Heydəri sözü azərbaycan dilində

Heydəri

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Heydəri • 96.4602%
  • heydəri • 3.5398%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydəri
Heydəri – zərbi muğam olub "Şüştər" lad-məqamı üzərində qurulub. O da 4/2 ölçüsünə əsaslanır. Bu zərbi muğam başqalarına nisbətən həcmcə bir qədər kiçikdir. Heydəri XIX əsrdə populyar zərbi muğamlardan biri olub. Tarzən Mirzə Fərəcin zərbi muğamlar siyahısı dediklərimizi təsdiq edə bilər. Heydərinin mətn əsasını, adətən, professonal şeriyyət təşkil edir. Maraqlıdır ki, başqa zərbi muğamlardan fərqli olaraq Heydəri ənənəyə görə vokal-instrumental bölmə ilə deyil, məhz sazəndə dəstəsinin ifa etdiyi instrumental bölmə ilə tamamlanır. Deməli bu zəruri muğamda instrumental bölmə daha fəaldır.
Həmid Heydəri
Həmid Məhərrəməli oğlu Heydəri (26 mart 1991; Şahrud, İran) — Azərbaycanı, əvvəl isə İranı təmsil edən yüngül atlet. 2020-ci ildə baş tutan XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Həmdi Heydəri 1991-ci il martın 26-da Şahrud şəhərində anadan olub. Milliyyətcə azərbaycanlıdır. == Karyerası == Həmdi Heydəri İranı 2016-cı ildə Rio-de-Janeyro şəhərində (Braziliya) baş tutan XIV Yay Paralimpiya Oyunlarında təmsil elədi və gümüş medalın sahibi oldu. 2017-ci ilin iyul ayında o, Birləşmiş Krallıqda baş tutan Dünya Çempionatının bürünc medalına sahib oldu. Həmdi Heydəri 2020-ci ildə Azərbaycan vətəndaşlığını qəbul elədi. 2021-ci ilin iyun ayında Həmdi Heydəri Polşada baş tutan Avropa Çempionatında 42.48 metr nəticə ilə turnirin gümüş medalına sahib oldu. 2021-ci ilin avqust ayında isə Həmdi Heydəri Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Nizə atma turnirində Həmdi Heydəri 50.42 metr nəticə ilə qızıl medala sahib oldu.
Rudina Heydəri
Rudina Heydəri (alb. Rudina Hajdari) — Alban siyasətçisi, Albaniya Respublikası Assambleyasının üzvü və ölkənin parlament müxalifətinin rəhbəri. 1990-1991-ci illərdə Albaniyada kommunizmin dağılmasına səbəb olan tələbə hərəkatına rəhbərlik edən mərhum Azem Haydərinin qızıdır. Heydəri 2017-ci il sentyabrın 9-da ölkənin paytaxtı Tirana şəhərinin rayonunu təmsil edərək Albaniya Məclisinə deputat seçilib. == İlk illər və karyerası == 1998-ci ildə atasının öldürülməsindən sonra Haydari təhsilini davam etdirmək üçün ABŞ-yə köçüb. O, Fordham Universitetində oxuyub və 2009-cu ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi, ardınca London Kral Kollecini geosiyasət, ərazi və təhlükəsizlik üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra Heydəri Kolumbiya Universitetində insan hüquqları üzrə ikinci magistr dərəcəsi alıb. Daha sonra Heydəri Kolumbiya Universiteti Harriman adına Rusiya, Avrasiya və Şərqi Avropa Araşdırmaları İnstitutunda müvafiq olaraq Donald Tramp və Vladimir Putinin prezidentlikləri dövründə Qərbi Balkanların üzləşdiyi problemlər haqqında mövzuya müraciət edir. Heydəri həmçinin Newsweek kimi nəşrlərdə bölgədəki problemlərə dair çoxsaylı redaksiya məqalələri dərc etmişdir. Heydəri ABŞ Nümayəndələr Palatasının Nyu-Yorkun 16-cı dairəsindən yüksək səviyyəli üzvü, eyni zamanda ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri olan konqresmen Eliot Lans Engelin köməkçisi olur.
