həmlə sözü azərbaycan dilində

həmlə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həmlə • 95.8466%
  • Həmlə • 3.5144%
  • HƏMLƏ • 0.6390%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həmlə (şahmat)
Şahmat terminlərinin lüğəti — Şahmat ədəbiyyatında tez-tez rast gəlinən əsas şahmat anlayışları və terminləri verilir. == A == Axmaq matı — şahmatda ən tez mümkün olan mat növü. Alyoxin müdafiəsi Armaqedon Avanpost == B == Batareya (şahmat) == C == Cənub qambiti — İlk dəfə olaraq 1867-ci ildə danimarkalı usta Fromen və isveç şahmatçısı Lindek tərəfindən praktikaya tətbiq edilmişdir. Cinah — Şahmat taxtasının bir hissəsi sol cinah ağlar üçün vəzir, qaralar üçn isə şah cinahı adlandırılır. == Ç == Çevrilən piyada — Sonuncu xanaya çataraq şahdan başqa istənilən fiqura çevrilən piyadaya deyilir. Çəngəl — Piyadanın və ya atın eyni vaxtda iki fiqura və ya piyadaya hücumu. == D == Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir. Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı. Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir. Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1.
Tranzitor işemik həmlə
Tranzitor işemik həmlə və ya tranzitor işemik hücum- kəskin infarkt(toxuma ölümü) olmadan işemiya səbəbli nevroloji disfunksiya epizodlarıdır. TİH zamanı nevroloji simptomlar 24 saat ərzində keçib gedir, əks halda xəstəyə İşemik insult diaqnozu qoyulur. == Əlamət və simptomlar == Simptomlar insanlar arasında müxtəlif ola bilər. Ən çox rast gəlinən simptomlara keçici görmənin itirilməsi, nitqin çətinləşməsi, ətraf əzələlərində zəiflik, ətraflarda hissi pozulmalardır.Başgicəllənmə də müşahidə oluna bilər. == Risk Faktorları == Ailədə işemik insult anamnezi 55 yaşdan yuxarı olan insanlar.
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.

həmlə sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Hücum, üzərinə atılma. Həmlələr pozmuş, qoşun sındırmış, qala fəth etmiş əsgər sevinci ilə Durmuş … yatağına girdi. Mir Cəlal. …Qaraca çobanın cürətli müqaviməti, iki qardaşı ilə birgə hələ ilk həmlədə beş-on atlını vurubyıxmaları basqınçıların qəzəbini artırdı. M.Rzaquluzadə. □ Həmlə etmək – hücum etmək, üzərinə atılmaq. İş atışmadan ötüb şəmşir və xəncər ilə bir-birinə həmlə etməyə çatdı. M.F.Axundzadə. Ta ayın iyirmi doqquzuna kimi düşmənin tankları ilə piyadası batareyaya həmlə etdi. Ə.Əbülhəsən. // Eyni mənada oyunda. Hücumçuların həmlələri. □ Bir həmlədə – dərhal, bir anda, bir dəfə həmlə etməklə. Koroğlu bir həmlədə özünü Aslan paşaya çatdırdı. “Koroğlu”.

    Azərbaycan dilinin izahlı lüğəti / həmlə

həmlə sözünün sinonimləri (yaxın mənalı sözlər)

həmlə sözünün rus dilinə tərcüməsi

  • 1 штурм, наступление, нападение, атака

    Azərbaycanca-rusca lüğət / həmlə
  • 2 сущ. 1. атака: 1) стремительное нападение войск на противника, решающий момент наступления. воен. Süngü həmləsi штыковая атака, piyada həmləsi пехотная атака, tank həmləsi танковая атака, kimyəvi həmlə химическая атака, qaz həmləsi газовая атака, pusqudan həmlə атака из засады, sualtı vəziyyətdə həmlə атака в подводном положении, həmləyə atılmaq броситься в атаку, həmləyə keçmək перейти в атаку, həmləni dəf etmək отбить атаку 2) перен. действие, предпринятое против кого-л. или для достижения какой-л. цели. Üstünə həmlə ilə gəlmək kimin идти в атаку на кого, атаковать кого 2. натиск (сильное напряжённое движение, действие, направленное на кого-л., что-л.). Düşmənin şiddətli həmləsinin qabağını almaq сдержать стремительный натиск противника 3. штурм (решительная атака крепости, укрепления или опорного пункта противника). Həmlə ilə almaq взять штурмом; bir həmlədə штурмом, в одно дыхание

    Azərbaycanca-rusca lüğət / həmlə

həmlə sözünün inglis dilinə tərcüməsi

  • 1 i. attack; (piyada) assault; silahlı ~ armed attack; gözlənilməz ~ surprise attack; ~ni dəf etmək to repulse an attack; ~ etmək to advance / to rush to the attack

    Azərbaycanca-ingiliscə lüğət / həmlə

həmlə sözünün fransız dilinə tərcüməsi

həmlə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьужум, винел вегьин; həmlə etmək гьужум авун, гьужумун, винел вегьин, гьепӀесун; bir həmlədə са гьужумда, садра гьужумна, са гьеленда, гьасятда.

    Azərbaycanca-ləzgicə lüğəti / həmlə

həmlə sözünün türk dilinə tərcüməsi

"həmlə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həmlə nədir? #həmlə sözünün mənası #həmlə nə deməkdir? #həmlə sözünün izahı #həmlə sözünün yazılışı #həmlə necə yazılır? #həmlə sözünün düzgün yazılışı #həmlə leksik mənası #həmlə sözünün sinonimi #həmlə sözünün yaxın mənalı sözlər #həmlə sözünün əks mənası #həmlə sözünün etimologiyası #həmlə sözünün orfoqrafiyası #həmlə rusca #həmlə inglisça #həmlə fransızca #həmlə sözünün istifadəsi #sözlük