Hörmətli sözü azərbaycan dilində

Hörmətli

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Hörmətli • 74.9993%
  • hörmətli • 24.9763%
  • HÖRMƏTLİ • 0.0189%
  • HÖrmətli • 0.0054%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hörmətli fahişə
Hörmətli fahişə və ya Səxavətli fahişə (fr. La Putain respectueuse) — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir. Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir. İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi. Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi.

hörmətli sözünün leksik mənası və izahı

  • 1 sif. Hörməti olan, hörmətə layiq olan; möhtərəm, sayğılı. Hörmətli şəxs. Hörmətli müəllimimiz. – Hər igid hörmətlidir; Mərd insanlar içində; İlk sırada dayanan qəhrəmanlar içində. R.Rza. // Hörmətlə müraciət zamanı işlənir. Hörmətli vətəndaş. Hörmətli yoldaşlar. Hörmətli dost.

    Azərbaycan dilinin izahlı lüğəti / hörmətli

hörmətli sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ehtiramlı — möhtərəm — şərəfli

    Azərbaycan dilinin sinonimlər lüğəti / hörmətli
  • 2 HÖRMƏTLİ (hörmətə layiq) [Fəxrəddin:] Hər nə qiymətə olursa olsun, bu xələti də haman hörmətli qadın üçün hədiyyə alacağam (M.S.Ordubadi); MÖHTƏRƏM Salar; Sərdarın qonağı bizim də möhtərəm qonağımızdır (M.S.Ordubadi); NÜFUZLU Məsmə: ..Onlar kənddə nüfuzlu, kəramət sahibi seyidlər hesab olunurdular (S.Hüseyn); URVATLI Qarakişi: ..Ölüsü də urvatlı (B.Bayramov); İZZƏTLİ, SAYĞILI.

    Azərbaycan dilinin sinonimlər lüğəti / hörmətli

hörmətli sözünün rus dilinə tərcüməsi

  • 1 почтенный, уважаемый, многоуважемый, чтимый, респектабельный

    Azərbaycanca-rusca lüğət / hörmətli
  • 2 прил. 1. уважаемый, многоуважаемый, почтенный. Hörmətli müəllimimiz наш уважаемый учитель, hörmətli alim уважаемый учёный 2. уважаемый, многоуважаемый (употребляется при обращении). Hörmətli yoldaşlar! уважаемые товарищи! hörmətli redaksiya! уважаемая редакция! 3. высокий, почётный. Hörmətli qonaq высокий (уважаемый) гость

    Azərbaycanca-rusca lüğət / hörmətli

hörmətli sözünün inglis dilinə tərcüməsi

hörmətli sözünün fransız dilinə tərcüməsi

hörmətli sözünün ləzgi dilinə tərcüməsi

hörmətli sözünün türk dilinə tərcüməsi

"hörmətli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hörmətli nədir? #hörmətli sözünün mənası #hörmətli nə deməkdir? #hörmətli sözünün izahı #hörmətli sözünün yazılışı #hörmətli necə yazılır? #hörmətli sözünün düzgün yazılışı #hörmətli leksik mənası #hörmətli sözünün sinonimi #hörmətli sözünün yaxın mənalı sözlər #hörmətli sözünün əks mənası #hörmətli sözünün etimologiyası #hörmətli sözünün orfoqrafiyası #hörmətli rusca #hörmətli inglisça #hörmətli fransızca #hörmətli sözünün istifadəsi #sözlük