Heydərli sözü azərbaycan dilində

Heydərli

Yazılış

  • Heydərli • 98.2196%
  • HEYDƏRLİ • 1.1869%
  • heydərli • 0.5935%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Heydərli
Heydərli (Gədəbəy) —
Ayxan Heydərli
Böyükkişi Heydərli
Heydərli Böyükkişi Səfiyar oğlu (1950–2015) — yazıçı, jurnalist. == Həyatı == Böyükkişi Heydərli 1950-ci ilin aprel ayında Cəbrayıl rayonunun Horovlu kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bədii yaradıcılığa erkən başlasa da, 30 yaşında şeirləri "Ulduz" və "Azərbaycan" jurnallarında dərc olunub. 1985-1990-cı illərdə şerləri ara-sıra mətbuat səhifələrində yer alıb. 1991-1992-ci illərdə "Səs" qəzetində şöbə müdiri olub, 1992-ci ilin mayından "Yeni Müsavat" qəzetində redaktor işləyib. 1993-cü ildə "Dünya" jurnalının redaktoru olub. Əsərlərini Yazıçı Qor təxəllüsü ilə yazıb. "Sakit küçədə qətl", "Yaşıl cənnət çiçəyi", "Yetişmiş tut ağacı" və sair əsərlərin müəllifidir.
Heydərli (Gədəbəy)
Heydərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Şəkərbəy kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrin axırlarında həmin r-nun ərazisindəki Dikdaş kəndindən köçüb gəlmiş heydərli nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 460 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Heydərli (Nazlı)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 202 nəfər yaşayır (56 ailə).
Heydərli (Pəmbək)
Heydərli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 14 km cənub-qərbdə, Hallavar və Böyük su adlanan kiçik çayların sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim heydərli tayfa adı əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə topənimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 26 nəfər, 1873 - cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914 - cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919 - cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq kəndin sakinləri - azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır.
Heydərli (Urmiya)
Heydərli (fars. حيدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 238 nəfər yaşayır (64 ailə).
İdris Heydərli
İdris Heydərli (tam adı Heydərov İdris Zabut oğlu) — azərbaycanlı araşdırmaçı, yazar . == Həyatı == İdris Heydərli 1967-ci il Yardımlı rayonunun Yolocaq kəndində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatrşünas fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1995-ci ildə həmin universitetin "Mədəniyyət fəlsəfəsi" üzrə aspiranturasını bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında inzibatçı, 1991-1992-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı,"Yuğ" studiyasında ədəbi hissə müdiri, 1992-1994-cü illərdə Teatr Xadimləri ittifaqında baş mütəxəssis vəzifələrində çalışmışdır. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Radio və Televiziya Şirkətində (Azərbaycan Televiziyası) böyük redaktor vəzifəsində çalışmış və dönəmin ən məşhur proqramı olan Ev sizin sirr bizim verilişin rəhbəri və aparıcısı olmuşdur. Pepsi və Hyatt Regency Baku otelində marketinq üzrə rəhbər vəzifələrdə çalışdıqdan sonra 2002-ci ildə yenidən televiziyaya dönmüş və Space TV - də redaktor,aparıcı vəzifələrini görmüşdür. Dönəmin ən məşhur proqramı Ay, ev yiyəsinin müəllif və aparıcısı, Gizli və aşkar Azərbaycan proqramının müəllifi olmuşdur. 2006-cı ildə bu kanaldan ayrılıb Azərbaycan Televiziyasına (AzTv) redaktor olaraq geri dönmüşdür. 1 illik redaktor vəzifəsindən sonra 2007-ci ildə Rusiyada Moskva şəhərində fəaliyyət göstərən İnter Azərbaycan (İnterAz TV) televizisiyasında 3 il icraçı direktor olaraq yer almışdır.
Heydərli-i Bəylər (Urmiya)
Heydərli-i Bəylər (fars. حيدرلوي بيگلر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 379 nəfər yaşayır (116 ailə).
İsalı-i Heydərli (Urmiya)
İsalı-i Heydərli (fars. عیسی‌لوی حیدرلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 92 nəfər yaşayır (26 ailə).

Oxşar sözlər

#heydərli nədir? #heydərli sözünün mənası #heydərli nə deməkdir? #heydərli sözünün izahı #heydərli sözünün yazılışı #heydərli necə yazılır? #heydərli sözünün düzgün yazılışı #heydərli leksik mənası #heydərli sözünün sinonimi #heydərli sözünün yaxın mənalı sözlər #heydərli sözünün əks mənası #heydərli sözünün etimologiyası #heydərli sözünün orfoqrafiyası #heydərli rusca #heydərli inglisça #heydərli fransızca #heydərli sözünün istifadəsi #sözlük