Hüseynoğlu sözü azərbaycan dilində

Hüseynoğlu

Yazılış

  • Hüseynoğlu • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babək Hüseynoğlu
Babək Hüseynoğlu — Jurnalist == Həyatı == Babək Hüseynoğlu 1951-ci ildə Zəngibasarda doğulub. Yerevan Dövlət Pedaqoji İnstitutunu bitirib. "Sovet Ermənistanı" qəzetində məsul katib, "AzTV"-də şöbə müdiri vəzifələrində çalışıb. 1990-cı ilin avqustundan 1993-cü ilədək "Aydınlıq" qəzetinin baş redaktoru olub. 1993-cü ilin avqustundan 1996-cı ilin sentyabrınadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri işləyib.
Cəfər Hüseynoğlu
Əliyev Cəfər Hüseyn oğlu (Cəfər Hüseynoğlu) — publisist, 1950-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Cəfər Hüseynoğlu 1925-ci il dekabrın 23-də Füzuli rayonunda, faytonçu ailəsində anadan olmuşdur. Burada orta təhsilini almış, sonra ikiillik Şuşa Müəllimlər İnstitutunda təhsil almışdır (1939–1941). Əmək fəaliyyətinə Ağdam rayonunun Gülablı kənd orta məktəbində tarix müəllimi kimi başlamışdır (1941–1942). 1942–1946-ci illərdə İkinci dünya müharibəsində döyüşən ordu sıralarında olmuşdur. Tərxis edildikdən sonra bir müddət Bakıda müəllim, sonra rayon komsomol komitəsində katib, rayon partiya komitəsində təbliğatcı, "Qızıl Araz" qəzetinin məsul katibi işləmişdir (1946–1948). "Bakinski raboçi" qəzetinin Arazboyu və Ağdam bölgələrində xüsusi müxbir işləmişdir (1948–1966). "Kənd həyatı" jurnalında müxbir, Azərbaycan Elmlər Akademiyasının "Xəbərlər" məcmuəsində baş redaktorun müavini (1966–1976), Azərbaycan Dostluq Cəmiyyətində Xaricdə yaşayan həmvətənlərlə əlaqə şöbəsinin müdiri (1976), Bakı şəhər Veteranlar Şurasının sədr müavini (1983–1987), Təbrizdə nəşr edilən "Azadlıq beşiyi" və "Körpü" qəzetlərinin Azərbaycan Respublikası üzrə xüsusi müxbiri (1993–2000) olmuşdur. Dövri mətbuatda külli miqdarda müxtəlif janrlarda yazıları dərc olunmuşdur. Xarici ölkə qəzet və jurnallarda Azərbaycan həqiqətləri haqqında məqalələri işıq üzü görmüşdür.
Gülhüseyn Hüseynoğlu
Gülhüseyn Hüseynoğlu (tam adı: Gülhüseyn Hüseyn oğlu Abdullayev; 16 oktyabr 1923, Mollaoba – 8 iyul 2013, Bakı) — azərbaycanlı yazıçı, nasir, ədəbiyyatşünas, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1988), Azərbaycanın Xalq yazıçısı (2005). Antisovet "İldırım" təşkilatının qurucularından biri. == Həyatı == Gülhüseyn Hüseynoğlu 16 oktyabr 1923-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin şəxsiyyətə pərəstiş dövründə həbs olunub, 25 il azadlıqdan məhrum edilib. 1942-ci ildə sovet rejimi ilə mübarizə aparmaq və Azərbaycanın müstəqilliyini əldə etmək üçün yaradılmış antisovet "İldırım" təşkilatının qurucularından biri olub. Təşkilatın məqsədləri Azərbaycanın müstəqilliyini əldə etmək, 1937–1938-ci illərdə həbs olunub xalq düşməni kimi damğalanan və Sibirə göndərilib güllələnən yazıçıların işinə yenidən baxılmasına, onlara bəraət verilməsinə nail olmaq və Azərbaycan türkcəsini dövlət dili səviyyəsinə qaldırmaq idi. Təşkilatın qurucularından olan İsmixan Rəhimov, daha sonra Gülhüseyin Hüseynoğlu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir.
Seymur Hüseynoğlu
Tofiq Hüseynoğlu
Tofiq Hüseyn oğlu Hüseynov (21 aprel 1938, Göycəli, Qazax rayonu – 2 may 2020, Moskva) — ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Professor, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan ədəbiyyatı kafedrasının müdiri. == Həyatı == Tofiq Hüseynov 1938-ci il aprelin 21-də Ağstafa rayonunun Bəyazatlı (indiki Yuxarı Göyçəli) kəndində qulluqçu ailəsində anadan olmuşdur. Ağstafa şəhər dəmir yol məktəbi, Göyçəli və Həsənsu kəndlərində orta təhsil almışdır. 1961-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını bitirmişdir. "Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığında tarixilik və "Qan içində" romanı" mövzusunda namizədlik (1975), "Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı" mövzusunda doktorluq (1990) dissertasiyasını müdafiə edib. == Elmi fəaliyyəti == === Pedaqoji fəaliyyəti === İmişli rayonu və Qazax rayonunun Bəyazatlı kənd məktəblərində müəllim işləmişdir. (1961–1968) Azərbaycan Milli Ensiklopediyasında redaktor və BDU-da qiyabi təhsil şöbəsinin məsləhət məntəqə müdiri, metodist çalışıb. (1968–1975) Bakı Dövlət Universitetinin "Müasir Azərbaycan ədəbiyyatı" kafedrasında işləyir (1976-cı ildən) Ali təhsilin bakalavr pilləsində Müasir ədəbi proses, magistr pilləsində isə Müasir Azərbaycan ədəbiyyatının aktual problemləri və Elmin müasir problemləri fənlərindən dərslər aparır. 121 məqalə, 5 monoqrafiya, 3 kitab (dərslik, şərikli) müəllifidir. Rəhbərliyi ilə 5 nəfər elmlər namizədi dərəcəsi alıb, 5 dissertant və aspirantı var.

Oxşar sözlər

#hüseynoğlu nədir? #hüseynoğlu sözünün mənası #hüseynoğlu nə deməkdir? #hüseynoğlu sözünün izahı #hüseynoğlu sözünün yazılışı #hüseynoğlu necə yazılır? #hüseynoğlu sözünün düzgün yazılışı #hüseynoğlu leksik mənası #hüseynoğlu sözünün sinonimi #hüseynoğlu sözünün yaxın mənalı sözlər #hüseynoğlu sözünün əks mənası #hüseynoğlu sözünün etimologiyası #hüseynoğlu sözünün orfoqrafiyası #hüseynoğlu rusca #hüseynoğlu inglisça #hüseynoğlu fransızca #hüseynoğlu sözünün istifadəsi #sözlük