Həftənin günləri
Həftə (fars. هـفـت — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü.
== Tətbiqi ==
Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir.
Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər.
Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.