Tağızadə sözü azərbaycan dilində

Tağızadə

Yazılış

  • Tağızadə • 99.7666%
  • TAĞIZADƏ • 0.1556%
  • tağızadə • 0.0778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Abdulla Tağızadə
Abdulla Məmməd oğlu Tağızadə (1897, Yelizavetpol, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 12 yanvar 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dilçisi, SSRİ Elmlər Akademiyası Azərbaycan filialının elmi işçisi və APİ-nin dilçilik kafedrasının müdiri. Azərbaycan orfoqrafiyası və terminologiyası sahəsində tanınmış mütəxəssislərdən biri və Azərbaycandakı əlifba hərəkatının fəal üzvlərindən biri olmuşdur. Böyük təmizləmə zamanı öldürülüb. == Təhsili == İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə geri dönmüşdür. Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A. N. Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.
Aida Tağızadə
Tağızadə Aida Zeynal qızı (5 fevral 1934, Şuşa, DQMV) — Azərbaycan musiqişünası, Azərbaycanın əməkdar incəsənət xadimi (1987), sənətşünaslıq namizədi (1969), professor (1986). == Həyatı == Aida Zeynal qızı 1934-cü il fevralın 5-də Şuşa şəhərində anadan olmuşdur. Aida xanım ziyalı ailəsində dünyaya gəlib boya-başa çatdığı üçün çox gözəl təlim-tərbiyə və təhsil almış, sonralar sənətşünaslıq elmlər namizədi, professor və əməkdar incəsənət xadimi səviyyəsinə qədər yüksəlmişdir. Onun atası Zeynal Tağızadə dilşünas, filologiya elmləri doktoru olmuş, anası Hacıyeva Sayalı xanım isə pedaqoji və tibb institutlarını bitirmişdir. Aida xanımın sənətin bütün növlərinə olan məhəbbətinin təməli məhz ailədə qoyulmuşdur, lakin o, musiqişünaslığı özünə peşə seçmişdir. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirərək Ü. Hacıbəyli adına Konservatoriyada əvvəlcə fortepiano üzrə ifaçılıq şöbəsində oxumuş, iki ildən sonra isə musiqişünaslığa üstünlük verərək bu şöbədə də təhsilini başa vurmuşdur. Aida xanım 1958-ci ildən Bakı Musiqİ Akademiyasında (BMA-da) fəaliyyət göstərir. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında böyük səy göstərən, hərtərəfli inkişaf etmiş böyük nəzəriyyəçi, dövrümüzün görkəmli bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş monoqrafiyasında ("İşıq", 1979) müəllif Cövdət Hacıyevin Azərbaycan simfonik musiqisinin ümumi inkişafı fonunda özünəməxsus üslubunu araşdırmaq məqsədini izləyir. Kitabda onun beş simfoniyası, "Sülh uğrunda" simfonik poeması, kamera-instrumental musiqisi və fortepiano üçün "Musiqi lövhələri" yüksək peşəkar səviyyədə təhlil olunur. Aida xanımın 1985-ci ildə "Yazıçı" nəşriyyatında çap olunmuş növbəti kitabı bəstəkar Soltan Hacıbəyovun yaradıcılığına həsr edilmişdir.
Ayxan Tağızadə
Ayxan Tağızadə (d. 19 yanvar 1996) — Azərbaycan taekvondoçusu. == Həyatı == Ayxan Tağızadə 19 yanvar 1996-cı ildə Bakı şəhərində taekvondo məşqçisi Əvəz Tağıyevin ailəsində dünyaya göz açıb. 3 yaşından taekvondo idman növü ilə məşğul olan Ayxan Tağızadə 6 yaşında qara kəmər sahibi olub. 2013-cü ildə Yasamal rayonu 158 nömrəli orta məktəbdən məzun olmuşdur. Hal hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası-nın IV kurs tələbəsidir. Qardaşı Fərid Tağızadə Azərbaycan milli taekvondo komandasının keçmiş üzvüdür. Atası Azərbaycanın Para-Taekvondo üzrə Milli komandasının baş məşqçisidir == Karyerası == === 2013 Portuqaliya Gənclər arası Avropa Çempionatında === Ayxan Tağızadə 25–28 sentyabr 2013-cü ildə Portuqaliya Portu şəhərində Gənclər arasında keçirilən Avropa Çempionatında 63 kq çəkidə iştirak etmiş və II yeri tutmuş gümüş medal qazanmışdır. === 2015 Avropa Oyunlarında === Ayxan Tağızadə 17 iyun 2015-ci ildə Baku Crystal Hallda 2015 Avropa Oyunları çərçivəsində taekvondo üzrə keçirilən kişilər arasında 68 kiloqram çəkidə Azərbaycanı təmsil etmişdir.Yarışa ilkin mərhələdən başlayan idmançı Sloveniyalı Yure Pantarla döyüşdə 11:3 hesabı ilə qalib gələrək dörddə bir finalda London Olimpiya Oyunlarının qalibi, ikiqat dünya və ikiqat Avropa çempionu ispaniyalı Xoel Qonzales Bonilla ilə qarşılaşmışdır. On doqquz yaşlı Ayxan Tağızadə təcrübəli rəqibini 7:5 hesabı ilə məğlub edərək yarımfinalda iştirak hüququ qazanmış və Rusiya idmançısı Aleksey Denisenkonu 7:5 hesabı ilə məğlub edərək finala çıxmışdır.Final görüşündə Ayxan Tağızadə polşalı Karol Robak ilə qarşılaşmış və qələbə qazanaraq Birinci Avropa Oyunlarının çempionu olmuşdur.
