Həsənoğlu sözü azərbaycan dilində

Həsənoğlu

Yazılış

  • Həsənoğlu • 99.6810%
  • HƏSƏNOĞLU • 0.3190%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alqış Həsənoğlu
Alqış Həsən oğlu Musayev (1969, Nüvədi, Meğri rayonu) — filologiya elmləri namizədi, Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == 1969-cu ildə Zəngəzur mahalının Meğri rayonunun Nüvədi kəndində anadan olub. Ermənistandan azərbaycanlıların deportasiya olunması nəticəsində 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycan Respublikasına köçmək məcburiyyətində qalıb. 1994-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur. Evlidir, iki oğlu, bir qızı var.[mənbə göstərin] == Siyasi-ictimai fəaliyyəti == 1993-cü ildən "Yeni Azərbaycan" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb. 1997–2008-ci illərdə bu qəzetin baş redaktoru olub. 2021-ci ildə yenidən həmin qəzetin baş redaktoru təyin olunmuşdur. Azərbaycan Respublikası II çağırış Milli Məclisin deputatı seçilib. I, II, III qurultaylarda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü seçilib.
Amil Həsənoğlu
Aygün Həsənoğlu
Nəbi Həsənoğlu
Məhərrəmov Nəbi Həsən оğlu (1934, Daşkənd, Basarkeçər rayonu – 13 avqust 1979, Yeni Daşkənd, Bərdə rayonu) — dastançı-şair. == Həyatı == Nəbi Həsənоğlu 1934-cü ildə Qərbi Azərbaycanın qədim Göyçə mahalının Daşkənd kəndində məşhur еl şairi Həsən Xəyallının оcağında anadan оlmuşdur. İlkin yaşlarından atası Həsəndən dərin ruhani təhsili almış, ərəb və fars dillərində nəinki yazıb охumaq, hətta danışıq dillərini də öyrənmişdir. Nəbi sözün həqiqi mənasında qarеyi-quran оlmuşdur. 1941-ci ildə Daşkənd kənd оrta məktəbində təhsil almağa başlayan Nəbi 1951-ci ildə Daşkənd kənd оrta məktəbini bitirmişdir. Hələ məktəbli оlarkən 1941–1945-ci illərdə Böyük Vətən Müharibəsi zamanı atası Həsənin müharibəyə gеtməsi ilə əlaqədar ailənin çətinliyi böyük оğul kimi оnun üzərinə düşmüşdür. 1953-cü ildə Göyçə mahalından dеpоrtasiya оlunduqdan sоnra Bərdə rayоnunun Yеni Daşkənd kəndində məskunlaşmışdır. Nəbi mükəmməl ruhani təhsili alsa da hеç vaхt ruhanilik, mоllalıq еtməmişdir. Uzun illər bənnalıq sənətində işləmişdir. Nəbi Həsənоğlu əsasən dastanlar müəllifi kimi tanınmışdır.
Qalib Həsənoğlu
Qalib Məmmədov - Azərbaycanlı bəstəkar. == Həyatı == Bəstəkar 1946-cı ildə anadan olmuşdur. 1969-cu ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsertvatoriyasını bəstəkarlıq sinfi üzrə prof. Qara Qarayevin sinfini bitirmişdir. "Sirrlər Xəzinəsi" baletinin, "Oratorium Albanum" oratoriyasının, bir çox vokal silsilələrin, simfonik və kamera musiqisinin, mahnıların, tamaşa və filmlərə yazılmış musiqinin və s. əsərlərin müəllifidir. Beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrinin təşkilatçısı və iştirakçısı olmuşdur (1997-də Norveçdə məşhur "SKRUK" xoru ilə "Landet vi kommer fra" layihəsi, 2003-də “Sommerlandet” layihəsi, Eyvind Skeienin sözlərinə və s.), əsərləri Qərbi Avropa, Rusiya, Amerika və Türkiyədə səhnələrində səslənmişdir. 2002-ci ildən etibarən Norveçdə yaşayır.
Ramiz Həsənoğlu
Ramiz Həsənoğlu (tam adı: Mirzəyev Ramiz Həsənağa oğlu; 13 aprel 1946, İrəvan) — Azərbaycan teatr, kino və televiziya rejissoru, "Azərbaycantelefilm"in direktoru (2019), Azərbaycan Respublikasının xalq artisti (2006), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989). == Həyatı == Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R. Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir. == Sənət yolu == Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır.
İzzəddin Həsənoğlu
İzzəddin Həsənoğlu (XIII əsr, Xorasan – 1260) — XIII–XIV əsrlərdə yaşayıb, yaratmış, azərbaycanca və farsca şeirlər yazmış sufi şair. Həsənoğlunun həyat və yaradıcılığı haqqında ilk məlumat XV əsrdə yaşamış təzkirəçi Dövlətşah Səmərqəndinin 1487-ci ildə tərtib etdiyi "Təzkirətüş-şüəra" əsərindən aşkar edilmişdir. İzzəddin Həsənoğlu Azərbaycan dilli poeziyanın bilinən ilk nümayəndəsi hesab edilir. == Həyatı == İzzəddin Həsənoğlunun həyatı haqqında orta əsr qaynaqlarında kifayət qədər məlumat yoxdur. Onu müasir elmi ədəbi-ictimaiyyətə ilk dəfə tanıdan və haqqında məlumat verən türk alimi M. F. Köprülü olmuşdur. Köprülünün "Azəri Ədəbiyyatına dair notlar: Həsənoğlu-Həbib" adlı məqaləsində verdiyi