Hüseynzadə sözü azərbaycan dilində

Hüseynzadə

Yazılış

  • Hüseynzadə • 99.7591%
  • HÜSEYNZADƏ • 0.2409%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hüseynzadə
Hüseynzadə — Azərbaycanlı soyadı.
Elgiz Hüseynzadə
Elməddin Hüseynzadə
Fərid Hüseynzadə
Gülnar Hüseynzadə
Gülnar Hüseynzadə (azərb. Hüseynzadə Gülnar Cabbar qızı;‎13 may 1953, Bakı – 10 mart 2021) — Azərbaycan dilçisi, pedaqoq, pedaqoji elmlər doktoru, professor == Həyatı və yaradıcılığı == Gülnar Cabbar qızı Hüseynzadə 13 may 1953-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1960—1970-ci illərdə Bakı şəhərində 23 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İstitutunun Qərbi Avropa Dilləri fakültəsinin ingilis dili bölməsinə qəbul olunmuş və 1974-cü ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1976—1980-cı illərdə Leninqrad Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsil aldığı zaman tədqiqat obyekti kimi seçdiyi xarici dillərin metodikası ilə ciddi məşğul olmağa başlamış, topladığı zəngin materiallar əsasında 1989-cu ildə Leninqradda «Совершенствование лексико-синтаксической стороны устной английской речи на старших курсах в национальной аудитории языкового вуза» mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. O, 1980—1989-cu illərdə Azərbaycan Xarici Dillər İnstitutunda İngilis dilinin leksikası kafedrasında saat¬hesabı müəllim, 1989-1991-ci illərdə Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, 1991-ci ildən baş müəllim vəzifələrində işləmişdir. Gülnar Hüseynzadə dünyanın bir çox universitetlərində keçirilən beynəlxalq konfranslara qatılmış, 2010—2014-cü illərdə “Tempus” proqramı çərçivəsində müxtəlif ölkələrdə (Birləşmiş Krallıq, Türkiyə) keçirilən peşəkar səviyyəli seminarların fəal iştirakçısı və məruzəçisi olmuşdur. Onun «Методические рекомендации по обучению английским многозначным словам в азербайджанской аудитории языкового вуза» adlı kitabı 1994-cü ildə, yuxarı kurs tələbələri üçün yazdığı “Communicate” kitabı 2012-ci ildə, «Обучение речевой коммуникации на иностранном языке» adlı kitabı 2000-ci ildə “Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Gülnar xanım orta məktəblər üçün dərsliklər yazılması prosesində də fəal iştirak etmişdir. Onun R.Əliyeva, A.Rasulova, N.Əliyeva ilə birlikdə orta məktəblərin V sinifləri üçün tərtib etdikləri “English”adlı dərslik 2002-ci ildə çapdan çıxmışdır. O, 2004-cü ildə «Лингво-дидактический анализ речевой коммуникации на английском языке» adlı doktorluq dissertasiya müdafiə edərək pedaqoji elmlər doktoru elmi dərəcəsi almışdır.
Hüseyn Hüseynzadə
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Həmidağa Hüseynzadə
Həmidağa Bağı oğlu Hüseynzadə (13 avqust 1990, Bakı – 28 sentyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Həmidağa Hüseynzadə 1990-cı il avqustun 13-də Bakı şəhərində anadan olub. 1997-2008-ci illərdə 54 saylı tam orta məktəbdə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Ailəli idi. Bir qız övladı yadigar qaldı. == Hərbi xidməti == Həmidağa Hüseynzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Həmidağa Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Kəlbəcər rayonunda, Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Həmidağa Hüseynzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Həmidağa Hüseynzadə "Qarabağ" ordeni ilə təltif edildi.
