Həsənova sözü azərbaycan dilində

Həsənova

Yazılış

  • Həsənova • 99.3499%
  • HƏSƏNOVA • 0.6231%
  • həsənova • 0.0271%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Həsənova
Həsənova — Azərbaycan soyadı. Alla Həsənova (d. 1970) — voleybolçu. Elnarə Həsənova (d. 1967) — kimyacı alim. Əsli Həsənova (1905–1949) — Sosialist əməyi qəhrəmanı. Əzizə Həsənova (d. 1960) — Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru. Gülxar Həsənova (1918–2005) — opera müğənnisi. İradə Həsənova (d.
Afət Həsənova
Afət Əbil qızı Həsənova (3 sentyabr 1960, Quba) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Afət Həsənova 1960-cı il sentyabrın 3-də Quba şəhərində anadan olub. 1967–1977-ci illərdə Quba şəhər 3 №-li orta məktəbdə təhsil alıb. 1979–1983-cü illərdə isə indiki Moskva Humanitar Elmlər Universitetində tarix üzrə ali təhsil alıb. === Ailəsi === Afət Həsənova ailəlidir, 2 övladı var. == Fəaliyyəti == İlk əmək fəaliyyətinə 1977-ci ildə Quba rayonunda başlayan Afət Həsənova 2001–2012-ci illərdə Slavyan Universitetində (BSU) tədqiqat laboratoriyasının elmi işçisi olmuş, 2012–2015-ci illərdə Quba RİH başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini, 2015–2020-ci illərdə isə Suraxanı RİH başçısının müavini vəzifəsində çalışmışdır. 2020-ci il fevralın 9-da baş tutan Parlament seçimlərində 32 saylı Suraxanı III dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Afət Həsənova, 65,10 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Afət Həsənova, Milli Məclisin elm və təhsil Komitəsinin, təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin, habelə İntizam Komissiyasının üzvü oldu.
Alla Həsənova
Alla Həsənova (d. 6 avqust 1970) — Azərbaycanı təmsil edən voleybolçu. Alla Həsənova, Azərbaycan yığmasının heyətində 1994-cü ildə baş tutan Dünya Çempionatına qatılıb və 9-cu yeri tutub. == Həyatı == Alla Həsənova 1970-ci il 6 avqustda anadan olub. Alla Həsənova ailəlidir. Onun, həyat yoldaşı, futbol üzrə Azərbaycan yığmasının sabiq qapıçı Elxan Həsənovdur. == Karyerası == Alla Həsənova, 1994-cü ildə Azərbaycan yığması ilə birgə Braziliyada baş tutan Dünya Çempionatına qatıldı. Yarışların 1/8 final mərhələsində Azərbaycan yığması, Almaniya yığmasını 1:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatını 9-cu yerdə başa vurdu. Alla Həsənova daha sonra, 2005-ci ildə Azərbaycan yığması ilə birgə Xorvatiyada baş tutan Avropa Çempionatına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Azərbaycan yığması, Rusiya yığmasına 0:3 hesabı ilə məğlub oldu və Avropa Çempionatını 4-cü yerdə başa vurdu.
Anastasiya Həsənova
Anastasiya Həsənova (15 may 1999, Saratov) — Azərbaycan əsilli Rusiya tennisçisi. == Həyatı == 1999-cu il mayın 15-də Saratov şəhərində doğulub. Ata tərəfindən azərbaycanlıdır.Tennis ilə altı yaşından məşğul olur. === İdman karyerası === 2020-ci ilin sentyabr ayında Rusiya çempionu olmuşdur.