Bəhruz Tağızadə
Bəhruz Azər oğlu Tağızadə (14 sentyabr 1999, Qax rayonu – 8 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Bəhruz Tağızadə 14 sentyabr 1999-cu ildə Qax rayonunda anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Bəhruz Tağızadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Cəbrayılın, Füzulinin, Hadrutun və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Bəhruz Tağızadə 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. 16 noyabr 2020-ci ildə dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Tağızadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Cahid Tağızadə
Cahid Vahid oğlu Tağızadə (12 fevral 1988, Bərdə rayonu – 3 oktyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cahid Tağızadə 1988-ci il fevralın 12-də Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub. Ailəli idi. Nərmin adında bir qızı və Nihad adında bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri olan Cahid Tağızadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cahid Tağızadə oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Bərdə rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Cahid Tağızadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəmilə Tağızadə
Cəmilə Tağızadə (tam adı: Tağıyeva Cəmilə Karl qızı; d. 24 iyul 1987, Bakı,Azərbaycan) — azərbaycanlı aktrisa. == Həyatı == Cəmilə Tağıyeva 24 iyul 1987-ci il Bakı şəhərində anadan olub. 1994-cü il Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Ağabəy Novruzbəyli adına 46 nömrəli tam orta məktəbinin 1-ci sinifinə daxil olub. 2005-ci ildə həmin məktəbdən məzun olaraq Azərbaycan Dövlət Kooperasiya kollecinə daxil olub. 2007-ci il Dövlət Kooperasiya kollecinin məzunu olub. 2009-cu il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyor sənəti fakültəsinə qəbul olub. 2013-cu il həmin universiteti fərqlənmə ilə bitirərək məzun olub. Xarici film istehsalçılarının "Ana yurdum" (2012 / İran) və "Əli və Nino" (2015, rejissor Asif Kapadia / Böyük Britaniya) filmlərində çəkilib. === Şəxsi həyatı === 7 sentyabr 2017-ci ildə Murat Temiz ilə ailə həyatı qurdu.
Dünyamin Tağızadə
Dünyamin Ramin oğlu Tağızadə (21 yanvar 2001, Beyləqan rayonu – 30 sentyabr 2020, Cəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Dünyamin Tağızadə 2001-ci il yanvarın 21-də Beyləqan rayonunun Günəş qəsəbəsində anadan olmuşdur. Əslən Şuşadan idi. 2007–2016-cı illərdə Beyləqan rayon 6 saylı tam orta məktəbdə, 2016–2018-ci illərdə Beyləqan rayon 22 saylı tam orta məktəbdə təhsil almışdır. 4 ay Göyçayda kollecdə oxuduqdan sonra hərbi xidmətə yollanmışdır. Ailədə onunla birlikdə 1qardaşı var idi. Subay idi. == Hərbi xidməti == Dünyamin Tağızadə 2019–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət müddətində Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində başlanan əməliyyatda iştirak etmişdir. İştirakına görə hərbi hissə tərəfindən fəxri fərman ilə təltif olunmuşdur.
Eldar Tağızadə
Eldar Abdulla oğlu Tağızadə (6 sentyabr 1963, Bakı – 3 iyun 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldar Tağızadə 1963-cü il 6 sentyabr Bakı şəhərində anadan olmuşdur. 1970–1980-ci illərdə Nəsimi rayonundakı 164 saylı məktəbdə təhsil almışdır. Məktəbi bitirən Eldar Bakı Dövlət Universitetinə daxil olur və 1985-ci il buranı fərqlənmə diplomu ilə bitirir. Daha sonra polis olmaq istəyən Eldar Səbail rayon polis idarəsində çalışmağa başlayır. 1989-cu ildə Sverdlovsk şəhərində kurs keçir və baş leytenant rütbəsini alır. Tağızadə Eldar Daxili İşlər Nazirliyi (Azərbaycan)ndə əməliyyat müvəkklili vəzifəsində çalışırdı. == Döyüşlərdə iştirakı == Cəsur polis işçisi tez-tez cəbhəyə gedir və girovların azad edilməsində iştirak edirdi. Eldarın sayəsində neçə-neçə insan girovluqdan azad edilmişdi. 1991-ci ildə ona kapitan rütbəsi də verilmişdi.
