höküməti sözü azərbaycan dilində

höküməti

Yazılış

  • höküməti • 93.5437%
  • Höküməti • 6.4563%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dağıstan höküməti
Dağıstan höküməti — 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmış hökumət. Dağıstan vilayəti Rusiya imperiyasının Şimali Qafqazı işğalı zamanı Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə uyğun olaraq yaradılmışdı. == Yaranması == 1919-cu ilin yazında Dağıstan vilayətində yaradılmışdır.Qafqaz canişininin 1860-cı il aprelin 5-də təsdiq etdiyi "Dağıstan vilayətinin idarə edilməsi haqqında əsasnamə"yə əsasən yaradılmışdı.Vilayətin əhalisi 1917-ci ilin sonunda, Sovet Rusiyasının bolşevik hakimiyyətini qəbul etməyərək, Şimali Qafqazın digər xalqları, ilk növbədə Terek vilayətinin əhalisi ilə birlikdə müstəqil dövlət yaratmaq uğrunda mübarizəyə qalxdı.1918-ci il mayın 11-də Dağıstan və Terek vilayətlərinin əhalisini təmsil edən ictimai xadimlər Şimali Qafqaz Dağlılar Xalqları İttifaqı Respublikası (Dağlılar Respublikası) yaradılmasını elan etdilər.Elə bu zamandan bu respublikanın Azərbaycanla sıx ittifaq yaratması, hətta bir dövlətdə birləşməsi təklifləri irəli sürülməyə başlandı. == Azərbaycanla ilə əlaqələri == 1919-cu il aprelin əvvəlində Denikin Könüllü ordusu Terek vilayətini işğal etdikdən sonra, Dağıstanda artıq süqut etməkdə olan Dağlılar Respublikasından ayrılıb Azərbaycana birləşmək ideyası sürətlə yayılmağa başladı.Dağıstanın ictimai xadimləri Azərbaycan Xalq Cümhuriyyətinin Dağlılar Respublikasındakı diplomatik nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevə müraciətlər edərək, bu haqda Azərbaycan hökumətinin prinsipial razılıq verməsini xahiş etdilər.Haqverdiyevin aprelin 15-də xarici işlər naziri Məmməd Yusif Cəfərova göndərdiyi məlumatda bildirilirdi ki, Dağıstanın 10 dairəsindən 4-ü açıq şəkildə Azərbaycana birləşmək tərəfdarıdır, qalanları isə bunu gizlində arzu edirdilər.Dağıstanlı zabitlər, o cümlədən Dağlılar hökumətində hərbi nazirin müavini olmuş general M.Xəlilov da bu mövqedən çıxış edirdilər. == Diplomatik münasibətlər == Denikin ordusunun cənuba doğru irəliləməsi ilə əlaqədar Dağıstanda Azərbaycana birləşmək tərəfdarları da sürətlə artırdı.Kürə, Qaytaq, Tabasaran, Avar və Dərbənd bölgələrini təmsil edən nümayəndələr tarixən, həm də iqtisadi cəhətdən Azərbaycanla sıx bağlı olduqlarını bildirir və siyasi ittifaq yaradılmasını zəruri sayırdılar.Aprelin 29-da Temirxan-Şurada Dağıstanın Azərbaycana birləşdirilməsi məsələsi Dağlılar parlamenti üzvlərinin, zabitlərin, ruhanilərin və ziyalıların birgə iclasında müzakirə edildi.Zabitlər Denikinə qarşı mübarizənin davam etdirilməsini və hərbi əməliyyatlar başa çatdıqdan sonra Dağıstanla Azərbaycanın federasiya və ya konfederasiya formasında birləşməsini təklif etdilər.Dağıstan deputatlarının lideri Məhəmməd Qazi Dibirov, nüfuzlu din xadimi Şeyx Uzun Hacı da bu təklifə tərəfdar çıxdılar. 1919-cu il mayın 5-də Bakıdakı müttəfiq qoşunlarının komandanı general Tomson da Fətəli xan Xoyski ilə görüşündə Dağıstanın iqtisadi, topoqrafik və digər cəhətlərdən Azərbaycanla bağlı olduğuna görə, onun Azərbaycan Xalq Cümhuriyyətinə birləşdirilməsini labüd saymışdı. == Hökumətin süqutu == Dağıstanın öz taleyini Azərbaycanla bağlamaq üçün addımlar atması, müttəfiqlərin bu məsələyə müsbət yanaşması Denikinin bölgədə fəallaşmasına, təxribatçılıq fəaliyyətini gücləndirməsinə səbəb oldu. Əhalinin rəğbətini qazanmaq üçün Dağıstana yerli özünüidarəçilik verilməsi vəd edildi, Denikin ordusunun bölgədə başlıca vəzifəsinin bolşeviklərlə mübarizə olduğu bildirildi. Yüksək rütbəli dağlı zabitərinin Şimali Qafqazın müsəlman bölgələrinin idarəsinə cəlb edilməsi isə zabit heyətinin mövqeyində dəyişiklik yaratdı. Belə bir şəraitdə mayın 12-də Pşemaxo Kotsevin başçılıq etdiyi Dağlılar hökuməti istefa verdi.Parlament zabitlərin təzyiqi ilə yeni hökumətin təşkilini general M.Xəlilova tapşırdı.General Xəlilov Denikinin nümayəndəsi ilə danışıqlara girdi, Dağlılar Respublikası hökumətini buraxdı və ayrıca Dağıstan hökuməti yaradıldığını elan etdi.
