Hacızadə sözü azərbaycan dilində

Hacızadə

Yazılış

  • Hacızadə • 99.8397%
  • HACIZADƏ • 0.0890%
  • hacızadə • 0.0712%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adnan Hacızadə
Adnan Hacızadə və ya tam adı ilə Adnan Hikmət oğlu Hacızadə (13 iyul 1983, Bakı) — azərbaycanlı blogger. 2009-cu ilin iyulunda o dönəmdə YouTubedə populyar olan, daha çox "Azərbaycan iqtidarı $41,000 dəyərində uzunqulaqları məhz Almaniyadan almışdır." adı ilə tanınan yumor videosuna görə Emin Milli ilə birgə həbs edilmişdir, nüfuzlu beynəlxalq insan hüquqları təsisatları tərəfindən siyasi məhbus elan edilmişdir. 1 il 4 ay həbsdə qaldıqdan sonra 2010-cu ilin noyabrında şərti azadlığa buraxılmışdır. == Həyatı == Adnan Hikmət oğlu Hacızadə 13 iyul 1983-cü ildə Bakı şəhərində doğulub. 2000-ci ildə Bakı Avropa Liseyindən məzun olub. 2000-ci ildə Qafqaz Universitetinə daxil olub, bir il sonra Birləşmiş Ştatların Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə təhsil alıb. 2005-ci ildə Azərbaycana qayıdıb və Xəzər Universitetində hüquqşünaslıq üzrə təhsil alıb. Adnan Hacızadənin Amerikadan qayıdışı Azərbaycanda Parlament seçkiləri ilə eyni dövrə düşür. Adnan müxalifətin mitinqlərində yenə də sıravi kimi iştirak edir. Həmin dövrdə "Ol!" Gənclər Hərəkatını yaratmaq ideyası müzakirə olunur.
Aslan Hacızadə
Aslan Hacızadə, Aslan Qarabağlı və ya Aslan Berkan (1897, Tərtər – 7 may 1957, İzmir) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. == Döyüş yolu == === Azərbaycanda === ==== Şamxor döyüşü ==== Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.
Bayram Hacızadə
Bayram Hacızadə (1968, Bakı) — "Azərbaycan Karikatura Mərkəzinin" rəhbəri, karikaturaçı-rəssam. == Həyatı == Bayram Hacızadə 7 may 1968-ci ildə Bakı şəhərində anadan olub. 1987-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1986-cı ildən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı-rəssam kimi çıxış edir. 2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü və karikatura bölməsinin sədridir. 2005-ci ildən "Biz və Karikatura" jurnalının baş redaktorudur. 2006-cı ildə Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə sədr seçilib. 2006-cı ildən Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyasında (FECO)Azərbaycan qrupunun prezidentidir.
Ceyhun Hacızadə
Elşən Hacızadə
Hacızadə Elşən Mahmud oğlu (9 avqust 1961, Siyəzən) — Azərbaycan iqtisadçısı, iqtisad elmləri doktoru, professor. Beynəlxalq Elmlər Akademiyasının akademiki, Beynəlxalq Menecment Akademiyasının akademiki, Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq İqtisadçılar İttifaqının üzvü. == Həyatı == 1961-ci il avqustun 9-da Azərbaycan Respublikasının Siyəzən şəhərində anadan olmuşdur. 1982-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini bitirmiş, iqtisadçı-mühasib ixtisası almışdır. 1982–1997-ci illərdə Azərbaycanın yanacaq-enerji kompleksində (ARDNŞ-nin H.Z.Tağıyev adına Neftqazçıxarma İdarəsində, Quruda Neftqazçıxarma İstehsalat Birliyi, "Azəriqaz" QSC) maliyyəçi, mühasib və iqtisadçı peşələri üzrə müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 1997–2014-cü illərdə elm və təhsil sahəsində təyinatlı və seçkili olan bir sıra vəzifələr (Azərbaycan İqtisadçılar İttifaqında ekspert, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun "Struktur dəyişiklikləri" sektorunun müdiri, "Makroiqtisadi inkişaf və iqtisadi artım" şöbəsinin baş elmi işçisi, Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Sosial-İqtisadi Elmi-Tədqiqat laboratoriyası"nın müdiri, "Azərbaycan Regionlarının İnkişaf Problemləri üzrə Elmi Araşdırma və Konsaltinq Mərkəzi"nin direktoru, "Magistr Hazırlığı Mərkəzi"nin direktor müavini) tutmuşdur. 2010–2018-ci illərdə "Azərbaycanın vergi jurnalı"nın baş redaktoru olmuşdur. 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universiteti — UNEC-in "Enerji iqtisadiyyatı mərkəzi"nin rəhbəridir. "ENECO" (Enerji iqtisadiyyatı) jurnalının baş redaktorudur. 2022-ci ildən Beynəlxalq Elmlər Akademiyasının (IAS-HE AS) Azərbaycan bölməsinin birinci vitse-prezidentidir.
