homoseksuallıq sözü azərbaycan dilində

homoseksuallıq

Yazılış

  • homoseksuallıq • 82.2222%
  • Homoseksuallıq • 17.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Homoseksuallıq
Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik, cazibə və cinsi davranışdır. Homoseksuallıq, bir cinsi oriyentasiya olaraq, "Özü ilə eyni cinsdə olan insanlara davamlı şəkildə göstərilən cinsi və romantik maraq" olaraq təyin edilir. Bu, həmçinin, "Birinin belə maraqlara, davranışa və LGBT icmasının bir hissəsi olaraq özünü şəxsiyyətcə dərk etməsi" kimi başa düşülür. Biseksuallıq və heteroseksuallıqla bərabər, homoseksuallıq cinsi oriyentasiyalar oxunda əsas üç cinsi oriyentasiyadan biridir. Hal-hazırda homoseksuallığın mövcudluğunun səbəbi elmi şəkildə əsaslandıra bilinməsə də, düşünülür ki, bu, insanın öz seçimi deyildir və əsasən genetik, hormonal və ətraf-mühit amillərinin mürəkkəb şəkildə birləşməsindən qaynaqlanan bir amildir. Bu gün homoseksuallığın səbəbləri haqda bir çox teoriya olsa da, alimlər bioloji nəzəriyyəyə əsaslanır. Kişilərdə homoseksuallığın qeyri-sosial, bioloji səbəblərinin olduğunu, və cəmiyyətin təsirindən asılı olmadığını təsdiqləyən bir çox dəlil vardır. Hal-hazırda nə valideyn tərbiyəsinin və uşaqlıqda yaşanan hər hansı bir təcrübənin insanın cinsi oriyentasiyasına təsir etdiyini sübut edən əsaslı dəlil, nə də ki psixoloji müdaxilənin insanın cinsi oriyentasiyasını dəyişə biləcəyini təsdiq edən sübut mövcud deyil. Bir çox insan homoseksuallığın qeyri-təbii olduğunu düşünsələr də, elmi araşdırmaların nəticəsi onu göstərir ki, bu normal və təbiidir, insanın cinsi oriyentasiyalarından bir variasiyadır, və heç bir neqativ psixoloji təsiri özündə daşımır. Homoseksualları tanımlamaq üçün bir çox terminlərdən istifadə edilir.
Azərbaycanda homoseksuallıq
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır. == Qədim dövr == Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı. E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır. Heradot skiflər haqqında yazırdı: "Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar". Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir.
Nasist Almaniyasında homoseksuallıq
Nasist Almaniyasında homoseksuallıq ictimaiyyətin nəzərindən tamamilə uzaqlaşdırılmış və ciddi şəkildə təqib edilmişdir. Veymar Respublikası dövründə çiçəklənən homoseksual subkultura (jurnal və qəzetlər, kafe və barlar, istirahət müəssisələri və tədbirlər) tamamilə məhv edilmişdir. Homoseksual kişilər sistematik olaraq izlənilir və qeydə alınırdı. 1935-ci ildə əhəmiyyətli dərəcədə sərtləşdirilmiş cinayət qanunları kişilər arasında bütün cinsi əlaqəni, hətta birbaşa fiziki təmas olmadan baş verən yaxınlığı da mühakimə edirdi. Və hətta həbs cəzalarını çəkdikdən sonra məhkumlar tez-tez "residiv"in qarşısını almaq üçün "qoruyucu" və ya "profilaktik" həbslər üçün konsentrasiya düşərgələrinə deportasiya edilirdilər. Lesbiyanlar kütləvi təqiblərə məruz qalmasalar da, tez-tez hakimiyyət tərəfindən ayrı-seçkiliyin başqa formaları ilə qarşılaşmışdılar. Tədqiqatçılar nasist Almaniyası tarixində homoseksualların təqib olunduğu üç dövrü ayırırlar. Birinci dövr 1933-cü ildə nasional-sosialistlərin hakimiyyətə gəlməsi ilə başlayır və əxlaq uğrunda ümumi mübarizə, homoseksual subkulturanın tamamilə məhv edilməsi, aktiv anti-homoseksual dövlət təbliğatı və homoseksuallara qarşı ilk fərdiləşdirilmiş terror hadisələri ilə xarakterizə olunur. İkinci dövr 1935-ci ildə kişilər arasında eynicinsli cinsi əlaqəni cinayət hesab edən 175-ci bəndin sərtləşdirilməsi və onların sistematik cinayət təqibinin başlanması ilə əlamətdardır. Son dövr 1940-cı ildən başlayır və SS, vermaxt və polis üzvlərinə qarşı repressiv tədbirlərin artması, habelə həbsxanadan azad edilmiş bütün homoseksual kişilərin konsentrasiya düşərgələrinə kütləvi deportasiyasının başlanması ilə xarakterizə olunur.
Türk ədəbiyyatında homoseksuallıq
Türk ədəbiyyatı içində homoseksualliq (türk. Türk edebiyatında LGBT temaları) mövzuları. Türk ədəbiyyatı içində homoseksualliqla bagli əsər yazanlar: Kamal Tahir, Atilla İlhan, Demir Özlü, Ferit Edgü, Selim İleri, Müdrik Karasu, Ədalət Ağaoğlu, Leyla Erbil, Kamuran Şipal, Fazil Hüsnü Dağlarca kimi yazarlar əsərlərində bu mövzudan yer verən yazilar yazmisdirlar. Kimi az, kimi çox, kimi müəyyən naməlum və kimi də açıq bir şəkildə, homoseksualliga toxunub. Türk ədəbiyyatında, "homoseksualizm" teması normal olaraq 1980-ci illərdən sonra Atilla İlhan'ın "Pis Halde Lemanı adli əsəri ilə baslayir. 2000-ci illərə gələnə qədər keçən müddət ərzində, ağırlıqlı olaraq qadınlar arası cinsi əlaqələr müzakirə edilib.

"homoseksuallıq" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#homoseksuallıq nədir? #homoseksuallıq sözünün mənası #homoseksuallıq nə deməkdir? #homoseksuallıq sözünün izahı #homoseksuallıq sözünün yazılışı #homoseksuallıq necə yazılır? #homoseksuallıq sözünün düzgün yazılışı #homoseksuallıq leksik mənası #homoseksuallıq sözünün sinonimi #homoseksuallıq sözünün yaxın mənalı sözlər #homoseksuallıq sözünün əks mənası #homoseksuallıq sözünün etimologiyası #homoseksuallıq sözünün orfoqrafiyası #homoseksuallıq rusca #homoseksuallıq inglisça #homoseksuallıq fransızca #homoseksuallıq sözünün istifadəsi #sözlük