Zakaspi höküməti
Zakaspi höküməti — 1917-ci il Oktyabr çevrilişindən sonra Mərkəzi Asiyada yaradılmış hökumət. == Tarixi == 1918-ci il iyulun 11-də Aşqabadda Zakaspi vilayətinin Müvəqqəti İcraiyyə Komitəsi - Zakaspi Müvəqqəti Hökuməti təşkil edildi. Hökumətin sədri F.A.Funtikov seçildi. İyulun 21-də Zakaspi vilayəti ərazisində eser-menşevik tətil komitələrinin diktaturası qurulmuşdu. Zakaspi hökuməti sovet hakimiyyətinə və bolşeviklərə qarşı qəti mübarizə xətti yeridirdi. Zakaspi hökumətinin 1918-ci il avqustun 19-da İrandakı ingilis qüvvələrinin nümayəndəsi ilə bağladığı müqaviləyə əsasən. bölgəyə ingilis amerikan hərbçiləri yeridildi. Bu qüvvələrin yardımı ilə Qırmızı ordu hissələri məğlubiyyətə uğradıldı, Mərvdə bolşeviklərin yaratdığı Türküstan Xalq Respublikası aradan qaldırıldı. Zakaspi hökuməti Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti ilə münasibətlər qurmağa çalışırdı. Cümhuriyyət hökuməti 1919-cu il fevralın 12-də Zakaspi hökuməti ilə əlaqə yaradıb, danışıqlara girmək barədə müvafiq nazirliklərə tapşırıq verdi.
Naxçıvan məhəlli höküməti
Naxçıvan məhəlli hökuməti və ya Naxçıvan yerli hökuməti — Birinci Dünya müharibəsinin son dövründə, Rusiyada inqilablar nəticəsində mərkəzi hakimiyyət böhranının yarandığı və ermənilərin azərbaycanlılara kütləvi hücumlarının yaşandığı dövrdə Naxçıvan qəzasında yerli azərbaycanlılar tərəfindən formalaşdırılmış hökumət. Hökumət 1918-1919-cu illərdə mövcud olmuşdur. == Tarixi == Osmanlı imperiyasının İrəvan quberniyasının cənubunda öz hakimiyyətini təsis etməsndən qısa müddət sonra Osmanlı zabiti Sürəyya bəy Naxçıvan qəzasının rəhbəri təyin edildi. Batum müqaviləsinə əsasən bu bölgələr Osmanlı imperiyasına birləşdirildikdən sonra Sürəyya bəy Xaliq Turqut bəy tərəfindən əvəz edildi. Turqut bəydən onu bu vəzifədə əvəz edən Əli Şəfiq bəy Mudros müqaviləsi ilə Osmanlı ordusunun bölgədən ayrılmasına qədər Naxçıvanın rəisi vəzifəsini iicra etdi. 1918-ci ilin noyabrında Osmanlı ordusunun bölgədən evakuasiyasının başladılmasından sonra Osmanlı ordusunun IX bölməsinin rəhbəri Şevki Paşa yerli azərbaycanlı elitlərdən biri olan Mirzə Nəsrullah bəy Əmirovu yerli hökumətin rəhbəri təyin etmək barədə qərar verdi. Dekabr hadisələrindən sonra Naxçıvan hökuməti Araz Türk Respublikası ilə üstüörtülü mübahisə içində olan Naxçıvan xanları ilə birlikdə tədricən bütün hakimiyyəti öz əllərinə cəmləşdirdi. Dekabr ayının sonlarında Mirzə Nəsrullah bəy Hacı Mehdi Bağırov ilə əvəz edildi. 4 yanvar 1919-cu ildə Naxçıvan hökuməti Naxçıvan Milli Şurasının formalaşdırılmasın a başladı. Şuraya Şərur-Naxçıvan bölgəsinin hər birindən 5 nümayəndə daxil idi.
