heyvərə sözü azərbaycan dilində

heyvərə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • heyvərə • 91.2281%
  • Heyvərə • 5.2632%
  • HEYVƏRƏ • 3.5088%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.09

heyvərə sözünün leksik mənası və izahı

  • 1 sif. və is. 1. Kobud, qanmaz, ləyaqətsiz, tərbiyəsiz, ədəbsiz, zırrama, ağzıyava, ağzıpozuq. Heyvərə adam. Heyvərənin biridir, dindirməsən yaxşıdır. – Qışqırdı bir qədər, zəhərdən acı; Qızışdı getdikcə heyvərə hacı. H.K.Sanılı. // Bəzən söyüş kimi işlədilir. [İsmayıl bəy:] Yalan danışma, heyvərə, mənim öz atlarım harada qalmışdı ki, səndən at istəyə idim. N.Vəzirov. 2. Yekə, zorba, nataraz, yöndəmsiz. Bozdar … qocalmış, gözlərinə pərdə gəlmiş heyvərə bir köpəkdir. S.S.Axundov. Qamışın qalın bir yerində heyvərə bir çaqqal yerə sərilmişdi. M.Rzaquluzadə. 3. zərf Avara-avara, boş-boş, avara-sərgərdan. Dəxi ol sərvi-qədin kuyinə cənnət deyibən; Gəzmərəm küçələri heyvərə bundan sonra. S.Ə.Şirvani.

    Azərbaycan dilinin izahlı lüğəti / heyvərə

heyvərə sözünün sinonimləri (yaxın mənalı sözlər)

heyvərə sözünün rus dilinə tərcüməsi

  • 1 1. огромный, безобразный, неуклюжий; 2. безобразина, чудовище; 3. грубиян; 4. грубый, неотесанный; 5. балбес;

    Azərbaycanca-rusca lüğət / heyvərə
  • 2 I сущ. 1. здоровяк, здоровила 2. грубиян, хам II прил. 1. здоровенный, здоровущий, дюжий (очень сильный, здоровый, крепкого телосложения) 2. грубый, неотёсанный, некультурный, невоспитанный

    Azərbaycanca-rusca lüğət / heyvərə

heyvərə sözünün inglis dilinə tərcüməsi

heyvərə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ., прил. 1. кубут, къанмаз, тербиясуз, эдебсуз, сив харчи, сивик пад квачир; 2. зурба, гзаф чӀехи, еке, чкӀай, къанба (мес. кицӀ); 3. нареч. буш-буш, авара-авара, ваякьан хьиз, чӀана.

    Azərbaycanca-ləzgicə lüğəti / heyvərə

heyvərə sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dastanlarının leksikası

Kobud, qanmaz, zırrama, ağzıyava. Dastanlarda yekə, zorba mənasında da işlədilir. Qız bir heyvərə qaya götürüb dedi: – Buradan getməsəniz, təpənizə bir daş salaram, yerə girərsiniz. (“İrvahım”)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dastanlarının leksikası

Kobud, qanmaz, zırrama, ağzıyava. (“Koroğlu” dastanının lüğəti) Bu mənalarla yanaşı, dastanda yekə, zorba mənasına da rast gəlinir. Bu heyvərə oğlu heyvərə bir dəfə məni soyub bütün var-yoxumu əlimdən alıb. (“Koroğlunun Ərzurum səfəri”) * Nigar xanım soruşdu: – Ay heyvərə, haralısan? Bəlli Əhməd dedi: – Ərzurum vilayətindənəm. (Paris nüsxəsi, 4-cü məclis) Cəfər paşanın bir Qara pəhlivanı var idi. Paşanın yanında qalırdı. Güclü, heyvərə bir pəhlivan idi. (“Koroğlunun Ərzurum səfəri”) (İ.A., B.A.)

Azərbaycan dastanlarının leksikası

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax) iri, kök. – Bir heyvərə arvad yanımıza gəldi

Azərbaycan dilinin dialektoloji lüğəti.

"heyvərə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heyvərə nədir? #heyvərə sözünün mənası #heyvərə nə deməkdir? #heyvərə sözünün izahı #heyvərə sözünün yazılışı #heyvərə necə yazılır? #heyvərə sözünün düzgün yazılışı #heyvərə leksik mənası #heyvərə sözünün sinonimi #heyvərə sözünün yaxın mənalı sözlər #heyvərə sözünün əks mənası #heyvərə sözünün etimologiyası #heyvərə sözünün orfoqrafiyası #heyvərə rusca #heyvərə inglisça #heyvərə fransızca #heyvərə sözünün istifadəsi #sözlük