heykəltəraşlıq sözü azərbaycan dilində

heykəltəraşlıq

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • heykəltəraşlıq • 91.1166%
  • Heykəltəraşlıq • 8.7841%
  • HEYKƏLTƏRAŞLIQ • 0.0993%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heykəltəraşlıq
Heykəltaraşlıq — təsviri sənətin növlərindən biridir. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekt həcmli formada yaradılır. == Növləri == Heykəltaraşlıq əsasən 2 növə ayrılır: həcmli və ya dairəvi relyef (barelyef, qorelyef).Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. == Haqqında == Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəltaraşlığın ən ibtidai forması — daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV–XIX əsrlər) da heykəltaraşlığın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Naxçıvanın Оrdubad bölgəsinin Biləv kəndində hicri 1088-ci ildə (miladi 1677–1678 illər) vəfat etmiş Səfərəlinin xatirəsinə hazırlanmış daş qoç fiquru var. Abidə üzərində qoyulan imzadan belə məlum olur ki, qoç heykəlini Abid hazırlayıb. İndiyədək kənddəki qəbrisitanlıqda qalan və XVII yüzilliyə aid olan çoxsaylı daş qoç fiquru tipli qəbirüstü xatirə abidələrinin bir hissəsini də həmin yüzillikdə yaşamış bu heykəltaraş — Abid hazırlayıb.
Afrikada heykəltəraşlıq
Afrikada heykəltaraşlıq - Afrikada heykəltaraşlıq, əsasən, savanna və tropik meşələr arasındakı ərazilərdə yaşayan xalqlarda inkişaf etmişdir. Ağac üzərindəoyma sənətinin ən qədim nümunələri – sitayiş fiqurları və maskalar 16–17-ci əsrlərə aiddir. Afrika maskaları bəzən insanın baş və boynunu bütövlükdə örtür (maska-dəbilqə), bəzən də ucluqlarla tamam lanır. Ağac üzərində oyma ən çox üç zonada Qərbi Sudan, Qvineya sahilboyu və Konqo çayı hövzəsində inkişaf etmişdir. Kubaların saray incəsənətində ağac heykəltaraşlığı yüksək inkişaf səviyyəsinə çatmışdı. 17–19-cu əsr hökmdarlarının 19 böyük ağac heykəlləri məlumdur. Nok mədəniyyətinə aid terra-kota nümunələri Tropik Afirkanın ən qədim heykəltaraşlıq abidələridir. Nigeriyanın terrakota heykəltaraşlığı ənənəsi İfe mədəniyyətində, akan xalqlarında, Qərbi Sudanda davam etdirilmişdir. Daşüzərində oyma abidələrinə 13–19-cu əsrlərə aid qədim heykəlciklər daxildir. Bəzi xalqlarda monumental qəbirüstü heykəltaraşlıq da inkişaf etmişdir.
Azərbaycanda heykəltəraşlıq
Azərbaycanda heykəltaraşlıq — Azərbaycan təsviri sənətinin növlərindən biri. Heykəltaraşlıqda insan və ya hər hansı təsvir obyekti həcmli formada yaradılır. Adətən, insan, bəzən isə heyvan təsvir edən (animalistik janr) heykəltaraşlığın imkanları boyakarlığa nisbətən bir qədər məhdud olur. Heykəllər əsasən 2 növə ayrılır: Həcmli və ya dəyirmi heykəllər; relyef heykəllər. Heykəlin daha yaxşı alınması üçün əsas plan, işıq müstəvisi, kütlə və həcm böyük rol oynayır. Heykəllərin hazırlanmasında müxtəlf materiallardan istifadə olunur: daş (mərmər, əhəngdaşı, qumdaşı, qranit və s.), taxta, sümük, metal (bürünc, dəmir, tunc və s.), gil, yanmış gil, keramika (terrakota, mayolika, saxsı, çini və s.) gips və digər materaillar. Ənənəvi materiallarla yanaşı, müasir heykəltaraşlıqda tamamilə fərqli materiallardan da istifadə olunur: şüşədən, buzdan, qardan, kağızdan da abidə hazırlayanlar var. Ümumilikdə, heykəltaraşlıq sənətinin 3 sahəsi məlumdur. Onlar – Monumental, dekorativ və dəzgah heykəltaraşlığı Heykəltaraşlığın ən ibtidai forması – daşdan hazırlanan fiqurlardır. Orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurları heykəltaraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab edilir.
Büst (heykəltəraşlıq)
Büst — heykəltaraşlıqda baş və çiyinlərdən (qollar və ayaqlar daxil edilmədən) ibarət olur.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 6.89 dəfə / 1 mln.
2002 •••••••••••• 6.85
2003 ••••••••••••••• 8.66
2004 •••••••••• 5.73
2005 ••••••••• 4.72
2006 •••••••••••• 6.53
2007 •••••••••••••••••••• 11.63
2008 ••••••••••• 6.33
2009 •••••••••••••••••• 9.92
2010 •••••••••••• 6.44
2011 ••••••••••••• 7.21
2012 •••••••••••••••••••• 11.10
2013 ••••••••• 4.81
2014 •••••• 3.43
2015 •••••••••••• 6.63
2016 •••••••••••••• 7.81
2017 ••••••••• 4.72
2018 •••••••••••• 6.74
2019 ••••••••••• 6.12
2020 ••••• 2.52

