Həsənzadə sözü azərbaycan dilində

Həsənzadə

Yazılış

  • Həsənzadə • 99.3563%
  • HƏSƏNZADƏ • 0.6437%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cahangir Həsənzadə
Cahangir Həsənzadə (4 avqust 1979, Bakı) — Azərbaycanlı futbolçu. == Həyatı == Cahangir Həsənzadə 4 avqust 1979-cu ildə Bakıda anadan olub. == Karyera == Əvvəlki klubları: MOİK Bakı, Fərid Bakı, Şəfa Bakı, Volın Lutsk FK, Tavriya Simferopol İK, Neftçi, Qarabağ, İnter Bakı. 2008-ci ildən Qəbələdə çıxış edir. 2015-ci ildə karyerasını bitirdi Azərbaycanın olimpiya və əsas yığma komandalarının daimi üzvlərindən biri olub. == Uğurları == İkiqat Azərbaycan çempionu (Neftçi — 2005, İnter Bakı — 2008) Azərbaycan çempionatının gümüş mükafatçısı (Neftçi — 2001) Azərbaycan kubokunun üçqat qalibi (Neftçi — 1999, 2001, Qarabağ — 2006).
Cəmilə Həsənzadə
Cəmilə Yusif qızı Həsənzadə (7 dekabr 1947, Bakı – 27 avqust 2022, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq doktoru, professor, məşhur “Təbrizin sehrli nağılları” kitabının müəllifi. == Həyatı == Cəmilə Həsənzadə 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1973-ü ildə isə Leninqrad Rəssamlıq Akademiyasının nəzdində İ. Repin adına İnstitutu sənətşünaslıq fakültəsini bitirib. 1973-ci ildən Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir, 1983-cü ildən N. Tusi adına pedaqoji Universitetinin bədii qrafika fakültəsində, İncəsənət və Mədəniyyət Universitetində və İncəsənət gimnaziyasında dərs deyib. 1976-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü idi. 1983-cü ildə SSRİ-ı toplularında XVI əsr Təbriz miniatür boyakarlığı" adlı namizədlilik dissertasiyasını, 2002-ci ildə "XIII əsrin sonu-XV əsrin əvvəllərində Təbriz miniatür məktəbinin yaranması və inkişafı" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Azərbaycan, rus, fransız, ingilis dillərini bilirdi. == Yaradıcılığı == === Kitablar === Müxtəsər incəsənt tarixi (1999) "Təbriz məktəbinin XIII əsrin axırı -XV əsrin əvvəllərində yaranması və inkişafı" monoqrafiyası (1999) Тебризская школа в контексте мусульманской миниатюрной живописи (XIV - I половина XVI вв.). Təbrizin solmaz boyaları: XIV-XVI əsr Azərbaycan miniatür boyakarlıq. Elmi red.: K. C. Kərimov; Rəyçilər: N. İ. Rzayev.- B.: Nafta-Press, 2001.- 195 s.
Etibar Həsənzadə
Etibar Oktay oğlu Həsənzadə (ilk adı: Etibar Salmanov; 7 iyun 1992, Daşkəsən) — Azərbaycan şairi, yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezident təqaüdçüsü (2019). == Həyatı == Etibar Oktay oğlu Həsənzadə 7 iyun 1992-ci il tarixində Azərbaycanın Daşkəsən şəhərində anadan olmuşdur. O, 2010-cu ildə Anar Mursəlov adına Daşkəsən şəhər 2 saylı orta məktəbi bitirmişdir. O, Azərbaycan Yazıçılar Birliyinin, İstedadlı Əlillər İctimai Birliyinin fəxri üzvü, Avrasiya İncəsənət, Mədəniyyət, Ədəbiyyat və Elm Federasiyasının (AİMƏEF) və Türkman Ədəbiyyatçı və Yazıçılar Birliyinin üzvüdür. Həsənzadə 2014-cü ilin sentyabr ayında Bakı Slavyan Universitetinin Yaradıcılıq Fakültəsinin dinləyicisi olmuş, 2016-cı ildə həmin fakültədən məzun olmuşdur. == Yaradıcılıq fəaliyyəti == Etibar Həsənzadə yaradıcılıq fəaliyyətinə 2014-cü ilin yanvar ayında "Könlümlə söhbət" şeirlər toplusunun nəşr edilməsiylə başlamışdır. Bundan sonra "Duyğular dinsin" (2015), "Gecikmiş etiraf" (2015), "Bir həyat romanı" (2016), "Sevgi bəstəsi" (2017), "Nurla gəldi, Nurla Yaşadı, Nurla getdi" (2018) kitabları