Pers (Heliosun oğlu)
Pers (q.yun. Πέρσης) — qədim yunan mifologiyasında Tavriya padşahı, Helios və Perseidin oğlu.
O, Kolxida padşahı qardaşı Eeti hakimiyyətdən məhrum etmişdir.
Mif öz növbəsində bir neçə varianta malikdir. Pers hakimiyyəti Eetə qaytaran Medey tərəfindən öldürülmüş, ya da onun əmri ile edam edilmişdir.
Bir varianta görə, Medey hindlilərə qarşı yürüşdə ölmüş, Medey isə özü Persi öldürüb taxt-tacı atasına qaytarır. Valeri Flakkın poemasının VI kitabında təsvir edilənə görə, arqonavtlar gələndə o, ana tərəfdən qardaşı Eet ilə vuruşmuşdu.
Tarixçi Siciliyalı Diodor tərəfindən yazılmış mifin başqa bir versiyasına görə, Pers Tavriya padşahı idi. Şiddətli və sərt xasiyyəti ilə seçilirdi. Onun qızı Hekata idi.