həyəcan sözü azərbaycan dilində

həyəcan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həyəcan • 91.5635%
  • Həyəcan • 8.3849%
  • HƏYƏCAN • 0.0516%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təşviş (Həyəcan) Pozuntuları
Təşviş həyəcan pozuntusu
Təşviş pozuntuları — təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu və digər psixi pozuntular aiddir. == Haqqında == Təşviş və qorxu hissləri ilə müşayiət olunan müxtəlif növ nevrozlar təşviş pozuntuları adlanır. Bu əsəb pozuntularına ümumi təşviş pozuntusu, sosial (ictimai) fobiya, aqorafobiya, spesifik fobiyalar, vahimə (panik) pozuntusu, obsessiv-kompulsiv pozuntu (sarışan hallar nevrozu), posttravmatik stress pozuntusu aiddir. Müxtəlif təşviş pozuntularından əhalinin 15–18%-i əziyyət çəkir. Əsəb xəstəlikləri arasında, yayılmasına görə, təşviş pozuntuları yalnız depressiyadan geri qalır. Qorxu və təşviş insanın təbii emosional reaksiyalarıdır. İnsanın həyatına təhlükə yarandıqda bu hisslər hər bir fərddə meydana çıxır və onun fəaliyyətini təhlükədən qurtarmağa yönəldir. Lakin hər hansı situasiyaya qarşı həddən artıq güclü qorxu və təşviş yaranarsa, yaxud bu hisslər əsassız meydana çıxarsa, belə vəziyyət təşviş pozuntuları adını almış əsəb xəstəliklərinin əlaməti kimi qiymətləndirilir. == Təşviş pozuntularının növləri == Bu bölmədə müxtəlif təşviş pozuntularının qısa təsviri verilmişdir.
Dağlaləsi həyəcanı
Dağlaləsi həyəcanı (nid. tulpenmanie, tulpomanie, tulpengekte və bollengekte) — Hollandiyada Qızıl Dövründə dağlaləsi (tulipa) soğanının qiymətinin anidən yüksəlməsinə verilən ad. Digər analoji hallarla müqayisədə bu nisbətən daha məşhuru hesab edilir. 1637-ci ilin fevral ayı dağlaləsi həyəcanının zirvə nöqtəsi hesab olunur. Həmin vaxt dağlaləsi istehsalı ilə bağlı müqavilələrin qiyməti bir işçinin illik gəlirinin 10 mislinə çatmışdır. Bu xəbər qısa zamanda bütün Hollandiyaya yayılır. Qısa zamanda bütün Avropada sahibkarlığın dağlaləsi növünə böyük maraq formalaşmışdır. Dağlaləsi həyəcanı terminindən indiki vaxtda varlıq qiymətlərinin gerçək qiymətlərindən fərqliləşməsini ifadə edən bir bənzətmə olaraq istifadə edilməkdədir. Dağlaləsi həyəcanının məşhurlaşmasında bir ingilis jurnalist tərəfindən 1841-ci ildə yazılan "Fövqəladə Kütləvi yanılmalar və İzdihamların Həyəcanı" (ing. Extraordinary Popular delusions and the Madness of crowds) adlı əsərin böyük rolu olmuşdur.
Hava həyəcanı siqnalı ilə (film, 1940)
Qızıl həyəcanı
Qızıl hərisliyi, qızıl həyəcanı və ya qızıla hücum (ing. Gold rush) - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat. Əsasən qızıl axtaranlar Braziliya, Kanada, Cənubi Afrika kimi ölkələrə səyahət etmişlər. Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında qızıl axtaranlar tərəfindən kütləvi ekspeditsiyalar təşkil edilmişdir. Bunlara misal olaraq, əsasən dağlıq ərazilərdə, yerləşən Nevada, Montana, Kaliforniya ştatlarını göstərmək olar. Qızıl hərisliyi rəsmi olaraq 1849-cu ildə Nevada ştatının Sierra Nevada dağından başlamışdır. == İlk kəşflər == XV-XVI əsrlərdə Amerikanın ispanlar və portuqilyalılar tərəfdindən işğalı konkista başlamışdır. Konkistanın əsas məqsədi Latın Amerikasında olan qızıl səpintilərini tapmaq olmuşdur. 1519-cu ilin 4 martında Ernan Kortesin komandanlığında olan 11 karavella Meksika körfəzinə doğru hərəkətə başladılar. Bu səfərlə Konkistanın tarixində ən amansız səfərlərdən biri başladı.
Toy həyəcanı (film, 2017)
Toy həyəcanı (fr. Le sens de la fête) — rejissor Erik Toledano və Oliver Nakaşa tərəfindən çəkilmiş çəkilmiş fransız komediya filmi. Filmin premyerası 4 oktyabr 2017-ci ildə Fransada baş tutmuşdur. == Süjet xətti == Toy təşkilatçısı olan Maks sifariş edilmiş toyu XVII əsrə aid qalada keçirməlidir. Hər şey onun nəzarəti altındadır — ziyafət, fotoqraf, aşpazlar və ofisiantlar, nə səhv ola bilər ki? Ancaq bildiyimiz kimi, bir şey səhv ola bilərsə, mütləq olacaq. Məsələn: məşhur bir DJ son anda gəlməkdən imtina edə bilər və onun yerinə gətirilmiş musiqiçilər repertuarın nə olduğunu bilmirlər və eyni zamanda da məşhur köhnə mahnıları bilmirlər, eyni zamanda ofisiantların əyinlərinə geyindikləri gülünc geyimlərə görə toyda qarışıqlıqlar başlayır, ya da bir neçə əsr yaşı olan elektrik naqilləri gərginliyə tab gətirməyərək partlaya bilər.