Fuad Hacızadə
Fuad Mahmud oğlu Hacızadə (19 iyun 1952, Siyəzən) —Azərbaycanda aerokosmik tədqiqatlar sahəsində birinci elmlər doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü. Fuad Mahmud oğlu Hacızadə 19 iyun 1952-ci ildə Siyəzən şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1974-cü ildə Leninqrad Dövlət Universitetinin riyaziyyat-mexanika fakültəsini biitirmişdir. Həmin ildən Azərbaycan Milli Aerokosmik Agentliyində əmək fəaliyyətinə başlamış, burada adi mühəndislikdən baş direktorun birinci müavini vəzifəsinədək yüksəlmişdir. 1991–2007-ci illərdə agentliyin Ekologiya İnstitutunun direktoru olmuşdur. 2008–2009-cu illərdə Azərbaycan MEA Geologiya İnstitutunda baş elmi işçi, 2009–2011-ci illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında rəis müavini vəzifələrində çalışmışdır. == Elmi fəaliyyəti == F. Hacızadə Azərbaycanda aerokosmik tədqiqatları sahəsinin yaradıcılarından hesab edilir. O 1983-cü ildə SSRİ Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunda "Yerin "Meteor-28" süni peykindən alınan infraqırmızı spektrlər əsasında atmosferin kiçik qaz komponentlərinin həcminin təyini" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. Fuad Hacızadə apardığı nadir aerokosmik tədqiqatların nəticələri ilə dəfələrlə Azərbaycanda və xaricdə bu mövzulara həsr edilən seminar, konfrans və simpoziumlarda çıxış etmişdir. O, 1994-cü ildə Bakıda keçirilən "Ekologiyanın müasir problemləri" adlı beynəlxalq konfransın təşkilatçılarından biri olmuşdur.
Hikmət Hacızadə
Hacızadə Hikmət Əbdürrəhim oğlu (11 noyabr 1954, Bakı – 20 noyabr 2020, Bakı) — Azərbaycanın Rusiyadakı keçmiş səfiri. == Həyatı == Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olmuşdur. 1977-ci ildə ADU-nun fizika fakültəsini bitirmiş, 1983-cü ildə Moskvada fizika-riyaziyyat elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. H.Hacızadə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda böyük elmi işçi vəzifəsində işləmişdir. 1988-ci ildə "perestroyka" ilə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak etmiş, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olmuşdur. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləmişdir. 1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvüdür. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidentidir. Xalq Cəbhəsi və Müsavat Partiyasının nizamnamə və məramnamələrinin tərtibçilərindən biri, "keçid dövrü"nün problemləri, insan haqları tarixi və nəzəriyyəsi üzrə çoxsaylı məqalə və kitabçaların müəllifidir. Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabı 1995-ci ildə nəşr edilib.
