gənclərin sözü azərbaycan dilində

gənclərin

Yazılış

  • gənclərin • 85.4504%
  • Gənclərin • 14.5385%
  • GƏNCLƏRİN • 0.0111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gənclərin işsizliyi
Gənclərin işsizliyi — əhalinin marjinal işsizliyinin növlərindən biri. Bu göstərici həm gənclərin ümumi sosial vəziyyətinin göstəricisi, həm də onların müəyyən zaman kəsiyində əmək bazarına uyğunlaşmasının göstəricisi kimi çıxış edə bilər. Gənclərin əmək bazarında xeyli az təcrübəyə malik olduğunu nəzərə alsaq, iqtisadi qeyri-sabitlik, böhran və tənəzzül dövrlərində gənc mütəxəssislərin əmək bazarına inteqrasiyası prosesi xeyli pisləşir. Məhz bu dövrdə gənclərin işsizliyi göstəricisinə ən çox maraq müşahidə olunur. Beynəlxalq Əmək Təşkilatının (2014-cü ilin yanvar ayı) hesabatında təqdim olunan məlumatlara əsasən, 2013-cü ildə 15-24 yaş arası təxminən 74,5 milyon gənc işsiz olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 1 milyon nəfər çoxdur. Qlobal gənclər arasında işsizlik səviyyəsi bütün zamanların ən yüksək səviyyəsinə çataraq 13,1% təşkil edir ki, bu da böyüklər arasında işsizlik səviyyəsindən demək olar ki, üç dəfə çoxdur. BƏT-in hesabatında bildirilir ki, gənclər arasında işsizliyin böyüklər arasında işsizliyə nisbəti tarixi maksimuma çatıb. BƏT-in məlumatına görə, 2020-ci ildə 15-24 yaşlı gənclər arasında qlobal orta işsizlik səviyyəsi yaşlı insanlar üçün 3,7% olduğu halda, 8,7% təşkil edib. Mütəxəssislər bununla bağlı “itirilmiş nəslin” yaranması riskinin olduğu qənaətindədirlər. Gənclər arasında işsizlik səviyyəsi 2021-ci ildə də artmağa davam etdi.
Gənclərin sahil filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
2017 Gənclərin Birlik Oyunları
2017 Gənclərin Birlik Oyunları— 2000-ci ildən start verilən və sayca altıncı dəfə təşkil olunan Gənclərin Birlik Oyunlarıdır.
Gənclərin İnkişaf və Karyera Mərkəzi
== Haqqında == Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. 14 aprel 2023-cü ildə isə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının iclasında “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri və bölmələrinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, qurumun strukturu optimallaşdırılıb. GİKM-in regional nümayəndəlikləri və bölmələri tərəfindən gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Qurumun fəaliyyəti vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. == Sərəncam == Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019-cu il Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi (azərb-kiril. Азәрбајҹан ССР ҝәнҹләрин әмәкдар һами тәрбијәчиси) — Azərbaycan SSR-də gənclərin tərbiyəsi sahəsində fərqlənmiş şəxslərə verilən fəxri ad. == Tarixi və əsasnaməsi == "Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçisi" fəxri adı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 12 avqust 1980-ci il tarixli Fərmanı ilə təsis olunmuşdur. Əsasnaməyə əsasən fəxri ad Azərbaycan SSR-də öz çoxillik istehsalat təcrübəsini gənclərə öyrədən, oğlan və qızlara peşə təlimi verən, onlarda əməyə kommunist münasibəti, kommunizm qurucusunun ideya və əxlaq keyfiyyətlərini tərbiyə edən və ictimai həyatda fəal iştirak edən yüksək ixtisaslı fəhlələrə, kolxozçulara, müəssisə, kolxoz, sovxoz, idarə və təşkilatlarının qulluqçularına verilirdi.
Gənclərin 50 yaşlı teatrı (film, 1979)
Azərbaycan SSR gənclərin əməkdar hami tərbiyəçilərinin siyahısı
== 1991 ==
Uşaq və gənclərin yaradıcılıq sarayı (Rostov-na-Donu)
Uşaq və gənclərin yaradıcılıq sarayı ― Rusiyanın aparıcı uşaq təhsilverici müəssisəllərindən bir. Burada ümumilikdə 5–18 yaş arası 11 min uşaq incəsənətin müxtəlif sahələrinə sahiblənir. Müəssisədə ümumilikdə 3 mindən çox pedaqoq çalışır. Uşaq və gənclərin yaradıcılıq sarayı Rostov-na-Donu şəhərində yerləşir. Saray Volj-kamsk bankının binasında yerləşir. 23 may 1936-cı ildə Rostov-na-Donu şəhərondə Qazetnaya xiyabanı ilə Bolşoy Sadovnaya küçələrinin kəsişdiyi yerdə təntənəli şəkildə Pioner sarayı açılmışdır. Saray Volj-kamsk bankının binasında yerləşdirilir. Binanın daxilində müəyyən dəyişikliklər gerçəkləşdirilir. Bunişlərə arxitektor Aleksey Nikolayeviç Beketov rəhbərlik edir. 1936-cı ilin payızında Sarayın iki bölməsi fəaliyyətə başlayır: elmi-texniki və rəssamlıq.
Sovet Gənclərinin Andı (1948)
Filmdə İkinci Dünya müharibəsindən sonra ölkənin bərpa olunması, yenidən sənaye və kənd təsərrüfatının yüksəldilməsi uğrunda gənclərin əmək xarüqələrindən danışılır. Film saxlanılmayıb.
Sovet gənclərinin andı (film, 1948)
Filmdə İkinci Dünya müharibəsindən sonra ölkənin bərpa olunması, yenidən sənaye və kənd təsərrüfatının yüksəldilməsi uğrunda gənclərin əmək xarüqələrindən danışılır. Film saxlanılmayıb.
Diaspor Gənclərinin Yay Düşərgəsi (Azərbaycan)

"gənclərin" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gənclərin nədir? #gənclərin sözünün mənası #gənclərin nə deməkdir? #gənclərin sözünün izahı #gənclərin sözünün yazılışı #gənclərin necə yazılır? #gənclərin sözünün düzgün yazılışı #gənclərin leksik mənası #gənclərin sözünün sinonimi #gənclərin sözünün yaxın mənalı sözlər #gənclərin sözünün əks mənası #gənclərin sözünün etimologiyası #gənclərin sözünün orfoqrafiyası #gənclərin rusca #gənclərin inglisça #gənclərin fransızca #gənclərin sözünün istifadəsi #sözlük