Molla Hüseynqulu Həmədani
Molla Hüseynqulu Həmədani (1823 -1893) — islam alimi, müctəhid.
Ayətullah Həsən Sədr “Əməl vəl Aməl” kitabında belə buyurur: Onun söz və davranışda və hətta fətva verməməkdə və vəzifələri qəbul etməməkdəki tərzi və yolu Seyyid ibn Tavus kimi idi. Belə ki, camaat namazlarını belə açıq şəkildə iqamə etməzdi. Fiqh və üsul elmlərini ustadı Şeyx Ənsarinin qələmə aldığı təqrir kitabından dərs verir, camaat namazını isə az bir xas şəxslərlə evdə iqamə edərdi.
Tələbələrinin tərbiyə və dərsləri (yetişmələri) üçün səy edərək onları cəhalət zülmətindən mərifət nuruna hidayət edərək, şəri riyazətlərlə və əməli mübarizələrlə hər növ çirkinliklərdən təmizləyərək Allahın saleh qullarından etdi.
Mərhum Mirzə Cavad Məliki-Təbrizi (İmam Xomeyninin əxlaq ustadı) Axund Molla Hüseynqulu Həmədaninin seçilmiş tələbələrindəndi, belə deyir: Şeyx və haqq elmlərdə mənim qabaqcıllarım belə deyirlərdi: axirəti istəyənlər dini məqamlarda heç bir yerə gəlməyiblər, sadəcə gecəni oyaq qalıb, gecələri ibadətlə keçirənlər bu məqama çatıblar.
Şeyx Məhəmməd Bəhari (özündən sonra vəsisi)
Seyyid Əhməd Kərbəlayi
Seyyid Həsən Sədr
Seyyid Əbdülğəffar Mazandarani
Şeyx Əli Zahid Qummi
Mirzə Cavad Məliki-Təbrizi
Seyid Cəmaləddin Əfqani
Əmirəl Möminin Əli (ə) “Vadius-Səlam” ruhlarına feyzləri
Axundun xas tələbələrindən olan Ayətullah Seyyid Əbdülhüseyin Lari onun haqqında belə buyurur: “Axund Molla Hüseyinqulu Həmədaninin belə buyurduğunu eşitdim: “Nəcəfdə elə insanlar varki, bu insanlar Hz. Əmirəlmöminin Əlinin (ə) nurani türbəsindən yuxarı çıxan feyzlərin “Vadius-Səlam”dakı ölülərin ruhlarına çatmalarını zahiri gözləriylə görməkdədirlər. Bunun bənzəri qəbirlərlə birləşən nur xətləri kimidir.” Biz o kimsə dediyi insanların, özü olduğunu bilirdik, amma bunları büruzə verməzdi və bu cür kəramətlər və mükaşifələri olduqca çox idi.
Axund Molla Hüseyinqulu Həmədani, bir ömür nəfsiylə mübarizədən və mərifətə teşnə (ehtiyacı) olanların tərbiyə və təliminə özünü sərf etdikdən sonra 28 şaban 1311 hicri qəməri ilində (1890 miladi ilində) Kərbəlada İmam Hüseyin (ə) ziyarət etdiyi vaxtda əbədi aləmə köçdü.