Lətif Hüseynzadə
Hüseynzadə Lətif Talıb oğlu (24 aprel 1903, Naxçıvan – 11 iyul 2008, Bakı) — ədəbiyyatşünas, maarif xadimi, "İstiqlal" ordenli, Azərbaycanın əməkdar müəllimi. == Həyatı == Lətif Hüseynzadə 1903-cü il aprelin 24-də Naxçıvan şəhərində anadan olmuşdur. Burada "Xeyriyyə" və "Rüşdiyyə" adlanan dini mədrəsələri bitirdikdən sonra Naxçıvan Müəllimlər Seminariyasında təhsil almışdır (1922-1925). Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilini davam etdirmişdir (1925-1930). Əmək fəaliyyətinə İrəvan Türk Müəllimlər Seminariyasında Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlamışdır (1930-1936). Naxçıvan Pedaqoji Texnikumunda müəllim, dərs hissə müdiri (1936-1940), C.Məmmədquluzadə adına Naxçıvan Müəllimlər İnstitutunda müəllim, dosent, kafedra müdiri, direktor (1940-1954), Azərbaycan Elmlər Akademiyasının Naxçıvan filialında elmi işçi, daha sonra direktor (1950-1951), Azərbaycan Elmi-Tədqiqat Pedaqogika İnstitutunda dil-ədəbiyyat metodikası şöbəsinin müdiri (1954-1957), İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində dosent (1957-1968), Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda dosent (1968-1976) vəzifələrində çalışmışdır. Pedaqoji fəaliyyətə başladığı XX əsrin 30-cu illərindən elmi-tədqiqatla ardıcıl məşğul olmuş, dövri mətbuatda məqalələr dərc etdirmişdir. "Əliqulu Qəmküsarın həyatı və yaradıcılığı" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, fılologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1950). XV əsr Qaraqoyunlu hökmdarı Cahanşahın "Həqiqi" təxəllüsü ilə Azərbaycan və fars dillərində yazdığı divanı aşkara çıxarıb tədqiq və tərtib edib çapa vermişdir. Qazi Bürhanəddin, Nəimi, İmadəddin Nəsimi, Heyran xanım, Qönçəbəyim kimi sənətkarların poetik irsinin ilk tədqiqatçılarından biridir.
Mehdi Hüseynzadə
Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr 1918, Bakı – 2 noyabr 1944) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. == Həyatı == === Müharibəyə qədər === Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881–1922) Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür. 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur.
Mirzəli Hüseynzadə
Hüseynzadə Mirzəli Mirzəhüseyn oğlu (31 dekabr 1939, Astraxanbazar rayonu – 15 mart 2002) — publisist, şair, nasir. 1980-ci ildən SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin, Respublika Ziyalılar Cəmiyyətinin üzvü . Mirzəli Hüseynzadə 1939-cu il dekabrın 31-də Azərbaycan SSR-in Astraxanbazar (indiki Cəlilabad) rayonunun Qaralı kəndində anadan olmuşdur. Cəlilabad şəhərindəki Nizami adına məktəbdə orta təhsil almışdır. BDU-nun filologiya fakültəsini bitirmişdir. İlk şeirləri " Yeni gün " (keçmiş " Taxılçı ") qəzetində çap olunmuşdur. O, bir müddət Cəlilabad şəhərində mədəniyyət şöbəsinin, rayon təhsil işçiləri evinin müdiri, kənd təsərrüfati işçiləri həmkarlar ittifaqı komitəsinin sədri vəzifələrində işləmişdir. Baki şəhərinə köçdükden sonra Azərbaycan Dövlət Nəşriyyatında, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində redaktor," Nəsimi " ("Azərbaycan dünyası") qəzetində şöbə müdiri vəzifəsində çalışmışdır. SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvü, " Qızıl Qələm ", mükafatı laureatı idi. Şeirləri " Ədəbiyyat ", "Azərbaycan müəllimi ", " Baki " qəzetlərində , " Azərbaycan ", " Ulduz ", " Kirpi " jurnallarinda çap olunmuşdur.
Murad Hüseynzadə
Muxtar Hüseynzadə
Muxtar Hüseyn oğlu Hüseynzadə (21 mart 21, 1900-cu il - 1985-ci il) — Azərbaycan türkoloqu, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi. Muxtar Hüseyn oğlu Hüseynzadə 1900-cu il martın 21-də Güney Azərbaycanın Mərənd vilayətinin Zunuz kəndində anadan olmuşdur. Onun gözünü açıb gördüyü və ilk uşaqlıq illərini keçirdiyi İranın vəziyyəti çox ağır idi. Muxtarın atası Hüseyn kişi böyük savadı olmasa da, çox maarifpərvər adam olduğu üçün oğlunu savadlı görmək istəyirdi, buna görə də 1910-cu ildə onu molla məktəbinə qoymuşdu. Getdikdə vəziyyətinin ağırlaşdığını görən Hüseyn kişi öz ailəsi və qardaşı Tağı ilə birlikdə minlərlə iranlı kimi Zaqavqaziyaya köçməyə qərar verir. 1913-cü ildə Muxtar Hüseynzadə ailəsi ilə birlikdə Quzey tərəfə gəlir. Əvvəlcə atası ilə birlikdə mis mədənində fəhlə işləyir. 1917-ci ildə o, Tiflis şəhərinə gəlir və müxtəlif yerlərdə fəhlə işləyir. O, savadını artırmaq üçün arzuladığı şəraiti məhz Gəncə şəhərinə köçdükdən sonra tapır. Bu dövrdə Azərbaycanda savadsızlığın ləğvi kursları yaradılırdı.