həyəcan sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Hər hansı bir səbəbdən doğan daxili təlaş, narahatlıq, təşviş, iztirab. Qətibənin iztirab və həyəcanı həddindən aşmışdı. M.S.Ordubadi. Ağca həyəcandan qızarmış, başını aşağı salmışdı. Mir Cəlal. □ Həyəcan keçirmək – narahat olmaq, təlaş keçirmək, iztirab keçirmək, həyəcanlanmaq. Çərkəz, dostunun da həyəcan keçirəcəyini, bu xəbəri eşidən kimi əl-ayağa düşəcəyini və onun dərdinə şərik olacağını gözləyirdi. İ.Şıxlı. Teymur qaranlıqda qızın üzünü görə bilməsə də, onun həyəcan keçirdiyini hiss etdi. H.Seyidbəyli. □ Həyəcana düşmək (gəlmək) – təşvişə düşmək, narahat olmaq, həyəcanlanmaq, iztiraba düşmək. Vəliəhdə gəldikdə, gözəl qızın həya tərləri içərisində üzdüyünü görüncə həyəcana düşmüşdü. M.S.Ordubadi. [Musa kişi] Firidunu görmədikdə həyəcana düşdü. M.İbrahimov. 2. Vəlvələ, çaxnaşma, küy. [Tərxan:] Bax, nədir o axın, yürüş, həyəcan? A.Şaiq. 3. Təhlükə, təhlükəli vəziyyət, həmin vəziyyəti bildirən siqnal. Həyəcan siqnalı döyüşçüləri ayağa qaldırdı. Ə.Vəliyev. 4. məc. Dalğalanma, kükrəmə, coşma, tüğyan. Dənizin həyəcanını sahilin sakitliyi əvəz eləmişdi. B.Bayramov. 5. Həyəcanla şəklində zərf – həyəcan içində, həyəcanlı surətdə, coşqunluqla. Həyəcanla danışmaq. Həyəcanla oxumaq. – Sinif qapıları açılır birdən; Çıxır həyəcanla birbir uşaqlar. N.Rəfibəyli. Günlər həyəcanla ötüşdü bir-bir; Yatmadım bəzən də səhərə qədər. N.Xəzri.

    Azərbaycan dilinin izahlı lüğəti / həyəcan
  • 3 \ – daxili, yaxud da xarici təzyiqlərlə ortaya çıxan ruhi-mənəvi sarsıntı.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / həyəcan

həyəcan sözünün sinonimləri (yaxın mənalı sözlər)

