heykəli sözü azərbaycan dilində

heykəli

Yazılış

  • heykəli • 97.5659%
  • Heykəli • 2.4341%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Koroğlu heykəli
Koroğlu heykəli (Bakı)
Koroğlunun heykəli
Koroğlu heykəli (Bakı)
Dur yolçu heykəli
Türkiyə nin ən böyük heykəlidir.6 Avqust 2008-cı tarixdə Türkiyənin paytaxtı Ankarada(Polatlı ,Kartaltepe) Dur yolçu abidəsinin açılış mərasimi olmuşdur.Dur yolçu abidəsinin uzunluğu ümumilikdə 32 metrdir. Heykəl 22, postament isə 10 metrdir.Abidənin müəllifi akademik Sait Rüstem dir.
Frans Kafka heykəli
Frans Kafka heykəli (çex. Pomník Franze Kafky) – 2003-cü ildə heykəltaraş Yaroslav Rona tərəfindən hazırlanmış heykəl. Çexiyanın paytaxtı Praqa şəhərinin qədim Yəhudi kvartalında Duşni (Müqəddəs Ruh) küçəsindəki kiçik bir meydanda quraşdırılmışdır. Kafka bu küçədə (№27) yaşamışdır. Heykəl Frans Kafkanın "Amerika" romanının bir səhnəsi əsasında hazırlanıb: siyasi namizəd seçki kampaniyası zamanı nəhəng adamın çiyinlərinə çıxır və küçələr boyunca dolaşır. Bürüncdən hazırlanmış heykəl 3,75 metr yüksəkliyində, 800 kq ağırlığındadır. Vikianbarda Frans Kafka heykəli ilə əlaqəli mediafayllar var.
Füzulinin heykəli (Bakı)
Məhəmməd Füzuli heykəli — Mərkəzi park ərazisində yerləşən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə orta əsr Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış heykəl. 1958–1963-ci illərdə hazırlanmış abidənin heykəltaraşları Tokay Məmmədov və Ömər Eldarov, memarı isə Hacı Muxtarovdur. Bu işə görə heykəltaraşlar Tokay Məmmədov və Ömər Eldarov SSRİ Rəssamlıq Akademiyasının gümüş medallarına layiq görülmüşdülər. 1958-ci ildə orta əsrlər Azərbaycan şairi Məhəmməd Füzulinin ölümünün 400 illiyi münasibətilə şairin abidəsinin yaradılması üçün müsabiqə elan edilir. Vaxtilə İ. E. Repin adına Sankt-Peterburq Dövlət Akademik Rəssamlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda bir yerdə təhsil almış Tokay Məmmədov və Ömər Eldarovun memar Hacı Muxtarovla bir yerdə hazırladıqları layihə müsabiqədə qalib gəlir. Füzulinin heykəli üzərində işləməzdən əvvəl həm Tokay Məmmədov, həm də Ömər Eldarov “poetik” mövzuya müraciət etmişdilər. Belə ki, bir müddət öncə Məmmədov Nizami Gəncəvinin portreti üzərində işləmişdi. Azərbaycan heykəltaraşlığında ağac üzərində işlənmiş ilk əsər olan bu portret Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Ömər Eldarov isə XX əsrin 50-ci illərində XIX əsr Azərbaycan şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın mərmər portretini işləyir. Tezliklə Ali Sovetin Rəyasət Heyətinin sədri, Azərbaycanın Xalq yazıçısı Mirzə İbrahimovun təklifi ilə Ömər Eldarov Natəvanın tunc heykəlini işləmək sifarişini alır.
Heydər Əliyevin heykəli
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Kapitan Amerika heykəli
Kapitan Amerika heykəli (ing. Captain Amerika Statue) – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl. Heykəl 2016-cı ilin iyulunda Marvel və Disney tərəfindən anons edilmişdir. Marvel və Comicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur. Bruklin personajın evi hesab olunur. İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir. Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır və Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" (azərb.
Kiyev qurucularının heykəli
Kiyev qurucularının heykəli 1982-ci ildə Kiyevin qurucularının şərəfinə ucaldılmış abidə. Heykəldə Kiyevin qurucuları Xoriv, Kiy, Şek və onların bacıları Lıbed təsvir olunmuşdur. Heykəltəraş Vasili Boroday, memar isə Nikolay Feşenkodur. Heykəl Dnepr çayının sahilində, Dnepr metro stansiyasının yaxınlığında yerləşir. Kiyev qurucularının şərəfinə daha bir heykəl 2002-ci ildə Kiyevdə Maydan Nezalejnostidə ucaldıldı. 23 fevral 2010-cu ildə heykəlin yenidənbərpası məqsədilə demontaj olundu. Onun açılış mərasimi Kiyev günündə 20 may 2010-cu ildə oldu. Bu heykəl 1991-1996-cı illərdə Ukraynada dövriyyədə olmuş Karbovaneslər üzərində göstərilmişdir. 1-5000 nominallı banknotlarda heykəl təsvir olunmuşdur. 1991-ci ildə olmuş banknotlarda isə, Lıbedin təsviri var idi.
Akdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Azadlıq heykəli
"Azadlıq heykəli" (ing. The Statue of Liberty) və ya "Dünyanı işıqlandıran azadlıq" (ing. Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) — Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəl. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886-cı ildə Fransa xalqı adından ABŞ-yə hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776-cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-nin simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır. Bartoldi, 1865-ci ildə ona ABŞ-nin azadlığının elan edilməsinə həsr ediləcək abidənin Fransa və Amerika xalqlarının ortaq layihəsi olmalı olduğunu deyən fransız professor və siyasətçi Eduard Rene de Labuledən təsirlənmişdir.
Ağdəniz heykəli
Ağdəniz heykəli (türk. Akdeniz Heykeli) – İlhan Koman tərəfindən 1980-ci ildə hazırlanmış heykəl. Heykəl ilk öncə Böyükdərə küçəsində qoyulmuşdu. == Haqqında == Ağdəniz heykəli İstanbulun ən tanınmış heykəllərindən biridir. Bir-birinə eyni uzunluqda, 12 mm qalınlığında 112 metal lövhənin yan-yana gətirilməsi ilə yaranan qadın təsvirindən ibarətdir. İnsan qucaqlaşmasını təsvir edərkən heykəltəraşın Aralıq dənizini xatırlaması səbəbi ilə adının "Akdəniz" (türk dilində Aralıq dənizi üçün işlədilir) olduğu ifadə olunur. Kağız kəsmə-qatlama üsulu ilə hazırlanan heykəl 4,5 ton ağırlığındadır. Əsər heykəltəraşı İlhan Komana 1981-ci ildə Sədaf Simavi Fondu Təsviri İncəsənət Mükafatını qazandırmışdır. == Yerləşdirilməsi == Halk Sigorta (daha sonra Yapı Kredi Sigorta) şirkətinin sifarişi ilə hazırlanan heykəl əvvəlcə şirkətin Böyükdərə küçəsində yerləşən binasının qabağına yerləşdirilmişdi. 2005-ci ildə İlhan Komanın sərgisinə görə bir müddət Qalatasaray meydanına yerləşdirilən heykəl daha sonra Halk Sigorta şirkətinin Yapı Kredi Sigorta şirkətinə çevrilməsindən sonra Beşiktaş səmtinin Levent rayonundakı şirkət binasının qabağına qoyulmuşdur.
Birlik heykəli
Birlik heykəli (hind. स्टैच्यू ऑफ यूनिटी) — Hindistanın baş naziri vəzifəsini icra etmiş və Hindistanın müstəqillik hərəkatının liderlərindən biri olan Vallabhai Patelin şərəfinə ucaldılmış, Qucaratda yerləşən heykəl. Heykəlin hündürlüyü 182 metr olmaqla Azadlıq heykəlindən 4 dəfə böyükdür. Abidə Larsen & Toubro firması tərəfindən inşa olunmuş, kontraktının ümumi dəyəri isə 2,989₹ kror (420 milyon $) olmuşdur. == Layihə == Birlik heykəli Sadhu Bet adlı bir ada üzərində, Narmada bəndindən 3.2 km məsafədə ucaldılmışdır. Bünövrəsinin hündürlüyü 58 metr, heykəlin öz hündürlüyü isə 182 metr olmaqla abidənin ümumi hündürlüyü 240 metrdir. Abidə dəmir çərçivə, armaturlanmış beton və bürünc ötrüklə inşa olunmuşdur. Hazırlanması zamanı 75,000 kub metr betondan, 5,700 ton polad çərçivədən, 18,500 ton armaturlanmış polad çubuqlardan və 22,500 ton bürünc üzlükdən istifadə olunmuşdur. .
Bülbülün heykəli
Bülbülün abidəsi — Bakı şəhərində Bülbülün xatirəsinə ucaldılmış abidə. == Məzmun == Bülbülün abidəsinin müəllifi heykəltaraş Akif Əsgərovdur. Tuncdan hazırlanan abidə Bakının mərkəzində, Bülbülün yaşadığı evin yaxınlığında Bülbül prospektində ucaldılmışdır. == Açılışı == 31 oktyabr 2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev abidənin açılışında iştirak etmişdir. Açılış mərasimində həmçinin Rusiyanın xalq artisti, Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin sədri Sergey Leyferkus, Fransanın Lion Opera Teatrının ifaçılıq direktoru Robert Körner, Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Xalq Artisti Arif Babayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları iştirak etmişlər.
