* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər. hoqqa və fars. …baz] 1. Əl cəldliyi ilə cürbəcür oyunlar göstərən adam, hoqqa çıxardan; oyunbaz. Şad günümüzdə … bizə mütrüblər, hoqqabazlar, kəndirbazlar, meymunoynadanlar, ayıoynadanlar göndərir. Ə.Haqverdiyev. [Mirzə Qulam] …özünə xam məclis tapmış hoqqabazlar kimi sevinə-sevinə danışdı… Mir Cəlal. 2. məc. Kələkbaz, fırıldaqçı, haramzadə. [Nəbi:] Vəfalı oğlundan şübhə yaramaz! Yəqin yalan satıb sənə hoqqabaz. S.Rüstəm.
Azərbaycan dilinin izahlı lüğəti / hoqqabaz4 1. HOQQABAZ [Nəbi:] Vəfalı oğlundan şübhə yaramaz! Yəqin yalan deyib sizə hoqqabaz (S.Rüstəm); KOSA Kosanın başında bir keçə papaq; Zınqırov da asıb lap kəlləsindən (S.Vurğun); MƏZHƏKƏÇİ Mayor: Məzhəkəçi dost, deyəsən ayaqların sözünə baxmır (R.Rza); OYUNBAZ Muxtar: Onu Şahini qovacağam. Oyunbazın, artistin birisi... (B.Bayramov); TƏLXƏK Məsumə: Burax onu getsin, təlxəyin birisidir, dilinə dil çatdıra bilməz (B.Bayramov). 2. hoqqabaz bax fırıldaqçı
Azərbaycan dilinin sinonimlər lüğəti / hoqqabaz1 HOQQABAZ – MƏRD Hoqqabazdır, gündə bir oyun çıxardır. Bir tanışdır, bizim fəhlədir; Ancaq dərrakəli, mərddir, zirəkdir (S.Vurğun).
Azərbaycan dilinin antonimlər lüğəti / hoqqabaz1 1. жонглер, фокусник, фигляр, паяц; 2. перен. плут, мошенник, аферист;
Azərbaycanca-rusca lüğət / hoqqabaz2 сущ. фокусник, трюкач: 1. артист, показывающий фокусы, жонглёр 2. перен. тот, кто склонен к трюкачеству
Azərbaycanca-rusca lüğət / hoqqabaz1 is. 1) jongleur m, bouffon m, clown \klun\] m ; 2) məc. coquin m, fripon m ; filou m, escroc m ; affairiste m
Azərbaycanca-fransızca lüğət / hoqqabaz1 [ər. hoqqa və fars. ...baz] сущ. 1. кьуьруькчи; 2. пер. къабачи, гьиллебаз, гьарамзада.
Azərbaycanca-ləzgicə lüğəti / hoqqabaz