holavar sözü azərbaycan dilində

holavar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • holavar • 72.2222%
  • Holavar • 27.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Holavar
Holavar — əmək nəğmələrinin sırasına daxil olan janrdır. == Haqqında == Ötən əsrdə aparılmış folklor araşdırmalarında əmək nəğmələri adı ilə təqdim olunan holavarlar əslində müəyyən bir mərasimlə və ya dünyagörüşlə bağlıdır. Füzuli Bayatın yazdığına görə, oturaq həyatın simvolu olan öküz və kotan haqqındakı nəğmələr ilk əkinə başlamaq münasibətilə oxunan ritual xarakterli mətnlərdir və təməlində bolluq, bərəkət anlayışları vardır. İlk işə başlamanın bayram edilməsini nəzərdə tutan bu mətnlər sonralar iş prosesinin tərkib hissəsinə çevrilmişdi. Məzmununa görə holavarlar üç qrupa ayrılır: Əkinçinin arzu və istəklərini tərənnüm edən holavarlar; İş heyvanlarını tərənnüm edən holavarlar; Cütçünü tərənnüm edən holavarlar.Əkinçinin arzu və istəklərini tərənnüm edən belə nəğmələrdə ağır əmək şəraiti, bol məhsul arzusu, xoş gün-güzəran istəyi ifadə olunur: Holavar cüt nəğməsi də adlanır. Holavarlar da çox vaxt bayatı kimi yeddi hecalı olsa da, nəğmənin misralarında təkrar olunan "qara kəlim", "qaşqa kəlim", "öküz", "qara öküz", "hodaq", "kotan", "mac", "cüt" və s. söz və ifadələr onu müəyyən etməyə imkan verir: Öküzlər qoşa getdi, Güc vurdu, daşa getdi. Cütün macı qırıldı, Zəhmətin boşa getdi.Qara öküz aranda, Çıxar gün qızaranda, Hodaq murada çatar, Torpaqdan bar alanda.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2019 •••••••••••••••••••• 0.14

holavar sözünün leksik mənası və izahı

  • 1 is. folk. Cütçülərin, əkinçilərin oxuduqları mahnı (şifahi xalq ədəbiyyatı növü). Kotançıların holavarları, otbiçənlərin çobanbayatısı … Budağı valeh etmişdi. Ə.Vəliyev. Kəndin yaxınlığındakı çaylaqlarda çəltik üçün yer əkən cütçülərin holavar səsi də bir tərəfdən yüksəlirdi. Ə.Abasov. □ Holavar çəkmək – bax holavarlamaq. Təcrübəli əkinçilərdən hərəsi bir kotanın dəstəyindən yapışır, cavanlar holavar çəkirdilər. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / holavar

holavar sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. фольк. холавар (одна из разновидностей трудовых песен в азербайджанском устном народном творчестве, исполняемая земледельцами во время пахоты). Holavar çəkmək петь холавар

    Azərbaycanca-rusca lüğət / holavar

holavar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. фолькл. гьалавар (цан цадайбуру, туьрезчийри, лежберри ядай мани); // holavar çəkmək кил. holavarlamaq.

    Azərbaycanca-ləzgicə lüğəti / holavar

holavar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Laçın) əkin vaxtı oxunan mahnı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"holavar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#holavar nədir? #holavar sözünün mənası #holavar nə deməkdir? #holavar sözünün izahı #holavar sözünün yazılışı #holavar necə yazılır? #holavar sözünün düzgün yazılışı #holavar leksik mənası #holavar sözünün sinonimi #holavar sözünün yaxın mənalı sözlər #holavar sözünün əks mənası #holavar sözünün etimologiyası #holavar sözünün orfoqrafiyası #holavar rusca #holavar inglisça #holavar fransızca #holavar sözünün istifadəsi #sözlük