Məşədi Məhəmməd Fərzəliyev
Məşədi Məmməd Fərzəliyev (1872, Şuşa – 1962, İstanbul) — Azərbaycanlı xanəndə.
== Həyatı ==
Məşədi Məmməd Fərzəliyev 1872-ci ildə Şuşada anadan olmuşdur. O, gənc yaşlarından Şuşanı tərk etmiş, bir müddət Gəncədə, sonralar isə Tiflis, Batumi, Vladiqafqaz, İstanbul və başqa şəhərlərdə yaşamış, xanəndəlik etmişdir. Xanəndə Zaqafqaziyada, Orta Asiyada, Türkiyədə, hətta Avropanın bir çox ölkələrində görkəmli sənətkar kimi tanınırdı.
Məşədi Məmməd hələ Şuşada olarkən toy məclislərində və xalq şənliklərində tarzən Tatevos Arutunyan və Məşədi Zeynal ilə birlikdə çıxış etmişdir. O, ilk dəfə Şuşada Xandəmirovun teatrında verilən Şərq konsertində böyük uğur qazanmışdı.
Məşədi Məmmədin oxuduğu "Bayatı-Kürd", "Rast", "Şur", "Çahargah", "Zabul-Segah", "Kürdü Şahnaz", "Heyratı", "Mənsuriyyə", "Səmayi–Şəms", "Qarabağ şikəstəsi", "Arazbarı", "Kərəmi", "Əfşarı" və s. muğamlar geniş xalq kütlələri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Məşədi Məmməd də "Şüştər" ustası kimi daha məşhur idi.
Məşədi Məmməd Fərzəliyev 1912-ci ildə Varşava şəhərində fəaliyyət göstərən "Sport-Rekord" şirkəti tərəfindən bir dəvət aldı.