hüceyrələr sözü azərbaycan dilində

hüceyrələr

Yazılış

  • hüceyrələr • 94.2857%
  • Hüceyrələr • 5.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kök hüceyrələr
Kök hüceyrələr başqa cür hüceyrələrə differsiasiya edə bilən hüceyrələrə deyilir. Onlar həmçinin bölünərək özlərinə bənzər kök hüceyrələr yarada bilərlər. Bu hüceyrələr həmçinin sütun və ya kötük hüceyrələri də adlanır. Sütun hüceyrələrin texnologiyası hüceyrələrin inkişafı və differensiasiyası proseslərinin qəbul olunmuş ənənəvi formasından tamamilə fərqlənir. Bu hüceyrələr vasitəsilə ayrı-ayrı hüceyrələrin, toxumaların və hətta tam bir orqanizmin klonlaşdırılması mümkündür. Normal kök hüceyrələrində telomeraza fəallığı vardır. == Tarixi == Kök hüceyrələrin öyrənilməsi təqribən 40 il bundan əvvəl başlamışdır. 1978: İnsanın göbək ciyəsindən alınmış qanda kök hüceyrələri kəşf olundu. 1981: Siçanın erkən embrion mərhələsindən ilk dəfə embrional kök hüceyrələri alındı. 1995: İlk dəfə primatlardan kök hüceyrələr alındı.
Stromal hüceyrələr
Stromal hüceyrələr və ya mezenximal stromal hüceyrələr, sümük iliyində bol olan, lakin bütün bədəndə də görünə bilən fərqli hüceyrələrdir. Stromal hüceyrələr uşaqlığın selikli qişası ( endometrium ), prostat , sümük iliyi , limfa düyünləri və yumurtalıq kimi istənilən hüceyrə orqanının birləşdirici toxumasında görünə bilər . Onların funksiyasını dəstəkləyən hüceyrələr parenximada bu orqanın hüceyrələridir . Ən çox yayılmış stromal hüceyrələr fibroblastlar və perisitlərdir . Atama stromal Latın stromat- , "Yataq dəsti " və Qədim Yunan rō̂ma, stroma , "Yataq" sözlərindən gəlir. Stromal hüceyrələr bədənin toxunulmazlığının vacib hissəsidir və iltihabı bir çox cəhətdən modulyasiya edir. Onlar hematopoetik hüceyrələrin differensasiyasına və lazımi qan elementlərinin formalaşmasına kömək edir. Stromal hüceyrələr və şiş hüceyrələri arasındakı qarşılıqlı əlaqənin xərçəngin böyüməsində və inkişafında böyük rol oynadığı bilinir . Bundan əlavə, yerli sitokin şəbəkələrini (məsələn , M-CSF , LIF ) tənzimləyərək, insanlarda sümük iliyinin stromal hüceyrələrinin iştirak etdiyi hematopoez və iltihabi proseslər təsvir edilmişdir . Böyümə faktorlarının epidermisə (dərinin üst təbəqəsi ) stromal hüceyrələrə bitişik (dermis qatında) salınmasına kömək edən hüceyrənin bölünməsi .
Təqlidçi hüceyrələr
AYNA NEYRONLARI (Təqlidçi hüceyrələr) 1990-cu ildə elm adamları məməlilərdə beynin necə işlədiyini, şərtləndiyini, öyrəndiyini və bir şeyə qarşı niyə maraq duyduğunu bilmək üçün bir çox tədqiqatlar aparmışdılar. Bunlardan birində meymunların beyninə elektrik voltlarını qeyd edən elektrodlar yerləştirdilər. Daha sonra meymunlara yemək üçün banan verdilər. Elm adamları, meymunların bananları yediyi zamanda beyinlərinin bəzi bölgələrində (premotor korteksdə F5 nahiyəsi və Broca sahəsində ) elektriklənmələr olduğunu müşahidə etdilər. Daha sonra bir tədqiqatçı meymunun qarşısında iştahala banan yeməyə başlayanda, meymun banan yemədiyi halda, sanki banan yeyirmiş kimi beynindən yüksək voltlarda elektriklənmə başladı. Bir başqası eyni işi edərkən, beyindəki eyni mərkəzə aid bənzər bir qrup neyronda elektrik fəaliyyətləri artmağa başladı.