Gülxar Həsənova
Gülxar İbrahim qızı Həsənova (10 dekabr 1918, Bayramlı, Gəncə quberniyası – 30 mart 2005, Bakı) — Azərbaycan opera müğənnisi (soprano), Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Gülxar Həsənova 10 dekabr 1918-ci ildə hazırkı Gəncə quberniyasının Bayramlı kəndində (hazırkı Şəmkir rayonu) anadan olmuşdur. Bakı Teatr Texnikumunda oxumuş (1935–1937), Azərbaycan Dövlət Universitetini bitirmişdir (1959). G.Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamışdır (1936–1942). O, Üzeyir Hacıbəyovun məsləhəti və köməkliyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunmuşdur. Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olmuşdur. O, burada parlaq, koloritli qadın obrazları yaratmışdır. 1980-ci ildən teatrın məşqçi pedaqoqu olmuşdur. Onun ifasında Əsli, Xanəndə qız ("Əsli və Kərəm", "Koroğlu", Ü.Hacıbəyov), Şahsənəm ("Aşıq Qərib" Z.Hacıbəyov), Təravət xanım ("Bahadır və Sona", S.Ələsgərov), Anna ("Gəlin qayası", Ş.Axundova) və digər partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır.
Lalə Həsənova
Elizabet Tüdor, Lalə Həsənova və ya Lalə Elizabet Tüdpr Hassenberq (d. 26 iyul 1978, Bakı) — yəhudi əsilli azərbaycanlı fantastik əsər yazıçısı və hüquqşünas. == Həyatı == 1978-ci ildə Bakı şəhərində anadan olan Tüdor (və ya Lalə) 1998-ci ildə Azərbaycan Beynəlxalq Universitetini, 2013-cü ildə Florida Beynəlxalq Universitetini və 2015-ci ildə Mayami Hüquq Məktəbi Universitetini bitirmişdir. Yazıçı fəaliyyətinə 1994-cü ildə başlamış və özünə yazıçılıq janrı kimi elmi-fantastikanı seçmişdir. O, Beynəlxalq Rusdilli Yazıçılar Federasiyasının və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O, həmçinin "The New Contemporary" və "Broad Universe" kimi beynəlxalq yazıçılar birliklərinə də üzvdür. 2016-cı ildə Tüdor ABŞ-ın ən qədim və ən geniş peşəkar yazıçılar birliyi olan "Authors Guild"ə üzv olmuşdur. == Yaradıcı fəaliyyəti == Bədii yaradıcılığa uşaq yaşlarından başlayan Tüdor müəyyən müddət ixtisası üzrə vəkillik karyerası qurmağı düşünsə də, 1998-ci ildən o özünü bədii yaradıcılğa həsr edir. Yazıçı bütün əsərlərini rus dilində yazmaqdadır. Onun ədəbi təxəllüsü isə Elizabet Tüdordur.
Məlahət Həsənova
Məlahət İbrahimqızı (25 aprel 1958, Kiçik Məzrə, Basarkeçər rayonu) — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Nəsimi rayon təşkilatının sədri. Azərbaycan Respublikası Milli Məclisinin II, III, IV, V və VI çağırış deputatı. == Həyatı == Məlahət Həsənova 1958-ci il aprelin 25-də Ermənistan SSRnın Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. Harvard Kennedi Məktəbinin Qadın və Səlahiyyət üzrə Harvard Universitetinin 2 sertifikatı proqramının iştirakçısı və gender məsələləri üzrə 5 kitabın müəllifidir. Rus, ingilis və türk dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvüdür. 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olmuş, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
Məryəm Həsənova
Həsənova Məryəm Mirdaməd qızı (1938, Bakı – 29 iyul 2018, Bakı) — Azərbaycan Milli Məclisinin sabiq üzvü, istiqlalçı millət vəkili. == Həyatı == 1938-ci ildə Bakıda anadan olmuşdur. Orta təhsilini Bakıda 190 nömrəli orta məktəbdə almışdır. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Həyatının sonrakı mərhələləri Siyəzən rayonunda keçmişdir. Bir müddət Siyəzən rayonunda direktor vəzifəsində çalışmış, Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs demişdir. 2010-cu ildə işdən çıxmışdır.İstiqlalçı 43 deputatdan biri və yeganə qadın üzvü olmuşdur. 1990-cı ilin sentyabr ayının 30-da deputat seçilməsi elan edildikdən az sonra, 6 oktyabrda qardaşı, qardaşının həyat yoldaşı, bacısı, bacısı oğlu avtomobil qəzasına düşərək həlak olmuşdur. Ondan sonra həyatının sonuna qədər başına qara yaylıq örtmüşdür. Anasının xahişi ilə ailə həyatı qurmuş və həyat yoldaşını 2009-cu ildə itirmişdir.