Məcid Hüseynzadə
Hüseynzadə Məcid Əzizoviç (1916 və ya 16 avqust 1916, Ərdəbil və ya İran – 2006 və ya 18 sentyabr 2006, Moskva) — texnika elmləri doktoru, professor. Hüseynzadə Məcid Əzizoviç 1916-cı ildə Cənubi Azərbaycanın (İran) Ərdəbil şəhərində anadan olmuşdur. 1941-ci ildə mexanika ixtisası üzrə ADU-nin fizika-riyaziyyat fakültəsini bitirmişdir. 1941–1942-ci illərdə kənd məktəbində müəllim işləmişdir. Böyük Vətən Müharibəsinin iştirakçısıdır. 1945–1946-cı illərdə ADU-nin nəzəri mexanika kabinetində laborant işləmişdir. 1950–1952-ci illərdə M.V.Lomonosov adına MDU-də aspirant olmuşdur. 1952–1989-cu illərdə akad. İ.M.Qubkin adına Moskva Neft kimya və qaz sənayesi institutunda Nəzəri mexanika kafedrasının dosenti, Ali riyaziyyat kafedrasının rəhbəri işləmişdir. 1950-cı ildə "Keçirici cismin axıb dövrələməsi" mövzusunda namizədlik, 1962-ci ildə isə "Layın qeyri-bircinsliyinin, onun tavanının və dabanının keçiriciliyinin mayenin layda hərəkətinə təsiri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Məhbub Hüseynzadə
Məhəmmədəli Hüseynzadə
Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan – 1852, Tiflis) — Qafqaz müsəlmanlarının ilk şeyxülislamı. 1823-cü ildə Zaqafqaziya şiələrinə dini başçılıq etmək üçün Rusiya imperiyası tərəfindən təsis edilən ilk şeyxülislam rütbəsinə təyin edilib. O, Azərbaycan publisisti, rəssam və yazıçısı Əli bəy Hüseynzadənin ana tərəfdən babasıdır. Şeyxülislam 1852-ci ilə kimi Zaqafqaziya Ali Ruhani İdarəsinə rəhbərlik edib. Dini idarə o zaman Qafqazın iqtisadi və siyasi mərkəzi olan Tiflis şəhərində yerləşirdi. Məhəmmədəli Hüseynzadə 1760-cı ildə Salyanda doğulmuşdur. Salyan və Gəncə şəhərində ibtidai dini təhsil almış, 1790-cı ildə İraqa getmiş, Bağdad Universitetinin ilahiyyat və tarix fakultələrini bitirmişdir. Təhsilini başa vurduqdan sonra 1802-ci ildə Tiflisə gəlir və Şah Abbas məscidinə axund təyin edilir. Uzun illər bu vəzifədə işləməklə təkcə Tifilisdə deyil, Şərqi və Qərbi Azərbaycan, Borçalı, Dağıstan əyalətlərində nüfuz sahibinə çevrilir. Məhz bu nüfuzun və hörmətin sayəsində 1823-cü ildə Qafqazın ilk Şeyxülislamı olur.
Rafiq Hüseynzadə
Rafiq Hüseynzadə (uroloq) — uroloq, tibb elmləri doktoru
Ramiz Hüseynzadə
Ramiz Vyaçeslavoviç Hüseynzadə (8 sentyabr 1979, Bakı – 18 mart 2021, Bakı) — Azərbaycanlı aktyor, aparıcı. Ramiz Hüseynzadə 8 sentyabr 1979-cu ildə Bakı şəhərində anadan olub. Ramiz Hüseynzadə 18 mart 2021-ci ildə Bakıda vəfat edib. Nardaran qəbiristanlığında dəfn olunub. Müxtəlif televiziya kanallarında müəllif, aparıcı və prodüser olaraq çalışıb. "Taksi" verilişinin prodüseri, "Tək səbir" verilişinin baş prodüseri, "Arı şou" verilişinin yaradıcısı və aparıcısı olub. 2008-ci ildən "ARI Production"ın təsisçisi və rəhbəri olub.