nəşr edilmişdir. Həsənzadənin şeirləri və hekayələri "Avrasiya Şairleri Antolojisi"ndə, "Qarabağnamə" (I, II, III, IV cilddə), "Unutulmayan Hocalım", "Sevirəm, sevmişəm, sevəcəyəm də" (I, II, III cilddə), "Ziya", "Bölgələrdən səslər", "Anasız, atasız dünyam", "Xocalı harayı və Əsirlikdən gələn səs", "Zirvə", "Şairlər seçkisi" (IX, X və XI cildlər), "Bir yandan boşalıb dolan dünyadır", "Karabağdan, Kerkükden Çanakkaleye şiir seçkisi", "Türk Dünyası şiir seçkisi III cild", "Xarı bülbül", "Sirli, sözlü Daşkəsən", "Aprel döyüşləri", "Dünya yalan Dünyadır", "Türk illerinde çocukluk günleri" antologiyalarında və "Hər könüldən bir soraq" almanaxında dərc olunmuşdur. Onun şeirlərinə mahnılar bəstələnmiş, eşitmə və danışma qüsurlu insanlar üçün şeirləri və onların mahnıları üçün Azərbaycan işarət dilində 3 klip çəkilmişdir.
Famil Həsənzadə
Famil Şiraslan oğlu Həsənzadə (22 mart 1994; Kəbirli, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Sığnaq, Xocalı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Famil Həsənzadə 1994-cü il martın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Beyləqan rayon Kəbirli kənd orta məktəbinin məzunudur. == Hərbi xidməti == Famil Həsənzadə 2011-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2014-cü ilin mart ayından eyni hərbi birləşmədə müddətdən artıq həqiqi hərbi xidmət etməyə başlamışdır. Minaatan komandirləri kursunu bitirmişdir. "N" saylı hərbi hissənin minaatan taborunda minaatan komandiri vəzifəsində xidmət etmişdir. Famil Həsənzadə 2020-ci ilin sentyabrın 25-də gizirlik kursunu bitirərək "gizir" rütbəsi almışdır. Azərbaycan Ordusunun giziri olan Famil Həsənzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır. Famil Həsənzadə noyabrın 8-də Şuşanın azad edilməsi gedişatında Xocalı rayonunun Sığnaq kəndində həlak olmuşdur.
Gövhər Həsənzadə
Gövhər Sudef qızı Həsən-zadə (6 mart 1969, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Gövhər Sudef qızı Həsən-zadə 6 mart 1969-cu ildə Bakıda, ziyalı ailəsində anadan olmuşdur. Atası – S. D. Həsənov (05.11.1939–11.10.2016) Azərbaycan Elmlər Akademiyası Respublika Təcili Məlumat Xidmətinin rəisi vəzifəsində çalışmışdır, anası A. S. Həsənova (22.12.1937) isə filoloqdur. 1976-cı ildə Bakı şəhər M. Rahim adına 7 saylı orta məktəbin birinci sinfinə, 1977-ci ildə isə Səbail rayonundakı 2 saylı yeddiillik musiqi məktəbinin fortepiano sinfinə müsabiqəsiz daxil olmuşdur. 1984-cü ildə orta məktəbin 8-ci sinfini, musiqi məktəbinin 7-ci sinfini fərqlənmə ilə bitirərək elə həmin ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin musiqi nəzəriyyəsi və tarix fakültəsinə müsabiqəsiz daxil olmuşdur. İlk bəstəkarlıq dərslərini Əməkdar incəsənət xadimi, bəstəkar Leonid Vaynşteyndən almışdır. 1988-ci ildə təhsilini fərqlənmə ilə başa vuraraq Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsinə daxil olmuşdur. Ali və peşəkar təhsilini Xalq artisti, professor Cövdət Hacıyevin sinfində almış və 1993-cü ildə həmin təhsil ocağını bitirmişdir. Gövhər Həsən-zadə 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Heydər Əliyev Sarayında bədii rəhbər və rejissor vəzifəsinə təyin edilmiş və 3 aprel 2001-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə M. Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Gövhər Həsən-zadə təşkilatçılıq fəaliyyəti ilə bərabər peşəkar yaradıcılıq ilə də məşğul olmuşdur.
Heydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Məhəmmədəli Həsənzadə
Məhəmmədəli Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub.
Məmmədəli Həsənzadə
Məhəmmədəli Həsənzadə (Məhəmmədəli Hörmət oğlu Həsənzadə; 1 may 1999 - 6 noyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi == Həyatı == Həsənzadə Məhəmmədəli Hörmət oğlu 1999-cu ildə may 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonunun Qilican kəndindəndir. 2005-ci ildə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Qurban Məmmədov adına Yuxarı Mollu kənd tam orta məktəbinin birinci sinifinə daxil olub və 2016-cı ildə həmin məktəbin 11-ci sinifini bitirib. 2016-cı ildə qəbul imtahanlarında yığdığı yüksək bal ilə Azərbaycan Turizm və Menecment Universitetinin “Biznesin İdarə Edilməsi” fakultəsinə daxil olub. 2020-ci ildə ali təhsilini başa vuraraq, Menecment ixtisasına yiyələnib. 2020-ci ilin iyul ayında SHXÇÜDX-nin Qubadlı rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. == Hərbi xidməti == Sentyabr 27-də başlayan İkinci Qarabağ müharibəsinin iştirakçısı olub. Hadrutda gedən döyüşlərdə, döyüş yoldaşının yaralandığını görərək, onun həyatını xilas edib. Ağdam, Hadrut, Füzuli və Xocavən uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabr ayının 6-da Xocəvənd rayonunda gedən döyüşlərdə şəhid olub.
Nigar Həsənzadə
Nigar Həsənzadə (aktrisa) — Azərbaycan aktrisası. Nigar Həsənzadə (şair) — Azərbaycan şairi.
Nəriman Həsənzadə
Nəriman Əliməmməd oğlu Həsənzadə (18 fevral 1931, Poylu, Qazax rayonu) — şair, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1954), filologiya elmləri namizədi (1965), Azərbaycanın əməkdar incəsənət xadimi (1981), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990–1995), Mətbuat və İnformasiya nazirinin birinci müavini (1991–2001), Azərbaycanın xalq şairi (2005), Heydər Əliyev mükafatı laureatı (2017), "İlin şairi" makafatı laureatı (2010), "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenli. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının (Azərbaycan bölməsi) müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilmişdir. == Həyatı == Nəriman Həsənzadə 1931-ci il fevralın 18-də Qazax (indiki Ağstafa) rayonunun Poylu qəsəbəsində anadan olub. Bir yaşında atasını (1932), iyirmi üç yaşında isə anasını itirib (1954). İbtidai və orta təhsilini öz doğma rayonlarında alıb. 1949-cu ildə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) filologiya fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin İnstitutu bitirmişdir. 1954–1956-cı illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı İkiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur.
Rövnəq Həsənzadə
Rövnəq Həsənzadə (3 yanvar 1975, Naxçıvan) — Redaktor, baş rejissor. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2019). == Həyatı == Rövnəq Həsənzadə 1975-ci ildə Naxçıvan şəhərində anadan olub. 1991-ci ildə Naxçıvan şəhərindəki 5 saylı orta məktəbi bitirmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur. 1996-cı ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin "Sənaye və mülki tikinti" ixtisasını əla qiymətlərlə bitirmişdir. Həmçinin 1995-ci ildə Bakı Ali Mеnеcеr Kоllеcinin İnşaatçı menecment ixtisasını bitirmişdir. Ali məktəbdə oxuduğu müddətdə təhsildən ayrılmamaqla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnə quraşdırıcısı vəzifəsində çalışmışdır (30.09.1994-?). Kinoya, mədəniyyətə, musiqiyə və teatra olan güclü marağı onun Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olmasına səbəb olmuş və bu universiteti də bitirmişdir. Müəyyən müddət İctimai Televiziyada çalışmışdır.
