homoseksuallar sözü azərbaycan dilində

homoseksuallar

Yazılış

  • homoseksuallar • 80.8333%
  • Homoseksuallar • 19.1667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Homoseksuallar
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Homoseksualları hərbi xidmətdən azad etmiş ölkələr
=== Ölkələr ===
Rusiyada homoseksualların təqib tarixi
Tarixən Rusiya digər Avropa ölkələrinə nisbətən homoseksuallara qarşı daha dözümlü olub. Dünyəvi cinayət hüququ 18-ci əsrə qədər bu məsələni həll etməmişdir. Rus Pravoslav Kilsəsi eynicinsli əlaqəni (həm qadın, həm də kişi) ciddi günah hesab edirdi, lakin kanon qanunlarına görə, bunun cəzası digər "zina" formaları ilə müqayisə oluna bilər və həmin cəza Qərbi Avropadan daha yumşaq idi. Rusiyada homoseksualizm əleyhinə qanunvericilik ilk dəfə 1706-cı ildə I Pyotr tərəfindən Alman hərbi qaydalarını köçürərək təqdim edilmişdir. Qanun yalnız hərbi qulluqçulara şamil edilirdi və yeni yaradılmış Avropa tipli orduda nizam-intizamın qorunması zərurəti ilə əsaslandırılırdı. Kişi homoseksuallığının kriminallaşdırılmasının ikinci dalğası I Nikolayın mühafizəkar siyasəti və qanunvericilik islahatları çərçivəsində baş verdi. 1835-ci ildə cinayət qanunlarının yeni toplusu qüvvəyə minir. Buraya homoseksualizm əleyhinə məqalə də daxil idi, bu məqalə də Almaniyanın təsiri altında yazılmışdır, lakin homoseksualların təqibi artıq dini əxlaqi əsaslandırmaya malik idi və Rusiya İmperiyasının bütün subyektlərini əhatə edirdi. Bu vəziyyət monarxiyanın süqutuna qədər 82 il davam etdi. Rusiya İmperiyasında lezbiyanlar Finlandiya Knyazlığı istisna olmaqla, qanunla təqib olunmadılar.

"homoseksuallar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#homoseksuallar nədir? #homoseksuallar sözünün mənası #homoseksuallar nə deməkdir? #homoseksuallar sözünün izahı #homoseksuallar sözünün yazılışı #homoseksuallar necə yazılır? #homoseksuallar sözünün düzgün yazılışı #homoseksuallar leksik mənası #homoseksuallar sözünün sinonimi #homoseksuallar sözünün yaxın mənalı sözlər #homoseksuallar sözünün əks mənası #homoseksuallar sözünün etimologiyası #homoseksuallar sözünün orfoqrafiyası #homoseksuallar rusca #homoseksuallar inglisça #homoseksuallar fransızca #homoseksuallar sözünün istifadəsi #sözlük