Cavanşirin heykəli
Cavanşirin heykəli (rus. Бронзовая курильница из Кавказской Албании) — Qafqaz Albaniyası incəsənətinə aid tunc buxurdan. Azərbaycanın şimal vilayətlərindən (eləcə də müasir Cənubi Dağıstandan) tapılan, adətən VI-VIII əsrlərə aid edilən tunc qablar, kuzələr və buxurdanlar nadir sənət əsərləri arasında, hazırda Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanılan, ötən əsrin əvvəllərində Naxçıvanda qədim əntiq əşyalar alverçisindən satın alınan tunc buxurdan xüsusi maraq doğurur. 35,6 sm hündürlükdə, tuncdan tökülmüş süvari heykəlciyi formasında olan bu buxurdan alimlərin (K.V.Trever, V.L.Lukonin, Q.Qoşqarlı və b.) ümumi rəyinə görə, yerli sənətkar tərəfindən düzəldilmişdir. Albaniya tarixinin ilk geniş tədqiqatçılarından olan K.V.Trever burada alban hokmdarı Cavanşirin təsvir olunduğunu güman edir. Onun bu gümana gəlməsinə səbəb bir tərəfdən heykəlcikdə Sasani şahlarına xas olmayan elementlərin varlığı, digər tərəfdən isə süvaridəki ikonoqrafik cizgilərin Moisey Kalankatlının Cavanşir haqqındakı məlumatına uyğun gəlməsidir. Azərbaycan alimləri Q.M.Əhmədov və N.İ.Rzayev də K.V.Treverin bu gümanının gerçək olduğunu təsdiq edirlər. Heykəl at üstündə, zəngin paltarda, başında albanların etiqad etdikləri Selena-Ay təsvirli tacla təsvir edilib.
Nəsiminin heykəli
Nəsimi kimi də tanınan İmadəddin Nəsimi — 1369–1419 illərdə yaşamış Azərbaycan hürufi şairi, mütəfəkkiri. Nəsimi həmçinin bu mənaları ifadə edə bilər: Nəsimi (ad) Nəsimi rayonu — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Nəsimi (film) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1971-ci il istehsalı Azərbaycan bədii filmi. Nəsimi (film, 1973) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1973-cü il istehsalı Azərbaycan sənədli filmi.
Qommateşvara heykəli
Qommateşvara heykəli — eramızın 983-cü ilində Qərbi Qanqa sülaləsi dövründə tikilib və dünyanın ən böyük müstəqil heykəllərindən biridir. Qommateşvara heykəli Hindistanın Karnataka əyalətindəki Şravanbelaqola qəsəbəsindəki Vindhyagiri təpəsində 17 metr hündürlüyündə monolit heykəldir . Qommateşvara heykəli Jain fiquru Bahubaliyə həsr olunub və Jain sülh, qeyri-zorakılıq, dünyəvi işlərin qurbanı və sadə yaşayış haqqında əmrləri simvollaşdırır. Rəvayətə görə, Qommateşvara heykəlinin tikintisini başa vurduqdan sonra Çavundaraya beş maye, süd, zərif kokos, şəkər, nektar və yüzlərlə qazana yığılmış su ilə mahamastakabhişeka təşkil etdi, lakin maye heykəlin göbəyindən aşağı axmadı. Kushmandini , ağ Güllikayi meyvəsinin qabığında süd tutan kasıb yaşlı qadın kimi görünürdü. Təxminən eramızın 983-cü ildə tikilib və 2016-cı ilə qədər ən hündür Jain heykəli hesab olunurdu. 2007-ci ildə heykəl Times of India sorğusunda Hindistanın Yeddi Möcüzəsindən birincisi seçildi; Ümumi səslərin 49%-i onun lehinə səs verilib. Hindistanın Arxeoloji Tədqiqatı Qommateşvara heykəlini Şravanabelaqolada Adarş Smarak abidəsi kimi tanınan bir qrup abidənin siyahısına əlavə etmişdir.
Rodos Heykəli
Rodos nəhəngi — qədimdə "dünyanın yeddi möcüzəsi"ndən biri sayılan, 36 metr hündürlüyə malik olmuş nəhəng abidə. E.ə. III əsrdə sərkərdə Demetri Rodos adasına hücum etmiş, lakin rodosluları məğlub edə bilməmişdi. Adanın uğurlu müdafiəsi şərəfinə rodoslular adada dünyanın ən böyük heykəlini qoymağı qərara aldılar. Abidənin yaradılması antik dövrün məşhur heykəltəraşı Lissipin şagirdi Xaresə həvalə olunmuşdur. Xares abidəni 12 il ərzində yaratmışdır. Heykəl 66 il mövcud olmuşdur. Dənizlə şəhər darvazaları arasındakı bazar meydanında qoyulmuş 36 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azacıq aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi olan tac vardı.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Diogen heykəli
Diogen heykəli (türk. Diyojen Heykeli) – Türkiyənin Sinop şəhərinin girişində yerləşən heykəl. Bu şəhərdə doğulmuş qədim yunan filosofu Sinoplu Diogenə həsr olunmuşdur. Şəhərin simvollarından biri hesab olunur. Heykəl Ondokuz Mayıs Universitetinin Təsviri İncəsənət fakültəsinin müəllimi olan Turan Baş tərəfindən Samsun Böyükşəhər Bələdiyyəsi Heykəl və Keramika Emalatxanasında hazırlanmış, 2006-cı ildə Sinop şəhərinin girişində ucaldılmışdır. Heykəl 20 nəfərdən ibarət heyət tərəfindən 6 ay ərzində hazırlanmışdır. Heykəl Samsun bələdiyyəsinin Sinop bələdiyyəsinə bir hədiyyəsi olmuşdur. Heykəlin sifarişçisi həmin dövrün Sinop bələdiyyə başçısı Zeki Yılmazer olmuşdur. 2011-ci ildə heykəldə heykəltaraş Aziz Kayadelen tərəfindən bərpa işləri aparılmışdır. Yunana həsr olunduğu üçün heykəl bəzi milliyyətçi qruplar tərəfindən tənqidə məruz qalmışdır.