Sadıq Həsənzadə
Sadıq Həsən oğlu Həsənzadə (1906, Bakı – 1979, Bakı) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1958). == Həyatı == Əməkdar artist olub. Gəncə teatrının qüdrətli xarakterlər ustası kimi şöhrət qazanıb. Otuz ılə yaxın Gəncə teatrında işləyib və yaşlı vaxtlarında Sumqayıt teatrında, "Azərbaycanfilm" studiyasında çalışıb. Gəncə teatrında ifa etdiyi əsas rollar: Elxan və Yanardağ, Uryadnik, Şərif və Aftil ("Od gəlini", "1905-ci ildə" və "Almaz", Cəfər Cabbarlı), Vəli ("Bahar", Məmmədhüseyn Təhmasib), Qurbanov, Mirzə Qərənfil ("Aşnalar" və "Xoşbəxtlər", Sabit Rəhman), Əbdək ("Nizami", Mehdi Hüseyn), Nüsrət ("Qatır Məmməd", Zeynal Xəlil), Montano və Yaqo ("Otello", Vilyam Şekspir), Hacı Qara, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Zeynəboğlu ("Vəfa", Rəsul Rza), Dev ("Məlik Məmməd", Əyyub Abbasov), Rzaqulu ("Hacı Fərəc", Nəcəf bəy Vəzirov), Şapur, Qacar ("Fərhad və Şirin" və "Vaqif", Səməd Vurğun), Xacə Süleyman ("Qərq edilmiş daşlar", İlo Mosaşvili), Ağasəlim ("Atayevlər ailəsi", İlyas Əfəndiyev), Tahir ("Xəyanət", Həsən Bicari və Qulamrza Cəmşidi), Qənbərov ("Günəş", Lütfəli Həsənov), Qulam ("Vicdan", Bəxtiyar Vahabzadə), Cjou Pu Yuan ("Tufan", Tsao Yuy), Əfrasiyab ("Səyavuş", Hüseyn Cavid), Cönendro ("Qanq qızı", Rabindranat Taqor), Tumacov ("Kişilər", Altay Məmmədov), Ömər ("Şücayət qəbul edilmir", Toktobolat Əbdülmöminov), Farsadan ("Tariyel", Məmmədəli Nəsirov), Sarvan ("Kəndçi qızı", Mirzə İbrahimov), komissar ("Anacan", Yusif Əzimzadə), Gəray bəy ("Komsomol poeması", İsgəndər Coşqun), Milton Sterlinq ("Sarı əlcək", Əfqan Əsgərov), Dərviş ("Nəsrəddin", Yusif Əzimzadə), Kazım ("Ürək yanarsa...", Teymur Məmmədov), Mark Tuysk ("Azmış oğul", Eqon Rannet), Yanar ("Ürək sevərsə... ", Əlyar Yusifli), Braun ("Üç qəpiklik opera", Bertolt Brext). == Filmoqrafiya == Azərbaycan naminə (film, 2005) Bayquş gələndə... (film, 1978) Bir cənub şəhərində (film, 1969) Biri vardı, biri yoxdu... (film, 1967) Dənizə çıxmaq qorxuludur (film, 1973) Dörd bazar günü (film, 1975) Firəngiz (film, 1975) Gecə söhbəti (film, 1971) Həyat bizi sınayır (film, 1972) Xoşbəxtlik qayğıları (film, 1976) İki dəfə iki (film, 1973) Qanun naminə (film, 1968) Qatır Məmməd (film, 1974) Qayınana (film, 1978) Qızıl qaz (film, 1972) Mezozoy əhvalatı (film, 1976) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Putyovka (film, 1975) Səmt küləyi (film, 1973) Tütək səsi (film, 1975) Var olun, qızlar... (film, 1972) Yeddi oğul istərəm...
