Talıbzadə sözü azərbaycan dilində

Talıbzadə

Yazılış

  • Talıbzadə • 98.1250%
  • TALIBZADƏ • 1.8750%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Aydın Talıbzadə
Talıbzadə Aydın Ağa Yunus oğlu (5 oktyabr, 1958) — teatrşünas, tənqidçi, yazıçı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatrşünaslıq" kafedrasının müdiri (2015), professou (2016), sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru (1989), 1984-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Aydın Məmmədov" adına mükafatın laureatı (2001), 2012-ci ildən ASSITEJ, UNIMA kimi Beynəlxalq teatr təşkilatlarının üzvü, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2015). == Həyatı == Aydın Talıbzadə 1958-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olmuşdur. Burada 190 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində quruluşçu dekorator kimi çalışmışdır (1975–1976). M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq şöbəsində ali təhsil almış (1976–1981) və bu müddətdə Lenin təqaüdü ilə ödülləndirilmişdir. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir (1981–1983). Evlidir, bir oğlu var. 1983-cü ildən etibarən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşıdır. Moskvada "Orta əsrlər Yaxın Şərq teatrının poetikası" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1989). Ədəbi fəaliyyətə XX əsrin 70-ci illərinin sonundan başlamışdır. 2005-ci ildə Tatarıstanda, 2009-cu ildə isə Başqırdıstanda keçirilən tükdilli xalqların Beynəlxalq Teatr Festivallarına Tənqidçilər Şurasının üzvü kimi dəvət alıb və orada Azərbaycanı təmsil edib.
Ceyhun Talıbzadə
Kamal Talıbzadə
Kamal Talıbzadə (tam adı: Kamal Abdulla Şaiq oğlu Talıbzadə; 14 avqust 1923, Bakı – 19 yanvar 2006, Bakı) — tənqidçi, ədəbiyyatşünas, 1952-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1972), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980), Azərbaycanın Əməkdar Elm xadimi (1982), Azərbaycanın Əməkdar Maarif xadimi (1983), Azərbaycan Dövlət mükafatı laureatı (1986), Müstəqil Azərbaycan Respublikasının "Şöhrət ordeni" (1998), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) (1989), Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri Abdulla Şaiqin oğlu. == Həyat və fəaliyyəti == Kamal Talıbzadə 1923-cü il 14 avqustda Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini burada alan K.Talıbzadə sonralar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və 1945-ci ildən etibarən Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətə başlamışdır. Müharibə illərində Azərbaycan Radio komitəsində ştatdankənar müxbir olmuş, 1948-ci ildə o, aspirantura təhsilini başa vuraraq "Abbas Səhhətin həyat və yaradıcılığı" mövzusunda dissertasiya müdafiə edib filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1949–1952-ci illərdə İstitutda baş elmi işçi, 1952–1960-cı illərdə XIX-XX əsrlər şöbəsinin müdiri, 1960–1981-ci illərdə elmi işlər üzrə direktor müavini, 1980-ci ildə Azərbaycan EA-nın müxbir üzvü seçilmiş, 1980–1986-cı illərdə tənqid tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, 1987–1994-cü illərdə yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri vəzifələrində çalışmışdır. 1991-ci ildən Abdulla Şaiq mənzil muzeyinin təşkilatçısı və direktoru olmuş, 1994-cü ildən isə AMEA-nın məsləhətçisi kimi işləmişdir. 