(lakin hərəkət etdiklərində baş verən elektrik fəaliiyətlərindən biraz az). Bioloji bir qaynaq xaricində, bəzi hisslər (iştaha, şəhvət, və s.) təspit etmədiyimiz bir yol ilə meymunları, insanları ve quşları qarşısındakını təqlid etməyə məcbur edirdi. Nəticədə "ayna neyron "lar bir sözlə "təqlidçi neyron"lar adı verilən bəzi beyin hüceyrələri də aktiv vəziyyətə keçirdi. Ayna neyronlar, əsasən eşitmə və görmə olmaq üzrə bütün duyğular vasitəsiylə, xarici dünyadan gələn siqnalları alıb, sanki onların surətini saxlayan hüceyrələrdir. Bu neyronlar təqlid etmə və qarşıdakını öyrənmə kimi bir müddətdə özlərinə verilmiş rolu həssas bir şəkildə əks etdirir və adamı əlində olmadan təqlidə meyilli hala gətirməkdədir.
Merkel hüceyrələri
Merkel hüceyrələri, eyni zamanda Merkel-Ranvier hüceyrələri və ya toxunma epiteliya hüceyrələri onurğalıların dərilərində yer alan xəfif təmas hissi üçün lazım olan, oval formalı mexanoreseptorlardır. İnsanların barmaq ucları kimi olduqca həssas dəridə sıx olaraq mövcuddur və somatosensor gətirici sinirlərlə sinaptik bağlantı qurarlar. Geniş yayılmasa da, bu hüceyrələr bədxassəli ola bilər, aqressiv və müalicəsi çətin dəri xərçəngi növü olan merkel hüceyrə karsinoması yarada bilər.Hər nə qədər sinir darağı (neural crest) mənşəli, olduqları bilinsə də son zamanlarda məməlilər üzərində edilən təcrübələr əslində epitel mənşəli olduqlarını göstərmişdir. == Strukturu == Merkel hüceyrələri bütün onurğalıların dərisində və selikli qişanın bəzi hissələrində mövcuddur. Məməli dərisində epidermisin bazal qatında təxmini 10 μm diametrli hüceyrələr kimi görünürlər. Həmçinin ayaqaltı səthində rete uzantıları olaraq da adlandırılan epidermis uzantılarında da mövcuddur. Əsasən sensor sinir ucları ilə əlaqələndirilir və merkel sinir ucu olaraq adlandırılırlar. Onlar yavaş uyğunluq göstərən (SA1) somatosensor sinir lifləri ilə əlaqələndirilir. Yavaş titrəşimlərə (5–15 Hz) və formal, kənar kimi dərin statik təmaslara reaksiya verirlər. Kiçik aşkarlama sahələri səbəbi ilə daha çox barmaq ucları kimi bölgələrdə mövcuddur və xaricdən örtülməmiş olmadığı üçün uzun davamiyyətli təzyiqlərə reaksiya verirlər.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Təbii killer hüceyrələri
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.29 dəfə / 1 mln.
2004 ••••• 0.67
2005 ••••••••• 1.35
2006 ••••••••• 1.35
2007 •••••••••••••••••••• 3.17
2008 •••• 0.49
2009 ••••• 0.64
2010 •••••••••• 1.54
2011 ••••••••••• 1.72
2012 •••••••••••••••• 2.50
2013 •••••••••• 1.46
2014 •••••••• 1.20
2015 ••••••• 1.02
2016 ••• 0.35
2017 ••••• 0.65
2018 ••••• 0.75
2019 •••••• 0.83
2020 •••••••• 1.19

"hüceyrələr" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüceyrələr nədir? #hüceyrələr sözünün mənası #hüceyrələr nə deməkdir? #hüceyrələr sözünün izahı #hüceyrələr sözünün yazılışı #hüceyrələr necə yazılır? #hüceyrələr sözünün düzgün yazılışı #hüceyrələr leksik mənası #hüceyrələr sözünün sinonimi #hüceyrələr sözünün yaxın mənalı sözlər #hüceyrələr sözünün əks mənası #hüceyrələr sözünün etimologiyası #hüceyrələr sözünün orfoqrafiyası #hüceyrələr rusca #hüceyrələr inglisça #hüceyrələr fransızca #hüceyrələr sözünün istifadəsi #sözlük