məlumata görə, Əsfərayin türklərindən olan şair Şeyx Rədiyüddin Əli Lələ xilafətindən Şeyx Cəmaləddin Əhməd Zakirin şagirdidir. Buna əsasən İzzəddin Həsənoğlunun XIII əsrin birinci yarısında yaşamış olduğu ehtimal edilir. XIV əsrin tatar-qıpçaq şairi Seyfi Sarayi (1321–1396) Şeyx İzzəddinin "Apardı könlümü…" qəzəlinə nəzirə yazmış, həm həmin qəzəl, həm də nəzirə S. Sarayinin S. Şirazinin "Gülüstan" əsərini türkcəyə etdiyi tərcüməyə əlavə olunmuşdur. Bu, о deməkdir ki, Həsənoğlu ya S. Sarayi ilə cağdaş idi, ya da ondan əvvəl yaşamışdı. Beləki, türk alimlərindən M. F. Köprülü, I. Hikmət, N. S. Banarlı və başqaları da şairin XIII yüzilliyin sonu və XIV yüzilliyin əvvəllərində yaşadığını qəbul edirlər.
Şiruyə Həsənoğlu
Sərraf Şiruyə, Şiruyə Həsənoğlu (tam adı: Hacıyev Şiruyə Həsən oğlu; 11 sentyabr 1942, Daşkənd, Basarkeçər rayonu – 7 dekabr 2015, Yeni Daşkənd, Bərdə rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin (2005), Azərbaycan Jurnalistlər Birliyinin (2005) üzvü; "Qızıl qələm", "Məmməd Araz", "H. B. Zərdabi" mükafatları laureatı. == Həyatı == Sərraf Şiruyə 1942-ci il sentyabrın 11-də Göyçə mahalının Basarkeçər rayonunun Daşkənd kəndində məşhur el şairi Həsən Xəyallının ailəsində anadan olub. Uşaq çağlarından atasından ərəb və fars dillərində yazıb-oxumağı öyrənən Şiruyə elə ilk məktəb yaşlarından şeir yazmağa başlamış, poeziyaya böyük maraq göstərmişdir. 1958-ci ildə doğma Daşkənd orta məktəbini, 1960-cı ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbini bitirdikdən sonra, 1962-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun riyaziyyat fakültəsinə daxil olub və 1968-ci ildə oranı bitirmişdir. Həmin ildən Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbində müəllim işləmişdir. 1972-ci ildən 1980-ci ilə kimi Yeni Daşkənd kənd orta məktəbində direktor müavini və Bərdə rayonu "Bilik" cəmiyyətində mühazirəçi işləmişdir. 1993–1997-ci illərdə dini mədrəsəni bitirmişdir. Sərraf Şiruyə 1992-ci ildən 1996-cı ilə kimi döyüş bölgələrində hərbi jurnalist kimi fəaliyyət göstərmişdir. Sərraf Şiruyə uzun müddət böyrək çatışmazlığından və xərçəng xəstəliyindən əziyyət çəkib. 2015-ci il dekabrın 8-də gecə saatlarında Bərdə rayonunun Yeni Daşkənd kəndində vəfat edib.
Əliqulu Həsənoğlu
Əliqulu Həsənoğlu (1944, Bakı – 3 yanvar 2016, Bakı) — Yunan-Roma güləşi üzrə SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi. == Həyatı == Əliqulu Həsənoğlu 3 yanvar 2016-cı ildə vəfat etmişdir. == Fəaliyyəti == Azərbaycan idmançısı, olimpiya çempionu Fərid Mansurovun məşqçisi olmuşdur. Yeniyetmələri arasında Arif Niftullauev, Avdışev kimi tanınmış gənclər də var.
Mirnaib Həsənoğlu
Mirnaib Həsənoğlu (1962, Kirovabad) — peşəkar fotoqraf, fotoqrafiya ilə bağlı bir çox kitabların müəllifi, Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri. == Həyatı == Mirnaib Həsənoğlu 1962-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildən etibarən peşəkar fotoqrafiya ilə məşğul olur. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki Universitet) qəbul olunub və 1989-cu ildə oranı bitirmişdir. == Fəaliyyəti == 1990-cı ildən etibarən onun fəaliyyəti mətbuatda çap olunmağa başladı. 1995-də Fransanın Nant şəhərində fotosərgidə iştirak etmişdir. 1997-də YUNİSEF tərəfindən "Keçid dövrünün portretlərinin Azərbaycan tərzi" və "Azerbaijan Refuges", 1998-də isə "Azərbaycan" kitablarının müəlliflərindən biri olmuşdu. 1997–2002 "ing. World Press Photo" мüsabiqələrinin iştirakçısı olmuş, 1998-də Açıq Cəmiyyət İnstitutunun Nyu York şöbəsindən "Ehtiyac Pərvanələri" layihəsinə görə təqaüd almışdır. 1998-ci ilin noyabrda Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri olmuş və 2011–2022-ci illərdə həmin birliyə sədrlik etmişdir.

"həsənoğlu" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həsənoğlu nədir? #həsənoğlu sözünün mənası #həsənoğlu nə deməkdir? #həsənoğlu sözünün izahı #həsənoğlu sözünün yazılışı #həsənoğlu necə yazılır? #həsənoğlu sözünün düzgün yazılışı #həsənoğlu leksik mənası #həsənoğlu sözünün sinonimi #həsənoğlu sözünün yaxın mənalı sözlər #həsənoğlu sözünün əks mənası #həsənoğlu sözünün etimologiyası #həsənoğlu sözünün orfoqrafiyası #həsənoğlu rusca #həsənoğlu inglisça #həsənoğlu fransızca #həsənoğlu sözünün istifadəsi #sözlük