Nəbibə Həsənova
Nəbibə Baladayı qızı Həsənova (22 sentyabr 1932, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR məişət xidməti naziri (1964–1968), Azərbaycan SSR məişət xidməti və yerli istehsal naziri (1963–1964). == Həyatı == Nəbibə Baladayı qızı Həsənova 1932-ci il sentyabrın 22-də Bakı şəhərində anadan olub. Moskva Yüngül Sənaye Texnologiyası İnstitutuna daxil olub. 1955-ci ildə təhsili başa vuraraq təyinatla Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin tələbinə əsasən Ə.Bayramov adına fabrikdə mühəndis-mexanik kimi ilk əmək fəaliyyətinə başlayır. Üç aydan sonra isə baş mühəndis vəzifəsinə irəli çəkilir.Nəbibə Həsənova 1961-ci ildə respublika yerli sənaye nazirinin müavini, 1963-cü ildə isə məişət xidməti və yerli istehsal naziri vəzifələrinə yüksəlib. 1968-ci ildə isə o, Azərbaycan SSR Nazirlər Soveti ticarət şöbəsinin müdiri vəzifəsinə təyin olunur.1967–1971-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub.1989-cu ildən fərdi dövlət təqaüdündədir. == Mükafatları == Nəbibə Həsənovanın vətən və xalq qarşısındakı xidmətləri dövlət təltiflərinə, orden və medallara layiq görülüb. == Ailəsi == Üç övladı, 5 nəvəsi və iki nəticəsi var. Aydın, Yeganə və Təranə adlı övladları var. == İstinadlar == == Xarici keçidlər == Gülnaz Qənbərli.
Nəsibə Həsənova
Nəsibə Həsənova (tam adı: Nəsibə Bəhruz qızı Həsənova; d. 15 dekabr 1994, Tümen, Rusiya) — Azərbaycan əsilli Rusiya futbolçusu. == Həyatı == === Erkən illəri === 13 yaşından futbol ilə məşğul olur. === Şəxsi həyatı === Barselona futbol klubunun azarkeşidir, ən sevdiyi futbolçu Tyerri Anridir.
Qızqayıt Həsənova
Qızqayıt Salman qızı Həsənova (1924, Xırmandalı, Biləsuvar rayonu – 22 avqust 2012, Xırmandalı, Biləsuvar rayonu) — Azərbaycan pambıqçısı, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Qızqayıt Həsənova 1924-cü ildə hazırkı Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olub. Əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlayıb. Pambıqçılıqda yüksək əmək göstəricilərinə görə o, 1948-ci ildə "Lenin" ordeni ilə təltif olunub, Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb. 1953-cü ildən 1996-cı ilə kimi Xırmandalı kəndindəki Telman adına kolxozun sədri işləyib. Qızqayıt Həsənova 1975-ci ildə Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1984-cü ildə Telman adına kolxoza Qızqayıt Həsənovanın adı verilib. Qızqayıt Həsənova V–VI çağırış SSRİ Ali Sovetinin, II–X çağırışlar olmaqla 9 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı, dəfələrlə Azərbaycan KP MK-nın, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü, Azərbaycan KP Biləsuvar rayon komitəsinin büro üzvü seçilib. Məşhəd, Kərbəla və Həcc ziyarətlərində olub. Sosialist Əməyi Qəhrəmanı Qızqayıt Salman qızı Həsənova 2012-ci ildə 88 yaşında vəfat edib.