Miras heykəli
Miras heykəli (türk. Miras Heykeli) — Türkiyənin paytaxtı olan Ankara şəhərində yerləşən heykəl. Türk heykəltaraş Metin Yurdanurun əsəridir. Türkiyənin paytaxtı Ankarada ilk mülki heykəl olması ilə tanınır. Heykəldə Molla Nəsrəddin het ximerası üzərində, arxaya oturmuş təsvir edilmişdir. 1979-cu ildə Ankara Böyükşəhər Bələdiyyəsi “şəhərin plastik elementlərlə təchiz edilməsi layihəsi”nin hazırlanması təşəbbüsü ilə çıxış edərək Ankaranın müxtəlif ərazilərini bəzəmək üçün bir sıra heykəltaraşlıq işlərini sifariş verib. Mətin Yurdanur başda olmaqla bir neçə heykəltaraşın hazırladığı bu əsərlər elə həmin il bələdiyyə orqanlarına təqdim olunub. Belə ki, bu layihə çərçivəsində Yurdanurun “Mirası” Ankara Dəmiryolu Vağzalının bağçasında, “Ellər” Abdi İpəkçi parkında, “Həmrəylik” isə Meydanda yerləşdirilib. Miras heykəli Anadolu ilə əlaqəli iki fərqli, lakin əhəmiyyətli mədəniyyət rəmzlərini birləşdirir. Beləliklə, müxtəlif dövrlərdə eyni torpaqda mövcud olmuş Anadolu sivilizasiyalarının birliyini və davamlılığını simvolizə etmək nəzərdə tutulur.
Niyazinin heykəli
Niyazinin heykəli — Bakı şəhərində məşhur azərbaycanlı dirijor və bəstəkar, Azərbaycan Dövlət simfonik orkestrinin baş dirijoru, Azərbaycan Dövlət Filarmoniyasının direktoru (1979-cu ildən), SSRİ xalq artisti (1959), 2 dəfə Stalin mükafatı və 2 dəfə "Lenin" ordeni laureatı, Beynəlxalq Nehru mükafatı laureatı (1974), Sosialist Əməyi Qəhrəmanı (1982) Niyazinin şərəfinə ucaldılmış heykəl. Abidənin hündürlüyü 3, pyedestalının hündürlüyü isə 1 metrə yaxındır. Heykəlin üst plitəsi royalın qapağı formasındadır. Abidənin pyedestalı isə qara qranitdən hazırlanıb. Bürüncdən hazırlanan heykəlin müəllifi Xalq Rəssamı Ömər Eldarov, memarı isə Əməkdar Memar Elbay Qasımzadədir. Dövlətimizin başçısı mərasimdə çıxış etdi. Ömər Eldarov heykəl barədə bunları demişdir: Bəli, bu, mənim sonuncu işimdir. Heykəl bürüncdəndir. Kompozisiyada - Niyazi dirijorluq edərkən təsvir olunub. Bu planda Niyazi çox plastik və təsirlidir.
Sülh heykəli
Sülh Heykəli (Koreya: 평화의 소녀상, Pyeonghwaui sonyeosang; Yapon: 平和の少女像, Heiwano shōjo-zō), tez-tez Sonyeosang kimi qısaldılır (Koreya dilində və ya yapon dilində "Shōjo statusu" və bəzən "Rahatlıq Qadını Heykəli" (慰安婦像, Ianfu-zo), İkinci Dünya Müharibəsi zamanı (xüsusilə, 2-ci Dünya Müharibəsi zamanı) Yapon ordusu tərəfindən evfemik olaraq rahatlıq qadınları kimi tanınan cinsi köləlik qurbanlarının simvoludur. İkinci Çin-Yapon müharibəsinin başlanğıcı Sakit okean müharibəsinin sonuna qədər). Sülh heykəli ilk dəfə Seulda Yaponiya hökumətini qurbanlardan üzr istəməyə və onlara hörmət etməyə çağırmaq üçün ucaldılıb. Bununla belə, o vaxtdan bəri müxtəlif partiyalar arasında təmsilçilik döyüşləri yerinə çevrilmişdir. Çərşənbə nümayişi 1992-ci ildə başladı və təxminən 20 il sonra Sülh Heykəlinin ideyası Yaponiya tərəfindən Hərbi Seksual Köləlik üçün Hazırlanan Qadınlar üçün Koreya Şurası tərəfindən təklif edildi. Daha dəqiq desək, şura Yaponiyanın Seuldakı səfirliyinin qarşısında Yaponiya imperator ordusu tərəfindən cinsi köləlik qurbanı olan qadınların ağrılarını xatırlamaq üçün xatirə daşı qoyulmasını təklif edib. Bu təklif 2011-ci il dekabrın 14-də səfirliyin qarşısında bürünc heykəl qoyulanda reallaşıb. Sülh heykəlini Kim Seo-kyung və Kim Eun-sung cütlüyü hazırlayıb. O, Seulun mərkəzindəki Yaponiya səfirliyinə oturmuş və nəzər salan kiçik əlləri və qısa saçlı, chima jeogori (19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərində hanbokun dəyişdirilmiş forması) geyinmiş bir qızı təsvir edir. Yaponiya dəfələrlə heykəlin götürülməsini tələb edib, lakin Seul və xüsusilə də qurbanlar bu tələbləri rədd edərək, Yaponiya hökumətinin heç vaxt öz ordusunun qadınların rahatlığı məsələsində birbaşa iştirakını rəsmi olaraq qəbul etmədiyini iddia edərək, bu tələbləri rədd ediblər.