Tahirə Həsənzadə
Tahirə Dadaş qızı Həsənzadə — Azərbaycan tarixçisi, mənbəşünas tədqiqatçı alim, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru. == Həyatı və elmi fəaliyyəti == Tahirə Dadaş qızı Həsənzadə 1942-ci ildə Bakının Ramana qəsəbəsində neftçi-mühəndis ailəsində anadan olmuşdur. O, 1965-ci ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1969-cu ildən isə elmi fəaliyyətə başlamaqla həyatını Respublika Əlyazmaları Fondu, indiki AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə bağlamışdır. T. Həsənzadə elmi-tədqiqat müəssisəsinə gəlişinin ilk günündən bu zəngin xəzinədəki əlyazmalar, əski çap kitabları, tarixi-etnoqrafik sənədlər və əski əlifbada dərc olunmuş dövri mətbuatı, kitab və mətbuat tarixini araşdırmaqla Azərbaycan tarixşünaslıq elmi üçün böyük əhəmiyyət kəsb edən, indiyədək araşdırılmamış yazılı mənbələri öyrənməyə başlamışdır. O, uzun illər gərgin elmi fəaliyyətilə dörd monoqrafiya, üç tərcümə əsəri, bir kataloq və üç əski əlifbadan mətni taransfoneliterasiya edilmiş əsərin, 120-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Tarixçi alim yazılı mənbələr üzərində uzunmüddətli gərgin əməyinin nəticəsi olaraq 1994-cü ildə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Müdafiə Şurasında "Məhəmmədhəsən xan Etimadüssəltənənin ictimai-siyasi fəaliyyəti" mövzusunda namizədlik dissertasiyasını, 2012-ci ildə isə Bakı Dövlət Universiteti Tarix fakültəsi nəzdindəki Birdəfəlik Müdafiə Şurasında "XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. T. Həsənzadənin elmi araşdırmalarında Əfşarlar və Qacarlar hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətlərinin mənbələr əsasında işıqlandırılması başlıca yer tutur. O, tədqiqatlarında farsdilli mənbələrə müraciət etməklə Azərbaycan tarixini araşdırmaq baxımından, indiyədək az öyrənilmiş, hər iki sülalənin hakimiyyəti illərində türk əsilli dövlət xadimləri, sərkərdələr, diplomatlar və s. haqqında geniş məlumat verir. Həmin dövrlərə aid yazdığı "XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər" (2007) və "XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri" (2014) monoqrafiyalarını iranlı alim Mehdi Bamdadın "Tarixi-ricali-İran" adlı beşcildlik əsəri əsasında qələmə almışdır.
Turan Həsənzadə
Turan Həsənzadə – Azərbaycan alimi. == Həyatı == 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində ziyalı ailəsində anadan olmuşdur. Turan müəllimin atası Mirzə Vahab kişi dövrünün çox savadlı, ziyalı şəxsiyyətlərindən biri olub. Ərəb, fars dillərini çox mükəmməl bilən Mirzə Vahab islam tarixini dərindən öyrəndiyindən onu çox dürüst qavramışdı. O, 1912-ci ildə Əylis kəndində Üsuli-cədid məktəbi açmış, xalqın maariflənməsi yolunda böyük zəhmət çəkmişdir. 1923-cü ildən Naxçıvan Maarif Komitəsinə dəvət olunan Mirzə Vahab uzun illər burada çalışmış, Naxçıvan İnqilab Komitəsinin üzvü, Ordubad İnqilab Komitəsinin sədri olmuşdur. Göstərdiyi xidmət və fəaliyyət həmişə diqqət mərkəzində olduğundan, gördüyü işlər mükəmməl alındığından Mirzə Vahabın əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Sonralar Bakıda Elmlər Akademiyasında Şərq şöbəsinin müdiri işləmiş Mirzə Vahab Həsənzadənin oğlu Turana böyük təsiri olmuşdur. İbtidai təhsilini Əylis kəndində alan Turan Həsənzadə 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərq (fars) fakültəsini bitirmişdir. Bir müddət respublikamızın şimal bölgəsində pedaqoji fəaliyyətlə məşğul olan Turan Həsənzadə 1961-ci ildən paytaxta qayıtmış, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda işə qəbul olunmuşdur.
