gənəsi sözü azərbaycan dilində

gənəsi

Yazılış

  • gənəsi • 86.3636%
  • Gənəsi • 13.6364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Qoturluq gənəsi
Qoturluq gənəsi (lat. Sarcoptes scabiei) — insanda və başqa məməlilərdə qotur xəstəliyi törədən dərialtı parazit.
Tayqa gənəsi
Tayqa gənəsi (lat. Ixodes persulcatus) lat. İxodes cinsinə aid olan geniş yayılmış növdür. Tayqa gənəsi tayqanın cənub meşələrində, Kamçatkada, Saxalindən tutmuş Karelfinə qədər, cənubda isə Moskva, Bryansk, Orlov və Altay vilayətlərində yayılmışdır. Tayqa gənəsi morfoloji cəhətdən it gənəsinə oxşasa da, bəzi bioloji xüsusiyyətləri ilə ondan fərqlənir. Bu parazit yaz-yay ensefaliti virusunun keçiricisi və təbii rezervuarıdır. Tayqa gənəsi də, it gənəsi kimi üç sahiblidir. Mayalanmış dişi fərd iribuynuzlu heyvanlardan - sığırdan, maraldan qan sorduqdan sonra yerə düşüb, bitki qırıntıları altına minlərlə yumurta qoyaraq məhv olur. Yumurtadan 20-30 gündən sonra üç cüt ətraflı, tənəffüs və cinsiyyət orqanları yaxşı inkişaf etməmiş sürfə çıxır. Bu sürfələr gəmiricilərə, kirpiyə, müxtəlif quşlara yapışıb qan sorduqdan sonra yerə düşür, qabıq dəyişir və dörd cüt ətrafı olan nimfaya çevrilir.
İt gənəsi
İt gənəsi lat. Ixodes ricinus gənələrin parazit qrupuna aid olub, bilavasitə qan sormaqla qidalanır. Parazit həyatla əlaqədar olaraq bədənin bütün hissələri tamamilə birləşmiş, bel-qarın istiqamətdə yastılaşmış, oval formaya malikdir. Xeliser və pedipalp birləşərək xortuma çevrilmişdir. Bədənin ön hissəsinin qarın tərəfində dörd cüt ayaq yerləşir. Ayaqlar arasında, bədənin orta hissəsində cinsiyyət dəliyi vardır. Arxa hissəyə yaxın yerdə isə anal dəliyi yerləşir. İt gənəsində cinsi dimorfizm çox aydın görünür. Bədənin yan tərəfində tənəffüs dəliyi - stiqma yerləşir. Dişi fərd qan sormamış 4 mm, qan sorduqdan sonra isə 10–12 mm olur.
Keçəli qoz gənəsi
Keçəli qoz gənəsi (lat. Aceria erinea (Nalepa, 1891)) — ancaq qoz ağaclarına ziyan vuran gənə növü. İlk dəfə A.Nalepa tərəfindən qeyd edilən bu növün klassik təsvirini Q.Kifer (Keifer 1938, 1952) vermişdir. Sorucu ağız aparatına malik olan sarımtıl rəngli keçəli qoz gənəsi sorucu ağız aparatı vasitəsilə yarpaqların hüceyrə şirəsini sorur və nəticədə həmin yerdə yarpaqların üst səthində qalın divarlı, iri, girdə qabarıqlar və ya şişkinliklər əmələ gəlir. Yarpaqların alt səthində isə həmin qabarıqlara uyğun müxtəlif ölçülü çökəkliklər yaranır. Çökəkliklərin daxili divarı isə sarımtıl rəngli sıx tükcüklərlə (erineum) örtülmüş olur. Bu mənzərə keçəni xatırladır (adı da buradan götürülüb) və gənələr orada açıq halda yaşayır. Tükcuk və ya keçə ilə əhatə olunmuş ərazinin ölçüsü 0,25 – 4,50 mikrometr təşkil edir. Keçəli qoz gənəsinin biologiyası bir çox cəhətdən ziyilli qoz gənəsi (lat. Aceria tristriata) ilə oxşardır.
Ziyilli qoz gənəsi
Ziyilli qoz gənəsi (lat. Aceria tristriata (Nalepa, 1889)) — yetkin fərdləri mikroskopik canlılar olan gənə növü. Ayaqları 2 cütdür. Bu əlamətinə görə tor gənəsindən asanlıqla fərqlənir. Bu növün deytogen, yəni qış dişilərinin təsvirini ilk dəfə A.Nalepa vermişdir. Daha sonra bu təsvirə H.Farkaş (Farkas, 1960) əlavələr etmişdir. Növün morfologiyası haqqında daha dolğun və ətraflı məlumatlara A.S.Hassanın (Hassan, 1928) işlərində rast gəlinir. Ziyilli qoz gənəsi yarpaqların üst səthində düzgün olmayan konusvari, kobud ziyilli fırlar əmələ gətirir və gənələr də həmin fırların içərisində qışlayırlar. Bu fırların diametri 1,0-1,5, hərdən də 2,0 mm olur. Rəngləri yaşlarından və işıqlanma dərəcəsindən asılı olaraq dəyişilir.

"gənəsi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#gənəsi nədir? #gənəsi sözünün mənası #gənəsi nə deməkdir? #gənəsi sözünün izahı #gənəsi sözünün yazılışı #gənəsi necə yazılır? #gənəsi sözünün düzgün yazılışı #gənəsi leksik mənası #gənəsi sözünün sinonimi #gənəsi sözünün yaxın mənalı sözlər #gənəsi sözünün əks mənası #gənəsi sözünün etimologiyası #gənəsi sözünün orfoqrafiyası #gənəsi rusca #gənəsi inglisça #gənəsi fransızca #gənəsi sözünün istifadəsi #sözlük