həyəcanlı sözü azərbaycan dilində

həyəcanlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • həyəcanlı • 95.6349%
  • Həyəcanlı • 4.2989%
  • HƏYƏCANLI • 0.0661%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.45 dəfə / 1 mln.
2002 ••••••• 3.43
2003 •••••••••••• 6.69
2004 •••••••• 4.38
2005 •••• 2.02
2006 •••••• 3.15
2007 •• 1.06
2008 •••••• 2.92
2009 •••••••• 4.32
2010 •••••••• 4.27
2011 •••••••• 4.03
2012 ••••••••••••• 7.23
2013 •••••••••••••••••••• 11.23
2014 •••••••••••••••••••• 11.33
2015 ••••••••••• 6.12
2016 •••••••••• 5.55
2017 •••••••••••• 6.50
2018 •••••••••••••• 7.79
2019 •••••••• 4.31
2020 ••• 1.59

həyəcanlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Həyəcan keçirən, həyəcan duyan, əsəbi, əsəbiyyət halında olan, coşmuş. Məhərrəm bütün ömründə bu qədər həyəcanlı olmamışdı. H.Nəzərli. Sevinc İsmayılzadəyə: – Sizə nə olub, niyə belə həyəcanlısınız? Z.Xəlil. // Həyəcan, təlaş, iztirab, narahatlıq ifadə edən. Həyəcanlı nəzər. Həyəcanlı sözlər. – Biz bu həyəcanlı baxışlarda insan ürəyinin ən əziz, ən müqəddəs hisslərini oxuyuruq. M.İbrahimov. // Həyəcan, iztirab doğuran. Həyəcanlı xəbər. – Birdən eşitdiyim həyəcanlı bir səs məni yuxudan ayıltdı. S.Hüseyn. [Səfər və Tanrıverdi: həyəcanlı bir səslə:] – Allah özü bağışlasın. Qurban da belə getdi… A.Şaiq. // Həyəcan və iztirabla dolu; təşvişli, iztirablı. Həyəcanlı anlar. – Neft və milyonlar şəhəri Bakı həyəcanlı günlər keçirirdi. M.Hüseyn. // Zərf mənasında. Həyəcanlı danışmaq. – [Qonaq Mollanın] hirsli-hirsli təsbeh çevirdiyini, həm də çox həyəcanlı olduğunu sezdi. İ.Şıxlı. 2. məc. Coşqun, təlatümlü, dalğalı. Həyəcanlı dəniz.

    Azərbaycan dilinin izahlı lüğəti / həyəcanlı

həyəcanlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

həyəcanlı sözünün antonimləri (əks mənalı sözlər)

həyəcanlı sözünün rus dilinə tərcüməsi

  • 1 1. взволнованный, тревожный, бурный, возбужденный, смятенный; 2. взволнованно, тревожно, возбужденно;

    Azərbaycanca-rusca lüğət / həyəcanlı
  • 2 I прил. 1. взволнованный: 1) испытывающий волнение; встревоженный, неспокойный. Həyəcanlı qadın взволнованная женщина 2) выражающий волнение. Həyəcanlı səs взволнованный голос, həyəcanlı sifət взволнованное лицо 2. тревожный, встревоженный: 1) исполненный тревоги, содержащий в себе что-л. беспокоящее, волнующее. Həyəcanlı gün тревожный день, həyəcanlı vəziyyət тревожная обстановка 2) выражающий тревогу. Həyəcanlı baxış тревожный взгляд, həyəcanlı gözlər встревоженные глаза 3) вызывающий, порождающий тревогу. Həyəcanlı xəbərlər тревожные вести 3. волнующий. Həyəcanlı dəqiqələr волнующие минуты, həyəcanlı görüş волнующая встреча II нареч. 1. взволнованно. Həyəcanlı danışmaq говорить взволнованно 2. тревожно, встревоженно. Həyəcanlı soruşmaq спросить встревоженно

    Azərbaycanca-rusca lüğət / həyəcanlı

həyəcanlı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. anxious, uneasy, troubled, agitated, perturbed, worried; ~ baxış anxious / worried look; ~ sidnal alarming signal; ~ olmaq to be* anxious / uneasy / worried (about), to take* alarm II. z. anxiously, worriedly; with emotion, with agitation; ~ danışmaq to speak* in an agitated tone, to speak* with emotion, to speak* with deep feeling

    Azərbaycanca-ingiliscə lüğət / həyəcanlı

həyəcanlı sözünün fransız dilinə tərcüməsi

həyəcanlı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. къалабулух квай, рикӀик гъалаба квай, рикӀи гъалаба къачунвай, хъел квай гьалда авай; 2. рикӀи гъалаба къачун, рикӀик къалабулух акатун, секинсузвал къалурдай (мес. гафар); 3. (рикӀик) къалабулух кутадай, гъалаба кутадай (мес. хабар); 4. къалабулухрив, азиятривди ацӀанвай; тешвиш квай, азаблу (мес. йикъар); 5. нареч. (рикӀик) къалабулух кваз, теспачавал кваз, гъалаба кваз (мес. рахун); 6. пер. къалабулух квай, гъулгъула квай, лепе алай (мес. гьуьл).

    Azərbaycanca-ləzgicə lüğəti / həyəcanlı

"həyəcanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#həyəcanlı nədir? #həyəcanlı sözünün mənası #həyəcanlı nə deməkdir? #həyəcanlı sözünün izahı #həyəcanlı sözünün yazılışı #həyəcanlı necə yazılır? #həyəcanlı sözünün düzgün yazılışı #həyəcanlı leksik mənası #həyəcanlı sözünün sinonimi #həyəcanlı sözünün yaxın mənalı sözlər #həyəcanlı sözünün əks mənası #həyəcanlı sözünün etimologiyası #həyəcanlı sözünün orfoqrafiyası #həyəcanlı rusca #həyəcanlı inglisça #həyəcanlı fransızca #həyəcanlı sözünün istifadəsi #sözlük