Yaqub Həsənzadə
Yaqub Həsənzadə (Yaqub Dadaş oğlu Həsənzadə; 1906, İran, Cənubi Azərbaycan, Sərab ş. — 16 aprel 1975 Bakı) — sovet partiya və dövlət xadimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, İkinci Dünya müharibəsinin iştirakçısı. == Həyatı == === Erkən illəri === Yaqub Həsənzadə Dadaş oğlu, 1906-cı ildə İranın Sərab şəhərində anadan olub. 1912-ci ildə valideynləri və böyük qardaşı Həmidullah Həsənzadə ilə birlikdə Bakıya köçüb. 16 yaşında, anasının vəfatından və atasının Səraba qayıtmasından sonra Yaqub Həsənzadə müstəqil həyata başlayaraq 1923-cü ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki Sovet Partiya Məktəbində oxuyur və parlaq bir məzun olduqdan sonra rəhbər işlərə göndərilir. Tanınmış şair, Böyük Britaniyanın "10 ən yaxşı xarici şairi" adına layiq görülmüş Nigar Həsənzadənin babasıdır. === Vəfatı === Yaqub Həsənzadə 1975-ci ildə Bakı şəhərində vəfat etmiş və Yasamal qəbiristanlığında dəfn olunmuşdur. == Fəaliyyəti == Yaqub Həsənzadə bir sıra keçmiş qəza və dairə (Qazax, Laçın, Salyan, Naxçıvan 1926–1931) komsomol komitələrinin katibi vəzifəsində işləyir. 1931–1934-cü illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin katibi, Noraşen rayonu partiya komitəsinin katibi, Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Şuşa rayon Komitəsinin məsul katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Komitəsi MK-nın üzvü, Azərbaycan K(b)P Naxçıvan və Dağlıq Qarabağ Vilayət Komitələrinin plenum və büro üzvü seçilmişdir. Sonradan Azərbaycan Mərkəzi Nəzarət Komissiyasının qərarı ilə Yaqub Həsənzadə 1937-ci ilin əvvəlinə qədər işlədiyi Azərbaycan SSR Ali Məhkəməsinin üzvü kimi işə göndərilir.
Əbülhəsən Həsənzadə
Əbülhəsən Mirzə oğlu Həsənzadə (20 avqust 1997; Havzova, Lənkəran rayonu, Azərbaycan — 4 noyabr 2020; Daşaltı, Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əbülhəsən Həsənzadə 20 avqust 1997-ci ildə Lənkəran rayonunun Havzova kəndində anadan olmuşdur. Ailəsində 2 qardaş və 1 bacı olmuşdur. 2003-2014-cü illərdə şəhid Aydın Əliyev adına Lənkəran rayon Havzova kənd tam orta məktəbində təhsil almışdır. Təhsil müddətində 2012-2014-cü illərdə Lənkəran İslam Kollecində oxumuşdur. Hərbi xidmətini bitirdikdən sonra Rusiyada yaşamış və işləmişdir. Subay idi. == Hərbi xidməti == Əbülhəsən Həsənzadə 2015-ci ilin oktyabrında Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Tərtər rayonunun Qapanlı kəndində yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət müddətində 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, Tərtər rayonu istiqamətində fərqlənmişdir.
Əliheydər Həsənzadə
Əliheydər Həsənzadə və ya Heydər Həsənzadə (1913 – 1 avqust 1981) — aktyor, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əliheydər Həsənzadə 1913-cü ildə Bakı şəhərində anadan olub. İlk əmək fəaliyyətini müəllimliklə başlayıb, sonralar öz həyat yoldaşı Rüxsarə Ağayeva ilə birlikdə aktyorluğa maraq göstərib. Böyük Vətən Müharibəsinin əzmkar döyüşçüsü olub, lakin ciddi zədə (kontuziya) aldığından ordunun ön sıralarından geri çağırılıb. O zamandan (yəni 1942-ci ildən) ömrünü son günlərinə qədər aktyor kimi öz ölkəsinə xidmət edib. Qazax Dövlət Teatrının yaradıcısı və ilk yarandığı illərdə direktoru olub. Naxçıvan Dövlət Teatrında uzun illər çalışıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aparıcı səhnə ustası olub, Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı ilə sağlığında təltif edilib. Bir çox filmlərin ən yaddaqalan personajlarından olub, yumşaq, koloritli, nəcib, zadəgan maneralı, geniş planlı, məxməri səsə malik olub. 1932-ci ildən - 1980-ci ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışmışdır.