1950-1952-ci illərdə BDU-da, 1984–1986-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda Yeni dövr Azərbaycan ədəbiyyatı və tənqid tarixindən dərs demişdir. 1965-ci ildə Azərbaycan ədəbi tənqidinin tarixi və inkişaf xüsusiyyətləri ilə bağlı doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edən K.Talıbzadə 1957–1966-cı illərdə "Müasir dövrdə dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları" respublika Əlaqələndirmə Şurasının sədr müavini, 1966–1971-ci illər sədri, 1968-ci ildə müvəqqəti olaraq institutun direktoru, 1973–1974-cü illər AMEA Rəyasət Heyətinin nəzdində olan elmi kadrların hazırlığı şurasının və ictimai elmlər üzrə elmi məlumat mərkəzi elmi şurasının üzvü, 1960–1981-ci illər institutun elmi Şurasının, doktorluq və namizədlik elmi şuralarının sədr müavini olmuşdur. O, 1954-cü ildən Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin, 1965–1976-cı illərdə isə Rəyasət heyətinin üzvü olmuş, K.Talıbzadə müxtəlif illərdə "Azərbaycan" jurnalı və Azərbaycan KP MK-nın orqanı olan "Azərbaycan kommunisti" jurnalının (1971–1978) redaksiya heyətində, 1980–1987-ci illərdə Sovet Türkoloqları komitəsinin üzvü kimi fəaliyyət göstərmişdir. 1972-ci ildə professor seçilmişdir.
Murtuz Talıbzadə
Murtuza Heydər oğlu Talıbzadə (15 yanvar 1902, Qazax – 5 yanvar 1938, Bakı) — Polkovnik. == Həyatı == Talıbzadə Murtuz 15 yanvar 1902-ci ildə Bakı şəhərində molla (ruhani) ailəsində dünyaya göz açmışdır. On beş yaşındaikən valideynsiz qalmışdır. 1915-ci ildə rus-tatar məktəbini bitirmişdir. Anası 1912-ci ildə vəfat edir. 1917-ci ildə ailəyə daha bir ağır itki üz verir, atası Heydər vəfat edir. Bundan sonra Murtuzanın himayəsində 12 yaşlı bacısı və 10 yaşlı qardaşı qalır. O, ailədəki vəziyyətilə əlaqədar ali ibtidai peşə məktəbində təhsilini ikinci sinifdən dayandırmağa məcbur olur. == İş fəaliyyəti == 1918-ci illərin ortalarına qədər kuryer vəzifəsində çalışmış, 1918-ci illərin sonundan isə Bakıda dəyirmanda işləyirdi. Azərbaycanın Sovetləşməsinin ilk günlərində könüllü kimi Fəhlə-Kəndli Qırmızı Ordusunun (P.K.K.A) sıralarına yazılmaqla bərabər Komandanlıq məktəbinə də qəbul edilir.
Səxavət Talıbzadə
Axund Mustafa Talıbzadə
Axund Mustafa Axund Süleyman oğlu Talıbzadə — din xadimi, axund, Tiflis qazısının və Zaqafqaziya şeyxülislamının müavini. Abdulla Şaiq və Yusif Ziya Talıbzadənin atası. == Həyatı == Mustafa Talıbzadə 1842-ci ildə Borçalı mahalının Sarvan kəndində anadan olub. Ali dini təhsilini Təbrizdə Hacı Səfərəli mədrəsəsində bitirib, 1871-ci ildə dini elmlərin tam kursunu başa vurması haqqında sənəd alıb. Təbrizdən Tiflisə qayıtdıqdan iki il sonra 1873-cü il dekabrın 12-də Şiə Ruhani İdarəsində imtahan verərək axund rütbəsinə layiq görülüb. 1874-cü il martın 1-də Tiflis-Kutaisi Şiə Quberniya məclisinə üzv seçilib, məktəb və dərsliklərin yazılması işinə nəzarət edib. 1881-ci ildə şəriət dərsliyini yazmaq, 1882-ci il martın 6-da isə ona Şiə Ruhani İdarəsinin üzvü vəzifəsini icra etmək tapşırılıb. Daha sonra isə Ruhani idarəsinin nəzdindəki "Əli məktəbində" müəllimlik etməyə başlayıb. Axund Mustafa Talıbzadə 1881-ci ilədək Tiflis qazısının müavini, sonra isə Qafqaz müsəlmanlarının şeyxülislamı Əhməd Səlyaninin müavini olub. 1900-cu il aprelin 22-də senator, general-adyutant knyaz Qriqori Qolitsının əmri ilə Axund Mustafa Talıbzadə Şiə Ruhani idarəsinin üzvü vəzifəsindən və başqa xidməti işlərindən azad edilib.