Kərəm Hacızadə
Kərəm Əmiralı oğlu Hadızadə — Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyoru, «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. == Həyatı == Kərəm Əmiralı oğlu Hadızadə 15 sentyabr 1965-ci ildə Qazax rayonunun Kosalar kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivallarında iştirak edib. 2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin «Fəxri Mədəniyyət İşçisi» döş nişanı ilə təltif olunmuşdur. Dram və kino aktyorudur. Bir neçə televiziya filmində və reklamda çəkilmişdir. Evlidir. == Mükafatları == 6 may 2023-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
Mirzə Hacızadə
Mirzə Hacızadə və ya Mirzə bəy Göygöl (tam adı: Mirzə Məşədi Yusif oğlu Hacızadə; d. 1897, Gəncə; ö. 1980, İstanbul) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, kənd təsərrüfatı elmləri doktoru. Mirzə Hacızadə 1915-ci ildə Yelizavetpol kişi gimnaziyasını bitirmiş, Xarkovdakı Novo-Aleksandr İnstitutunun kənd təsərrüfatı və meşəçilik şöbəsində oxumuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Almaniyanın Berlin Universitetinə göndərilmişdir. O, 1926-cı ildə Berlində doktorluq dissertasiyası müdafiə etmişdi. Təhsilini başa vurduqdan sonra Hacızadə bütün cəhdlərinə baxmarayaq, sovet işğalına məruz qalmış Azərbaycana dönə bilməmişdir. Bir müddət Almaniyada seleksiyaçı alim kimi fəaliyyət göstərdikdən sonra Türkiyəyə dəvət olunmuş, 1961-ci ilədək İstanbulun Halkalı toxumçuluq stansiyasında işləmış, ali məktəblərdə dərs demişdir. Hacızadənin ali məktəb tələbələri üçün dərslik kimi istifadə olunan 34 kitabı, həmçinin 300-dək elmi məqaləsi çap olunmuşdur. Məhəmməd Əmin Rəsulzadə, Adil xan Ziyadxanov, Cahangir bəy Kazımbəyli, Mustafa Vəkilov, Nağı Şeyxzamanlı və Türkiyədə yaşayan başqa azərbaycanlı mühacirlərlə dostluq etmiş, evində müntəzəm toplantılar, müşavirələr keçirmişdi.
Nahid Hacızadə
Nahid Rəhim oğlu Hacızadə (14 mart 1936, Düzrəsullu, Gədəbəy rayonu – 18 yanvar 2018, Bakı) — Azərbaycan yazıçısı, Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru. Nahid Hacıyev 1936-cı il martın 14-də Gədəbəyin Düzrəsullu kəndində anadan olub. Orta məktəbi Tovuzda bitirib. Bakıda Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. O, burada Əli Sultanlı, Cəfər Xəndan, Muxtar Hüseynzadə, Məmməd Cəfər, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib kimi görkəmli ədəbiyyatşünas alimlərdən dərs alıb. Bu şəxsiyyətlər elə bir ziyalı ordusu idi ki, onlarla sadəcə təmas qurmağın özü də böyük bir məktəbə bərabər olurdu. Ali məktəbi bitirdikdən sonra ilk iş yeri televiziya olub. Sonralar bir müddət nəşriyyatda çalışsa da, hazırda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktorudur. Onun "Ömrün sorağında", "Ömür gözləyir bizi", "Məhəbbət yaşadır", "Köçündən ayrılan durna" pyesləri Şəki, İrəvan və Bakı teatrlarında tamaşaya qoyulub. "Qisas qiyamətə qalmaz" pyesi isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının hazırladığı ən uğurlu tamaşalardan biri olub.