Niyazi Tağızadə
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Qara Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Qarasim Tağızadə
Tağızadə Qarasim Əbdülhəsən oğlu və ya Qara Tağızadə (1946, Jdanov – 4 mart 2018, Bakı) — diktor, Azərbaycan Respublikasının xalq artisti == Həyatı == Qarasim Tağızadə 1946-cı ildə Beyləqanda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Uzun illər Azərbaycan radiosunun diktoru olub. Daha sonra radioda diktorlar şöbəsinə rəhbərlik edib. 1991-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adlarına layiq görülüb. 2003-cü ildən prezident təqaüdçüsü olmuşdur. Qarasim Tağızadə 2018-ci il mart ayında vəfat etmişdir. == Mükafatları == 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülmüşdür. 2002-ci ildə Prezident təqaüdçüsü olmuşdur.
Rəfail Tağızadə
Rəfail Tağızadə (azərb. Rəfail Alı oğluTağızadə‎; 11 fevral 1958, Sofulu, Ağdam rayonu) — şair, publisist, Yazıçılar Birliyinin üzvü, Rəsul Rza mükafatı laureatı (2006), Ümid Partiyası Ali Məclisinin sədri, “Ədəbi ovqat” dərgisinin təsisçisi, Prezident təqaüdçüsü (2011). == Həyatı == Rəfail Alı oğlu Tağızadə 11 fevral 1958-ci ildə Ağdam rayonunun Sofulu kəndində anadan olub. 1964-1974-cü illərdə Ağdam rayonu Boyəhmədli kənd orta məktəbini bitirib. 1974-1979-cu illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitetdə) Avtomatika və Hesablama Texnikası fakültəsində təhsil alıb. == Əmək fəaliyyəti == Rəfail Alı oğlu Tağızadə müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Milli Ordusunda döyüş bölgəsində zabit kimi xidmət edib. Ordu komandanlığı tərəfindən "Şah İsmayıl Xətai" və başqa Fəxri Fərmanlarla və qiymətli hədiyyələrlə təltif olunub. "Qapı" (2004) və "Qarabağ rüzgarları" (2009), "Gecə xəyalları" (2013), “Su üzərində bahar (2019)” şeir kitablarının müəllifidir. Dünya şöhrətli alim Rafiq Əliyev haqqında “Su kimi sakit və güclü” (2019) kitabının tərtibçisi və redaktorudur.
Surxay Tağızadə
Surxay İmran oğlu Tağızadə (8 aprel 1932, Gəncə – 18 oktyabr 2022) — ictimai və dövlət xadimi, Kirovabad (indiki Gəncə) şəhər komsomol komitəsi bürosunun, komsomolun Gəncə Vilayət və Respublika komitələrinin üzvü, yerli sovetlərin deputatı (1952 – 1962), Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin üzvü (1982 – 1987), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1985 – 1990), Azərbaycan KP MK-nın üzvü (1986 – 1991). == Həyatı və fəaliyyəti == Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir.Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur.Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar. S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur.
Süleyman Tağızadə
Süleyman Məşədi İsmayıl oğlu Tağızadə (13 aprel 1909 – 12 sentyabr 1960) — Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Süleyman Tağızadə 13 aprel 1909-ci ildə Gəncə şəhərinin Çayqıraxlı məhəlləsində anadan olmuşdur. 1928–1931-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxuyub. Tələbə vaxtlarından Akademik Milli Dram Teatrın tamaşalarında çıxış edib. 1929-cu ildə bu kollektivin əvvəlcə yardım qrupuna, iki il sonra əsas heyətinə götürülüb. == Ailəsi == Süleyman Tağızadənin İsmayıl adlı oğlu, Afaq adlı qızı var.
Səməd Tağızadə
Səməd Əmiraslan oğlu Tağıyev (Tağızadə) (1907, Nuxa – 17 noyabr 1978, Kirovabad) — Azərbaycan teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Səməd Tağıyev (Tağızadə) 1907-ci ildə Nuxada (hazırkı Şəki) anadan olmuşdur. Aktyorluq fəaliyyəti 1920-ci illərin sonunda bu şəhərdə başlamışdır. Aktyorun fəaliyyəti, əsasən, 1933–1955-ci illərdə Gəncə Dövlət Dram Teatrı ilə bağlıdır. Gəncədə işləyə-işləyə Şəki Dövlət Dram Teatrının da eyniadlı əsərlərin tamaşalarında Otello, Aydın, Oqtay Eloğlu, Vaqif rollarını ifa etmişdir. Dəvətlə Şəmkir, Qazax və Ağdaş teatrlarında da rollar oynamışdır.1955-ci ildə səsi tutulan aktyor səhnəyə çıxmasa da, teatrda truppa müdiri işləyib. 17 noyabr 1978-ci ildə Kirovabadda (hazırkı Gəncə) vəfat etmişdir. == Təltif və mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 == İfa etdiyi əsas rollar == Gəncə Dövlət Dram Teatrında == İstinadlar == == Ədəbiyyat == İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild.