Rəhilə Həsənova
Rəhilə Həsənova — bəstəkar. == Əsərləri == BaletKos-kosa balet-pantomimaOpera"Mahnılı nağıllar" uşaq Operası (1996) — libretto müəllifindir "Cavidi dəstgah" xor operası (2000–2001) — qiraətçi, xor, solistlər və 5 zərb aləti üçünSimfonik əsərlərSimli kvartet, tenor və bas üçün "Dərviş" (1992); Simli, nəfəsli, vokal kvartetlər və piano üçün "Mərsiyə" (1993); 15 alət üçün "Səma" (19194); Simfonik orkestr üçün "Gecə" (1997);Digər instrumental əsərlərPiano üçün: sonata (1990); "A la meyxana" fantaziyası (1996); "Jasmin ləçəkləri" 7 miniatür (1998); 2 piano və 2 saksofon üçün "Dəniz" (1998); Kontrabas üçün solo-sonata (1990); Orqan üçün "Qəsidə" simfoniyası (1991); "Səhra" fantaziyası (1997); Klarnet üçün solo-sonata (1994); Gitara üçün solo-sonata (1995); 3 saylı simli Kvartet (1995); 9 müxtəlif alət üçün "Pirəbədil" (1996); Fleyta üçün solo-sonata (1997); 4 fleyta və zərb alətləri üçün Mərasim-"Maral oyunu" (1999); 8 violonçel və 4 kontrabas üçün "Müğfil" (2001)."Maral" teatr tamaşasına musiqi /H.Cavidin əsəri əsasında/ (1999);MəqalələrKak na pervom uroke /Q.Qarayev/. "Şərqi" jurnalı, №2, 1999; Zapax Rodinı. "Şərqi", №4, 1999; Edinstvennıy i nepovtorimıy /X.Mirzəzadə/. "Şərqi", №1, 2000; Mono-dialoq /rəssam E.Məmmədovun xatirəsinə/. "Şərqi", №2, 2001; Otveth samomu sebe. "Şərqi", №3, 2001; Voznesennıy na krılhcx vetra /R.Behbudov/. "Azərbaycan-İrs" jurnalı, №4, 2001.
Sevda Həsənova
Sevda Həsənova — ANS-ÇM Yayım və Media Şirkətinin Baş direktoru. == Həyatı == Sevda Həsənova 8 avqust 1970-ci ildə Mingəçevir şəhərində anadan olub. 1988-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunu, 1993-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu, daha sonra Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1994-2006-cı illərdə ANS-ÇM Radiosu və ANS TV-də müxtəlif vəzifələrdə çalışıb. 2006-ci ildə ANS-Press Nəşriyyat Evinin "Hesabat" jurnalında xüsusi icmalçısı, 2007-ci ildə www.anspress.com internet portalında Azərbaycan bölməsinin redaktoru olub. 2007-2009-cu illərdə ANS-Press Nəşriyyat Evinin prezidenti olub. 2008-ci ilin sentyabr ayından 2009-cu ilin iyun ayınadək ANS Müstəqil Yayım və Media Şirkətində (ANS-TV) "Daha Doğrusu" verilişinin aparıcısı işləyibdir. 2009-cu ilin oktyabr ayından ANS-ÇM Yayım və Media Şirkətinin Baş Direktoru olub. 2011-ci ilin yanvarından ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS TV) Baş direktoru olub. 2012-ci ilin noyabrından ANS TV-nin Proqram Departamentinin rəhbəri olub.
Sevinc Həsənova
Sevinc Telman qızı Həsənova (15 mart 1971) — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini. == Həyatı == Sevinc Həsənova 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.1993–2006-cı illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib. Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə 2008-ci ildə makroiqtisadi çərçivənin müəyyən olunması üzrə komissiyanın sədri olub. Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib. Ailəlidir, 2 övladı var.