Ələkbər Həsənzadə
Ələkbər Əliheydər oğlu Həsənzadə (8 noyabr 1939, Bakı - 1 iyul 2019, Sankt-Peterburq) — "Lenfilm" kinostudiyasının səs rejissoru, Rusiya Federasiyasının dövlət mükafatı laureatı, "Nika" mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar incəsənət xadimi, Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru, akademik. == Həyatı == Ələkbər Əliheydər oğlu Həsənzadə 8 noyabr 1939-cu ildə Bakı şəhərində anadan olub. Atası Əliheydər Həsənzadə və anası Rüxsarə Ağayeva teatr aktyorları və 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği və inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri idilər. Ə. Həsənzadənin təhsil aldığı 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm də Suvorov məktəbi, ya da sonralar Azərbaycanda yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Ələkbər Həsənzadə də o dövrün əksər oğlan uşaqları kimi, təyyarəçi olacağı arzulayırdı. İş elə gətirdi ki, məzun olmaqlarına 3 il qalmış məktəbi bağladılar. Onda Ələkbər iki sinif yuxarıda oxuyan yoldaşı ilə qaçıb İrəvana getdi. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil oldu. Təlimlərin birində hətta ayağını möhkəm zədələndi də.
Ələsgər Həsənzadə
Ələsgər Həsənzadə - "Ginnesin rekordlar kitabı"na düşmüş azərbaycanlı Lənkəran rayonu Aşağı Nüvədi kəndinin sakini Ələsgər Rəhim oğlu Həsənzadə dünyada ilk azyaşlı "Ginnesin rekordlar kitabı"na düşən şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb enib. Qeyd edək ki, onun adı rekordçuların siyahısına 7 yaşı olanda düşüb.
Xosrov Həsənzadə
Xosrov Həsənzadə (farsca:خسرو حسن‌زاده) (21 dekabr 1963[…], Tehran – 2 iyul 2023) — Azərbaycan əsilli iranlı rəssam. == Həyatı == Xosrov Həsənzadə 1963-cü ildə Tehranda azərbaycanlı fəhlə ailəsində dünyaya gəlib.
Həsən Həsənzadə Amoli
Həsən Həsənzadə Amoli (10 fevral 1926 – 25 sentyabr 2021, Amul, Mazandaran ostanı) — İranlı Əllamə. == Haqqında == Əllamə Həsənzadə Amuli 1929-cu ildə İranın Mazandaran əyalətinin Amul bölgəsində, Larican şəhərində dünyaya gəlib. O, altı il Amul şəhərinin Cümə məscidində dini təhsil alıb. Əllamə Amuli 22 yaşında Tehrana yollanıb. Orada o, Ayətullah Mirza Şəərani, Hacı Mirza Qomşei, Mirza Qəzvini, Hacı Şeyx Məhəmmədtəqi Amuli kimi alimlərdən dərs alıb. 1963-cü ildə Həsənzadə Amuli İranın Qum şəhərinə köçüb və orada Əllamə Təbatəbai, Seyid Həsən Təbatəbai və Seyid Qazi Təbatəbaidən elm öyrənib. Həsənzadə Amuli İslam maarifi, hikmət, fəlsəfə, irfan, riyaziyyat, hədis və sair elmlərin sahibi və bu fənlər üzrə kitabların müəllifi olub.
Mirzə Hüseyn Həsənzadə
Mirzə Hüseyn Həsənzadə və ya Mirzə Hüseyn İrəvani (1869, İrəvan – 1947, Tbilisi) — azərbaycanlı müəllim, pedaqoq və Gürcüstan Demokratik Respublikasının Milli Şurasına seçilmiş 4 azərbaycanlı deputatdan biri. == Həyatı və fəaliyyəti == Mirzə Hüseyn Həsənzadə 1869-cu ildə İrəvanda anadan olub. Zaqafqaziya Müəllimlər Seminariyasının məzunlarından biridir. 1890-cı illərdə Mirzə Hüseyn Atsquri kənd məktəbində baş müəllim kimi fəaliyyət göstərib. 1912-ci ildə Tiflisdə Kultura mətbəəsində "Tamam əlifba" adlı dərslik nəşr etdirib. 38 səhifəlik bu kitab I sinif üçün yazılmış əlifba dərsliyi idi. Kitabda ərəb əlifbasına sait səslər əlavə edilmişdi. Kitab həmçinin şəkillərdən, qısa hekayələrdən və şeirlərdən ibarət idi. Həmin illərdə Mirzə Hüseyn Tiflis şəhər 2-ci Xarpux Azərbaycan ibtidai məktəbinin müəllimi kimi fəaliyyət göstərirdi. Tiflisdəki həyatı Mirzə Hüseynin siyasi fəaliyyətində mühüm rol oynamağa başladı.