Tahir Tağızadə
Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib. === Diplomat karyerası === 1990-95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib. 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub. 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, orada 8 il çalışıb, əvvəlcə 2-ci, sonra 1-ci katib olub. Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Tağı Tağızadə
Tağı Ələkbər oğlu Tağızadə (4 sentyabr 1923, Bakı – 25 noyabr 1998, Bakı) — Azərbaycanlı epidemioloq, tibb elmləri doktoru, professor, Azərbaycan SSR əməkdar elm xadimi (1981). == Həyatı == T. Ə. Tağızadə 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. O, əmək fəaliyyətinə 1942-ci ildə Kəlbəcər rayonunda əvvəl epidemioloq və parazitoloq, sonra isə rayon səhiyyə şöbəsinin müdiri, 1943–1944-cü illərdə Yevlax rayonunda sanitar-epidemioloji stansiyanın və eyni zamanda tropik stansiyanın rəisi, 1944–1945-ci illərdə Quba rayon dövlət sanitariya müfəttişi vəzifələrində çalışmışdır. 1945-ci ildə N. Nərimanov adına ADTİ epidemiologiya kafedrasına assistant vəzifəsinə seçilmişdir. 1956–1962-ci illərdə müalicə-profilaktika fakültəsinin dekan müavini, 1966–1968-ci illərdə sanitariya-gigiyena fakültəsinin dekanı olmuşdur. 1962–1966, 1981–1988-ci illərdə Elmi-Tədqiqat Tibbi Parazitologiya və Tropik Təbabət İnstitutunun, 1988–1992-ci illərdə isə Elmi tədqiqat Epidemiologiya, gigiyena və peşə xəstəlikləri institutunun direktoru vəzifəsində işləmişdir. 1964-cü ildən 1992-ci ilə qədər ATU-nun epidemiologiya kafedrasının müdiri, 1992–1998-ci illərdə kafedranın professoru olmuşdur.1968–1975-ci illərdə Səhiyyə Nazirliyinin baş epidemioloqu, 1984–1992-ci illərdə isə baş parazitoloqu olmuşdur. 1974-cü ildən 1992-ci illər ərzində Azərbaycan epidemioloqları, mikrobioloqları və parazitoloqlarının elmi cəmiyyətinin, Səhiyyə Nazirliyinin problem komissiyasının, ATU-nun nəzdindəki İxtisaslaşdırılmış şuranın, profil həkimlərinin attestasiya Komissiyasının sədri, "Azərbaycan Tibb", "Tibbi parazitologiya və parazitar xəstəliklər" (Moskva) jurnallarının redaksiya heyətinin, keçmiş SSRİ-də bir çox cəmiyyət və elmi şuraların üzvü olmuşdur. Geniş erudisiyalı və hərtərəfli biliyə malik olan professor T. Ə. Tağızadə öz elmi-pedaqoji fəaliyyətinin 55 ili ərzində infeksion və parazitar xəstəliklərin öyrənilməsi və onlarla mübarizənin təşkili sahəsində elm və praktikanı qiymətli məlumatlarla zənginləşdirən çoxsaylı tədqiqat işləri aparmışdır. Tədqiqatları, əsasən, leptospiroz, malyariya, helmintozlar və salmonelyoz xəstəliklərinin epidemiologiyasına həsr olunmuşdur.
Tofiq Tağızadə
Tofiq Mehdiqulu oğlu Tağızadə (7 fevral 1919 - 27 avqust 1998) — Azərbaycan kinorejissoru, ssenari müəllifi, aktyor, Azərbaycanın (1960) və Çeçenistanın (1964) əməkdar incəsənət xadimi, Azərbaycan SSR xalq artisti (1976). == Həyatı == Tofiq Mehdiqulu oğlu Tağızadə 7 fevral 1919-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlamışdır. Bir çox filmlərin quruluşçu rejissoru olmuşdur. Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür. Vaxtı da çox az olardı. Bəlkə də ona görə az-az görünərdi. Özünəməxsus geyim forması var idi. Onu başındakı "Meksika panaması"ndan asanlıqla tanımaq olurdu. Çox həssas insan idi.
Vidadi Tağızadə
Vidadi Məmməd oğlu Tağızadə (d. 2 iyun, 1954, Şərəfxanlı, Ağcabədi rayonu, Azərbaycan SSR – ö. 13 iyun 2014, Sumqayıt, Azərbaycan ) — Telejurnalist, şair, publisist. == Həyatı == Vidadi Tağızadə 1954-cü ildə Ağcabədi rayonunun Şərəfxanlı kəndində anadan olub. 1982-ci ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirmişdir. 10 il Ağcabədi rayonu Hindarx kənd orta məktəbində rus dili müəllimi işləmişdir. Vidadi Tağızadə uzun illər respublika mətbuatında müxtəlif səpkili yazılarla çıxış etmişdir. 13 iyun 2014-cü ildə Sumqayıt şəhərindəki Dünya TV-də canlı olaraq yayımlanan Bu sabah verilişində dünyasını dəyişmişdir. == Əsərləri == Ölümün üstünə yeriyən əsgər, Bakı:Maarif, 1993. Sən ellər oğlusan, Bakı:Təhsil, 1994.