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Tamilla Həsənova
Tamilla Xavərən qızı Həsənova — Azərbaycan alimi. == Həyatı == Tamilla Həsənova 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur.1976-cı ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1991- f-r.e.n. “Исследование некоторых линейных операторов в весовыхпространствах целых функций многих переменных” 1992- dosent Riyazi analiz ixtisası üzrə 1970-ci ildə Biləcəri qəsəbəsi Kənd sovetində kargüzarlıq vəzifəsində çalışmışdır. Daha sonra BDU “Diferensial və inteqral tənliklər” kafedrasında metodist işləyib. 1973- cü ildən h/h kimi AMEA RMİ baş laborant, böy.e.i, 1981-ci ildən isə elmi katib vəzifəsində çalışır. Elmi rütbəsi- dosent ixtisasın adı- Riyazi analiz Namizədlik dissertasiyasının mövzusu: Исследование некоторых линейных операторов в весовых пространствах целых функций многих переменных Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı- 60 xaricdə çıxmış elmi əsərlərinin sayı- 18 Əsas elmi nailiyyətləri-Funksiyalar nəzəriyyəsi sahəsinin mütəxəssisidir. Çoxdəyişənli funksiyaların çəkili fəzalarında funksiyanın indikator diaqramı terminində Bernşteyn və Nikolski tipli çəkili bərabərsizliklər təyin etmişdir. Ümumiləşmiş çoxhədlilərdə analitik funksiyaların yaxınlaşmasını öyrənmişdir. Bir çox beynəlxalq və respublika konfranslarda iştirak edib.
Züleyxa Həsənova
Züleyxa Əsgəralı qızı Həsənova — tütünçü, Sosialist Əməyi Qəhrəmanı (1949), Qəhrəman ana (1965). Züleyxa Məhərrəm qızı Həsənova — dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983).
Zəkiyyə Həsənova
Zəkiyyə Həsənova (d. 25 avqust 1995) — Azərbaycanlı yüngül atlet. Zəkiyyə Həsənova, Azərbaycanı 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında təmsil edib. == Karyerası == Zəkiyyə Həsənova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. 100 metr məsafəyə qaçış yarışlarının final mərhələsində o, 11.72 saniyə nəticə ilə 4-cü yeri tutdu. 200 metr məsafəyə qaçış yarışlarının final mərhələsində isə o, 23.76 saniyə nəticə ilə yenə 4-cü yeri tutdu.
Zəminə Həsənova
Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı. == Həyatı == Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub. O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib. Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub.
İradə Həsənova
Həsənova İradə Aslan qızı — azərbaycanlı aktrisa. == Həyatı == İradə Həsənova 1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirmişdir. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmışdır. 1990-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Bir neçə filmdə və televiziya tamaşasında obrazlar yaratmışdır. 25 iyun 2013-cü ildə əməkdar artist fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə və 7 may 2021-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Musiqili Dram Teatrı Almaz (C.Cabbarlı) — Almaz Vəfalı Səriyyə (C.Cabbarlı) — Səriyyə Bağdada putyovka var (Ə.Əylisli) — Kama Tamahkar (S.S.Axundov) — Məryəm Adamın adamı (Anar) — BalaxanımAkademik Milli Dram Teatrı Dişi canavar (F.Lorka) — Amella Anamın kitabı (C.Məmmədquluzadə) — Zivər Ağqoyunlular və qaraqoyunlular (Ə.Əmirli) — Qaraqoyunlu bibi Mesenat (Ə.Əmirli) — Luiza Özümüzü kəsən qılınc (B.Vahabzadə) — Banuçiçək Ədirnə fəthi (C.Cabbarlı) — İnci Hərənin öz payı (X.Qoca) — falçı Kəllə (N.Hikmət) — Paolina Kaş araba aşmayaydı (O.İoseliani) — Kokola == Filmoqrafiya == Kişi sözü (film, 1987) Ah məhəbbət, məhəbbət (film) Unudulan adam (film, 1987) Qu quşunun məhəbbəti (film) Yurd yeri (film, 1997) Qırmızı qar (film, 1998) Nə gözəldir bu dünya...
