* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 30.84 |
2003 | •••••••••••••• | 20.87 |
2004 | ••••••••••• | 15.50 |
2005 | •••••••• | 10.80 |
2006 | •••••••• | 11.04 |
2007 | ••••••••••• | 16.49 |
2008 | •••••••• | 11.69 |
2009 | ••••••••••• | 16.64 |
2010 | •••••••••••• | 17.97 |
2011 | •••••••••••• | 17.33 |
2012 | •••••••• | 12.05 |
2013 | ••••••••••••• | 18.53 |
2014 | •••••••••• | 15.10 |
2015 | ••••••••• | 12.59 |
2016 | ••••• | 7.64 |
2017 | ••••••••• | 12.36 |
2018 | ••••••••• | 12.88 |
2019 | •••••••••• | 14.74 |
2020 | ••••••••••••••• | 22.15 |
1 is. [ər.] 1. Doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə və s. Həqiqət belədir. Həqiqəti olduğu kimi danışmaq. Həqiqət acı da olsa, demək lazımdır. Bunların heç biri həqiqətə oxşamır. – Siz bunu sanmayın həqiqətdir; Damağım gəldi, bir zərafətdir! M.Ə.Sabir. Nə odlar görmüsən!… Bu bir həqiqət! Fəqət darılmamış sana təbiət! S.Vurğun. // Bir şeyin əsli, mahiyyəti, künhü. İşin həqiqəti yenə də müəyyən edilmədi. – Axirüləmr, İbrahim, yəni bizim yalançı İbrahim məcbur oldu ki, açıb işin həqiqətini [qıza] desin. (Nağıl). Mübahisə zamanı həqiqət üzə çıxır. H.Seyidbəyli. // Düzlük, vicdan, yaxşılıq, xeyirxahlıq, ədalət. Həqiqət aramaq. – …Həqiqət axtarılan yerdə də mütləq ixtilaf olur. C.Məmmədquluzadə. Qəlbimiz məşəl olsa; Aydınlatsa zülməti; Onda yəqin taparıq; Əsrlərin içində; Gizlənən həqiqəti. R.Rza. 2. Həyatda, təcrübədə sınanmış fikir, mülahizə, mühakimə. Hamıya məlum bir həqiqət. Bu, sınaqdan keçmiş həqiqətdir. 3. Doğrudan da, həqiqətən. Bu yerlər həqiqət gözəldir. – Bədircahan həqiqət doğru deyir ki, onun ürəyi yanmır. N.Vəzirov. [Sultan bəy:] Hə, yaxşı tanıyıram, həqiqət [Mürsəl] çox gözəl kişi idi. Ü.Hacıbəyov.
Azərbaycan dilinin izahlı lüğəti / həqiqət1 Ərəb sözüdür, hüquq, haqq sözləri ilə qohumdur, Çin sözü də həmin mənanı verir. Həqiqət əldə, ortada olandır. Çin isə nail olmaq istədiyimizdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / həqiqət1 HƏQİQƏT – XƏYAL İnsanın xoş xəyalı çevrilir həqiqətə (S.Rüstəm). HƏQİQƏT – YALAN Getdi Telli xanım, getdi çal-çağır; Həqiqət belədir, yalan neyləsin (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / həqiqət2 сущ. 1. истина: 1) то, что соответствует действительности, действительное положение вещей; правда. Acı həqiqət горькая истина, həqiqətə istinad etmək опираться на истину, onun sözləri həqiqətə yaxındır его слова близки к истине 2) филос. верное отражение объективной действительности в сознании человека. Obyektiv həqiqət объективная истина, mütləq həqiqət абсолютная истина, nisbi həqiqət относительная истина, həqiqətin meyarı критерий истины, həqiqəti dərk etmək познать истину 3) нравственный идеал. Müqəddəs həqiqət святая истина, həqiqət axtarmaq искать истину, həqiqətə inanmaq верить в истину 4) положение, утверждение, суждение, установленное наукой, проверенное практикой, опытом. İsbat olunmuş həqiqət доказанная истина 2. правда: 1) то, что соответствует действительности; истина. Tarixi həqiqət историческая правда, həqiqəti öyrənmək узнать правду, həqiqəti demək сказать правду; həqiqəti desək если сказать правду 2) то, что представляется кому-л. правильным, верным с точки зрения морали, этики; то, чем должен руководствоваться человек в своих поступках. Həqiqət axtarmaq искать правду в ч емлибо 3) реалистическое изображение жизненных явлений в художественном произведении, на сцене и т.п. Həyat həqiqəti жизненная правда 3. действительность (то, что имеется на самом деле); реальность. İnformasiya həqiqətə uyğun deyil информация не соответствует действительности
Azərbaycanca-rusca lüğət / həqiqət1 i. 1. truth, justice; Bu dəqiq həqiqətdir That is the exact truth; Onun dediklərində çoxlu həqiqət var There is a great truth in what he / she says; Bunda bir kəlmə də həqiqət yoxdur There is not a word of truth in it; ~ axtarmaq to seek* justice; ~ uğrunda mübarizə aparmaq to fight* for justice; ~ yolunda / naminə əzab çəkmək to suffer in the cause of justice; obyektiv ~ objective truth; mütləq ~ absolute truth; nisbi ~ relative truth; ~i tapmaq to arrive at the truth; Bu köhnə həqiqətdir It is an old truth 2. reality; müasir ~ present-day reality / life; imkanları ~ə çevirmək to turn possibility into reality; ~ə çevrilmək to be* translated into life, to become* a reality; ◊ müqəddəs ~ God’s truth, gospel truth; ◊ çılpaq ~ naked truth
Azərbaycanca-ingiliscə lüğət / həqiqət1 is. vérité f, vrai m ; justice f ; réalité f ; imkanları ~ə çevirmək réaliser les possibilités ; ~ə çevrilmək réaliser (se)
Azərbaycanca-fransızca lüğət / həqiqət1 [ər.] сущ. гьакъикъат (1. гьакъикъатда хьайи (авай) затӀ, кар ва мс.; // дуьзвал, хъсанвал, виждан, гьахъ, адалат; 2. гьакъикъатда, рикӀивайни).
Azərbaycanca-ləzgicə lüğəti / həqiqətgerçəkliyin fikirdə doğru, düzgün inikası; meyarı praktikadır. Həqiqilik xarakteristikası şeylərin özünə və onları dillə ifadə etməyin vasitələrinə deyil, məhz fikirlərə aiddir.
Fəlsəfə terminlərinin izahlı lüğətiə. doğru, həqiqətən olmuş iş, hadisə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətidoğru, gerçək, düzgün, dürüst.
Azərbaycan qadın adlarının izahlı lüğəti.