Ziya Hacızadə
Ziya Salman oğlu Hacızadə (29 aprel 1934, Baş Göynük, Nuxa rayonu – 29 sentyabr 2004, Bakı) — Azərbaycan alimi, geologiya-mineralogiya elmləri namizədi. Ziya Hacızadə 29 aprel 1934-cü ildə Şəki rayonunun Baş Göynük kəndində anadan olmuşdur. O, 1951-ci ildə Bakı şəhər 1 saylı orta məktəbi bitirmiş, ardınca isə Məşədi Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Hacızadə buradan 1956-cı ildə məzun olmuşdur. O, məzun olduqdan sonra Neft Daşlarına işə göndərilmiş, 1962-ci ilə qədər orada operator, mühəndis və böyük mühəndis vəzifələrində çalışmışdır. Hacızadə 1967-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında əyani aspiranturanı bitirmiş və "Neftlilik-qazlılıqla əlaqədar olaraq Abşeron vilayəti qərb kənar zonasında qırməkanaltı lay dəstəsinin hidrogeoloji və hidrokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir. Ziya Hacızadə namizədlik dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" kafedrasında mühəndis, elmi işçi vəzifələrində çalışmışdır. O, 1968–1972-ci və 1980–1981-ci illərdə Əlcəzairdə, Əhməd Buqarə adına Bumerdes Universitetində fransız dilində geoloji fənlərdən dərs demişdir. Hacızadə 1972-ci ildən isə Azərbaycan Dövlət Neft Akademiyasının "Neft-qaz mədən geologiyası" kafedrasında dosent vəzifəsində çalışmışdır. O həmçinin, uzun müddət geoloji-kəşfıyyat fakültəsinin dekan müavini və dekanı olmuşdur.
İqbal Hacızadə
Əbdürrəhim Hacızadə
Əbdürrəhim Məmmədiyyə oğlu Hacızadə — (16 fevral 1920, Nuxa qəzası, Gəncə quberniyası – 3 oktyabr 1991, Bakı) coğrafiya elmləri doktoru, professor, Azərbaycanın coğrafiya tarixində şərəfli yer tutan böyük simalardan biridir. Onun ən böyük elmi nailiyyətləri Azərbaycanda güclü iqtisadi coğrafi məktəb yaratması, ərazi-istehsal və ərazi-sənaye komplekslərinin ölkədə ən böyük tədqiqatçısı olması, ölkəmizi dünyaya tanıtması, yüksək ixtisaslı kadrlar hazırlaması olmuşdur. Əbdürrəhim Hacızadə 16 fevral 1920-ci ildə Şəki rayonun İnçə kəndində məktəb müəllimi ailəsində anadan olmuşdur. Babası Hacı Əbdürrəhim xırda mülkədar olmasına baxmayaraq, Sovet hökumətinin qurulması ilə atası Məmmədiyə Hacızadə Rus məktəbində Azərbaycan dili müəllimi vəzifəsində çalışırdı. Anası Bəxti Kərim qızı İsmayılova İrəvan xanlarının nəslindən idi, və onun babası Ağa Hüseyn xan general-qubernator rütbəsində çar administrasiyası tərəfindən Nuxa mahalına başçı kimi göndərilmişdi. Orta təhsilini Şəkidə alan Ə.M.Hacızadə 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə qəbul olmuş və 1946-cı ildə həmin fakültəni bitirmişdir. 1941-ci ildə qardaşı Hüseyn ilə bərabər Qızıl Ordunun sıralarına çağırılmış və cəbhəyə yollanmışdı. 1946-cı ildə o, ali təhsilini başa vurmuş və 1953-cü ildə məşhur Şəkili tacir Düyüçü Cəfər nəslindən olan Şüküfə xanım Əbdürəhmanlı ilə ailə qurmuşdur. Bu nikahdan iki oğlu olmuşdur. Ə.M.Hacızadə 1950-ci ildə "Kəlbəcər-Laçın iqtisadi rayonunun iqtisadi-coğrafi səciyyəsi" mövzusunda namizədlik, 1971-ci ildə isə «Azərbaycanın sənaye kompleksi: onun inkişafı və ərazi təşkilinin coğrafi problemləri» mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1959-cu ildə dosent, 1973-cü ildə isə professor elmi adına layiq görülmüşdür.