Nəsimi heykəli
Nəsimi kimi də tanınan İmadəddin Nəsimi — 1369–1419 illərdə yaşamış Azərbaycan hürufi şairi, mütəfəkkiri. Nəsimi həmçinin bu mənaları ifadə edə bilər: Nəsimi (ad) Nəsimi rayonu — Azərbaycanın Bakı şəhərində rayon. Nəsimi metrostansiyası — Bakı metropoliteninin stansiyası. Nəsimi (Sabirabad) — Azərbaycanın Sabirabad rayonunda kənd. Nəsimi (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Nəsimi (Qəbələ) — Azərbaycanın Qəbələ rayonunda kənd. Nəsimikənd — Azərbaycanın Saatlı rayonunda kənd. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat. Nəsimi (film) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1971-ci il istehsalı Azərbaycan bədii filmi. Nəsimi (film, 1973) — Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş 1973-cü il istehsalı Azərbaycan sənədli filmi.
Rəsulzadə heykəli
Məhəmməd Əmin Rəsulzadə (az-əbcəd. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Rəsulzadənin heykəli
Məhəmməd Əmin Rəsulzadə (az-əbcəd. محمد امین رسولزاده‎; tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; 31 yanvar 1884, Novxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 6 mart 1955, Ankara, Türkiyə) — Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri (may-dekabr 1918). Onun "Bir kərə yüksələn bayraq bir daha enməz!" ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Onun bilinən ən köhnə əcdadı, Novxanı kəndinin sakini Məhəmmədtağı Kərbəlayı Əliəkbər oğludur. Din xadimi olan atası oğlunu pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoymuş, buranı bitirdikdən sonra Məhəmməd Əmin Rəsulzadə öz təhsilini Bakı Texniki məktəbində, rus dilində davam etdirmişdir, lakin təhsilini yarımçıq qoyaraq siyasi fəaliyyətə başlamışdır. Aprel işğalından sonra Bakıda qalmağın təhlükəli olduğunu və daim axtarıldığını hiss edərək Məhəmməd Əmin Rəsulzadə Bakını tərk edərək Abbasqulu Kazımzadə ilə Lahıca getdi, lakin Lahıcda vəziyyət getdikcə gərginləşirdi. Onun ciddi izlənilməsi haqqında məlumatlar da çatdırılırdı. Məhəmməd Əmin Rəsulzadə 1920-ci ilin avqustun 25-də Lahıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 saylı həbs vərəqi əsasında Abbasqulu Kazımzadə ilə birgə həbs olunan Məhəmməd Əmin bəy özü haqqında 36 yaşı olduğunu, orta təhsilli və jurnalist olduğunu, hökumətdə olduğunu, Müsavat Partiyasının Mərkəzi Komitəsinin sədri olduğunu, öz hesabına yaşadığını və ailəli olduğunu açıqlamışdır.
Cəfər Cabbarlının heykəli (Bakı, Cəfər Cabbarlı meydanı)
Cəfər Cabbarlının heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərinin Cəfər Cabbarlı meydanında - 28 May metrostansiyasının girişinin yaxınlığında məşhur Azərbaycan şairi və dramaturqu Cəfər Cabbarlının heykəli. Heykəl heykəltaraş Mirələsgər Mirqasımov tərəfindən qranitdən hazırlanıb. 1982-ci ildə qurulub. Abidənin memarı Yusif Qədimovdur. 1959-cu ildə Bakı Dəmir Yolu Vağzalının qarşısında meydanda dramaturqa abidə qoyulması barədə qərar qəbul olunub. Eyni ildə gələcək heykəl ərazisində bir daş tikilib ki, burada Cəfər Cabbarlının heykəli tikiləcəkdir. Mirələsgər Mirqasımovun qazandığı ən yaxşı layihə üçün müsabiqə elan edildi. Mirələsgər Mirqasımov material almaq üçün, həyat yoldaşı Gültəkin xanım ilə birlikdə Novo- Danilovskiy - Ukraynaya gedib. Heykəltaraşın artıq işə başlamış olmasına baxmayaraq, Nikita Xruşşovun rəhbərliyi dövründə yayılmış minimalizm arzusu və "həddən artıq olanlara" qarşı mübarizə uzun müddət bu işi dayandırdı. Son 70-ci illərdə onlar yenidən heykəli xatırladılar, lakin iş yenidən donduruldu.