Şamama Həsənova
Şamama Mahmudəli qızı Həsənova (7 noyabr 1923, Arayatlı, Qaryagin qəzası – 5 sentyabr 2008, Bakı) — İki dəfə Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü. == Həyatı == Şamama xanım Həsənova 1923–cü il noyabrın 7–də indiki Füzuli rayonunun Arayatlı kəndində anadan olmuşdur. Gənc yaşlarından Füzuli rayonunun "1 May" kolxozunda əmək fəaliyyətinə başlayan Şamama Həsənova qazandığı nailiyyətlərə görə 1947–ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkədə iki əllə pambıq yığımı hərəkatının təşəbbüsçüsü kimi o, böyük şöhrət qazanmış və bu hərəkatın geniş vüsət almasında mühüm rol oynamışdır. 1950–ci ildə onun əmək rəşadəti bir daha layiqincə qiymətləndirilmiş və Şamama Həsənova ikinci dəfə Əmək Qəhrəmanı adını qazanmışdır. O, sovet dövrünün ən yüksək adlarından biri olan Sosialist Əməyi Qəhrəmanı adını iki dəfə qazanan nadir şəxsiyyətlərdən biri olmuşdur. == Fəaliyyəti == 1953–cü ildə Şamama Həsənova işlədiyi "1 May" kolxozunun sədri seçilmiş və qırx ilə yaxın həmin kolxoza rəhbərlik edərək, onun sovet dövründə respublikanın qabaqcıl pambıqçılıq təsərrüfatlarının birinə çevrilməsi üçün qüvvə və bacarığını sərf etmişdir. Şamama Həsənovanın işgüzarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində bu kolxoz respublikanın nüfuzlu təcrübə mübadiləsi mərkəzi kimi də məşhurlaşmışdır. Şamama xanım həmişə üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirmiş, rastlaşdığı problemlərin həlli yolunda əlindən gələni əsirgəməmiş və pambıqçılıq sahəsində çalışan qadınların əməyinin daha səmərəli təşkil olunması işinə öz töhfəsini vermişdir. Şamama Həsənova şərəfli həyat yolu keçmişdir.
Əsli Həsənova
Əsli Bala qızı Həsənova (1905, Yelizavetpol – bilinmir) — Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyatı == Əsli Bala qızı Həsənova 1905-ci ildə Gəncə şəhərində anadan olub. 1936–1970-ci illərdə Gəncədəki Nizami adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə üzümçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 1949-cu ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. 1970-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçi idi.
Aygün Həsənova (Diridağlı)
Aygün Diridağlı (tam adı: Həsənova Aygün Vəzir qızı; 30 yanvar 1974, Cəbrayıl rayonu) — jurnalist, ssenari müəllifi, Azərbaycan Respublikasının Əməkdar jurnalisti (2015). == Həyatı == Aygün Həsənova 1974-cü il yanvarın 30-da Cəbrayıl rayonunda anadan olub. 1991-ci ildə orta məktəbi gümüş medalla başa vurub. 1996-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1996-cı ildə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin (AzTV) radiosunda jurnalist kimi fəaliyyətə başlayıb. 1996-2010-ci illərdə Azərbaycan radiosunda müxbir, veriliş müəllifi, redaktor vəzifələrində çalışıb. Aygün Diridağlı müəllif adı ilə dövrü mətbuatda, onlayn mediada çox sayda məqalələri dərc edilib. Yerli televiziyalarda filmlərin tərcüməçisi olub. 2013-cü ildə başladılan "Gəzdim Azərbaycanı" videolayihəsinin müəlliflərindən biridir. Çox sayda videoreportajların müəllifidir.
Züleyxa Həsənova (tütünçü)
Züleyxa Əsgəralı qızı Həsənova (31 yanvar 1927, Gəyəçöl – 1 dekabr 2011, Masallı rayonu) — Sosialist Əməyi Qəhrəmanı, Qəhrəman ana (1965). == Həyatı == Züleyxa Həsənova 1927-ci il yanvarın 31-də Masallı rayonunun Gəyəçöl kəndində anadan olub. 1943-cü ildən əmək fəaliyyətinə başlayan Z. Həsənova 1949-cu ildə əməkdə fərqləndiyinə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 1965-ci ildə 7-si qız, 4-ü isə oğlan olmaqla 11 uşaq sahibi olan Z. Həsənovaya həm də "Qəhrəman ana" fəxri adı verilib. 1971-ci ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Prezidentin fərdi təqaüdünə layiq görülüb. Z. Həsənova həm Sosialist Əməyi Qəhrəmanı, həm də Qəhrəman ana olan yeganə qadın idi. O, uzun müddət astma xəstəliyindən əziyyət çəkirdi.