Əli Hacızadə
Əli Nizami oğlu Hacızadə (26 fevral 1984, Bakı) — politoloq, "The Greater Middle East" layihəsinin yaradıcısı və rəhbəri. Əli Hacızadə 26 fevral 1984-cü ildə Bakı şəhərində anadan olub, 2000-ci ildə Bakı şəhərində 8 saylı orta məktəbi, 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının sənətşünaslıq fakültəsini bitirib. 2005–2006-cı illərdə hərbi xidmətdə olub. Əli Hacızadə Yaxın Şərq mövzusunda bir çox məqalə, analiz və ekspert rəyinin müəllifidir. Onun yazı, analiz, müsahibə və ekspert rəylərinə, Azərbaycan, Türkiyə, ABŞ, İsrail, Çin, Rusiya, Ərəb və Avropa KİV-lərində rast gəlmək mümkündür. Hacızadənin həmçinin Ermənistan-Azərbaycan münaqişəsinə dair analiz və yazıları mövcuddur. Əli Hacızadənin regiondakı vəziyyət haqqında analitik proqnozlarına Britaniyanın "The Times" və ABŞ-nin "The Wall Street Journal" kimi nüfuzlu dərgiləri istinad edir. Əli Hacızadə yazı və çıxışlarında informasiya müharibəsinə və müasir dünyada Hibrid müharibə taktikalarına geniş yer verir. Hibrid Müharibələrin və informasiya müharibələrinin, habelə onların taktikalarının təhlili və araşdırılması Hacızadənin yayımladığı bir çox analiz və etdiyi bir çox çıxışlarının əsas mövzusunu təşkil edir. 2018–19 cu illərdə Əli Hacızadə ərəb dünyasının nüfuzlu KİV-lərindən biri olan Al-Arabiyada köşə yazarı kimi öz yazı və analizlərini dərc etdirib.
Əlibala Hacızadə
Hacızadə Əlibala Qüdrət oğlu (28 avqust 1935, Ağalıkənd, Biləsuvar rayonu – 8 oktyabr 2009, Bakı) — yazıçı, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır (1953–1958). Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958). Əfqanıstanda mütərcimlik etmişdir (1966–1970). Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olmuşdur. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edirdi. 2009-cu ilin oktyabr ayında vəfat edib.
Aslan Hacızadə (Berkan)
Aslan Hacızadə, Aslan Qarabağlı və ya Aslan Berkan (1897, Tərtər – 7 may 1957, İzmir) — Azərbaycan Cümhuriyyətinin zabiti, Türkiyə Silahlı Qüvvələrinin polkovniki. Şamxor döyüşündə, Qarabağ və Zəngəzur döyüşlərində, Gəncə və Qarabağ üsyanlarında, iştirak edib. Türkiyə İstiqlaliyyət Müharibəsində, Dumlupınar döyüşündə iştirak edib. 35 il Türkiyə Silahlı Qüvvələrində xidmət edib. == Həyatı və təhsili == Aslan Nüsrət oğlu Hacızadə 1897-ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan indiki Tərtər şəhərində anadan olub. 1917-ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanaraq, Gəncədə yerləşən V Yelizavetpol nişançı alayında hərbi ximətə başlayıb. 1918-ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olub. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyyəti Ordusunda xidmətini davam etdirib. == Döyüş yolu == === Azərbaycanda === ==== Şamxor döyüşü ==== Fevral İnqilabından sonra Zaqafqaziya Komissarlığının tələbi ilə Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli idilər. Lakin bir çox hallarda rus qoşun hissələri silahları təhvil vermək istəmirdilər.

Oxşar sözlər

#hacızadə nədir? #hacızadə sözünün mənası #hacızadə nə deməkdir? #hacızadə sözünün izahı #hacızadə sözünün yazılışı #hacızadə necə yazılır? #hacızadə sözünün düzgün yazılışı #hacızadə leksik mənası #hacızadə sözünün sinonimi #hacızadə sözünün yaxın mənalı sözlər #hacızadə sözünün əks mənası #hacızadə sözünün etimologiyası #hacızadə sözünün orfoqrafiyası #hacızadə rusca #hacızadə inglisça #hacızadə fransızca #hacızadə sözünün istifadəsi #sözlük