hökumətlər sözü azərbaycan dilində

hökumətlər

Yazılış

  • hökumətlər • 87.5306%
  • Hökumətlər • 12.4694%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. == Haqqında == Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. === İstiqlaliyyəti Bəyanatı === Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel(ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır. İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır. İDHP hər hansı bir tədqiqat apamır və ya iqlimə bağlı məlumatları və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı — İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) son belə hesabatı. Əvvəlkidən yeddi il sonra dərc edilir. Əvvəlki beşinci qiymətləndirmə hesabatı 2013–2014-cü illərdə dərc edilir. Altıncı qiymətləndirmə dövrü 2015-ci ildə iqlim dəyişikliyi üzrə Paris Sazişinin qəbulundan sonra ilk hesabat seriyası idi. Hesabata 67 ölkədən 270-dən çox alim öz töhfəsini verib. Готовился он с 2016 года, должен быть полностью закончен в 2022-м (с публикацией обобщающего доклада). O 2016-cı ildən hazırlanır və 2022-ci ildə tam başa çatdırılmalıdır (ümumi hesabatın dərci ilə). 2018-ci ilin əvvəlində İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel "Qlobal istiləşmə 1,5 °C" adlı xüsusi hesabat dərc etmişdi ki, burada planet artıq 1°C-lik qlobal istiləşmədən əziyyət çəkir və niyə istiləşməni 1,5°C-ə qədər məhdudlaşdırmaq lazımdır. İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatına görə, dünya artıq ekstremal iqlim dəyişikliyindən qaçmaq iqtidarında deyil: 2020-ci illərdə karbon qazı və digər istixana qazları emissiyalarında əhəmiyyətli azalmalar baş vermədikdə qlobal istiləşmə 1,5 °C və 2°C-dən çox olacaq. Qeyd edildiyi kimi, 2021-ci ildə "Niyə və nə baş verir?" sualına cavab verən iqlim dəyişikliyinin fiziki əsaslarına dair bir cild nəşr olunur.

"hökumətlər" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hökumətlər nədir? #hökumətlər sözünün mənası #hökumətlər nə deməkdir? #hökumətlər sözünün izahı #hökumətlər sözünün yazılışı #hökumətlər necə yazılır? #hökumətlər sözünün düzgün yazılışı #hökumətlər leksik mənası #hökumətlər sözünün sinonimi #hökumətlər sözünün yaxın mənalı sözlər #hökumətlər sözünün əks mənası #hökumətlər sözünün etimologiyası #hökumətlər sözünün orfoqrafiyası #hökumətlər rusca #hökumətlər inglisça #hökumətlər fransızca #hökumətlər sözünün istifadəsi #sözlük