heykəltəraşlıq sözünün leksik mənası və izahı

  • 1 is. 1. Təsviri sənətin qazıma, yonma, kəsmə, yapma və ya tökmə üsulu ilə həcmli təsvirlər (heykəl, büst, barelyef və s.) yaradan növü. Klassika dövrü yunan heykəltəraşlığı dünya incəsənətinin ən maraqlı hadisələrindən biridir. – Biz eyni sözləri musiqi haqqında da, rəssamlıq və heykəltəraşlıq, memarlıq haqqında da deyə bilərik. İ.Əfəndiyev. 2. Daşdan, tuncdan və b. materiallardan düzəldilmiş belə sənət əsəri. Müsabiqəyə … heykəltəraşlıq əsərləri də təqdim edilmişdir. // Belə əsərlərin toplusu. Azərbaycan heykəltəraşlığı.

    Azərbaycan dilinin izahlı lüğəti / heykəltəraşlıq

heykəltəraşlıq sözünün rus dilinə tərcüməsi

  • 1 ваяние, скульптура

    Azərbaycanca-rusca lüğət / heykəltəraşlıq
  • 2 I сущ. 1. профессия или занятие скульптора, ваятеля 2. устар. скульптура, ваяние: 1) искусство ваять – создавать скульптурные изображения из камня, дерева, металла, кости путем высекания, резания, лепки, отливки (статуи, бюсты, барельефы и т.п.) 2) собир. совокупность произведений скульптуры. Ö. Eldarovun heykəltəraşlıq salonu зал скульптуры О. Эльдарова, Azərbaycan memarlığının inciləri жемчужины азербайджанской скульптуры II прил. скульптурный (относящийся к скульптуре). Heykəltəraşlıq əsərləri скульптурные произведения; heykəltəraşlıq etmək ваять (создавать скульптурные изображения из камня, дерева, металла и т.п. путём высекания, лепки и т.п.)

    Azərbaycanca-rusca lüğət / heykəltəraşlıq

heykəltəraşlıq sözünün inglis dilinə tərcüməsi

heykəltəraşlıq sözünün fransız dilinə tərcüməsi

heykəltəraşlıq sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. скульптора (атӀунин, алкӀурунин, цӀурурна кӀалубда цунин рекьелди чепедикай, кӀарасдикай, металлдикай ва мс. жуьреба-жуьре тимталар, барельефар расунин сенят, устӀарвал; гьахьтин сенятдин эсерар).

    Azərbaycanca-ləzgicə lüğəti / heykəltəraşlıq

"heykəltəraşlıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heykəltəraşlıq nədir? #heykəltəraşlıq sözünün mənası #heykəltəraşlıq nə deməkdir? #heykəltəraşlıq sözünün izahı #heykəltəraşlıq sözünün yazılışı #heykəltəraşlıq necə yazılır? #heykəltəraşlıq sözünün düzgün yazılışı #heykəltəraşlıq leksik mənası #heykəltəraşlıq sözünün sinonimi #heykəltəraşlıq sözünün yaxın mənalı sözlər #heykəltəraşlıq sözünün əks mənası #heykəltəraşlıq sözünün etimologiyası #heykəltəraşlıq sözünün orfoqrafiyası #heykəltəraşlıq rusca #heykəltəraşlıq inglisça #heykəltəraşlıq fransızca #heykəltəraşlıq sözünün istifadəsi #sözlük