Əzizə Həsənova
Əzizə Rəsul qızı Həsənova-AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, Fizika Riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. 25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. 1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir. 20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində ŞAR – ın 2m teleskopunda A və F tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir. 2021-ci ilə qədər ŞAR – ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi – tədqiqat işlərini davam etdirmişdir. Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR – ın seminarlarında, BDU – nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, 1 – 5 iyulda Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir.
Züleyxa Həsənova (dövlət xadimi)
Züleyxa Məhərrəm qızı Həsənova (10 oktyabr 1923, Şuşa, DQMV – bilinmir, Bakı, Azərbaycan) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1974–1983). == Həyatı == O, 1923-cü ildə Şuşa şəhərində Məhərrəm bəy Həsənzadənin ailəsində anadan olmuşdur. İki yaşında olarkən atası vəfat etmiş və o, 14 yaşından anasının da toxucu kimi çalışdığı Şuşa trikotaj fabrikində işləməyə başlamışdır. Daha sonra rayon sənaye kombinatının müsahibi olmuşdur.1942-ci ilin əvvəllərində Züleyxa Həsənova Sovet Ordusunun Hava Hücumundan Müdafiə Qoşunlarına, Bakının şimalında yerləşən 335-ci zenit-artilleriya alayında (1944-cü ildən — 131-ci zenit-artilleriya briqadası) xidmətə çağırılmışdır. 1945-ci ildə ordudan tərxis olunan Züleyxa Həsənova Yevlax şəhərində işə qəbul edilmiş və o, 1955-ci ilə kimi burada çalışmışdır. 1956-cı ildən Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin təlimatçısı, şöbə müdiri, katibi vəzifələrində işləmişdir. 1963-cü ildən Mingəçevir Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olmuşdur. Azərbaycan KP MK yanında Ali Partiya Məktəbini və Sov.İKP KM yanında Qiyabi Ali Partiya Məktəbini bitirmişdir.Züleyxa Həsənova 1974-cü ilin iyul ayından Azərbaycan SSR əhaliyə məişət xidməti naziri vəzifəsində işləmişdir. 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur. 1944-cü ildən ÜİK(b)P (Sov.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 26.44 dəfə / 1 mln.
2002 •••••••••••• 23.98
2003 ••••••••••••••••• 34.25
2004 •••••••••••• 23.58
2005 •••••••••• 18.89
2006 •••••••••••••••• 30.86
2007 ••••••••••••• 25.37
2008 •••••••••••••••• 30.70
2009 •••••••••••••••• 30.56
2010 •••••••••••••• 26.96
2011 •••••••••••••• 27.80
2012 ••••••••••••••• 28.57
2013 ••••••••• 17.94
2014 •••••••••••• 22.82
2015 •••••••••• 19.56
2016 •••••••••••• 23.60
2017 •••••••••• 18.21
2018 •••••••••••• 23.37
2019 ••••••••••••• 26.15
2020 •••••••••••••••••••• 40.45

Oxşar sözlər

#həsənova nədir? #həsənova sözünün mənası #həsənova nə deməkdir? #həsənova sözünün izahı #həsənova sözünün yazılışı #həsənova necə yazılır? #həsənova sözünün düzgün yazılışı #həsənova leksik mənası #həsənova sözünün sinonimi #həsənova sözünün yaxın mənalı sözlər #həsənova sözünün əks mənası #həsənova sözünün etimologiyası #həsənova sözünün orfoqrafiyası #həsənova rusca #həsənova inglisça #həsənova fransızca #həsənova sözünün istifadəsi #sözlük