Azərbaycan Milli Höküməti
Azərbaycan Milli Hökuməti (abr. AMH; az.-əski. آذربایجان میلی حوکومتی‎, fars. حکومت خودمختار آذربایجان‎, rus. Азербайджанское народное правительство, translit. Azerbaycanskoye narodnoye pravitelstvo) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur. == SSRİ qoşunlarının İrana daxil olması == İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu.
Azərbaycan Xalq Cümhuriyyətinin höküməti
Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri — Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. == Haqqında == Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. === İstiqlaliyyəti Bəyanatı === Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi.
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu
Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qanunvericilik və binagüzarlıq sənədlərinin dərc olunduğu toplu. == Yaradılması == "Məcmuə"ni nəşr etmək üçün Azərbaycan Hökumətinin 1919 il iyunun 25-də qəbul etdiyi qərarla "AzərbaycanCümhuriyyəti Hökumətinin xəbərləri" nəşriyyatı yanında xüsusi şöbə yaradılmışdı. Həmin şöbə "Metropol" mehmanxanasında (indiki Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi) yerləşdirilmişdi. == Nəşri == Azərbaycan Xalq Cümhuriyyəti dövründə "Məcmuə"-nin Azərbaycan və rus dilləridə ayrı-ayrılıqda 4 nömrəsi nəşr olunmuşdur. "Məcmuə"nin ilk nömrəsi 1919 il noyabrın 15-də, son nömrəsi isə 1920 il yanvarın 1-də buraxılmışdır. Buraya Azərbaycan Milli Şurası və Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918 il mayın 28-dən həmin ilin oktyabrın 31 -nə qədər qəbul olunmuş 298 qanunvericilik və binagüzarlıq sənədi daxil edilmişdir. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökümətinin qanun və binagüzarlıq toplusu maddəsi.
Azərbaycan Cümhuriyyəti hökümətinin xəbərləri qəzeti
Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri qəzeti, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin rəsmi orqanı. == Yaradılması == "Azərbaycan Cümhuriyyəti Hökumətinin xəbərləri"nin nəşrinə başlamaq haqqında qərar 1918 il iyulun 3-də qəbul edilmişdir. "Xəbərlər"in avadanlıqla təminatı ərzaq nazirliyinə, nəşri Xalq Maarifi Nazirliyinə həvalə edilmişdi. İlk nömrəsi 1919 il yanvarın 25-də çıxmışdır. 1919 il iyulun 19-dan həftədə bir, 1920 il yanvarın 1-dən isə həftədə iki nömrəsi Azərbaycan və rus dillərində buraxılırdı. == Mahiyyəti == "Xəbərlər"də, əsasən, Hökumətin qərarları, nazirliklərin sərəncam, əmr və təlimatları, ayrı-ayrı şəxslərin vəzifəyə təyin və ya azad edilmələri barədə məlumatlar, elanlar və s. dərc edilirdi. == Həmçinin bax == Azərbaycan Xalq Cümhuriyyətində mətbuat Azərbaycan Xalq Cümhuriyyəti == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Azərbaycan Cümhuriyyəti hökumətinin xəbərləri maddəsi.

"höküməti" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#höküməti nədir? #höküməti sözünün mənası #höküməti nə deməkdir? #höküməti sözünün izahı #höküməti sözünün yazılışı #höküməti necə yazılır? #höküməti sözünün düzgün yazılışı #höküməti leksik mənası #höküməti sözünün sinonimi #höküməti sözünün yaxın mənalı sözlər #höküməti sözünün əks mənası #höküməti sözünün etimologiyası #höküməti sözünün orfoqrafiyası #höküməti rusca #höküməti inglisça #höküməti fransızca #höküməti sözünün istifadəsi #sözlük