Zaur Tağızadə
Zaur Tağızadə (21 fevral 1979, SSRİ) — Azərbaycan futbolçusu. Mövqeyi yarımmüdafiəçi olub. Karyerası ərzində İslandiyanın Akranes, Estoniyanın Lelle, Flora Tallin və Azərbaycanın Kür-Nur Mingəçevir, Şəfa, MOİK, Neftçi klublarının və Azərbaycan milli futbol komandasının heyətində oynayıb. Millinin heyətində 40 oyuna çıxıb və 6 qol vurub. == Futbolçu karyerası == Zaur Tağızadə karyerasına 1994–1995 mövsümündə Kür-Nur Mingəçevir klubunda başlayıb. Burada 10 oyuna 4 qol vurub. 1997-ci ildə Estoniyanın Lelle klubuna keçən Zaur burada cəmi 6 oyun keçirib və 2 qol vurub. 1998-ci ildə İslandiyanın Akranes komandasının şərəfini qoruyub, 3 oyunda meydana çıxıb, 1 qol vurub. 1998–1999 mövsümündə ölkəyə qayıdan futbolçu Şəfanın formasını geyinib və 16 oyunda meydana çıxaraq 4 qol qol vurub. Tağızadə 1999-cu ildə yenidən ölkə xaricinə üz tutub və bu dəfə Estoniyanın Flora Tallin klubu ilə anlaşıb.
Zeynal Tağızadə
Tağızadə Zeynal Xuduş oğlu (1905, Şuşa-1975, Bakı) — dilçi, alim, filologiya elmləri doktoru (1968) pofessor (1968). == Həyatı == İbtidai təhsililnin "Nəşri-maarif" məktəbində almiş, bir müddət Şuşa Real Məktəbində oxumuş, Şuşa Müəllimlər Seminariyasının (1925) bitirmişdir. Həmin ildən pedaqoji fəaliyyətə başlayan gənc müəllim 1928-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1932-ci ildən başlayaraq Bakının müxtəlif orta məktəblərində, ali həmkarlar məktəbində, fəhlə fakültəsində dil və ədəbiyyat dərsi demişdir. Zeynal Tağızadə 1945-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun aspiranturasına daxil olmuş, burda oxumaqla yanaşı, Azərbaycan dilçiliyi kafedrasında asstent, baş müəllim, dil-ədəbiyyat fakültəsində dekan müavini, aspirantura müdiri vəzifələrində çalışmışdır. XIX–XX əsrlərdə Azərbaycan nəsrində tabeli mürəkkəb cümləsinin inkişafı mövzusunda namizədlik disertasiyasi müdafiə edən (1949) genc alim 1950-ci ildə Azərbaycan dilçiliyi kafedrsında dosent vəzifəsinə keçmiş, sonra uzun müddət Azərbaycan dili kafedrasının müdiri olmuş, eyni zamanda Azərbaycan qiyabi Pedoqoji İnstitutunda, H. Zərdabi adina Kirovobad Pedaqoji İnstitutunda dilçilik kafedralarına rəhbərlik etmişdir. "Müasir Azərbaycan ədəbi dilində mürəkkəb cümlə" mövzusunda uğurla direktorluq dissertasiyası müdafiə edən (1968) alim son illərdə M. F. Axundov adına Azərbaycan Pedoqoji Dillər İnstitutunda eksperimental fonolaborotoriya elmi rəhbəri vəzifəsində çalışmışdır. Professor Moskva, Leninqrad, Kiyev, Daşkənd, Alma-Ata, Aşqabad, Kazan, Frunze, Tiflis, İrəvan kimi şəhərlərdə dilçilik problemlərinə həsr olunmuş SSRİ miqyaslı simpozium və konfranslarda iştirak etmiş dilçiliyin bu ali məclislərində çıxış etmişdir. Onun elmi və pedoqoji kadrların hazırlanmasında mühüm xidmətləri var. Görkəmli alimin respublika və Ümumittifaq mətbuatında əllidən artıq elmi məqaləsi, "Müasir Azərbaycan dilinin sintaksisi" (1960), "Müasir Azərbaycan dilində mürəkkəb cümlə (1961), "Müasir Azərbaycan dilində felin quruluşu" (1962) kitabları nəşr olunmuşdur. == Ailəsi == Zeynal Sayalı Hüseynəli qızı Hacıyeva ilə ailə qurmuşdu.
