.
2017 Gənclərin Birlik Oyunları
2017 Gənclərin Birlik Oyunları— 2000-ci ildən start verilən və sayca altıncı dəfə təşkil olunan Gənclərin Birlik Oyunlarıdır.
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur.Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.
Gənclərin 50 yaşlı teatrı (film, 1979)
Gənclərin sahil filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi
== Haqqında == Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondunun nəzdində fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, artıq 46 şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu ilin sonunadək isə ölkənin bütün şəhər və rayonlarda mövcud Heydər Əliyev mərkəzlərində də Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaq. == Sərəncam == Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019, 17:50 Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. == Nümayəndəliklər == Ağcabədi - Ağcabədi şəhəri, Heydər Əliyev prospekti 217; (021) 275 51 17 Ağdam - Ağdam şəhəri, Heydər Əliyev pros., Zərifə Əliyeva küçəsi; (026) 325 07 59 Ağdaş - Ağdaş rayon, Heydər Əliyev Meydanı 2; +99470 578 58 58 Ağstafa - Ağstafa rayonu, Hüseyn Arif küç.1; (022) 225 17 90 Astara - Astara şəhəri, İstiqlaliyyət küçəsi, 26 b; (025) 225 44 01 Balakən - Balakən şəhəri, Səttar Gözəlov küçəsi 1; (+994) 50 404 43 45 Bərdə - Bərdə şəhəri, Heydər Əliyev prospekti 97; (020) 205 05 03 Biləsuvar - Mübariz İbrahimov küçəsi 213; (025) 295-04-21 Beyləqan- Beyləqan şəhəri, Heydər Əliyev prospekti (021) 5-10-76 Cəlilabad - Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 242; (025) 245 30 51 Gədəbəy - Gədəbəy rayonu, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti 1; (022) 326 00 19 Gəncə - Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535; Goranboy - Goranboy şəhəri, Heydər Əliyev prospekti; (+994) 55 626 35 45 Göyçay - Göyçay şəhəri, Heydər Əliyev prospekti 98; (020) 274 09 11 Göygöl - Göygöl şəhəri, Hummel küçəsi, H.Əliyev parkı; (022) 205 23 92 Xaçmaz - Xaçmaz şəhəri, N. Nərimanov 72 A; (023) 325 25 93 İsmayıllı - İsmayıllı şəhəri, Heydər Əliyev pospekti 57; (020) 285 16 04 Qax - Qax şəhəri, N. Nərimanov prospekti 4; Qazax - Qazax şəhəri, Heydər Əliyev adına park; (022) 295 45 21 Qəbələ - Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40; (024) 205 28 30 Qobustan - Qobustan şəhəri, Heydər Əliyev prospekti 1; (020) 245 29 85 Quba - Quba şəhəri, Heydər Əliyev prospekti; (023) 335 07 12 Qusar - Qusar şəhəri, Həsən Əliyev küçəsi; (023) 385 36 01 Lerik - Lerik şəhəri, Heydər Əliyev meydanı 02; (025) 274 60 32 Lənkəran - Lənkəran şəhəri, Şirəli Axundov küçəsi; (025) 255 46 76 Masallı - Masallı şəhəri, Qarabağ küç.
Sovet Gənclərinin Andı (1948)
== Məzmun == Filmdə İkinci Dünya müharibəsindən sonra ölkənin bərpa olunması, yenidən sənaye və kənd təsərrüfatının yüksəldilməsi uğrunda gənclərin əmək xarüqələrindən danışılır. == Film haqqında == Film saxlanılmayıb.
Sovet gənclərinin andı (film, 1948)
== Məzmun == Filmdə İkinci Dünya müharibəsindən sonra ölkənin bərpa olunması, yenidən sənaye və kənd təsərrüfatının yüksəldilməsi uğrunda gənclərin əmək xarüqələrindən danışılır. == Film haqqında == Film saxlanılmayıb.