Axund Yusif Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əski. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Yusif Ziya Talıbzadə
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əski. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Yusif Talıbzadə Tiflisi
Yusif Axund Mustafa oğlu Talıbzadə və ya Yusif Talıbzadə Tiflisi (az.-əski. یوسف طالب زاده تفلیسی‎; 11 oktyabr 1877, Tiflis – 18 may 1923, Xarəzm) — azərbaycanlı pedaqoq, siyasətçi, dramaturq, hərbçi. "Ərmənusə" və "Əmir Xalid bin Vəlid" dram əsərlərini və onlarla kitab yazıb. O dövrdə çap olunan qəzet və jurnallarda publisistik yazılarla çıxış edib. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak edib. Balkan müharibələrində vuruşmuş azərbaycanlı könüllülərə rəhbərlik edib. Osmanlı ordusunda albay rütbəsinə qədər yüksəlib. 1918-ci ildə Qafqaz İslam Ordusu ilə bərabər Bakının azad olunması üçün Azərbaycana gəlib. Qafqaz İslam Ordusunun tərkibindəki könüllülərdən ibarət Yardım alayına rəhbərlik edib. 1921-ci ilin fevral ayından Naxçıvan İnqilab Komitəsinin üzvü kimi fəliyyətə başlayıb.
Varislik. Kamal Talıbzadə (film, 2016)
Varislik. Kamal Talıbzadə qısametrajlı televiziya filmi. 2016-cı ildə Azərbaycan Televiziyasında rejissor Murad Quliyev tərəfindən çəkilib. == Məzmun == Film tənqidçi, ədəbiyyatşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycanın Elm xadimi, Azərbaycanın Maarif xadimi, Azərbaycan Dövlət mükafatı laureatı Kamal Talıbzadəyə həsr olunub. == Film haqqında == Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunur.
Talıbzadələr
Talıbzadələr — Azərbaycan xalqının tanınmış soylarından biri. == Soyun tarixi == "Axund uşağı" adlandırılan Talıbzadələr nəsli Borçalı mahalında ziyalılığı, Allah adamı olmaları, maarifçilik fəaliyyətləri ilə tanınmışlar. Yusif Ziyanın babası Axund Süleyman da dövrünün tanınmış alimlərindən və din xadimlərindən olub. K.Talıbzadə nəsil şəcərələri haqqında yazır ki, "Axund Süleyman məşhur xəttat imiş. Sədinin "Gülüstan"ını və bir neçə başqa əsəri öz əli ilə köçürübmüş. Hazırda həmin əsərlər respublika əlyazmaları Institutunda saxlanılır. Ilk təhsilini atasından alan Mustafa ali dini təhsili Təbrizdə Hacı Səfərli mədrəsəsində bitirib.1871-ci ildə Tiflisə qayıdıb və iki il sonra Şiə Ruhani idarəsində dini komissiya qarşısında imtahan verərək axund rütbəsi alıb. O, həm dini, həm də maarifçilik fəaliyyəti ilə məşğul olub, şəriət dərsliyi yazıb. M.F.Axundov və Əhməd Hüseynzadə (Əli bəy Hüseynzadənin babası – Ə.Ç.) kimi ziyalılarla ünsiyyəti olub. Axund Mustafa Zaqafqaziya Şeyxülislamının müavini və Qafqaz vilayətinin baş qazisi vəzifələrinə qədər yüksəlib.

Oxşar sözlər

#talıbzadə nədir? #talıbzadə sözünün mənası #talıbzadə nə deməkdir? #talıbzadə sözünün izahı #talıbzadə sözünün yazılışı #talıbzadə necə yazılır? #talıbzadə sözünün düzgün yazılışı #talıbzadə leksik mənası #talıbzadə sözünün sinonimi #talıbzadə sözünün yaxın mənalı sözlər #talıbzadə sözünün əks mənası #talıbzadə sözünün etimologiyası #talıbzadə sözünün orfoqrafiyası #talıbzadə rusca #talıbzadə inglisça #talıbzadə fransızca #talıbzadə sözünün istifadəsi #sözlük