Zərəngiz Tağızadə
Zərəngiz Əliqulu qızı Tağızadə (16 mart 1927, Bakı – 14 oktyabr 2005) — Azərbaycanın Əməkdar həkimi, tibb elmləri doktoru, professor. == Həyatı == Zərəngiz Tağızadə 1927-ci ilin mart ayının 16-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1933-cü ildə Bakı şəhərinə yüksək təlimi ilə seçilən 156 saylı orta məktəbə daxil olaraq 1943-cü ildə oranı fərqlənmə attestatı ilə bitirmişdir. Qəlbində həkim olmaq istəyi Zərəngiz xanımı tibb instituna gətirmiş və qəbul imtahanlarını müvəfəqiyyətlə verərək N. Nərimanov adına Azərbayjan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Çalışqanlığı və ciddiliyi ilə digər tələbələrdən seçilən Zərəngiz xanım təhsil aldığı illəridə böyük uğurlar qazanmışdır. Bütün imtahanlardan yanlız əla qiymətlər alan Zərəngiz xanım dövrünün ən yüksək təqaüdü olan və çox az miqdar tələbəyə nəsib olan Stalin təqaüdünə laiq görülmüşdür. Ciddi olmaqla yanaşı təşkilatçılıq qabiliyyətini nəzərə alaraq fakültə Komsomol Komitəsinin katibi seçilmişlər. Hələ tələbə ikən elmi işlərə böyük maraq göstərən və tələbə elmi cəmiyyətinin fəal üzvü olan Zərəngiz xanım professor M. Mirqasımovun rəhbərliyi altında "Serroz iltihabın" araşdırmasına dair eksperimentlər aparmış və almış olduğu nəticələr haqqında elmi konfranslarda maraqlı məruzələr etmişdir. 1948-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdikdən sonra onu Tibb İnstitutunda professor Emin Əfəndiyevin rəhbərlik etdiyi "Daxili Xəstəliklərin Propedevtikası" kafedrasında ordinatoraya qəbul etmişlər. 1952–55-ci illərdə həmin kafedrada baş laborant vəzifəsində işləmiş, 1955-ci ildə isə elmi işlərini davam etdirmək məqsədilə aspiranturaya daxil olmuş və görkəmli kardioloq, akademik Cahangir Abdullayevin rəhbərliyi altında elmi tədqiqat işlərinə başlamışdır. 4 il müddətində gərgin əməyi öz bəhrəsini vermişdir.
Əli Tağızadə
Əli Əli oğlu Tağı-zadə (22 mart (3 aprel) 1883, Tiflis – 3 fevral 1966, Bakı) — Azərbaycan-sovet inqilabçısı və dövlət xadimi, Azərbaycan SSR Ali Sovetinin sədri (1959–1963), Ermənistan SSR xalq ictimai təminat komissarı (1929–1932), Ermənistan Kommunist Partiyası Vedi Rayon Komitəsinin birinci katibi (1933–1935). == Həyatı == === Erkən həyatı və inqilabi fəaliyyəti === Əli Əli oğlu Tağızadə 22 mart (3 aprel) 1883-cü ildə Tiflisdə suçu ailəsində anadan olmuşdur. Uşaq yaşlarından ibtidai ruhani məktəbində təhsilini yarımçıq qoyaraq boyaq emalatxanasında usta şagirdi işləməyə başlamışdır. 1903-cü ildən inqilabi hərəkata qoşulmuş, 1906-cı ilin iyunundan RSDF(b)P üzvü olmuşdur. Əli Tağızadə partiyanın tapşığı ilə digər bolşeviklərlə birlikdə "Hümmət"in Tiflis, Naxçıvan, Culfa və başqa şəhərlərdəki şöbələrinin yaradılmasında fəal iştirak etmişdir.1907-ci ildə Əli Tağızadə RSDF(b)P Qafqaz Ölkə Komitəsi tərəfindən Qacar hökumətinə qarşı üsyana qalxmış fəhlə və kəndlilərə kömək etmək üçün Cənubi Azərbaycana göndərilmişdir. O, bolşeviklərdən Heydər (Əmi oğlu) Tanrıverdiyev, İ. Mikaladze, S. Banvoryan və başqaları ilə birlikdə işləmişdir. Tiflisə qayıtdıqdan sonra İran inqilabçılarına döyüş sursatı göndərilməsinin təşkilində iştirak etmişdir. Bu fəaliyyətinə görə o, 1908-ci ilin avqustunda xəfiyyə idarəsi tərəfindən həbs edilərək Metex qalasına salınmışdır. Tutarlı dəlillər olmadığına görə həbsxanadan azad edilmiş, 1911-ci ildə partiyanın tapşırığı ilə ikinci dəfə İrana gedərək orada inqilabi təşviqat işləri aparmışdır.1917-ci il fevral inqilabından sonra Əli Tağızadə kütlələr içərisində inqilabi iş aparmışdır. 1917-ci ilin sentyabr ayında RSDF(b)P Qafqaz Ölkə Komitəsi onu rus ordusunun əsgərləri və fəhlələr arasında təşviqat aparmaq məqsədilə yenidən Cənubi Azərbaycana göndərilmişdir.