Rüfət Hüseynzadə
Rəfiqə Hüseynzadə
Rəfiqə Hüseynzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, (SOCAR) Ekologiya üzrə vitse-prezidenti (2011–2023), alim. SOCAR-ın tarixində bu vəzfiəyə təyin olunan ilk qadın vitse prezidentdir. Hüseynzadə Rəfiqə Abdul Ağa qızı 1952-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1974-cü ildə M. Əzizbəyov adına Azərbaycan neft və kimya İnstitutunun (Azərbaycan Dövlət Neft Akademiyası) "Neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı" fakültəsini bitirmişdir. 1975–1985-ci illərdə İnstitutun aspirantı və əməkdaşı olmuşdur. 1981-ci ildə "Aşağı Küryanı neft-qaz yataqlarının geokimyəvi xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. "Quyularda neft hasilatının artırılması" patentinin müəllifidir. Xanım Hüseynzadə 70-ə qədər məqalənin və elmi araşdırmanın müəllifidir. Bundan başqa, "Discover Azerbaijan" kitablarının birinci və ikinci buraxılışının, eləcə də "Azerbaijan and United Kingdom 100 Years of Partnership" kitabının həmmüəllifidir. Rus, ingilis və türk dillərini bilir.
Rəhim Hüseynzadə
Rəhim Məmməd oğlu Hüseynzadə (15 dekabr 1951, Kirovabad) — Azərbaycanlı jurnalist, Azərbaycan Mətbuat Şurasının keçmiş icra katibi. "Zərdabi" Mətbuat Mərkəzi İctimai Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2005). Rəhim Məmməd oğlu Hüseynzadə 1951-ci ildə mart ayının 3-də Gəncə şəhərində doğulub. O, 1958–1968-ci illərdə Gəncə şəhər 5 saylı orta məktəbdə təhsil alıb. 1973-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, 1983-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (keçmiş Bakı Ali Partiya Məktəbi) fərqlənmə diplomu ilə bitirib 1973–1977-ci illərdə yeni yaradılmış Neftçala rayonunda nəşrə başlamış "Gündoğar" qəzetinin, 1977–1992-ci illərdə "Qələbə" Salyan rayon qəzetinin şöbə müdiri işləyib. Peşəkar jurnalist kimi Rəhim müəllim SSRİ Jurnalistlər İttifaqının və Azərbaycan Jurnalistlər İttifaqının 30-a yaxın mükafatına, 1985-ci ildə isə "Qızıl Qələm"ə layiq görülüb. 1992–1996-cı illərdə yerli idarəetmə qurumunda işə cəlb edilib-- Salyan rayon icra hakimiyyəti başçısının köməkçisi və məsləhətçisi vəzifələrində işləyib.1998-ci ildə yenidən media sahəsində fəaliyyətə qayıdıb. O, müstəqil nəşrlər olan "Kriminal", "Vaxt", "Hürriyyət" qəzetlərində çalışıb. 2000-ci ildən "Qırxçıraq" regional qəzetinin baş redaktoru olub və 2003-cü ildə Azərbaycan Mətbuat Şurasının yaradılmasında fəal iştirak edib. Rəhim hüseynzadə 2004-cü ildən 2017-ci ilə kimi Mətbuat Şurasının icraçı katibi çalışıb.
Səməd Hüseynzadə
Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə (21 iyul 1951, Bakı) — Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti. 21 iyul 1951-ci ildə anadan olmuşdur. 1969–1975-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. 1977–1988-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda çalışmışdır. 1988-ci ildə "XIII əsrə qədərki orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1990–1992-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində işləmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər idarəsi elm sektor müdiri, 1993–1997-ci illərdə Azərbaycan Respublikası Prezident Administrasiyasının Humanitar siyasət şöbəsində məsləhətçi vəzifələrində çalışmışdır. 2005-ci ildə "Azərbaycan dilində morfoloji norma" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 100-ə yaxın elmi əsəri vardır. "Azərbaycan dilində morfoloji norma", "Dil norması və kriminalistika" (həmmüəllif), "Orta əsrlər ərəbdilli yazılı abidələrdə türk mənşəli antroponimlər" adlı monoqrafiyaların müəllifidir.
