hüceyrələri sözü azərbaycan dilində

hüceyrələri

Yazılış

  • hüceyrələri • 98.6618%
  • Hüceyrələri • 1.3382%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Merkel hüceyrələri
Merkel hüceyrələri, eyni zamanda Merkel-Ranvier hüceyrələri və ya toxunma epiteliya hüceyrələri onurğalıların dərilərində yer alan xəfif təmas hissi üçün lazım olan, oval formalı mexanoreseptorlardır. İnsanların barmaq ucları kimi olduqca həssas dəridə sıx olaraq mövcuddur və somatosensor gətirici sinirlərlə sinaptik bağlantı qurarlar. Geniş yayılmasa da, bu hüceyrələr bədxassəli ola bilər, aqressiv və müalicəsi çətin dəri xərçəngi növü olan merkel hüceyrə karsinoması yarada bilər. Hər nə qədər sinir darağı (neural crest) mənşəli, olduqları bilinsə də son zamanlarda məməlilər üzərində edilən təcrübələr əslində epitel mənşəli olduqlarını göstərmişdir. Merkel hüceyrələri bütün onurğalıların dərisində və selikli qişanın bəzi hissələrində mövcuddur. Məməli dərisində epidermisin bazal qatında təxmini 10 μm diametrli hüceyrələr kimi görünürlər. Həmçinin ayaqaltı səthində rete uzantıları olaraq da adlandırılan epidermis uzantılarında da mövcuddur. Əsasən sensor sinir ucları ilə əlaqələndirilir və merkel sinir ucu olaraq adlandırılırlar. Onlar yavaş uyğunluq göstərən (SA1) somatosensor sinir lifləri ilə əlaqələndirilir. Yavaş titrəşimlərə (5–15 Hz) və formal, kənar kimi dərin statik təmaslara reaksiya verirlər.
Qan hüceyrələri
Qan hüceyrələri - Eritrositlər (qırmızı qan hüceyrələri), leykositlər (ağ qan hüceyrələri) və trombositlərdir. Hüceyrələrin 99 % -dən çoxunu eritrositlər meydana gətirər. Eritrositlər qanın oksigen daşıyan hüceyrələridir. Leykositlər bədəni infeksiyalara və xərçəngə qarşı qoruyan hüceyrələrdir. Trombositlər isə [[qanın laxtalanması] nda iştirak edirlər.
Təbii killer hüceyrələri
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.

"hüceyrələri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#hüceyrələri nədir? #hüceyrələri sözünün mənası #hüceyrələri nə deməkdir? #hüceyrələri sözünün izahı #hüceyrələri sözünün yazılışı #hüceyrələri necə yazılır? #hüceyrələri sözünün düzgün yazılışı #hüceyrələri leksik mənası #hüceyrələri sözünün sinonimi #hüceyrələri sözünün yaxın mənalı sözlər #hüceyrələri sözünün əks mənası #hüceyrələri sözünün etimologiyası #hüceyrələri sözünün orfoqrafiyası #hüceyrələri rusca #hüceyrələri inglisça #hüceyrələri fransızca #hüceyrələri sözünün istifadəsi #sözlük