Sepəhr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Sipehr Heydəri
Sipehr Heydəri (fars. سپهر حیدری‎, 19 iyun 1980, İsfahan, İran) — İran futbolçusu, Zob Ahan futbol klubunun müdafiəçisi.
Ələkbər Heydəri
Ələkbər Heydəri (? - ?) — Əkinçi məktəbinin banilərindən biri, jurnalist. == Əkinçi qəzeti ilə münasibəti == "Əkinçilər" məktəbinin banilərindən olan Ələkbər Heydəri qəzetin nəşri dövründə Mahaç-Qalada yaşayırdı. O, 1879-cu ildə Bakıya köçərək səfarətxanada qulluq etmişdi. Heydərinin qəzetdə dərc olunan kəskin yazısı təhsil müəssisələrində dini elmlərlə yanaşı, dünyəvi elmlərin tədrisi ilə bağlıdır ki, bu da kifayət qədər ciddi polemika doğurdu. Bu məqalə "Əkinçi"nin 10-cu sayında işıq üzü görmüşdü. Qəzetin 11-ci sayında Əhsənül-Qəvaid müəllifin fikri ilə həmrəy olduğunu bildirmiş, dini təhsillə yanaşı, dünyəvi elmlərin tədrisini vacib hesab etmişdi. Qəzetin 12-ci sayında Zaqafqaziyanın şeyxülislamı Axund Əhməd Hüseynzadə polemikaya qatılmış, öz düşüncələrini bildirmişdi. Ümumən Heydərlinin bu məqaləsinə cavab olaraq "Əkinçi"də 15-dək yazı nəşr olunmuşdu.
Heydəriyyə
Heydəriyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Yaradıcısı Əhməd Yəsəvinin müridlərindən olan Qütbəddin Baba Heydərdir. Heydəriyyə daima Nemətullahiyyə təriqəti ilə mübarizə aparmışdır. Nusayrilər təriqət kimi dörd qola ayrılmışlar: Heydəriyyə, Simaliyyə (və ya Semsiyyə) Kilaziyyə (və ya Kameriyyə) və Gaybiyyə təriqətləri.
Heydəriyyə Mədrəsəsi
Heydəriyyə mədrəsəsi – Qəzvində keçmiş atəşpərəst məbədinin qalıqları üzərində Səlcuqlular dövründə tikilmiş mədrəsə. == Tarixi == İndi Heydəriyyə mədrəsəsi adlanan böyük abidənin baş tikilisi olan əski məscid binası Xumartaş günbədinə yaxın bir tarixdə – XI–XII əsrlərin qovşağında tikilmişdir. Bu abidələrin hər ikisinin memarlıq həlli bir-birinə çox yaxındır. Heydəriyyə günbədi bitkin plan-məkan quruluşu və yüksək bədii tərtibatı olan nadir memarlıq əsəridir. İbadət salonunun bütün hündürlüyü boyu qalxan və rəngli gəc bəzəkləri ilə bol süslənən hündür mehrabı yanlarında incə biçimli tağçalar yüksəlir. Salonun şimal tərəfi çox təntənəli işlənmişdir – ortadakı iri olmaqla üç sivri açırım buranın baş giriş olduğunu gözə çarpdırır. Yan divarlarda da eyni bölgü aparılmışdır. Ancaq burada künclərdə açırım yox, cənub divarında olduğu kimi ensiz tağçalar var. Bu künc taxçaların incəliyini çox sivri biçimli stalaktit salxımı tamamlayır. İbadət salonunun yuxarısını çiçəkli kufi xəttilə yazılmış kitabə zolağı qurşaqlayır.
Heydərizadə İbrahim Əfəndi
Heydərizadə İbrahim Əfəndi (1863, Konstantinopol – 1933, Mədinə) — Osmanlı alimi və şeyxülislamı. == Mənbə == İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Dosyaları, nr. 2029. İstanbul Müftülüğü Meşîhat Arşivi, Ulemâ Sicil Defterleri, I, 404. İbnülemin, Son Sadrıazamlar, XI, 1717, 1721, 1723, 1727; XIII, 2041, 2071; XIV, 2111, 2123. Ali Fuat Türkgeldi, Görüp İşittiklerim, Ankara 1951, s. 163–165, 180, 249, 255–258, 262. Danişmend, Kronoloji2, s. 163–164, nr. 176, 177, 181, 182.