Dədə Qorqudun heykəli (Naxçıvan)
Dədə Qorqudun heykəli — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində monumental sənət abidəsi. Heydər Əliyev prospektində, "Təbriz" mehmanxanasının önündə ucaldılmışdır. Abidə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi şərəfinə 1999-cu ildə yaradılmışdır. Müəllifi Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi Elman Cəfərovdur. Postamentlə birlikdə hündürlüyü 5,3 metr olan heykəldə dizi üstündə qopuz tutmuş Dədə Qorqud düşüncəli halda təsvir edilmişdir. Fiqurun sol əlindəki simli qopuz aləti dəmir lövhələrdən və profildən qaynaq üsulu ilə hazırlanmışdır. Kompozisiyada fiqur kötük üzərində oturdulmuşdur. Heykəlin başında qədim türklərə məxsus papaq, əynində açıq yaxalıqlı uzun əba və qollarının üstünə atılmış atqı verilmişdir. Fiqurun portret cizgisinin əsas atributları sayılan saç və saqqal formaları Dədə Qorqudun xarakterik obrazını yaradır və fiqurun çöhrəsini nurlandırır. Obrazın xarakterik cizgiləri türk variantından götürülmüş portret əsasında işlənilmişdir.
Fikrət Əmirovun heykəli (Bakı, 2011)
Fikrət Əmirovun heykəli — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəlin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
Hacı Zeynalabdin Tağıyevin heykəli (Bakı)
Azərbaycan milyonçusu və mesenat Hacı Zeynalabdin Tağıyevin heykəli 18 yanvar 2022-ci il tarixində “İçərişəhər” metro stansiyasının qarşısında ucaldılıb. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Heykəltəraş Azərbaycan Respublikasının Xalq Rəssamı Xanlar Əhmədovdur. Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılışında iştirak edib 2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüş keçirir. Həmin görüşdə əməkdar artist Bəhram Bağırzadə Hacı Zeynalabdin Tağıyevin Bakıda heykəlinin ucaldılması barədə təklif səsləndirir. Daha sonra Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltaraşlıq müsabiqəsi elan edir. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltaraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olur. Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb.
Het Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Heydər Əliyevin heykəli (Bakı)
Heydər Əliyevin heykəli — Bakıda Heydər Əliyev Sarayının qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidə. Memarlıq kompleksinin, o cümlədən Heydər Əliyevin abidəsinin açılışı 2005-ci il mayın 10-da Heydər Əliyevin anadan olmasının 82-ci ildönümü ilə əlaqədar olaraq Heydər Əliyev Sarayının qarşısındakı parkda olmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, nazirlik və idarələrin rəhbərləri, Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin, eləcə də Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər. Heydər Əliyev heykəlinin müəllifləri Mixail Noqin və Salavat Şerbakov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Heykəl tuncdan tökülmüşdür. Kompleksin üzərində Moskvanın baş rəssamı, memar İqor Voskresenskinin rəhbərliyi altında bir qrup rus memar və heykəltaraş çalışıb. RİA Novosti-yə müsahibəsində Voskresenski abidənin yaradılması ilə bağlı bunları deyib: Şerbakovun sözlərinə görə, "onun hazırlanması üçün ən ənənəvi, köhnəlməyən materiallardan — bürünc və qranitdən istifadə edilib və biz abidənin özünü Moskvada heykəlləndirmişik". Şerbakovun qeyd etdiyi kimi, "bu, azərbaycanlı inşaatçıların və moskvalı rəssamların, memarların və heykəltaraşların birgə yaradıcılıq işi idi". Bundan əlavə, həmmüəlliflərdən biri də Mehriban Əliyeva idi.
Hitit Günəş Simvolu Heykəli
Hitit Günəş Simvolu Heykəli (tür. Hitit Güneş Kursu Anıtı) ― heykəltaraş Nüsrət Suman tərəfindən yaradılmış və Günəş hititinə həsr olunmuş heykəl, abidə. 1978-ci ildən bəri Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən Sixiya meydanında yerləşən heykəldir. Abidə Alacahöyükdə qazıntılar zamanı tapılmış Günəş Kursu Hititin abidəsinin nüsxəsidir. 1973-cü ildə Bələdiyyə Başçısı Vədat Dalokay onu şəhərin simvolu kimi saxladı. Ankara Universitetinin simvolu günəşli bir diskdir. Bu simvol adətən Hitit sivilizasiyasına aiddir və Ankara və Anadolunu ifadə edir. 1977-dan 1995-a qədər olan dövrdə Hititin Günəş Simvolu Ankara bələdiyyəsinin simvolu olaraq istifadə edilmişdir. Lakin 29 iyun 1995-ci ildə Ankara Bələdiyyə Məclisinin qərarına uyğun olaraq loqotip dəyişdirilərək müasir vəziyyətini aldı.