Nihad Tağızadə
Nihad Kənan oğlu Tağızadə (20 iyul 2004, Bakı) — Azərbaycanlı kikboksçu. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, gənclər arasında Avropa çempionu, WAKO versiyası üzrə yeniyetmələr arasında dünya kubokunun sahibi. == Həyatı == Nihad Tağızadə 20 iyul 2004-cü ildə Bakı şəhərində anadan olmuşdur. == Karyerası == Karyerasına 11 yaşında başlamışdır.2019 -cu ildə Macarıstanın Gyor şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində Avropa ikincisi olmuşdur. 2019-cu ildə Rusiyanın Anapa şəhərində WAKO versiyası üzrə yeniyetmələr arasında 42 kq çəki dərəcəsində dünya kubokunun sahibi olmuşdur. 2021-ci ildə Montenegronhn Budva şəhərində WAKO versiyası üzrə gənclər arasında 51 kq çəki dərəcəsindë Avropa çempionu olmuşdur.2021-ci ildə Türkiyənin Antalya şəhərində kişilər arasında avropa çempionatında Avropa ikincisi olmuşdur.8 peşəkar döyüşdə 8 qələbəsi vardır. Kikboksinq üzrə 3 qat Azərbaycan çempionu, Boks üzrə 2 dəfə Azərbaycan üçüncüsü, 1 dəfə Azərbaycan ikincisi olmuşdur. Beynəlxalq yarışlarda 200-dən çox qələbəsi vardır.
İrana Tağızadə
İranə Tofiq qızı Tağızadə (7 may 1957, Bakı – 9 aprel 2023, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru. == Həyatı == İranə Tağızadə 7 may 1957-ci ildə Bakı şəhərində anadan olub. 1976–1981-ci illərdə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram rejissoru fakültəsində təhsil alıb. İranə Tağızadə 1984-cü ildən Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında çalışıb. === Vəfatı === 9 aprel 2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. 10 aprel 2023-cü ildə Ümumşəhər qəbiristanlığında dəfn olunmuşdur. === Ailəsi === Tofiq Tağızadənin qızıdır. Firdovsi Atakişiyevin həyat yoldaşıdır. == Fəaliyyəti == === Quruluş verdiyi tamaşalar === Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında F. Dostoyevskinin "Karamazov qardaşları", U. Şekspirin "On ikinci gecə", T. Uilyamsın "Arzu tramvayı", Elçinin "Artistin taleyi", "Teleskop, ya yuxuda və reallıqda uçuşlar", M. Kamolettinin "Ah, bu Anna", A. Puşkinin "Çar Saltanın nağılı", R. Şartın "Mənim arvadımın adı Morisdir" və s. bu kimi tamaşalara quruluş verib.
Ağa Hacı Molla Tağızadə
Ağa Hacı Molla Tağızadə, Molla Ağa Bixud (1830, Şamaxı – 1892, Şamaxı) — Azərbaycan şairi == Həyatı == Molla Ağa Hacı Molla Tağızadə (Bixud) 1830-cu ildə Şamaxıda anadan olub. Şamaxıda məktəbi bitirib. Dövrünün bilikli adamlarından sayılıb, türk və fars dillərini mükəmməl bilib. Bixud İrana və Qafqaz şəhərlərinə səfərlər edib. Bununla belə ömrünün böyük bir hissəsini Şamaxıda yaşayıb. Ömrünün sonlarına yaxın ətriyyat satmaqla məşğul imiş. Qəzəllərindən ibarət cəmi bir kitabı qalıb. Ağa Hacı Molla Tağızadə 1892-ci ildə 62 yaşında vəba xəstəliyinə tutularaq vəfat edib. == Yaradıcılığı == S.Ə.Şirvaninin müasirlərindən biri olan şair. Şamaxıdakı "Beytüs-səfa" ədəbi məclisinin fəal üzvlərindən biri.
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə (film, 2015)
Filmlərim həyatımın mənasıdır... Tofiq Tağızadə — rejissor Elvin Vəlimətovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə görkəmli kinorejissor, Azərbaycanın xalq artisti Tofiq Tağızadənin həyat və yaradıcılığından söhbət açılır. == Film haqqında == Filmdə "Sirk", "Görüş", "Uzaq sahillərdə", "Əmək və qızılgül", "Arşın mal alan", "Arşın mal alan", ""Anlamaq istəyirəm", "Mən ki gözəl deyildim", "Yeddi oğul istərəm...", "Matteo Falkone", "Dədə Qorqud", "O dünyadan salam", "Bəxt üzüyü", "Qaladan tapılan mücrü", "Qızıl qaz", "Ac həriflər", "Babamızın babasının babası", "Bağ mövsümü" filmlərindəki kadrlardan istifadə edilmişdir. == Səhvlər == Orfoqrafik: Filmdə "Mən ki gözəl deyildim" filmindən fraqment verilərkən, subtitrlərdə ki ədatından sonra səhvən vergül qoyulmuşdur. Xronoloji: Filmdə "Yeddi oğul istərəm..." filminin ekranlara 1971-ci ildə çıxdığı deyilir. Əslində isə həmin film 7 sentyabr 1970-ci ildə ekranlara çıxmışdı. Orfoqrafik: Filmdə "Matteo Falkone" filmindən fraqment verilərkən, subtitrlərdə Matteo əvəzinə Mateo yazılır.