Əlibəy Hüseynzadə
Əli bəy Hüseynzadə (Əli Hüseyn Turan) (24 fevral (7 mart) 1864, Salyan, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya imperiyası – 17 mart 1940, Üsküdar, İstanbul ili, Türkiyə) — Azərbaycan mütəfəkkir yazıçısı, publisist və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmişdir. Əli bəy Hüseynzadə 7 mart (köhnə təqvimlə 24 fevral) 1864-cü ildə Salyanda dindar ailədə anadan olub. Əslən Sabirabad rayonunun Quruzma kəndindəndir. Atası Molla Hüseyn Qafqaz müsəlman ruhani məclisinin Tiflisdəki altısinifli məktəbinə müəllim təyin olunduğundan Əli bəy də bu şəhərdə yaşamış və ilk təhsilini də bu məktəbdə almışdı. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür. Tiflis gimnaziyasını bitirmiş (1875–1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənmişdi. Əli bəy Hüseynzadə babası Şeyx Əhməd ilə onun dostu Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin (1812–1878) söhbətlərindən faydalanmış və onların tərbiyəsi altında zamanının ədəbi çevrəsini tanımışdı. Gimnaziyada təhsil aldığı dövrdən etibarən türkcəyə, türkçülüyə və Türkiyəyə dayanmaq gərəkdiyi fikrinin yaranmasında Şeyx Səlyaninin və Mirzə Fətəli Axundzadənin böyük təsiri olmuşdu. Görkəmli ictimai xadim Ziya Gökalp (1876–1924) Əli bəy Hüseynzadədən bəhs edərkən onun Rusiyadakı millətçilik cərəyanlarının təsiri ilə türkçü olduğunu, kollecdə ikən gürcü gənclərindən son dərəcə millət sevər olan bir yoldaşının ona millət sevgisini aşıladığını yazmışdır.
Əlimuxtar Hüseynzadə
Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı – 14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978). Hüseynzadə Əlimuxtar Ağaqulu oğlu 5 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1 nömrəli orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur. Hüseynzadənin gənc yaşları müharibənin qızğın illərinə təsadüf edir. Bununla əlaqədar orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra məcburiyyət qarşısında qalaraq Bakı Dəmiryolu Texnikumuna daxil olur. Təhsilini davam etdirərək, eyni zamanda Bakı şəhərinin Sabunçu rayonunda dəmiryolu sahəsində baş fəhlə və texnik vəzifəsində çalışır. 1945-ci ildə Bakıda filialı açılan Tbilisi Dəmiryolu İnstitutunun tikinti şöbəsinə daxil olur (sonralar bu filial Azərbaycan Sənaye İnstitutunun Nəqliyyat fakültəsinə çevrilir) və 1950-ci ildə institutun birinci məzunlarından biri olur. Əmək fəaliyyətinə 1950–1953-cü illərdə Kür-Araz Su Tikinti İdarəsinin Salyan bölməsində usta vəzifəsindən başlamışdır.
Orxan Hüseynzadə
Hüseyn Hüseynzadə (dəqiqləşdirmə)
Hüseyn Hüseynzadə — Azərbaycan şairi
Hüseyn Hüseynzadə (fotoqraf)
Hüseyn Hüseynzadə (11 yanvar 1935 – 13 iyul 2019) — Azərbaycan fotojurnalisti. == Həyatı == 11 yanvar 1935-ci ildə anadan olub. Neft-kimya İnstitutunu bitirib. Foto sənətinə "Vışka" qəzetindən başlamışdır. "Kommunist", "Pionerskaya Pravda", "Komsomolskaya pravda" adlı qəzetlərdə fəaliyyətinə davam edib. "Neft gəldi" və "Qazma ustası Faiq Əliyev" adlı fotoşəkilləri 1964-cü ildə keçirilən ümumittifaq sərgidə 1-ci dərəcəli diploma layiq görülmüşdür. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranmışdır. Professor Hüseynzadə 60-dan çox kitabın müəllifidir. Foto sənətində qazandığı nəaliyyətlər – "Press Foto-62" beynəlxalq sərgi mükafatı, Azərbaycanın "Qızıl qələm" Jurnalistlərinin İttifaqı (1967), Berlində "İnterpresfoto" sərgilərinin mükafatı. Hüseyn Hüseynzadənin təşəbbüsü ilə ilk dəfə milli foto tarixində "Azərbaycanın kulinariya ensiklopediyası" yaranıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu — Azərbaycanın Sumqayıt şəhərində stadion. Azərbaycanda dördüncü ən böyük stadiondur. Stadion Sarıqayabaşı burnu ərazisində yerləşir. == Tarixi == Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi. M. Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının "B qrupu"nda çıxış edən Sumqayıtın "Polad" komandası ilə Belaya Kolitva şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş "Gənclər şəhəri" təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Həmin qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub. Stadionun proyektini "Az Dövlət Proyekt" şirkəti verib. O.M. İsayev və Y.P. Tolstonoqov arenanın arxitektorları olub.