Hüseyn Cavidin heykəli (Bakı)
Hüseyn Cavidin heykəli — Azərbaycanın paytaxtı Bakı şəhərində, şairin adını daşıyan və Hüseyn Cavid prospektində yerləşən parkda Azərbaycan şairi Hüseyn Cavidin heykəli. Bürünc heykəlin müəllifləri Azərbaycanın xalq artisti, heykəltaraş Ömər Eldarov və memarlar Yusif Qədimov və Rasim Əliyevdir. 1993-cü ildə yaradılmışdır. Abidənin yaradılması çox çətin keçdi. Azərbaycan Sovet Sosialist Respublikasında başlayan iş Sovet Sosialist Respublikaları İttifaqının dağılmasından sonra müstəqil Azərbaycan Respublikasında başa çatmışdır. Tunc heykəlinin yaradılması bahalı bir iş idi. Əvvəlcə vəsaitlərin ayrılması ilə əlaqədar heç bir problem yox idi, lakin SSRİ-nin dağılması ilə əlaqədar abidənin tikintisini maliyyələşdirilməsi dayandırıldı. Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra, Qarabağ münaqişəsinə baxmayaraq, abidə üzərində iş tamamlanıb. Ömər Eldarov xatırladıb ki, Hüseyn Cavid abidəsinin yaradılması ideyası Heydər Əliyevə aiddir. Abidənin üzərində, daha sonra isə yüksək rahatlığa malik olan heykəltaraş Hüseyn Cavidin həyatını və işini öyrəndi.
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli
Hüsnü Mübarəkin Azərbaycandakı heykəli — Abşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl. Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib. "Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub. 2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir.
Həsən bəy Zərdabinin heykəli
Həsən bəy Zərdabinin heykəli — İçərişəhərdə Böyük Qala, 41 ünvanında yerləşən və azərbaycanlı jurnalist, maarifçi, naşir Həsən bəy Zərdabinin heykəli. Heykəl 1979-cu ildə qoyulub. Heykəlin müəllifi Elmira Hüseynova, memarı isə Zeynəb Quliyevadır. Ümumi hündürlüyü 4 metr olan heykəl bürüncdəndir.
Həzi Aslanovun heykəli (Bakı, 1949)
Həzi Aslanovun heykəli — 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş yeganə azərbaycanlı general-mayor Həzi Aslanovun xatirəsinə 1949-cu ildə qoyulmuş qəbir üstü abidə. Abidə 1949-cu ildə Həzi Aslanovun qəbrinin üstündə Dağüstü parkda qoyulmuşdur. Abidəni heykəltaraş Fuad Əbdürəhmanov hazırlamışdır. Abidə 2012-ci ildə əsaslı təmir olunub.
II Bəyazidin heykəli (Ankara)
II Bəyazidin heykəli (türk. II. Bayezid heykəli) — Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və Osmanlı sultanı II Bəyazidin təsvir olunduğu heykəl. Heykəl 13 yanvar 1986-cı ildə Türk Ştandartları İnstitutu binasının qarşısında ucaldılmışdır. Müəllifi heykəltaraş Yavuz Göreydir.
Konstantin Leselidze heykəli (Tbilisi)
Konstantin Leselidze heykəli (gürc. კონსტანტინე ლესელიძის ძეგლი) — Tbilisinin tarixi rayonu Qədim şəhərdə yerləşir.. Sovet hərbi lideri general-polkovnik Konstantin Leselidzenin (1903—1944) xatirəsinə qurulmuşdu. 1947-ci ildə Kote Abxazi küçəsində əsası qoyulmuşdur. Heykəltəraş — Yakov Nikoladze. 1990-cı ildə anti-sovet mitinqi zamanı komandirin büstü zədələnmişdir.
Koroğlu heykəli (Bakı)
Azərbaycan xalq qəhrəmanı Koroğlunun Bakı şəhərində abidəsi — ucaldılması nəzərdə tutulan heykəl kompleksi. Müvafiq sərəncam 3 dekabr 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanıb. 2010-cu il yanvarın 21-də İlham Əliyev heykəltaraş Tokay Məmmədovun emalatxanasına baş çəkərək heykəlin maketi ilə tanış olub. Maket Bakı Şəhər İcra Hakimiyyətinə də təqdim olunub. T. Məmmədov xalq dastanımızın qəhrəmanı Koroğlunun obrazı üzərində on ildən çox işləyib. O, görkəmli, baxımlı, dinamik formada olmaqla bərabər, xalq qəhrəmanımızın milli koloritini tərənnüm etməli, həmçinin at belindəki qəhrəman əsl cəngavər, sərkərdə, bahadur təsviri bağışlamalıdır. 24 dekabr 2010-cu ildə Prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılması haqda sərəncam imzalayıb. Vəsait Bakı Şəhər İcra Hakimiyyətinə ayrılacaq.