Uşaq və gənclərin yaradıcılıq sarayı (Rostov-na-Donu)
Uşaq və gənclərin yaradıcılıq sarayı ― Rusiyanın aparıcı uşaq təhsilverici müəssisəllərindən bir. Burada ümumilikdə 5–18 yaş arası 11 min uşaq incəsənətin müxtəlif sahələrinə sahiblənir. Müəssisədə ümumilikdə 3 mindən çox pedaqoq çalışır. Uşaq və gənclərin yaradıcılıq sarayı Rostov-na-Donu şəhərində yerləşir. Saray Volj-kamsk bankının binasında yerləşir. == Tarixi == 23 may 1936-cı ildə Rostov-na-Donu şəhərondə Qazetnaya xiyabanı ilə Bolşoy Sadovnaya küçələrinin kəsişdiyi yerdə təntənəli şəkildə Pioner sarayı açılmışdır. Saray Volj-kamsk bankının binasında yerləşdirilir. Binanın daxilində müəyyən dəyişikliklər gerçəkləşdirilir. Bunişlərə arxitektor Aleksey Nikolayeviç Beketov rəhbərlik edir. 1936-cı ilin payızında Sarayın iki bölməsi fəaliyyətə başlayır: elmi-texniki və rəssamlıq.
Diaspor Gənclərinin Yay Düşərgəsi (Azərbaycan)
Diaspor Gənclərinin Yay Düşərgəsi - Azərbaycanda hər il təşkil edilən beynəlxalq tədbir. == Tarixi == === I Yay Düşərgəsi === Diaspor Gənclərinin ilk Yay Düşərgəsi AR Diasporla İş üzrə Dövlət Komitəsi, AR Gənclər və İdman Nazirliyi və AR Gənclər Fondunun birgə təşkilatçılığı ilə 22-28 avqust 2018-ci il tarixlərində Şəki şəhərində keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Yay Düşərgəsində ABŞ, Kanada, Yaponiya, Malayziya, İsveç, Rumıniya, İtaliya, İndoneziya və Böyük Britaniya da daxil olmaqla 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin I Yay Düşərgəsində hökümət rəsmiləri, millət vəkilləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Diaspor Gənclərinin I Yay Düşərgəsində gənclər siyasəti, mədəniyyətlərarası dialoq, diasporun inkişafı, mədəni maarifləndirmə, idman, mediada diaspor və digər mövzularda müzakirələr aparılıb. === II Yay Düşərgəsi === “Nəsimi-650″ adlı Diaspor Gənclərinin II Yay Düşərgəsi Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə 2019-cu il 9-14 iyun tarixlərində Şamaxı şəhərində keçirilib. Yay Düşərgəsində 47 ölkədən 107 diaspor gənci iştirak edib. II Yay Düşərgəsi çərçivəsində xaricdəki diplomatik nümayəndəliyin rəhbərləri və bəzi xarici ölkələrin Azərbaycandakı səfirləri, eləcə də ictimai xadimlər və media nümayəndələri ilə görüşlər keçirilib. === III Yay Düşərgəsi === Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Şuşa şəhərində Diaspor Gənclərinin III Yay Düşərgəsini təşkil edib. Düşərgənin tərəfdaşları Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 51.66 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 78.80
2003 ••••••••••••• 49.60
2004 •••••••• 28.97
2005 •••••••••••••• 53.31
2006 ••••••••••• 39.64
2007 ••••••••••••••••• 64.91
2008 •••••••••••• 45.07
2009 •••••••••••••• 51.83
2010 •••••••••••• 45.93
2011 •••••••••••••••• 59.54
2012 ••••••••••••••••••• 72.19
2013 •••••••••••• 45.37
2014 ••••••••••• 41.53
2015 ••••••••••••• 47.97
2016 ••••••••••••••• 55.19
2017 •••••••••••• 45.04
2018 •••••••••••• 43.90
2019 ••••••••••••••• 58.00
2020 •••••••••••• 46.68

"gəncləri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gəncləri nədir? #gəncləri sözünün mənası #gəncləri nə deməkdir? #gəncləri sözünün izahı #gəncləri sözünün yazılışı #gəncləri necə yazılır? #gəncləri sözünün düzgün yazılışı #gəncləri leksik mənası #gəncləri sözünün sinonimi #gəncləri sözünün yaxın mənalı sözlər #gəncləri sözünün əks mənası #gəncləri sözünün etimologiyası #gəncləri sözünün orfoqrafiyası #gəncləri rusca #gəncləri inglisça #gəncləri fransızca #gəncləri sözünün istifadəsi #sözlük