işıqlanma sözü azərbaycan dilində

işıqlanma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • işıqlanma • 95.5017%
  • İşıqlanma • 4.4983%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Şimal və Cənub tropikləri arasında isti işıqlanma qurşağı (və ya tropik qurşaq) yerləşir. Burada il ərzində Yer səthi çoxlu miqdarda istilik alır, iqlim çox istidir. Tropiklər və qütb dairələri arasındakı ərazilərdə Şimal və Cənub mülayim işıqlanma qurşaqları ayrılır. Günəş burada zenitdə olmur. İlin dörd fəsli mülayim qurşaqlarda aydın hiss edilir. Şimaldan cənuba doğru iqlim istiləşir. İqlim isə bu qurşaqlar daxilində mülayimdir. Şimal qütb dairəsindən yuxarıda Şimal soyuq işıqlanma qurşağı, Cənub qütb dairəsindən aşağıda Cənub soyuq işıqlanma qurşağı ayrılır.
Biolüminesensiya və dənizlərin işıqlanması

işıqlanma sözünün leksik mənası və izahı

işıqlanma sözünün rus dilinə tərcüməsi

  • 1 1. свечение; 2. рассвет;

    Azərbaycanca-rusca lüğət / işıqlanma
  • 2 сущ. от глаг. işıqlanmaq: 1. свечение (излучение света чем-л.). физ. soyuq işıqlanma холодное свечение, işıqlanmanın parlaqlığı яркость свечения 2. освещение (наполнение светом). İşıqlanma zonaları зоны освещения, dənizin işıqlanması освещение моря 3. физ. освещённость (отношение светового потока к площади, им освещаемой)

    Azərbaycanca-rusca lüğət / işıqlanma

"işıqlanma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#işıqlanma nədir? #işıqlanma sözünün mənası #işıqlanma nə deməkdir? #işıqlanma sözünün izahı #işıqlanma sözünün yazılışı #işıqlanma necə yazılır? #işıqlanma sözünün düzgün yazılışı #işıqlanma leksik mənası #işıqlanma sözünün sinonimi #işıqlanma sözünün yaxın mənalı sözlər #işıqlanma sözünün əks mənası #işıqlanma sözünün etimologiyası #işıqlanma sözünün orfoqrafiyası #işıqlanma rusca #işıqlanma inglisça #işıqlanma fransızca #işıqlanma sözünün istifadəsi #sözlük