Koroğlu heykəli (Xaçmaz)
Koroğlu heykəli — Xaçmaz şəhərində Azərbaycanın xalq qəhrəmanı Koroğlunun şərəfinə ucaldılmış heykəl. Bu heykəl 2012-ci ildə Xaçmaz şəhərindəki yeni salınan Çənlibel parkında qoyulub. Bakı-Xaçmaz yolu üzərində, düz şəhərin girişinə çatarkən sol tərəfdə yerləşən bu parkda gözəl bir mənzərə yaradılıb. Ümumiyyətlə isə, park heykəllərlə və təbiət mənzərələri ilə bəzədilib.
Lenin heykəli (Volqa-Don kanalı)
Volqa-Don kanalının girişindəki Lenin heykəli (rus. Памятник Ленину у входа в Волго-Донской канал) — Volqa çayı üzərində yerləşən Volqa-Don kanalının girişindəki SSRİ-nin qurucusu Vladimir Leninə həsr olunan heykəl. Volqoqrad şəhərində yerləşən heykəl dünyanın ən böyük heykəllərindən biridir. Heykəltəraşları Yevgeni Vuçetiç və Leonid Polyakov olan heykəl İosif Stalinin xatirəsinə 27 iyul 1952-ci il tarixində bura tikilmişdir. Heykəlin tikilməsi üçün xüsusi bir mis hazırlanmışdı. Heykəlin yüksəkliyi 24 metr idi. Destalinizasiya siyasətlərinə görə o vaxta qədər "Stalinqrad" adlanan şəhərin adı 1961-ci ildə Volqoqrad olaraq dəyişdirilməsindən sadəcə 10 gün sonra, heykəl də sökülmüşdür. Heykəlin yerinə 12 illik boş bir təməl qalmışdır. Bu hadisədən tam 12 il sonra Rusiya Sovet Federativ Sosialist Respublikasının Mədəniyyət Nazirliyi boş qalan yerə Vladimir Leninin xatirəsinə bir heykəlin tikilməsinə qərar vermişdir. Heykəlin heykəltəraşlığı üçün yenə eyni heykəltəraşlar seçildi.
Leşanda Budda heykəli
Leşanda Budda (Mayterey) heykəli — Yer kürəsinin ən hündür Budda heykəllərindən biridir və minilliklər boyu, dünyanın ən hündür heykəltəraşlıq əsəri olmuşdur (Volqoqradda “Ana Vətən” yaranana qədər). Çinin Leşan şəhər dairəsinin Şizhonq rayonunda Sıçuan əyalətinin üç çayının qovuşduğu yerdə, Linqyunşan dağında qayanın qalınlığında oyulmuşdur. Buddanın (Maitreyin) üzü qarşıda yerləşən müqəddəs Emeyşan dağına çevrilir. Buddanın başı dağla bərabər hündürlüyə yüksəlir və ayaqları çaya dirənir. Buddaya münasibətdə cənub və şimal divarlarında bodhisattvanın 90-dan çox daş təsviri həkk olunub. Heykəlin yaradılması üzərində iş Tan imperiyası dövründə, 713-cü ildən başlayaraq 90 il davam etmişdi. Heykəlin hündürlüyü 71 m, başının hündürlüyü demək olar ki 15 m, çiyin aralığı demək olar ki 30 m, əl barmağının uzunluğu 8 m, ayaq barmağının uzunluğu 1,6 m, burnunun uzunluğu 5,5 m-dir. XVII əsrin ortalarına qədər, Böyük Buddanın bədəni başına qədər, əvvəl Böyük Təsvirin Pavilyonu adlanan 13 mərtəbəli "Dasyanqe" məbədi ilə gizlədilmişdi. Bu bina sonradan yanğın nəticəsində məhv olmuşdu. Böyük Budda heykəli YUNESKO-nun Ümumdünya irsi obyekti kimi tanınır.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.61 dəfə / 1 mln.
2002 ••••• 3.43
2003 ••••• 3.54
2004 ••••••••••• 7.75
2005 ••••••••••••••• 10.12
2006 •••••••••••••••••••• 14.19
2007 ••••••••••••••• 10.57
2008 •••••••••••••• 9.50
2009 •••••••• 5.12
2010 ••••••••••••••• 9.99
2011 •••••••••••• 8.24
2012 ••••••••• 6.37
2013 ••••••••••••••••• 11.52
2014 •••••••••• 6.52
2015 •••••• 3.74
2016 •••••••• 5.38
2017 ••••••• 4.39
2018 •••••••• 5.54
2019 ••••••••••••• 9.04
2020 •••••••••• 6.50

"heykəli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#heykəli nədir? #heykəli sözünün mənası #heykəli nə deməkdir? #heykəli sözünün izahı #heykəli sözünün yazılışı #heykəli necə yazılır? #heykəli sözünün düzgün yazılışı #heykəli leksik mənası #heykəli sözünün sinonimi #heykəli sözünün yaxın mənalı sözlər #heykəli sözünün əks mənası #heykəli sözünün etimologiyası #heykəli sözünün orfoqrafiyası #heykəli rusca #heykəli inglisça #heykəli fransızca #heykəli sözünün istifadəsi #sözlük