Niyazi Hacıbəyov Tağızadə
Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) (7 (20) avqust 1912, Tiflis – 2 avqust 1984, Bakı) — məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982). == Həyatı və fəaliyyəti == Niyazi Tağızadə 1912-ci il avqustun 20-də Tiflis şəhərində ziyalı ailəsində doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev , Əbdürrəhim Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları,görkəmli yazıçılar arasında böyüyüb. Tağızadə soyadı onun anasının öz soyadı deyildi. Anasının yeganə dayısı Heydərəli Tağızadə inqilabçı idi. Onun faciəli qətlindən sonra o, bu soyadı daşımağı özünə borc bilib. Niyazi də soyadı yaşatmaq üçün Tağızadə-Hacıbəyov soyadını öz seçimi ilə götürmüşdür. == Musiqi yaradıcılığı == Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinifində oxumaqla alıb.
Seyid Həsən Tağızadə
Seyid Həsən Tağızadə (1878[…], Təbriz – 28 yanvar 1970, Tehran) — siyasi xadim, İranda Məşrutə inqilabının iştirakçısı, İranın ilk Məclisinin üzvü, İranın İngiltərə və Fransada səfiri, İran Senatının sədri, maarifçi. == Həyatı == Seyid Həsən Tağızadə Azərbaycan türkü və Təbriz sakini idi. Bir sıra mənbələr əslən Ordubaddan olduğunu göstərir. O, uzun və hadisələrlə zəngin bir ömür yaşamış,yeniyetməlik və ilk gənclik çağlarından özünü gələcək mübarizələr üçün hazırlamışdı. Seyid ocağında doğulan, ruhani ailəsində böyüyən Həsən Tağızadə XX əsrin astanasında dini biliklərlə çox uzağa gedə bilməyəcəyini tez anladığından həm missioner məktəbində ingilis və fransız dillərini öyrənmiş, həm də "Loğmaniyyə" adlı yeni tipli orta təhsil müəssisəsində dünyəvi biliklərə yiyələnməyə çalışmışdı. Özü kimi gənc həmfikirləri ilə birlikdə Təbrizdə "Tərbiyət" məktəbini və kitab mağazasını qurmuş (1896), həmvətənlərini dünya haqqında çağdaş təlimlərlə tanış etmək məqsədi ilə fransız alimi Kamill Flammarionun "Populyar astronomiya" kitabını "Əcayibe-asiman" adı ilə fars dilinə çevirmişdi. 1903–1904-cü illərdə Təbrizdə "Gəncineyi-fünun" ("Bilik xəzinəsi") məcmuəsini çap etmişdi. 1904-cü ildə bir neçə ay Bakıda qalan Həsən Tağızadə Azərbaycanın şimalında tapdığı bir sıra dostları ilə əlaqələrini sonralar da kəsməmişdi. "İran daxilən və zahirən, ruhən və cismən avropalılaşmalıdır!" – şüarı onun 70 illik ictimai-siyasi və elmi fəaliyyətinin əsas prinsiplərindən olmuşdur. Məhz bu düşüncə azərbaycanlı gənci ölkəni dəyişdirməyi, müasirləşdirməyi, feodal dərəbəyliyindən və xarici asılılıqdan xilas etməyi qarşısına məqsəd qoyan 1906–1909-cu illər Məşrutə inqilabının öncülləri sırasına gətirmişdi.
Tağızadələr
Tağızadələr — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun yaranması == Hacı İmamqulunun üçüncü oglu Tağı 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Rastabazarda baqqal dükanı işlədirdi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi. Kərbəlayı Tağı Şahnisə ilə ailə qurmuşdu. Şirin, Zeynalabdin, Adıgözəl, Qasım adlı oğlanları, Şəhri adlı qızı vardı. Kərbəlayı Tağının törəmələri Tağızadə soyadını daşıyırdılar. == Soyun tanınmış nümayəndələri == Sayalı Tağıyeva — həkim, professor. Zeynal Tağızadə — filologiya elmləri doktoru, professor, dilçi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.74 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 •••• 2.36
2004 ••••• 3.37
2005 ••••• 3.37
2006 ••••••••••• 6.98
2007 ••••••••••••••• 9.94
2008 •••••••••••• 7.80
2009 ••••••••• 5.76
2010 •••••••••••••••••••• 13.80
2011 •••••••••••••••••••• 13.73
2012 ••••••••••••••• 10.15
2013 ••••••••••• 7.00
2014 •••••••••••••• 9.44
2015 •••••••••••••••• 10.55
2016 ••••••••• 6.07
2017 ••••••••••••••••• 11.54
2018 •••••••••• 6.44
2019 ••••••••• 5.56
2020 ••••••• 4.64

Oxşar sözlər

#tağızadə nədir? #tağızadə sözünün mənası #tağızadə nə deməkdir? #tağızadə sözünün izahı #tağızadə sözünün yazılışı #tağızadə necə yazılır? #tağızadə sözünün düzgün yazılışı #tağızadə leksik mənası #tağızadə sözünün sinonimi #tağızadə sözünün yaxın mənalı sözlər #tağızadə sözünün əks mənası #tağızadə sözünün etimologiyası #tağızadə sözünün orfoqrafiyası #tağızadə rusca #tağızadə inglisça #tağızadə fransızca #tağızadə sözünün istifadəsi #sözlük