həyəcan sözünün rus dilinə tərcüməsi

  • 1 волнение, возмущение, тревога, смятение, эффект

    Azərbaycanca-rusca lüğət / həyəcan
  • 2 сущ. 1. волнение: 1) нервное возбуждение, сильное беспокойство, вызванное страхом, радостью, ожиданием и т.п. Daxili həyəcan внутреннее волнение, dərin həyəcan глубокое волнение, həyəcanın səbəbi причина волнения 2) массовое выражение недовольства, протеста против чего-л.; см. iğtişaş. Kütləvi həyəcanlar массовые волнения, kor-təbii həyəcanlar (iğtişaşlar) стихийные волнения, tələbə həyəcanları (iğtişaşları) студенческие волнения 2. тревога: 1) сильное душевное волнение, беспокойство, вызываемое опасением, страхом. Gizli həyəcan скрытая тревога, ürək həyəcanı сердечная (душевная) тревога, həyəcan hissi чувство тревоги 2) опасное положение, опасность; сигнал, извещающий о тревоге. Həyəcan elan etmək объявлять тревогу, həyəcan siqnalı сигнал тревоги, hava həyəcanı воздушная тревога, döyüş həyəcanı боевая тревога ◊ həyəcana gəlmək 1) приходить, прийти в волнение, волноваться 2) испытать, испытывать тревогу, тревожиться, встревожиться; həyəcana gətirmək kimi: 1) волновать, взволновать кого 2) тревожить, встревожить кого; həyəcana salmaq вызывать, вызвать волнение, приводить, привести в волнение; həyəcan keçirmək испытывать волнение, волноваться; испытывать, ощущать тревогу, тревожиться; həyəcanını gizlətmək скрывать, скрыть волнение (тревогу); həyəcan bürüdü kimi,haranı охватило волнение (охватила тревога) кого, что; həyəcanı yatırtmaq (boğmaq) подавлять, подавить волнение; həyəcan ötdü (yatdı) волнение прошло (улеглось); həyəcan içində olmaq быть в тревоге (волнении); həyəcanını büruzə verməmək не выдавать своего волнения

    Azərbaycanca-rusca lüğət / həyəcan

həyəcan sözünün inglis dilinə tərcüməsi

  • 1 i. alarm, anxiety, uneasiness, agitation, excitation; excitement; güclü ~ keçirmək to be* extremely / greatly excited; ~lı olmaq to be* alarmed / anxious / uneasy / perturbed; ~ yaratmaq to arouse / to cause alarm / anxiety; yanğın ~ı fire-alarm, hərbi ~ battle alarm; hava ~ı air-raid warning; amer. aircraft warning; kimyəvi ~ gas alert amer. gas-alarm; yalançı ~ false alarm

    Azərbaycanca-ingiliscə lüğət / həyəcan

həyəcan sözünün fransız dilinə tərcüməsi

  • 1 is. anxiété f, angoisse f, inquiétude f ; alarme(s) f (pl) ; ~ lı olmaq être ému, -e ; tourmenter (se) ; yanğın ~ı alerte f au feu ; hərbi ~ alarme f ; hava ~ı alerte aérienne ; kimyəvi ~ alerte aux gaz ; yalançı ~ fausse alarme

    Azərbaycanca-fransızca lüğət / həyəcan

həyəcan sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. гьи хьайитӀани са себебдикай арадал къведай къенепетан талаш, нарагьатвал, тешвиш; гъалаба, къалабулух, теспачавал, секинсузвал (рикӀин); həyəcan keçirmək рикӀи гъалаба къачун, рикӀик къалабулух акатун, нарагьат хьун; həyəcana düşmək (gəlmək) рикӀик къалабулух акатун, тешвишда гьатун, нарагьат хьун; 2. гъулгъула, велвела, чалпачух, ван, гьарай-эвер; 3. хаталу везият, гьахьтин везият хабар гудай сигнал, тревога; 4. пер. лепе гун, къалабулух, гъулгъула; 5. həyəcanla нареч. рикӀик гъалаба (къалабулух) кваз.

    Azərbaycanca-ləzgicə lüğəti / həyəcan

həyəcan sözünün türk dilinə tərcüməsi

"həyəcan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həyəcan nədir? #həyəcan sözünün mənası #həyəcan nə deməkdir? #həyəcan sözünün izahı #həyəcan sözünün yazılışı #həyəcan necə yazılır? #həyəcan sözünün düzgün yazılışı #həyəcan leksik mənası #həyəcan sözünün sinonimi #həyəcan sözünün yaxın mənalı sözlər #həyəcan sözünün əks mənası #həyəcan sözünün etimologiyası #həyəcan sözünün orfoqrafiyası #həyəcan rusca #həyəcan inglisça #həyəcan fransızca #həyəcan sözünün istifadəsi #sözlük