Mehdi Hüseynzadənin heykəli
Mehdi Hüseynzadənin heykəli — heykəltaraş Fuad Əbdürrəhmanovun işlərindən biri. Triest şəhərində alman faşistlərilə mübarizədə həlak olmuş Sovet İttifaqı Qəhrəmanı, partizan Mehdi Hüseynzadənin heykəlidir. Heykəltəraş, Mehdi Hüseynzadəni əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir etmişdir. Heykəldə partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları və üzünün cizgiləri işlənmişdir.
Rafiq Hüseynzadə (şair)
Rafiq Məhəmməd oğlu Hüseynzadə (1 iyun 1948, Sarıyaqub, Basarkeçər rayonu – 2 dekabr 1971, Qazax) — Azərbaycanlı şair, həkim-onkoloq. Azərbaycan alimi, filoloq, şair, jurnalist və publisist, SSRİ Jurnalistlər Birliyinin üzvü Tofiq Hüseynzadənin qardaşı, Avropa Uroloqlar Assosasiyasının üzvü, uroloq, tibb elmləri doktoru Rafiq Hüseynzadənin əmisidir. Rafiq Hüseynzadə Səfəvilərin dövlət xadimi, mütəfəkkir, sufi şeyxi, övliya, sufi şair, pir, "Ocaq" sahibi, böyük elm və din xadimi Miskin Abdalın (1430–1535) oğlu Şadmanın nəslindəndir. Rafiq Məhəmməd oğlu Hüseynzadə 1 iyun 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndində doğulmuşdur. Rafiq Hüseynzadə kiçik yaşdan elmə böyük həvəsi olmuş, 1955–1965-ci illərdə Sarıyaqub kənd orta məktəbində təhsil alaraq, oranı əla qiymətlərlə bitirib, elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə qəbul olmuş, 1965–1971-ci illərdə orada ali təhsil almışdır. O, elmdə qazandığı nailiyyətlərlə yanaşı, ictimai fəallığı ilə digər tələbə yoldaşlarından həmişə öndə olmuş, 6 il ali təhsil aldığı müddətdə qrup nümayəndəsi olmuş, 1971-ci ildə İnstitutu onkoloq-cərrah ixtisası ilə, əla qiymətlərlə başa vurmuşdur. 02.08.1971-ci il tarixdən Qazax rayon xəstəxanasında onkoloq–həkim kimi fəaliyyətə başlamışdır. 1967-ci ildən şeir yaradıcılığına başlamış, qısa müddətdə şeirləri ilə tələbə yoldaşları və İnstitut kollektivi, böyük oxucu kütləsi arasında şöhrət qazanmışdır. İnstitutda təşkil olunmuş "Çeşmə" ədəbiyyat dərnəyinin ən fəal üzvlərindən olmuş, şeirləri müsabiqələrdə birincilik qazanmış, Tibb İnstitutunun "Tibb kadrları uğrunda" qəzetində çoxsaylı şeirləri dərc edilmişdir. Rafiq Hüseynzadə şeirlərini "Rafiq Hüseynov", "Rafiq Məmmədoğlu", "Məmmədoğlu Rafiq", yaxud da qısaca "R. Hüseynov", "M. Rafiq" imzaları ilə qələmə almış, həmin adlarla da qəzetlərdə nəşr olunmuşdur.

Oxşar sözlər

#hüseynzadə nədir? #hüseynzadə sözünün mənası #hüseynzadə nə deməkdir? #hüseynzadə sözünün izahı #hüseynzadə sözünün yazılışı #hüseynzadə necə yazılır? #hüseynzadə sözünün düzgün yazılışı #hüseynzadə leksik mənası #hüseynzadə sözünün sinonimi #hüseynzadə sözünün yaxın mənalı sözlər #hüseynzadə sözünün əks mənası #hüseynzadə sözünün etimologiyası #hüseynzadə sözünün orfoqrafiyası #hüseynzadə rusca #hüseynzadə inglisça #hüseynzadə fransızca #hüseynzadə sözünün istifadəsi #sözlük