Nigar Həsənzadə (aktrisa)
Həsənzadə Nigar Tərlan qızı – Azərbaycan aktrisası. == Həyatı == 1973-cu ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Bülbül adına onbirillik orta ixtisas musiqi məktəbində "Fortepiano" sinfidə alıb. İlk müəllimi Elmira Mustafayeva olub. 1991 – 1996-cı illərdə Bakı Musiqi Akademiyasında professor Tərlan Seyidovun sinfində ifaçılıq sənətinə yiyələnib. Xoreoqrafiya məkətəbinə konsertmeyster-pianoçu kimi dəvət alıb. 1998-ci ildə peşəsində köklü dəyişiklik etmək qərarı ilə Bakı Kamera Teatrında aktrisa kimi özünü sınayır. Uilyam Şekspirin "Otello" tamaşasındakı uğuru onu bu peşədə təsadüfi adam olmadığını təsdiqləyir. Sonralar Nigar Həsənzadə müxtəlif teatr festivallarında özünü sınayır. Bakıda keçirilən "Üfüq – XXI" teatr festivalından sonra, 2003-cu ildə Almaniyanın Kil şəhərində keçirilən III Beynəlxalq Monotamaşalar Festivalına dəvət alır və həmin festivalda diploma layiq görülür.
Nigar Həsənzadə (şair)
Nigar Həsənzadə (5 aprel 1975, Bakı) — şair, rus dili və ədəbiyyatı filoloqu, ictimai xadim, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan ictimai fəal. Uzun illər Azərbaycan diasporunun Böyük Britaniyadakı öncüllərindən olub. Azərbaycan Yazıçılar Birliyinin üzvü. Yaqub Həsənzadənin nəvəsidir. == Həyatı == Nigar Həsənzadə 5 aprel 1975-ci ildə Bakıda anadan olub. M. F. Axundov adına Slavyan Universitetinin filologiya fakültəsini bitirib. Gənc yaşlarından özünü ədəbi fəaliyyətə həsr edib. 2000–2014-cü illərdə şairə Londonda (Böyük Britaniya) yaşayıb və işləyib. Nigar Həsənzadə Azərbaycan şairlərindəndir ki, İngiltərənin South Bank, Institute of Contemporary Art ICA, River Side studios, Poetry Café, Lauderdale house, St. James Chirch, Pushkin House kimi ən nüfuzlu poeziya meydanlarında 60-dan çox ədəbi gecələri keçirilib, onun şeirləri Böyük Britaniyanın Elein Feinştain, Riçard Makkeyn, Kristofer Arkell kimi aparıcı şairlərinin tərcümələrində mütəmadi olaraq ingilis mətbuatında (Index on Censorship, London Magazine, Modern Poetry in Translation, London Miscellany, London Poetry) işıq üzü görüb.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.37 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 •••••• 3.54
2004 ••••••••••••••• 9.10
2005 ••••••••••••• 8.10
2006 ••••••• 4.28
2007 •••••••• 5.07
2008 ••••••••• 5.36
2009 •••••••••••••••••••• 12.96
2010 •••••••••••••• 8.62
2011 •••••••••••••••• 10.29
2012 •••••••••••• 7.66
2013 ••••••••• 5.40
2014 ••••••• 3.95
2015 ••••••••••••• 7.83
2016 •••••••••••••••• 9.89
2017 ••••••••••••••••••• 12.19
2018 •••••••••• 6.14
2019 •••••••• 4.73
2020 ••••• 2.78

Oxşar sözlər

#həsənzadə nədir? #həsənzadə sözünün mənası #həsənzadə nə deməkdir? #həsənzadə sözünün izahı #həsənzadə sözünün yazılışı #həsənzadə necə yazılır? #həsənzadə sözünün düzgün yazılışı #həsənzadə leksik mənası #həsənzadə sözünün sinonimi #həsənzadə sözünün yaxın mənalı sözlər #həsənzadə sözünün əks mənası #həsənzadə sözünün etimologiyası #həsənzadə sözünün orfoqrafiyası #həsənzadə rusca #həsənzadə inglisça #həsənzadə fransızca #həsənzadə sözünün istifadəsi #sözlük