Heydərizm
Heydər Əliyev şəxsiyyətinə pərəstiş və ya Heydərizm— 1993-cü ildən 2003-cü ildək hakimiyyətdə olan dövlət başçısının ölümündən sonra belə oğlu İlham Əliyevin hakimiyyətə gəlməsi ilə formalaşan və inkişaf edən şəxsiyyətə pərəstiş. Heydər Əliyev hələ həyatda olarkən onun şəxsiyyətinə pərəstiş xüsusiyyətləri meydana gəlməyə başlayır. Heydər Əliyev MDB ölkələri jurnalistlərinin şəxsiyyətə pərəstişlə bağlı sualına belə cavab verir: Milli dövlətçiliyin ideoloji əsasına çevrilən Heydər Əliyevin «Azərbaycançılıq» ideologiyası müasir dünyada öz yerini müəyyənləşdirmiş və bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici faktordur Siyasətşünas Zəfər Quliyev deyib ki, 2003-cü ildə İlham Əliyevin ölkədə hakimiyyətə gəlməsi ilə mərhum prezidentin şəxsiyyətinə pərəstiş Azərbaycanın müasir tarixini yenidən nəzərdən keçirmək üçün kampaniya şəklində sistematik şəkildə təsdiqləndi. 2003-cü il prezident seçkilərində hətta Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə küfr xarakteri daşıyan hakimiyyətin şərəfinə hörmət bəyanatları edir. Xüsusən 31 may tarixində Quba şəhərində verdiyi bəyanatda «Bizdə bir Allah, bir peyğəmbər və bir prezident var, buda Heydər Əliyevdir». İki ay sonra buna bənzər bir bəyanat verir: «Heydər Əliyevə qarşı çıxmaq Allahın iradəsinə qarşı çıxmaq deməkdir!». Bu bəyanat iman gətirənlərin hiddətinə səbəb olur. «Beynəlxalq Böhran Qrupu» öz hesabatında qeyd edir ki, Heydər Əliyev şəxsiyyətinə pərəstiş - Azərbaycanın ideologiyasının əsası, Heydər Əliyevin Azərbaycanı xilas etməsi fikirinin aşılanmasından ibarətdir. Üstəlik bu şəxsiyyətə pərəstiş onun oğlu İlham Əliyevə keçir. Xüsusən Heydər Əliyevin 1993-cü ildə Gəncə şəhərində baş verən qiyamdan sonra hakimiyyətə qayıtması Azərbaycan xalqının milli qurtuluş günü elan edilmişdir.
Torbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.
Türbət Heydəriyə
Türbət Heydəriyə (fars. تربت حيدريه‎) — İranın Rəzəvi Xorasan ostanında yerləşən şəhər, Türbət Heydəriyə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 119390 nəfər və 31869 ailədən ibarət idi.Bu şəhəri İshaq xan Qarayi təsis edib və əski adı "Türbət İshaq xan"idi.
Türbət Heydəriyə şəhristanı
Türbət Heydəriyə şəhristanı — İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Türbət Heydəriyə şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 195,711 nəfər və 51,917 ailədən ibarət idi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.33 dəfə / 1 mln.
2003 ••••••••••• 0.79
2007 ••• 0.21
2008 •••• 0.24
2009 ••••••••• 0.64
2010 •••• 0.27
2012 •• 0.09
2013 •••••••• 0.58
2014 ••• 0.17
2016 •••••••••• 0.69
2017 •••••••••••••••••••• 1.46
2018 ••••••••• 0.60
2019 •• 0.14
2020 •••• 0.27

"heydəri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heydəri nədir? #heydəri sözünün mənası #heydəri nə deməkdir? #heydəri sözünün izahı #heydəri sözünün yazılışı #heydəri necə yazılır? #heydəri sözünün düzgün yazılışı #heydəri leksik mənası #heydəri sözünün sinonimi #heydəri sözünün yaxın mənalı sözlər #heydəri sözünün əks mənası #heydəri sözünün etimologiyası #heydəri sözünün orfoqrafiyası #heydəri rusca #heydəri inglisça #heydəri fransızca #heydəri sözünün istifadəsi #sözlük